Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sanqvinik
Sanqvinik – bu tipə aid insanlar emosional, zirək və diribaş olurlar. O qədər zirəkdirlər ki, onları bir dəqiqə bir yerdə saxlamaq qeyri-mümkündür. Həmişə hara isə tələsirlər, gedirlər, gəlirlər. Oturaq iş onlarlıq deyil. Ətrafda olan heç nə onların diqqətindən kənarda qalmır. Hər şeyə maraq göstərirlər. Və onların maraq obyektləri tez-tez dəyişir. Psixoloqların təbirincə desək, sanqviniklərin maraqları davamsız və qeyri-sabitdir. Elə ona görə də, böyük həvəslə, coşğunluqla başladıqları işdən son dərəcə süstlüklə də əl çəkirlər. Heç bir tip sanqvinik qədər istənilən şəraitə, vəziyyətə tez uyğunlaşa bilmir.
Pinqvin
Pinqvinlər (lat. Spheniscidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin pinqvinkimilər dəstəsinə aid heyvan fəsiləsi. Cənub qütbü, Yeni Zelandiya, Avstraliya, Cənubi Amerika, Cənubi Afrika və hətta Qalapaqos sahillərində yaşayırlar. Böyüklük baxımından 30 – 105 sm olurlar. 17-yə qədər növü bilinir. Ən iriləri olan İmperator pinqvinləri təxminən 45 kq ağırlığda olurlar. İsti bölgələrə doğru gedildikcə boyları kiçilər. Dənizlərdəki balıq və mürəkkəbböcəyi ilə qidalanarlar. Tükləri quş tüklərinə heç bənzəmir. Kürəkləri qara və ya boz, qarın hissələri ağ nazik tüklərlə örtülüdür.
Sanahin
Sanahin (erm. Սանահին) — Ermənistan Respublikasının Loru mərzində kənd. Rusiya imperiyası zamanına aid rəsmi sənədlərdə kəndin adı Sanain kimi qeyd edilir.
Sanidin
Sanidin — mineral, kalium çöl şpatının (K, Na) [AlSi3O8] monoklinik modifikasiyası. Sanidin tərkibində kalium komponentinin miqdarı 38–100 mol % arasında dəyişir, lakin təbii sanidin bu miqdar adətən 67%-dən çox olur. CaO miqdarı 1,5%-ə qədər, qalan komponentlərin (Va, Fe3+, Rb, Mg, Li, Ti) miqdarı 1%-dən azdır. Şüşəli, şəffaflıq ikiləşmə çox vaxt karlsbad qanunu üzrə, bəzən baven və manebax qanunları üzrə. Pertit cücərtiləri olmur; −2V=15–500. Turş tərkibli effuzivlərdə, bəzən isə hipabissal süxurlarda. Cavan kaynozoy süxurların izotop yaşını (kalium-arqon üsulu), qədim süxurların yaşını (rubidium-stronsium üsulu) təyinində istifadə edilir. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Ağqanad pinqvin
Ağqanad pinqvin (lat. Eudyptula minor albosignata) — elədə böyük olmayan pinqvinlər 30 sm uzunluğa, yarın kq çəkiyə malik olurlar. Bu yarımnövün nümayəndələri Banks yarımadası və Motunau adasında yuva qururlar. Sayının 3750 cüt olması eehtimal edilir. == Təsnifat == Bir çox alimlər bu canlını Kiçik pinqvinlərin yarımnövü hesab edir. DNT analizləri sayəsində 2009-cu ildə "BirdLife International" bu canlını rəsmən Kiçik pinqvinlərin yarımnövü elan ettmişdir. == Yaşayış bölgəsi == Ağqanad pinqvinlər əsasən Yeni Zelandiyanın Kenterberi vilayətinin burun, mağara, küləkdən müdafiə olunan buxtalarda yaşayırlar. == Xüsusiyyətləri == Digər pinqvinlərdən fərqli olaraq gecə həyatı keçirirlər. Gündüzlər isə yuvalarında yatırlar. Gecələr dənizə çıxırlar.
Eynəkli pinqvin
Eynəkli pinqvin və ya Afrika pinqvini (lat. Spheniscus demersus) — Eynəkli pinqvinlər cinsinə daxil olan növ. == Xarici görünüş == Öz cinsinin ən böyük nümayəndəsidir. Uzunluğu 65–70 sm, çəkisi 3–5 kq təşkil edir. Öz cinsinin digər nümayəndələri kimi onunda önü ağ, arxası isə qara rəngdə olur. == Yayılması == Arealı Cənubi Afrika, Namibiya və yaxınlıqda yerləşən adaların sahillərində yayılmışdır. 1900-cü ildə populyasiyanın sayı 2 mln, 2015-ci ildə isə sayı 140–180 min baş olmuşdur. == Həyat tərzi == Bu növün nümayəndələri 20 km/s sürətlə suyun 100 m dərinliyinə üzə bilirlər. Suyun altında 2–3 dəqiqə qala bilirlər. Qida arxasınca 70–120 km dəniz daxilinə üzürlər.
Kiçik pinqvin
Kiçik pinqvin və ya Mavi pinqvin (lat. Eudyptula minor) — Kiçik pinqvinlər cinsinə daxil olan növ. Dünyada yaşayan pinqvinlər arasında ən kiçiyidir. == Xüsusiyyətləri == Uzunluğu 30–40 sm, çəkisi isə 1 kq olur. Arealı əsasən Cənubi Amerika və Yeni Zelandiyanın sahil ərazilərində yayılmışdır. Kiçik pinqvinlərin ümumi sayı 1 mln başdır. Dimdikləri tünd-boz, arxa nahiyəsi isə qara rəngdə olur. Kiçik pinqvinlər əsasən kiçik balıqlar, molyusk və bəzən isə osminoqla qidalanırlar. Kiçik pinqvinlər 3–30 metr, maksimal olaraq isə 60–70 metr üzə bilirlər. Yumurtaların inkubasiyasında hər iki valideyn iştirak edir.
Kökdimdik pinqvin
Kökdimdik pinqvin, Kökdimdik kəkilli pinqvin və ya Viktoriya pinqvini (lat. Eudyptes pachyrhynchus) — Kəkilli pinqvinlər cinsinə daxil olan növ. == Təsviri == Kökdimdik pinqvinlərin uzunluğu 55–60 sm, çəkisi isə 2–5 kq (orta 3 kq) təşkil edir. Tüklərinin uzunluğu 2,7 sm olur. Başı və bədəni qara rəngdə olur. Ön nahirəsi ağdır. == Yayılması == Yeni Zelandiyanın Stuart, Solander və Cənub adasında yayılmışlar. 1980-ci illərdə sayı 5 000–10 000 cüt olmuşdur. Hazırda isə sayları 1 000–2 500 cüt olaraq qiymətləndirilsədə artımı stabildir. == Həyat tərzi == Əsasən sahil ərazilərində ov edirlər.
Kəkilli pinqvin
Qayalıq pinqvini (kəkilli pinqvin) (lat. Eudyptes chrysocome) — pinqvinlər fəsiləsinə aid növ. == Xüsusiyyətləri == Pinqvinlər 55–62 sm uzunluğa, 2–3 kq təşkil edir. Əsasən Subantarktik qurşaqda, Tasmaniya və Odlu Torpaq ərazilərində yayılmışlar. Onları hətta Cənubi Amerika sahillərində belə görmək mümkündür. Bu pinqvinlərin ayaqları qısadır. Onlar bədənin arxasında yerləşir. Tükləri 2,9 sm uzunluğa malikdir. Başında parlaq-sarı rəngdə lələklər olur. Qanadları güçlü, ensiz olur və pərə bənzəyir.
Pinqvin (ada)
Pinqvin adası (ing. Penguin Island) — Cənubi Şetland adaları qrupuna daxil olan vulkanik ada. Aktiv stratovulkandır. == Tarixi == Ada ilk dəfə 1820-ci ildə britaniya dənizçiləri tərəfindən kəşf edilmişdir. Səhər çağı olnlar konusu 180 metr olan vulkan aşkarlamışdırlar. Püskürmə üç kraterdən qalxırdı. 1865 ildə püskürmə nəticəsində bir krater əmələ gəlmişdir. 1905-ci ildə isə növbəti püskürmə müşahidə edilmişdir. Bu püdkürmə 7 ball olaraq qiymətləndirilir. == İstinadlar == == Mənbə == Composite Antarctic Gazetteer.
Pinqvin (jurnal)
Penguen (azərb. Pinqvin‎) — Türkiyədə və Şimali Kipr Türk Respublikasında türk dilində nəşr olunan həftəlik yumoristik jurnal. Jurnal həftənin çərşənbə günü buraxılır. == Tarixi == "Ləman" jurnalından ayrılan Mətin Üstündağ, Bahadır Baruter, Səlcuq Ərdəm, Erdil Yaşaroğlu və dostları tərəfindən 2002-ci ilin sentyabrında təsis olunmuşdur. Saytı 2004-cü ilin avqustundan fəaliyyət göstərir. 2007-ci ilin avqustunda heyətindən Yiğit Özgür, Memo Tembelçizər, Oky, Ersin Qarabulud, Ümid Sarıqaya və Uğur Gürsoy yeni bir jurnal qurmaq üçün ayrılmışdırlar. Onalr sentyabr 2004-cü ildə "Yuxusuzlar" jurnalını çıxarmışdılar.
Sandvip adası
Sandvip adası (benq. সন্দ্বীপ) — Benqal körfəzində Banqladeşə məxsus ada. == Coğrafi yerləşmə == Banqladeşin Çittaqonq vilayəti ərazisinə daxildir. Adanın sahəsi 762,42 km² təşkil edir. == Əhali == Əhalisi kənd təsərrüfatı və balıqçılıqla məşqul olur. Adada 472 179 nəfər yaşayır.
Sarıgöz pinqvin
Sarıgöz pinqvin, və ya Möhtəşəm pinqvin, Antipodov pinqvini (lat. Megadyptes antipodes) — pinqvinlər fəsiləsinə, nəsli kəsilməyən Megadyptes cinsinə aid olan yeganə növ. Maori dilində Xoixo adlandırılır. == Xarici görünüş == Bu vcanlıların bədən quruluşu daha çox Kəkilli pinqvinlərə bənzəyir. İri fərdlərin boyu 70–75 sm, çəkisi 6–7 kq olur. Orta ömür müddəti 10–12 ildir. Bəslənmə şəraitində isə bu 20 ilə qədər uzana bilir. , Dişilərin böyük qismi artıq 2 yaşında yumurta qoyur. Xarici görünüş baxımından isə digər pinqivinlərə bənzəyirlər. Başları qızılı-sarı həm də qara tüklərlə örtülürlər.
Furay Sancin
Hiraqa Qennay (平賀 源内, 1728[…], Şido[d] – 24 yanvar 1780, Tenma-ço həbsxanası[d], Tokio) – Edo dövründə yaşamış Yaponiya polimatı. O, təbiətşünas, farmakoloq, ranqaku alimi, həkim, ixtiraçı, yazıçı, dulusçu və rəssam kimi tanınmışdır. Samuray ailəsində doğulsa da, özünü elmə və incəsənətə həsr etməyə qərar vermiş, ronin olmuşdur. == Təxəllüsləri == Qennay həyatı boyunca müxtəlif təxəllüslərlə tanınmışdır. Təbiətşünaslıq və rəssamlıqla məşğul olarkən Kyukey ("Göyərçin dərəsi"), yazıçılıqla məşğul olarkən isə Furay Sancin ("Külək sürən") və Tenciku Ronin ("Xaricdən gələn ronin") təxəllüslərindən istifadə etmişdir. Coruri əsərlərini isə Fukuuçi Kiqay təxəllüsü ilə imzalamışdır. İstifadə etdiyi digər təxəllüslərə Kuvazu Hinraku ("Heç nə yemədən yoxsulluğun dadını çıxarmaq") və Hinka Zeninay ("Kasıb ev, pul yoxdur") aiddir. Qennayın istifadə etdiyi təxəllüslər özünə tərif, istehza, hikkə, qayğısızlıq kimi xüsusiyyətlər daşıyır. == Həyatı == === 1728–1763 === Hiraqa Qennay 1728-ci ildə Sanuki əyalətinin Takamatsu hanında doğulmuşdur. Atası Şirayşi Mozaemon aşağı rütbəli samuray idi.
Sanqan döyüşü
Sanqan döyüşü — 1727-ci ilin payızında II Təhmasibə sadiq olan və Nadirin komandanlıq etdiyi Səfəvi qüvvələri ilə üsyançı Abdali əfqanları arasında cənubi Xorasanda baş vermiş döyüşdür. Bu döyüş yenidən canlanma ərəfəsində olan Səfəvi qüvvələri ilə əfqanlar arasında baş tutmuş ilk döyüşlərdən biridir. Döyüş texniki olaraq Səfəvi qüvvələrinin qələbəsi ilə sonlanmışdır. == Arxa plan == İsfahan şəhəri I Şah Abbasın dövründən etibarən Səfəvi dövlətinin paytaxtı idi. 1722-ci ildə Mir Mahmud Hotakinin başçılıq etdiyi üsyançı əfqanlar Gülnabad döyüşündə Səfəviləri məğlub edərək paytaxt İsfahan şəhərini mühasirəyə aldılar. 8 aylıq mühasirədən sonra Səfəvi hökmdarı Şah Sultan Hüseyn meydana çıxan aclığa görə Mir Mahmud Hotakiyə təslim oldu. Hələ İsfahan mühasirədə olarkən şahzadələrdən biri şəhərdən qaçmağı bacarmış və kənardan əfqanlarla döyüşə bilmək üçün ordu toplanmasına başlamışdır. Gərgin vəziyyətdə toplanan orduya qatılanlardan biri də Xorasanda məskunlaşdırılmış Əfşarlardan biri olan Nadir və ya o zamankı adı ilə Təhmasibqulu xan idi. Yenidən canlanan Səfəvi ordusunun birləşdirməyə başladığı ilk coğrafiya isə Xorasan seçildi. Nadir əldə etdiyi uğurları davamlı etmək, Sənqan, Khaf və Behdadini təmin edə bilmək üçün daha cənuba yönəlmək fikrində idi.
Klarens Anqlin
Klarens Anqlin (11 may 1931, Donalsonville[d], Corciya) — Amerikanın ən yaxşı qorunan və ən bədnam cinayətkarlarının yerləşdiyi Alkatrazda yatmış, heç kimin qaça bilməyəcəyi Alkatrazdan Frenk Morris və qardaşı Con Anqlinlə birlikdə qaçmağı bacaran bir məhbus. Ölümünün dəqiq tarixi məlum deyil, onun 1962-ci il iyunun 11-nə keçən gecə qaçarkən boğularaq öldüyü güman edilir. Lakin boğulduğuna dair heç bir fakt aşkar edilməyib. == Alkatraz == San-Fransisko körfəzində sahildən 2,4 km aralıda 9 hektar əraziyə yayılmış Alkatraz adası ABŞ-nin ən məşhur həbsxanalarından biri olmaq xüsusiyyətinə malikdir. Əvvəllər ispanlar tərəfindən idarə olunan ada "La Isla de los Alcatraces" (Qutanlar adası) adlanırdı. 1848-ci ildə ABŞ idarəetməsinə keçən ada San-Fransiskonun müdafiəsi üçün bir müddət hərbi məqsədlər üçün istifadə edilib. 1868-ci ildə inşa edilən yerli üsyançıların liderlərin tutulduğu həbsxana, Alkatraz adasının gələcək rolunu da müəyyən edəcəkdi. Əlavə binalarla böyüyən həbsxana 1934-cü il yanvarın 1-də federal həbsxanaya çevrildi. İntizamı möhkəm saxlamaq üçün yeni məhkumlar qəbul edilmir, başqa həbsxanalardan təhlükəli məhkumlar bura köçürülürdü. 1934-cü ilin iyununda müxtəlif yerlərdən 196 məhbus və məhkum bu tutulmaz adaya köçürüldü.
Salvin çayı
Salvin Cənub-Şərqi Asiya yerləşən çayıdır, uzunluğu təxminən 3,289 kilometr (2,044 mil), Tibet yaylasından Andaman dənizinə axır. Salvin çayının əsas hissəsi Çinin cənub-qərbində və Myanmanın şərqində (Birma) axır, qısa bir hissəsi Birma və Tayland sərhədindən axaraq ölkələr arasındakı sərhədi təşkil edir. Çay axarının çox hissəsi boyunca o, möhkəm dağ kanyonlarından sürətlə axararaq keçir. Çayın böyük uzunluğuna baxmayaraq, onun yalnızca son 90 kilometr (56 mil) gəmiçiliyə yararlıdır, burada Molamyayn ərazisində kiçik bir estuar və delta təşkil edir. Çay axdığı ölkələr boyunca müxtəlif adlarla tanınır. Məsələn Birmada Thanlwin və Çində Nu çayı . Əksər dillərdə istifadə olunan "Salween" adî 19-cu əsrdə tərtib edilən Britaniya xəritələrində rast gəlinən çayın Birmada istifadə olunan adının ingiliscəyə tərcüməsidir . Coğrafi cəhətdən təcrid olunmuş böyük hündürlük və geniş enlik diapazonuna görə Salvin hövzəsi dünyanın ekoloji cəhətdən ən çox müxtəliklərə rast gəlinən bölgələrindən biri hesab olunur və təxmini 25 hövzədən ibarətdir. Çay ətrafı sahələr xeyli heyvan növlərinə və minlərlə bitki növünə ev sahibliyi edir. Çay axarı boyunca kənd təsərrüfatı üçün su təmin edir və xüsusilə də delta bölgəsində bol sululuq balıqçılıqla məşğul olmaq üçün şərait yaradır.
Böyük kəkilli pinqvin
Böyük kəkilli pinqvin (lat. Eudyptes sclateri) — Kəkilli pinqvinlər cinsinə daxil olan olan növ. Növün elmi adı britaniya zooloqu Filip Latli Skleyterin şərəfinə alandırılmışdır. == Təsviri == Bu orta ölçülü pinqvin 63–65 sm uzunluğa, 4–5 kq çəkiyə malik olur. Dişilər ölçü baxımından erkəklərdən geri qalırlar. Beli, başı və qanadı qara, sinəsi isə ağ rəngdə olur. == Yayılması == Əsasən Avstraliya və Yeni Zelandiyanın sahillərində yamayırlar. Baumti, Antipodov, Kempbel və Oklend adalarında yuva qururlar. Hazırda ümumi sayı 200 min baş olaraq qiymətləndirilir. Artımı stabildir.
Cənubi Sandviç adaları
Cənubi Sendviç adaları (ing. South Sandwich Islands) — Subantarktika qurşağında, Atlantik okeanın cənubunda yerləşən arxipelaq. Cənubi Georgiya adasından 570 km cənub-şərqdə yerləşir. Arxipelaq 11 vulkan məşəlli kiçik ada, çoxlu sayda adacıqlar və qayalıqlardan ibarətdir. Arxipelaq rayonunu bəzən Cənub okeanına aid edirlər. Skotia dənizinin şərq sərhəddi hesab edilir. İnzibati cəhətdən Britaniya dəniz ərazilərinin Cənubi Georgiya və Cənubi Sendviç adaları ərazisinə daxil edilir. Folklend adaları və Cənubi Georgiya ilə birlikdə Argentina tərəfdən ərazi iddiası qaldırılmışdır. Argentina bölgəni öz ərazisi hesab edir. == Ümumi məlumat == Arxipelaq 310 km² sahəyə malikdir.
Cənubi Sandviç çökəkliyi
Cənubi Sandviç çökəkliyi — dərin nov Atlantik okeanın cənubunda, Cənubi Sandviç adaları sahilləri boyunca (şərq sahili) uzanır. Novun uzunluğu 1200 km təşkil edir. Maksimum dərinliyi 8428 metrdir. V-formaya malikdir. Eni 6000 km-dən 100 km arasında dəyişir. Dərinliyin dibində isə bir necə milometrə çatır.
Helen Lanqevin-Joliot
Helen Lanqevin-Joliot (doğum adı: Joliot-Küri; 19 sentyabr 1927, VI arondisman (Paris)) — Fransız laboratoriyalarında nüvə reaksiyaları ilə bağlı araşdırmaları ilə tanınan və hər üçü də fizika və kimya üzrə Nobel mükafatı almış Mariya Kürinin nəvəsi və İren Jolio-Küri və Frederik Jolio-Kürinin qızı, fransız nüvə fiziki. Tədqiqat sahəsindəki karyerasından təqaüdə çıxdıqdan sonra Helen qadınları və qızları STEM sahələrində iştirak etməyə təşviq etməyə yönəlmiş aktivizmə qoşulmuşdur. Onun aktivizmi həm də geniş ictimaiyyət üçün daha çox elmi savadlılığın təşviqinə köklənib.
Sners kəkilli pinqvin
Sners kəkilli pinqvin (lat. Eudyptes robustus) — Kəkilli pinqvinlər cinsinə daxil olan növ. Sners adalarının endemik canlısıdır. Onun arealı 3,3 km² təşkil edir. Bu isə bütün pinqvin növləri arasında ən kiçik areala malikdir. Bu kiçik ərazində cəmi 30 000 cüt sners kəkilli pinqvini yaşayır. Bu növə daxil yetkin nümayəndələrin uzunluğu 55 sm, çəkisi isə 4 kq-dır. 5–6 yaşında iki yumurta qoyurlar. Yumurtanın inkubasiya dövrü 32–35 gün sürür. 2,5 aydan sonra balalar sərbəst şəkildə dənizə çıxırlar.
Vladimir Savin
Vladimir Fyodoroviç Savin (22 aprel 1926 – 23 dekabr 2001, Bakı) — səs operatoru, ssenarist, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000). == Həyatı == Vladimir Fyodoroviç Savin 22 aprel 1926-cı ildə anadan olmuşdur. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == 20+1 (film, 1986) (qısametrajlı bədii süjet-Mozalan № 105) Abşeron ritmləri (film, 1970) (tammetrajlı musiqili-bədii televiziya filmi) — səs operatoru "Ağ pambığı becərəndə, yığanda..." (film, 1989) Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) — səs operatoru Azərbaycan peşə-texniki təhsil günü Moskvada (film, 1974) Azərbaycanın səhnə ustaları (film, 1965) Azərbaycanın subtropiklərində (film, 1963) Bacarıqlı əllər (film, 1963) Bağ mövsümü (film, 1985) Bağlı qapı (film, 1981) Bakıda küləklər əsir (film, 1974) Bakının işıqları (film, 1979) Batmış şəhərin axtarışında (film, 1987) Bir cənub şəhərində (film, 1969) Biri vardı, biri yoxdu... (film, 1967) Biz poliqrafçılarıq (film, 1969) Bizim 29-cu ordenli (film, 1970) Bizim layiqli ardıcıllarımız (film, 1972) Bizim şən yayımız (film, 1967) Böyük İpək Yolunda (film, 1986) Bürünc "Neftçi" (film, 1966) Cansıxıcı əhvalat (film, 1988) Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax) Cəfər Cabbarlı. Səhnə əsərləri (film, 1973) Çobanlar (film, 1961) Dədə Qorqud (film, 1975) Dostuma məktub (film, 1992) Əzablı yollar (film, 1982) Geriyə baxmağa dəyər (film, 1985) Gəmilərin təmiri zamanı texniki təhlükəsizlik (film, 1965) Güllər və adamlar (film, 1975) Güman (film, 1989) Hər şey yaxşılığa doğru Həsənbəy Zərdabi (film, 1992) Hücum (film, 1989) Xalq istehlakı mallarının buraxılışının öyrənilməsinin təşkili (film, 1989) Xəzər üzərindən körpü (film, 1963)(II) Xəzər üzərində körpü (film, 1988) (Qısametrajlı sənədli film) İncəsənət veteranı (film, 1966) İstintaq (film, 1979) İş növbəsi (film, 1975) Kimya kombinatlarının optimal layihələşdirilməsi yolları (film, 1967) Koqalımdan xəbərlər (film, 1987) Köç (film, 1983) Köhnə bərə (film, 1984) Köpək (film, 1994) Qaraca qız (film, 1966)(film, kinoalmanax) Qatır Məmməd (film, 1974) Qeyri-adi ov (film, 1974) Qərib cinlər diyarında (film, 1977) Qəribə adam (film, 1979) Qızıl əllər (film, 1967) Qızıl qaz (film, 1972) Qorki və Azərbaycan (film, 1984) Qovlar (film, 1992) Müqəddəs and (film, 1983) "Nabran" Hərbi-İdman Düşərgəsində (film, 1973) Nakəs (film, 1991) Oxuyur Müslüm Maqomayev (film, 1971) Özgə vaxt (film, 1996) Park (film, 1983) Ramin (film, 1988) Salam, metro! (film, 1988) Sehrli naxışlar (film, 1984) Sürəyya (film, 1987) Şahid qız (film, 1990) Səmaya yönəldilmiş (film, 1975) Sən belə cımbılısan (film, 1982) Sibir-evdən 8000 km aralı (film, 1988) Şəki sarayı (film, 1965) Şirbalanın məhəbbəti (film, 1991) Tərbiyəçi (film, 1971) Texniki vasitələr kompleksində (film, 1970) Udi xalqı (film, 1993) Unutma... (film, 1989) Üzü küləyə (film, 1977) Vətən mənə oğul desə (film, 1996) Vulkana doğru (film, 1977) Yaxşı ad uğrunda (film, 1972) Bahar əyləncələri (film, 1989) Yeddi gözəl (film, 1982) Yeddi oğul istərəm...
Angvil
Çay ilanbalığı (lat. Anguilla) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin angvilkimilər dəstəsinin angvillər fəsiləsinə aid heyvan cinsi.
Yanğın
Yanğın — maddi nemətlərin məhv olması ilə nəticələnən, idarə oluna bilməyən, insan həyatı üçün təhlükəli yanma prosesidir. Yanğında baş verən əsas fiziki-kimyəvi hadisələr yanar maddələrlə hava oksigeni arasında kimyəvi reaksiya getməsi, çoxlu istilik ayrılması və yanma nəticəsində əmələ gələn qazların intensiv mübadiləsidir. Yanğın çox vaxt odla ehtiyatlı davranılmaması, yanğına qarşı tədbirlərə düzgün əməl edilməməsi, materialların öz-özünə alışıb yanması, statik elektrik boşalmaları və ildırım düşməsi nəticəsində baş verir, bəzən də cinayətkarlıqla qəsdən törədilir. Yanğın zamanı tüstü ilə havaya qalxan yanma məhsullarının çoxu (xüsusən polimer maddələr yandıqda) orqanizmə zəhərləyici təsir göstərir. Bəzi hallarda natamam yanma məhsulları (məs., karbon 2-oksid) oksigenlə partlayış cəhətdən təhlükəli qarışıq əmələ gətirir. == Yanğından mühafizə == Yanğından mühafizə insanların həyatının, dövlət və ictimai mülkiyyətin, vətəndaşların şəxsi mülkiyyətinin yanğından mühafizəsinə yönəldilmiş dövlət və ictimai tədbirlər sistemi; yanğınla mübarizəni həyata keçirən təşkilatdır. Yanğından mühafizənin əsas məqsədi yanğın profilaktikasıdır. Yanğının söndürülməsini yanğınsöndürən texnikasından istifadə edən Yanğından mühafizə dəstələri həyata keçirir. Azərbaycanın bütün şəhərlərində müasir yanğınsöndürmə texnikası ilə təchiz olunmuş peşəkar Yanğından mühafizə dəstələri xidmət göstərir.
Vısokiy adası (Cənubi Sandviç)
Vısoki adası (ing. Visokoi Island) — Cənubi Sandviç adaları qrupuna daxil olan kiçik ada. Atlantik okeanın cənubunda yerləşir. İnzibati cəhətdən Böyük Britaniyanın Cənubi Georgiya və Cənubi Sandviç adalarına daxildir. == Coğrafiya == Vısoki adası Cənubi Georgiya adasından 520 k, cənub-şərqdə yerləşir. Antarktidadan şimal-şərqdə qərarlaşır. Leskov və Zavadovski adaları ilə birlikdə Traverse arxipelaqını əmələ gətirir. Adanın uzunluğu 7,2 km, eni isə 4,2 km təşkil edir. Adanın maksimal hündürküyü 1005 metrdir. == Tarix == Ada ilk dəfə 1819-ci ildə rus antarktik ekspedisiyasının rəhbəri Faddey Belinshauzen tərəfindən kəşf edilmişdir.
Şaravin (İzer)
Şaravin (fr. Charavines) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viryo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38082. Kommunanın 2008-ci il üçün əhalisi 1447 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 440 ilə 800 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 65 km cənub-şərqdə, Qrenobldan 32 km şimal-qərbdə yerləşir.
Savin-le-Lak
Savin-le-Lak (fr. Savines-le-Lac, oks. Savina lo Lac) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Savin-le-Lak kantonuna daxildir. INSEE kodu — 05164. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1136 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 651 nəfər (15-64 yaş arasında) 465 nəfər iqtisadi cəhətdən, 186 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71,4%, 1999-cu ildə bu 67.7%). Fəal olan 465 nəfərdən 429 nəfər (222 kişi və 207 qadın), 36 nəfər işsiz (15 kişi və 21 qadın) idi.
Adi angvil
Adi ilanbalığı (lat. Anguilla anguilla) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin angvilkimilər dəstəsinin angvillər fəsiləsinin angvil cinsinə aid heyvan növü.
Burhan Sargın
Burhan Sargın (11 fevral 1929, Ankara – 15 sentyabr 2023) — Türk keçmiş milli futbolçu. Hücumçu idi. Canavar ləqəbi ilə tanınırdı. 1954 FİFA Dünya Kuboku finallarında qatılan heyətdə yer aldı. == Futbolçuluq karieri == Futbola Hacettepe də başladı. Daha sonra Fənərbaxçaya 1951-ci ildə transfer oldu. Ədalət komandasında 2 il oynadıqdan sonra təkrar Kadıköyə döndü. Fənərbaxça forması altında 112 qol atdı Türkiyə Milli Futbol Komandasında 8 dəfə oynadı və 7 qol atdı. 1954 Dünya Kuboku seçmələrinə İspaniyaya atdığı qol sayəsində Türkiyəyə final oynama yolunu açdı. Bunun yanında İsveçrədə təşkil edilən FIFA Dünya Kubokunda Cənubi Koreyaya qarşı xətt-trick edərək bu müvəffəqiyyətə çatan ilk və tək Türk futbolçu oldu.
Işılay Sayqın
Işılay Sayqın (türk. Işılay Saygın; 4 aprel 1947, Buca, İzmir ili – 27 iyul 2019, İzmir) — Türk memar, siyasətçi və nazir. == Bioqrafiyası == Osman Nuri Sayqın və həyat yoldaşı Fatmanın ailəsində, İzmir ilinin Buca bələdiyəsində anadan olmuşdur. Egey Universitetinin Memarlıq fakültəsini bitirmişdir. 1973-cü ildən siyasətlə məşğul olur. Bu zaman Ədalət Partiyasına qatılır. İki müddət ərzində rayon başçısı vəzifəsini icra etmişdir. 1980-ci il çevrilişindən sonra vəzifəsini itirir. 1980-1983-cü illərdə memar işləmişdir. 1983-cü ildə Milliyyətçi Demokratik Partiyaya qatılır, elə həmin il Türkiyə parlamentinə üzv seçilir.
Paphiopedilum sangii
Paphiopedilum sangii (lat. Paphiopedilum sangii) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü.
Sayqın Soysal
Sayqın Soysal (türk. Saygın Soysal; 21 may 1982, Ankara)— Türk kino aktyoru. == Həyatı == Sayqın Soysal 21 may 1982-ci ildə Ankara şəhərində anadan olub. Hacettepe Universitetini bitirib. Aktyordur. Bir çox film və seriallarda çəkilib.
Yanğın fotoqrafiyası
Yanğın fotoqrafiyası — Yanğınla mübarizə əməliyyatları zamanı şəkil çəkmə. Bu şəkilləri çəkən insanlara yanğın fotoqrafları deyilir. Yanğın fotoqrafiyası təhlükəli hallara yaxın olmağı ehtimal etdiyindən yanğınsöndürənlər təcili hadisə səhnələri, əməliyyatları, sağlamlığı və təhlükəsizliyi ilə bağlı xüsusi bacarıq və məlumatlara malik olmalıdırlar. Yanğında fotoşəkil çəkmək üçün yanğınsöndürmə qoruma cihazlarını geyinmək tələb olunur. == Yanğın fotoqrafiyasında istifadə edilənlər == Yanğın fotoqraflarının işi bir çox proqramları əhatə edir. Bunlara aiddir: Araşdırma Təlim Yanğının qarşısının alınması İşçi təhlükəsizliyi və sağlamlığı Hadisədən sonrakı təhlillər Fövqəladə hallarda ictimaiyyətin fikirlərini yaxşılaşdırmaq Xilasedicilərin aidiyyəti hisslərinin gücləndirilməsi == Yanğınsöndürmə şöbələrinə cəlb olunma == Yanğın çəkən fotoqraf yanğınsöndürmə şöbələri tərəfindən birbaşa istismar edilə bilər və ya edilə bilməz. Fotoşəkil üçün bir haqqı olan xüsusi bir fotoqrafiya xidməti təqdim edirlər. Təhlükəsiz perimetersə giriş yanğınsöndürənlər üçün bir problem ola bilər, beləliklə onlar otaqdakı yanğın səhnələrinə çıxışın yaxşılaşdırılması üçün yerli yanğın şöbəsi ilə yaxşı əlaqələr qururlar. Belə çıxış, yanğınsöndürmə şöbəsinin təqdirinə əsasən, əlavə təlim və digər tədbirlər tələb edə bilər. Böyük şöbələr tez-tez Nyu-York və Çikaqo şəhərlərində olanlar kimi peşəkar foto xidmət vahidlərinə malikdirlər.
Yanğın fırtınası
Alov fırtınası, yanğın fırtınası, alov tornadosu və ya yanğın tornadosu — bir çox yanma mərkəzinin birləşdiyi zaman meydana gələn atmosfer hadisəsidir. == Mexanizmi == Belə bir yanğın fırtınası, vulkanik püskürmə və ya bir ərazinin bombalanması nəticəsində baş verə bilər. Ayrı-ayrı yanma ocaqları geniş bir mərkəzə birləşdirilir. Üstündəki hava təbəqəsi çox qızır və nəticədə yuxarıya doğru qalxmağa başlayır. Bu proses yanmanın ətrafından gələn soyuq hava kütlələrini özünə çəkir. Beləliklə alovları daha çox yuxarıya qaldırır və nəticədə beş kilometrə qədər yüksəkliklərə çata biləcək sabit mərkəzli cərəyanlar yaradırlar. 500-800 ˚C-ə qədər qızdırılan hava kütləsi qasırğa sürətində fırlanır. Alov tornadosunun mərkəzinin yaxınlığında olan hər şey yanır və ya əriyir. == Baş vermiş nümunələr == 1666-cı ildəki Böyük London Yanğını, 1812-ci ildəki Böyük Moskva Yanğını, 1871-ci ildəki Böyük Çikaqo Yanğını və 1917-ci ildəki Selanik yanğınları zamanı yanğın fırtınası hadisələri qeydə alınmışdır. Bu fenomen həmçinin, 2014-cü ildə Meksikada və 2016-cı ildə ABŞ-də baş vermiş meşə yanğınları zamanı da müşahidə edilmişdir..