Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Siyasətçi
Siyasətçi — siyasi fəaliyyətlə məşğul olan şəxs. Siyasi fəaliyyətlə icraedici hakimiyyətdə (prezident, baş nazir, nazir), qanunverici hakimiyyətdə (müxtəlif səviyyədə parlament deputatı və bələdiyyə üzvü), siyasi partiya funksioneri kimi fəaliyyət göstərmək olar.
Bitərəf siyasətçi
Bitərəf siyasətçi və ya Partiyasız — heç bir siyasi partiya mənsubiyyəti olmayan şəxs. Bu ifadə SSRİ dövründə daha çox istifadə olunurdu. Bu müxtəlif anketlərdə partiya mənsubiyyəti bəndinin olması ilə əlaqədar idi və Sov.İKP və ya ÜİLKGİ-nin üzvü olmayanlar üçün "partiyasız" sözü işlədilirdi.
Siyasətçi (Platon)
Siyasətçi(qəd. yun. Πολιτικός) — Platonun yaradıcılığının yekun mərhələsinə yaxın yazılmış və bir növ "Sofist" dialoqunun davamı kimi dəyərləndirilən dialoqdur. Dialoqun iştirakçıları: Sokrat və Feodor yalnız əsas iştirakçıları təmsil edirlər və onların iştirakı yalnız bir neçə giriş frazasının səsləndirilməsi ilə məhdudlaşır. Əsas dialoq iştirakçıları gənc Sokrat və Eleydən gəlmiş gəlmədir.
Partiyasız siyasətçi
Bitərəf siyasətçi və ya Partiyasız — heç bir siyasi partiya mənsubiyyəti olmayan şəxs. Bu ifadə SSRİ dövründə daha çox istifadə olunurdu. Bu müxtəlif anketlərdə partiya mənsubiyyəti bəndinin olması ilə əlaqədar idi və Sov.İKP və ya ÜİLKGİ-nin üzvü olmayanlar üçün "partiyasız" sözü işlədilirdi.
Virtual siyasətçi
Virtual siyasətçi və ya Sİ siyasətçisi — dövlət idarəsində fəaliyyət göstərən qeyri-insani varlıq. Virtual siyasətçi eyni vəzifədə xidmət edən bir insanla oxşar gücə sahib olur, lakin süni intellekt alqoritmi əsasında seçim etmək üçün proqramlaşdırılır. Süni intellekt yaranandan bəri maşınlar müxtəlif səbəblərə görə əvvəllər insanların tutduğu müxtəlif vəzifələrdə işə salınmışdır. Bunlar əsasən insanların iş yükünü yüngülləşdirmək üçün təkrarlanan tapşırıqlara aid edilmişdir. Süni intellekt getdikcə daha çox insan xüsusiyyətləri tələb edən empatiya kimi vəzifələrdə işə salınır, lakin insan qüsurlarını əvəz etmək üçün istifadə olunur. Bəziləri hesab edirlər ki, düzgün verilənlər üzərində proqramlaşdırılmış süni intellekt güclü bir mövqeyə yerləşdirilsə, o, tez məlumatlı qərarlar qəbul edə, səlahiyyəti olan hər kəsin perspektiv və ehtiyaclarına diqqət yetirə bilər. == SAM == "SAM" ümumiyyətlə ilk virtual siyasətçi hesab edilən proqrama verilən addır. SAM Yeni Zelandiyalı proqram tərtibatçısı Nik Gerritsen tərəfindən yaradılmış və Yeni Zelandiyada insanların fikirlərini və istəklərini təmsil etmək üçün hazırlanmışdır. SAM-ın 2020-ci ildə Yeni Zelandiyada keçirilən seçkilərdə namizəd kimi irəli sürülməsi nəzərdə tutulmuşdu. == Alice == "Yandex" tərəfindən qurulmuş "Alice" və ya "Alisa" çatbotu 2018-ci ildə Rusiyada prezident seçkilərində Vladimir Putinə qarşı namizəd olaraq göstərilmişdir.
Adil Əliyev (siyasətçi)
Adil Abış oğlu Əliyev (25 sentyabr 1969, Maxta, İliç rayonu) — Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı, Milli Məclisin sədr müavini (2020). == Həyatı == Adil Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. 1987-ci ildə Bakı idman təmayüllü internat məktəbini bitirib. 1992-ci ildən İdman Ustasıdır. 1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M. V. Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını bitirib. 1998-ci ildə [https://www.pa.edu.az/ Daxili İşlər Nazirliyinin Polis Akademiyasını] bitirib. 2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir. 2004-cü ildə Bakı Dövlət Universitetinin magistraturasını bitirib. 2010-cu ildə BDU-nun aspiranturasını bitirib. 2009-cu ildə Kikboksinq üzrə veteranlar arası dünya çempionu olub.
Aleksandr Kazımbəy (siyasətçi)
Aleksandr Lvoviç Kazımbəy (rus. Алекса́ндр Льво́вич Казембе́к, or Казем-Бек; fr. Alexandre Kasem-Beg; 2 fevral 1902 – 21 fevral 1977) — Mladorossi hərəkatının banisi, jurnalist, pedaqoq. == Həyatı == Müasir dövrdə Aleksandr Lvoviç Kazımbəyi yalnız rus mühacirətinin ictimai-siyasi fəaliyyət tarixi ilə məşğul olan mütəxəssislər, bir də rus pravoslav kilsəsinin ayrı-ayrı nümayəndələri tanıya bilərlər. XX əsrin 30-cu illərində isə o, Avropadakı Rusiya siyasi mühacirətinin kifayət qədər populyar və parlaq simalarından biri idi. Geniş erudisiyası, natiqlik məharəti, yüksək təbəqə ilə əlaqələri və nəhayət, şəxsi xarizması onu yeni Rusiya tərəfdarlarının - "Mladorossiya" təşkilatının qurucularından birinə və şəksiz liderinə çevirmişdi. Atasının işi ilə əlaqədar Aleksandr hələ kiçik yaşlarında Rusiyanın müxtəlif bölgələrində (Kazan, Tula, Kaluqa, Revel, Vilno), həm də Qərbi Avropa ölkələrində (Fransa, İtaliya, İsveçrə, Almaniya, Avstriya-Macarıstan və s.) olmuşdu. Mükəmməl ev və gimnaziya təhsili nəticəsində ingilis, alman və fransız dillərinə dərindən yiyələnmişdi. Rusiyanın Birinci dünya müharibəsinə qoşulduğu ilk günlərdə ata - Lev Kazımbəy cəbhəyə yollanmışdı. Anası isə Sarskoe Selodakı hərbi lazaretlərdən birinə rəhbərlik edirdi.
Aleksandr Myasnikov (siyasətçi)
Aleksandr Fyodoroviç Myasnikov (əsl soyadı – Myasnikyan; təxəllüsü – Martuni; erm. Ալեքսանդր Ֆյոդորի Մյասնիկյան, rus. Алекса́ндр Фёдорович Мяснико́в; 28 yanvar (9 fevral) 1886, Naxçıvan-na-Donu, Rusiya imperiyası – 22 mart 1925, Tiflis) — erməni mənşəli sovet dövlət və partiya xadimi, ədib. == İlk illəri == Aleksandr Fyodoroviç Myasnikov 9 fevral 1886-cı ildə Rusiya imperiyasının Naxçıvan-na-Donu şəhərində anadan olmuşdur. O, 1906-cı ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. Myasnikov 1906–1909-cu illərdə Bakıda və 1912–1914-cü illərdə Moskvada inqilabi iş aparmış, 1914-cü ildə, Birinci Dünya müharibəsi zamanı orduya səfərbərliyə alınmışdır. O, 22 mart 1925-ci ildə Tiflis şəhəri yaxınlıqlarında təyyarə qəzasnda həlak olmuşdur. == Siyasi fəaliyyəti == Myasnikov 1917-ci il fevral inqilabından sonra Qərb cəbhəsi cəbhə komitəsinin, Minsk şəhəri partiya komitəsinin üzvü olmuşdur. O, RSDF(b)P Şimal-qərb ilayəti Komitəsinin sədri, Qərb vilayəti HİK-nin üzvü olmuşdur. Myasnikov 1917-ci ilin yazından Qərb, 1918-ci ilin yayından Volqaboyu cəbhəsinin komandanı, 1919-cu ilin əvvəlində Belorusiya SSR MİK sədri, Belorusiya K(b)P Mərkəzi bürosunun sədri, 1920-ci ilin yayında Qərb cəbhəsi siyasi idarəsinin rəisi, 1921-ci ildə Ermənistan SSR XKS sədri və xalq hərbi işlər komissarı, 1922-ci ildən Zaqafqaziya SFSR İttifaq Sovetinin sədri, sonra RK(b)P Zaqafqaziya Ölkə Komitəsinin birinci katibi, eyni zamanda SSRİ HİŞ-in üzvü olmuşdur.
Anar Məmmədov (siyasətçi)
Anar İlyaz oğlu Məmmədov (21 iyun 1984, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı (2020). == Həyatı == Anar Məmmədov 1984-cü il 21 iyun tarixində Bakı şəhərində anadan olub.1991–2001-ci illər orta məktəbdə təhsil alıb. 2001-ci ildə 618 balla Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsinə daxil olub. 2001-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən mükafat alıb. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2002–2005-ci illər AzTU-nun Nəqliyyat fakültəsində YAP-ın sədri olub. 2002–2005-ci illərdə AzTU Nəqliyyat fakültəsi üzrə Gənclər Təşkilatının sədri olub. 2005-ci ildə Azərbaycan Texniki Universitetini fərqlənmə diplomu ilə bitirib. 2005–2006-cı illərdə MTN-də həqiqi hərbi xidmətdə olub, çavuş rütbəsi alıb. 2006–2010-cu illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb.
Aqil Məmmədov (siyasətçi)
Aqil Sadıq oğlu Məmmədov (1 aprel 1960, Ağdaban, Kəlbəcər rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Kəlbəcər rayonunun icra başçısı (2013–2020), Azərbaycan Milli Məclisinin VI çağırış üzvü. == Həyatı == Aqil Məmmədov 1960-cı il aprelin 1-də Kəlbəcər rayonunun Ağdaban qəsəbəsində anadan olub. 1982–1987-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, 2009–2012-ci illərdə isə Azərbaycan Prezidentinin yanında Dövlət İdarəçiliyi Akademiyasında ali təhsil alıb. === Ailəsi === Aqil Məmmədov ailəlidir, 2 övladı var. Miskin Abdal nəslindəndir. Ağdabanlı şair Qurbanın nəvəsi, Aşıq Şəmşirin qardaşı oğlu, Cavid Qurbanovun əmisi oğludur. == Fəaliyyəti == Aqil Məmmədov 1976-cı ildə Kəlbəcər rayonunda "Ağdaban" Kolxozunda çalışmağa başladı. İdman sahəsində ali təhsil alandan sonra isə o, Göygöl rayonunda "Məhsul" İdman Cəmiyyətində məşqçi, Göygöl rayonunun İdman İdarəsinin rəisi oldu. Aqil Məmmədov 2006–2008-ci illərdə Kəlbəcər RİH-də ictimai məsələlər şöbəsində referant, 2008–2013-cü illərdə isə Kəlbəcər RİH-də icra başçısının birinci müavini vəzifələrində çalışıb. Aqil Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 4 mart 2013-cü il tarixli Sərəncamı ilə Kəlbəcər rayonunun icra başçısı vəzifəsinə təyin edildi.
Arif Paşayev (siyasətçi)
Arif Fəxrəddin oğlu Paşayev (15 may 1959, Laçın) — Azərbaycan hərbçisi və siyasətçisi. O, Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Laçın dağ-atıcı alayının ilk komandiri, Qarabağ müharibəsi iştirakçısı olmuşdur. Ehtiyatda olan polkovnikdir. == Həyatı == Arif Paşayev 15 may 1959-cu ildə Laçın şəhərində anadan olub. 1966–1976-cı illərdə Laçın şəhər orta məktəbində orta təhsil alib. 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub, 1982-ci ildə həmin institutu sənaye və mülki tikinti ixtisası üzrə bitirərək təyinatla Daxili İşlər Nazirliyinin sərəncamına göndərilib. 1982–1984-cü illərdə xaricdə Sovet qoşun kontingentinin tərkibində xidmət edib. == Həbsi == 1993-cü ilin avqust ayında Cinayət Məcəlləsinin 4-cü maddəsində ölüm cəzası nəzərdə tutulan 13 maddə ilə ittiham olunaraq həbs edilib. 1994-cü ilin sentyabrın 21-də Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasından qaçırılıb. 1994-cü ilin noyabrında məhkəmə keçirilməsini tələb edərək, məhkəməyə qayıdıb və 1995-ci ilin may ayının 12-də bəraət alıb.
Asif Əsgərov (siyasətçi)
Asif Yunis oğlu Əsgərov (1966, Naxçıvan) — Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Əsgərov Asif 1966-cı ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2001-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. 1989-cu ildən əmək fəaliyyətinə başlamış, Respublika ÜOEUGİM-də təlimatçı-metodist-məşqçi, 1991-ci ildən həmin məktəbin direktoru işləmişdir. 1994-cü ildən "ATTİLA" idman klubunun sədri, cüdo üzrə Azərbaycan yığma komandasının rəisi olmuş, Azərbaycan Cüdo Federasiyasının I vitse-prezidentidir. 1996-cı ildən Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyində idarə rəisi, Baş idarə rəisi, 2000–2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirinin müavini, 2006–2009-cu illərdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, 2009–2015-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Elmi-pedaqoji fəaliyyətini davam etdirir. Elmlər namizədi, idman ustası, Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, respublika dərəcəli hakimdir. Ailəlidir, 2 övladı var.
Aydın Həsənov (siyasətçi)
Aydın Xanhüseyn oğlu Həsənov (7 noyabr 1942, Astarxanbazar – 15 sentyabr 2017, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı. == Həyatı == Aydın Həsənov 7 noyabr 1942 tarixində Cəlilabad şəhərində anadan olmuşdur. O, Bakı Ali Hərbi Ümumqoşun Məktəbi və Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almışdır. Aydın Həsənov 1961-ci ildən Cəlilabad Rayon Hərbi Komissarlığında şöbə rəisinin köməkçisi, 1969-cu ildən Biləsuvar rayonunda hərbi komissarın köməkçisi, Hərbi Komissarlığın şöbə rəisi işləmişdir. 1974-cü ildən Sabirabad Rayon Hərbi Komissarlığında şöbə rəisi, 1978-ci ildən Ağsu rayonunun, 1980-ci ildən Şamaxı rayonunun hərbi komissarı olmuşdur. 1987-ci ildən Azərbaycan Respublikasının Hərbi Komissarlığında 2-ci şöbənin və Respublika toplanış məntəqəsinin rəisi, 1992-ci ildən Azərbaycan Respublikası Prokurorluğunun şöbə prokuroru, 1995–1997-ci illərdə Respublika toplanış məntəqəsinin rəisi vəzifələrində çalışmışdır. Evli idi, 3 övladı var. == Siyasi fəaliyyəti == Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Əfqanıstan, Azərbaycan-Gürcüstan, Azərbaycan-İraq, Azərbaycan-İran, Azərbaycan-Pakistan, Azərbaycan- Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Dividend siyasəti
Dividend siyasəti Korporasiyanın, yəni səhmdar cəmiyyətlərin səhmdarlar arasında bölüşdürülən mənfəəti dividend adlanır. Dividendlər səhmdarların müəyyən səhmdar cəmiyyətə qoyduqları kapitaldan gələn yeganə gəlir bazasıdır. Bu gəlir ya pul, ya da səhm formasında ödənilə bilər. Dividendlərin ödənmə mənbəyi heç bir halda investisiya kapitalı yox, yalnız və yalnız bölüşdürülməmiş mənfəətdir. Göstərdiyimiz kimi, müəssisə səhmdarları konkret müəssisəyə qoyduqları kapitalın gəlirini dividendlər şəklində alırlar. Səhmdar cəmiyyətlərdə dividendlər faktiki olaraq müəssisə sahiblərinin maraqlarını ifadə edən bir vasitədir. Şirkətin gəlirliliyi nə qədər yüksək və stabildirsə, dividendlər də bir o qədər müntəzəm ödənilir. Məlum olduğu kimi, şirkətin mənfəətindən ilk növbədə korporativ vergilər ödənilir, yerdə qalan hissədən şirkət istədiyi kimi istifadə edir. Səhmdarların qərarı ilə qalan hissənin bir qismini yeni investisiyaların maliyyələşdirilməsinə yönəltmək olar. Bundan sonra isə dividendlər ödənilir.
Maliyyə siyasəti
Maliyyə siyasəti – Maliyyə qanunvericiliyinə əsaslanan, dövlətin və onun orqanlarının qarşıda duran vəzifələrinin yerinə yetirilməsi üçün zəruri olan ictimai maliyyənin (dövlət və bələdiyyə idarələrinin pul fondları) yaradılmasına, yayılmasına və istifadə olunmasına yönəldilmiş dövlət və bələdiyyələrin onların orqanlarının timsalında sistematik fəaliyyətidir. Maliyyə siyasəti həm də kateqoriya adlandırıla bilər. Bu termin adətən maliyyə menecmenti ilə məşğul olan iqtisadçılar tərəfindən tətbiq edilir. Yəni, onu maliyyə menecmenti metodu aləti və məqsədi kimi götürülən maliyyə münasibətlərinin sosial-iqtisadi mahiyyəti kimi götürsək kateqoriya kimi qəbul etməliyik. Maliyyənin məqsədi - gələcəkdə maliyyə fəaliyyətinin ən ideal nəticələridir. Maliyyə siyasətinin məqsədi isə - dövlətin mövcud sosial münasibətlər sisteminin möhkəmləndirilməsi və maliyyə vəsaiti ilə təmin edilməsidir. Maliyyə siyasətini həyata keçirmək üçün maliyyə mexanizmindən istifadə olunur. == Maliyyə siyasətinin çatışmazlıqları == Hal-hazırda maliyyə siyasətinin çatışmazlıqları daha kəskin nəzərə çarpır və bu respublikamızın sosial-iqtisadi inkişafını ləngidən amilə çevrilir. Bu çatışmazlıqlar aşağıdakıladır: Maliyyə siyasətinin doqmatik xarakter daşıması (təşəbbüskarlığın olması) və ölkənin inkişaf şəraitinin dəyişməsinə dərhal reaksiya vermək qabiliyyətinin olması. Strateji xarakter daşıyan konsepsiyaların işlənib hazırlanması.
Pul siyasəti
Monetar siyasət (ing. Monetary policy) — zamanı iqtisadiyyat pul və onun alətləri vasitəsilə idarə edilir və tənzimlənir. Monetar siyasətdən XIX əsrlərin sonlarından etibarən istifadə edilməyə başlanılıb. Bu siyasət faiz dərəcəsinin iqtisadiyyata təsirinə əsaslanır və borc götürülən pulun qiymətini və pulun məcmu təklifini dəyişir. Monetar siyasət bunları idarə etmək üçün müxtəlif alətlərdən istifadə edir ki bu da iqtisadi artıma, inflyasiyaya, işsizliyə və məzənnəyə təsir göstərir. Belə ki, əgər valyutanın buraxılışı bir mərkəzdən həyata keçirilirsə və ya iqtisadi subyektlər üçün pulu təmin edən bankların mərkəzi banka tabe olduğu nizamlama sistemi mövcuddursa, monetar siyasət (iqtisadi məqsədlərə çatmaq üçün) pul təklifini və faiz dərəcəsini idarə edir. 1970-ci ildən bəri monetar siyasət ümumilikdə fiskal siyasətdən ayrı həyata keçirilir. Hətta bundan əvvəl Bretton Vuds sistemi də dövlətin iki siyasəti ayrılıqda formalaşdırımasını təklif edirdi. Modern dövrdə əksər ölkələrdə monetar siyasəti həyata keçirən müstəqil qurumlar (ABŞ-də Federal Ehtiyatlar Sistemi, İngiltərə Bankı, Avropa Mərkəzi Bankı, Çin Xalq Bankı, Yeni Zellandiya Ehtiyat Bankı və Yaponiya Bankı) mövcuddur. Ümumilikdə bu qurumlar mərkəzi bank adlandırılırlar və adətən maliyyə sistemindəki əməliyyatların düzgün və səlis həyata keçirilməsinə məsuldurlar.
Qiymət siyasəti
Qiymət siyasəti — məhsul və xidmətlərin qiymətlərinin müəyyən edilməsi prinsipləri və üsullarıdır. Qiymətqoymanın mikro (firma səviyyəsində) və makro (qiymət və tariflərin dövlət tənzimlənməsi sferasında) səviyyələrini ayrılır. == Şirkətin qiymət siyasəti == Firmanın qiymət siyasəti firmanın ümumi strategiyası çərçivəsində formalaşır və qiymət strategiyası və qiymətqoyma taktikasını ehtiva edir. Qiymət strategiyası təklif olunan məhsulun bazarda yerləşdirilməsini nəzərdə tutur. Hədəf seqmentinin müəyyən edilməsi və strategiyanın qurulması üçün müxtəlif yanaşmalar mövcuddur (Ansoff matrisi, BCG matrisi, Porter matrisi). Həmçinin qiymət strategiyası çərçivəsində qiymətin müəyyən edilməsi (təyin edilməsi) üçün istifadə olunan üsullar, eləcə də qiymət ayrı-seçkiliyi formaları seçilir. Gələcəkdə strategiyanın həyata keçirilməsi çərçivəsində alıcılar üçün qiymət endirimləri və qeyri-qiymət stimulları sistemləri daxil olmaqla, taktiki tədbirlər (satışı stimullaşdırmaq üçün) hazırlanır. Qiymət siyasətinin həyata keçirilməsi zamanı şirkət rəhbərliyi təxirəsalınmaz tədbirləri tənzimləməli və strategiyanın dəyişmə vaxtına nəzarət etməlidir. Qiymətlər kifayət qədər mənfəət səviyyəsini təmin etmək üçün rəqabətdə fəal şəkildə istifadə olunur. Malların və xidmətlərin qiymətlərinin müəyyən edilməsi hər bir müəssisənin ən vacib problemlərindən biridir, çünki optimal qiymət onun maliyyə rifahını təmin edə bilər.
Sertifikat siyasəti
Sertifikat siyasəti — sertifikatın idarə edilməsi ərzində yerinə yetirilən elektron tranzaksiyalara köklənmiş inzibati siyasətin xüsusi formasıdır. Bu sənəd ictimai əsas struktur (İƏS) sərhədində dərc olunur. == İş prinsipi == Sertifikat siyasəti rəqəmsal sertifikatların yaradılması, istehsalı, paylanması, uçotu, nüfuzdan düşmüşlərin ləğvi ilə əlaqədar bütün aspektləri nəzərə alır. Sertifikat siyasəti həmçinin sertifikatlara əsaslanan təhlükəsizlik sistemi vasitəsilə qorunan kommunikasiya sistemindən istifadə edən tranzaksiyaları da idarə edə bilər. Kritik sertifikat genişlənmələrinə nəzarət etməklə belə siyasətlər və əlaqədar məcburiyyət texnologiyaları xüsusi tətbiqlər üçün tələb edilən təhlükəsizlik servislərinin təmin edilməsini dəstəkləyə bilərlər. == Ədəbiyyat == İmamverdiyev Y. N. İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti. Bakı: "İnformasiya texnologiyaları" nəşriyyatı, 2015, 160 səh.
Təhlükəsizlik siyasəti
Təhlükəsizliyin təşkil olunma siyasəti dedikdə informasiyanın müdafiəsinə yönəldilmiş və onunla birlikdə resursların assosiasiya olunmasının idarəetmə qərarlarının sənədləşdirilməsinin toplumu başa düşülür. Təhlükəsizlik siyasəti vasitələrdən ibarətdir və onların köməyilə kompüter informasiya sisteminin təşkil olunması fəaliyyəti həyata keçirilir. Ümumiyyətlə, təhlükəsizlik siyasəti kompüter mühitində istifadə edilir və təşkilatın spesifik tələbatını əks etdirir. Adətən kompüter informasiya sistemləri (KİS) dedikdə müxtəlif xüsusiyyətli mürəkkəb kompleks başa düşülür və ya aparat və proqram təminatının arabir öz aralarında lazımi səviyyədə işləmələrinin uyuşa bilməməsi qəbul edilir. Bura kompüterlər, əməliyyat sistemləri, şəbəkə vasitələri, verilənlər bazalarını idarəetmə sistemləri, müxtəlif əlavələr aiddir. Bütün bu komponentlər (təşkiledicilər) özünəməxsus müdafiə vasitələrinə malikdir və bunların bir-biri ilə razılaşdırılması mütləqdir. Bu baxımdan da korporativ sistemlərin təhlükəsizliyinin təmin olunması təhlükəsizlik siyasətinin effektiv həyata keçirilməsində mühüm rol oynayır. == Təhlükəsizlik siyasətinin əsas anlayışları == Təhlükəsizlik siyasəti rəhbərliyin faydalı saydığı və seçdiyi informasiya təhlükəsizliyi sahəsində idarəetmə strategiyasını, resursların miqdarını və onlara yanaşmanın ölçüsünü müəyyən edir. Təhlükəsizlik siyasəti müəssisənin informasiya sistemi üçün real sayılan cəsarətin (və ya cürətin) təhlil edilməsinə əsaslanaraq qurulur. Belə olan halda cürət təhlil edilir, müdafiə strategiyası müəyyən olunur, informasiya təhlükəsizliyini təmin edən proqram tərtib edilir - bütün bunlar təhlükəsizlik siyasətidir.
Valyuta siyasəti
Diaspor siyasəti
Diaspor siyasəti — transmilli etnik diasporların siyasi davranışları, onların etnik vətənləri və qəbul etdikləri dövlətlərlə münasibətləri və etnik münaqişələrdəki mühüm rolu. Diaspor siyasətinin öyrənilməsi diaspor tədqiqatlarının daha geniş sahəsinin bir hissəsidir. Diaspor siyasətini başa düşmək üçün əvvəlcə onun tarixi kontekstini və bağlılığını anlamaq lazımdır. Diaspor — ortaq kimliyinə əsaslanan tək etnik qrup kimi müəyyən edilən transmilli cəmiyyətdir. Diasporlar əsl vətəndən tarixi mühacirət nəticəsində yaranır. Bu ərazinin əslində konkret etnik qrupun vətəni olub-olmaması siyasi məsələdir. Miqrasiya nə qədər köhnədirsə, hadisə ilə bağlı dəlillər də bir o qədər azdır. Məsələn, qaraçılara gəldikdə, miqrasiya, vətən və miqrasiya yolu hələ dəqiq müəyyən edilməmişdir. Vətən iddiası həmişə siyasi məna daşıyır və tez-tez mübahisə doğurur. Özünü tanıyan diasporlar vətənlərinə, etnik və mədəni bağlılıqlarına böyük əhəmiyyət verirlər, xüsusən də vətənlərini “itirilmiş” və ya “fəth edilmiş” hesab edirlərsə.
Gizlilik siyasəti
Məxfilik siyasəti və ya Gizlilik siyasəti — tərəfin müştərinin məlumatlarını toplaması, istifadə etməsi, açıqlaması və idarə etməsi yollarının bəzilərini və ya hamısını açıqlayan bəyanat və ya hüquqi sənəd (məxfilik hüququnda). Şəxsi məlumat, şəxsin adı, ünvanı, doğum tarixi, ailə vəziyyəti, əlaqə məlumatları, şəxsiyyət vəsiqəsinin verilməsi və son istifadə tarixi, maliyyə qeydləri, kredit məlumatları, tibbi tarixçəsi kimi fərdi müəyyən etmək üçün istifadə edilə bilən hər hansı bir şey ola bilər. Biznesə gəldikdə, bu, çox vaxt partiyanın topladığı şəxsi məlumatları necə toplaması, saxlaması və yayması ilə bağlı siyasətini bəyan edən bəyanatdır. Müştəriyə hansı xüsusi məlumatların toplandığını və onların məxfi saxlandığını, tərəfdaşlarla paylaşıldığını və ya digər firma və ya müəssisələrə satıldığını bildirir. Məxfilik siyasətləri adətən daha təfərrüatlı və spesifik olan verilənlərdən istifadə bəyanatlarından fərqli olaraq daha geniş, daha ümumiləşdirilmiş yanaşmanı təmsil edir. Müəyyən məxfilik siyasətinin dəqiq məzmunu qüvvədə olan qanundan asılıdır və coğrafi sərhədlər və hüquqi yurisdiksiyalar üzrə tələblərə cavab verməli ola bilər. Əksər ölkələrin öz qanunvericiliyi və kimin əhatə olunduğu, hansı məlumatların toplana biləcəyi və nə üçün istifadə oluna biləcəyi ilə bağlı təlimatları var. Ümumiyyətlə, Avropada məlumatların mühafizəsi qanunları dövlət sektoru ilə yanaşı özəl sektoru da əhatə edir. Onların məxfilik qanunları dövlət əməliyyatlarına, özəl müəssisələrə və kommersiya əməliyyatlarına şamil edilir. == Tarixi == 1968-ci ildə Avropa Şurası texnologiyanın insan hüquqlarına təsirini öyrənməyə başladı, kompüter texnologiyasının yaratdığı və əvvəllər geniş yayılmayan yollarla əlaqələndirə və ötürə bilən yeni təhlükələri tanımağa başladı.
Klaster siyasəti
Klaster siyasəti — klasterə daxil olan regionların və müəssisələrin rəqabət qabiliyyətinin artırılmasını, klasterlərin formalaşmasını stimullaşdıran institutların inkişafını, habelə innovasiyaların tətbiqini təmin edən klasterlərin və klaster təşəbbüslərinin dəstəklənməsi üzrə dövlət və ictimai tədbirlər və mexanizmlər kompleksi. Ölkə və ya regionun klaster siyasəti onun həyata keçirilməsinin təsirləri və riskləri baxımından optimallaşdırılmış klaster təşəbbüsləri portfelini dəstəkləmək üçün əlaqələndirilmiş tədbirlər kimi təqdim edilə bilər. Dövlət klaster siyasəti, regional klaster siyasəti və sektoral klaster siyasəti mövcuddur. Tipik olaraq, klaster siyasəti konkret müəssisə və ya sənaye sahələrini dəstəkləyən ənənəvi "sənaye siyasətinin" rəqabət əleyhinə tədbirlərinə alternativ kimi görünür. == Klaster siyasətinin istiqamətləri == Klaster siyasətinin əsas istiqamətləri bunlardır: Klasterlərin institusional inkişafının təşviqi, o cümlədən, klasterin inkişafı üzrə ixtisaslaşmış təşkilatın, klaster inkişaf mərkəzlərinin yaradılması şəklində klaster təşəbbüslərinin təşəbbüskarı və dəstəklənməsi, habelə klaster inkişafının strateji planlaşdırılması üzrə fəaliyyətlər, klasterlər arasında səmərəli informasiya əlaqəsinin qurulması. klaster iştirakçıları və onlar arasında əməkdaşlığın gücləndirilməsinin stimullaşdırılması. Müəssisələrin rəqabət qabiliyyətinin artırılmasına və onların qarşılıqlı fəaliyyətinin effektivliyinin təşviqinə yönəlmiş layihələrə dəstək mexanizmlərinin hazırlanması. Ehtimal olunur ki, müvafiq layihələrə dəstək onların həyata keçirilməsində iştirak edən müəssisələrin konkret klasterə aid olub-olmamasından asılı olmayaraq həyata keçirilməlidir. Federal səviyyədə innovativ ərazi klasterlərinin siyahısının formalaşdırılması və onlara dəstək tədbirlərinin həyata keçirilməsi. Klasterlərin inkişafı üçün əlverişli şəraitin formalaşdırılmasının təmin edilməsi, o cümlədən peşə təhsili sisteminin səmərəliliyinin artırılması, müəssisələrlə təhsil təşkilatları arasında əməkdaşlığın inkişafına kömək etmək, mühəndis-nəqliyyat infrastrukturunun inkişafına, mənzil tikintisinə məqsədyönlü investisiyaların qoyulması, mövcud qanunvericiliyə uyğun olaraq klasterin inkişafı, vergi güzəştlərinin verilməsi və inzibati maneələrin azaldılması vəzifələrini nəzərə alaraq == Tənqidi == Klaster siyasətinin tənqidçiləri qeyd edirlər: klaster daxilində istehsalın müəyyən ərazidə cəmləşməsi regional iqtisadiyyatın sabitliyini azaldır, onun diversifikasiyasını azaldır; müəyyən bir ərazidə klasterdə işləyən insanların üstünlük təşkil etməsi innovasiyanı azaldır, çünki bu, əhəmiyyətli dərəcədə fərqli bilik və təcrübəyə malik insanların əlaqəsinin nəticəsidir; əks yanaşma öz-özünə davam edən qrup düşüncəsini, köhnə fikirlərin, stereotiplərin və yanaşmaların təkrar istehsalını yaradır; klasterin formalaşmasının stimullaşdırılması ənənəvi sənaye siyasəti tədbirləri ilə eyni subsidiyadır.
Məxfilik siyasəti
Məxfilik siyasəti və ya Gizlilik siyasəti — tərəfin müştərinin məlumatlarını toplaması, istifadə etməsi, açıqlaması və idarə etməsi yollarının bəzilərini və ya hamısını açıqlayan bəyanat və ya hüquqi sənəd (məxfilik hüququnda). Şəxsi məlumat, şəxsin adı, ünvanı, doğum tarixi, ailə vəziyyəti, əlaqə məlumatları, şəxsiyyət vəsiqəsinin verilməsi və son istifadə tarixi, maliyyə qeydləri, kredit məlumatları, tibbi tarixçəsi kimi fərdi müəyyən etmək üçün istifadə edilə bilən hər hansı bir şey ola bilər. Biznesə gəldikdə, bu, çox vaxt partiyanın topladığı şəxsi məlumatları necə toplaması, saxlaması və yayması ilə bağlı siyasətini bəyan edən bəyanatdır. Müştəriyə hansı xüsusi məlumatların toplandığını və onların məxfi saxlandığını, tərəfdaşlarla paylaşıldığını və ya digər firma və ya müəssisələrə satıldığını bildirir. Məxfilik siyasətləri adətən daha təfərrüatlı və spesifik olan verilənlərdən istifadə bəyanatlarından fərqli olaraq daha geniş, daha ümumiləşdirilmiş yanaşmanı təmsil edir. Müəyyən məxfilik siyasətinin dəqiq məzmunu qüvvədə olan qanundan asılıdır və coğrafi sərhədlər və hüquqi yurisdiksiyalar üzrə tələblərə cavab verməli ola bilər. Əksər ölkələrin öz qanunvericiliyi və kimin əhatə olunduğu, hansı məlumatların toplana biləcəyi və nə üçün istifadə oluna biləcəyi ilə bağlı təlimatları var. Ümumiyyətlə, Avropada məlumatların mühafizəsi qanunları dövlət sektoru ilə yanaşı özəl sektoru da əhatə edir. Onların məxfilik qanunları dövlət əməliyyatlarına, özəl müəssisələrə və kommersiya əməliyyatlarına şamil edilir. == Tarixi == 1968-ci ildə Avropa Şurası texnologiyanın insan hüquqlarına təsirini öyrənməyə başladı, kompüter texnologiyasının yaratdığı və əvvəllər geniş yayılmayan yollarla əlaqələndirə və ötürə bilən yeni təhlükələri tanımağa başladı.
Sığorta siyasəti
Sığorta siyasəti və ya sığorta polisi (ing. insurance policy, fr. police, it. polizza — çek, qəbz) — bir qayda olaraq sığorta şirkəti (sığortaçı) tərəfindən sığortalıya (sığorta olunana) verilən sığorta müqaviləsinin bağlanmasını təsdiq edən şəxsi sənəd. Sığorta polisində həmçinin sığorta münasibətlərinin subyektləri və sığorta müqaviləsinin əsas şərtləri, məsələn, sığortanın növü, obyekti, başlanğıcı və sonu, sığorta məbləğinin məbləği, sığorta müqaviləsi haqqında sığortalı, sığortaçı və digər şərtlər. Polis müqavilə bağlandıqdan və sığorta haqqı ödənildikdən sonra sığortalıya verilir. Siyasətdə həmçinin mövcud sığorta qaydalarına istinad olmalıdır. Sığorta siyasəti qiymətli kağızlara şamil edilmir. Dəniz sığortası polislərində memorandum sığortaçının heç bir riski öz üzərinə götürmədiyi təhlükələrin hesablanmasıdır. Sığorta polisində adətən aşağıdakılar olmalıdır: Sənədin adı; sığortaçının adı, hüquqi ünvanı və bank rekvizitləri; sığortalının tam adı və ya soyadı, adı, atasının adı və ünvanı; sığorta obyektinin göstərilməsi; sığorta məbləğinin məbləği; sığorta riskinin göstəricisi; sığorta haqqının (bağışlarının) məbləği, onun ödənilməsi şərtləri və qaydası; sığorta müqaviləsinin qüvvədə olma müddəti, sığorta müqaviləsinin dəyişdirilməsi və ləğv edilməsi qaydası; tərəflərin razılığı ilə digər şərtlər, o cümlədən sığorta qaydalarına əlavələr və ya istisnalar; tərəflərin imzaları.
Aydın Məmmədov (siyasətçi)
Aydın İsrafil oğlu Məmmədov (22 mart 1939, Astara – 12 dekabr 2001) — Azərbaycan dövlət xadimi, general-mayor, Azərbaycan SSR daxili işlər naziri (1987–1990). == Həyatı == Aydın Məmmədov 22 mart 1939-cu ildə Astara şəhərində anadan olmuşdur. 1956-cı ildə Bakı Dənizçilik Məktəbini, 1970-ci ildə Odessa Dəniz Donanması İnstitutunu bitirmişdir, 1983-cü ildə isə Bakı Ali Partiya Məktəbini bitirmişdir. 1956–1960-cı illərdə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin "Qəhrəman Mehdi" gəmisində matros, 1965–1969-cu illərdə Bakı Dənizçilik Məktəbi rəisinin siyasi işlər üzrə müavini vəzifələrində çalışmışdır. Ailəli və 2 övladı olmuşdur. == Siyasi fəaliyyəti == Aydın Məmmədov 1960-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Aydın Məmmədov 1960-cı ildən Bakı şəhər 26 Bakı Komissarı Rayon Komsomol Komitəsinin təlimatçısı, 1960–1963-cü illərdə Bakı Dənizçilik Məktəbi Komsomol Komitəsinin katibi, 1963–1965-ci illərdə Dəniz Gəmiçiliyi Komsomol Komitəsinin katibi vəzifələrində çalışmışdır. Aydın Məmmədov 1969–1971-ci illərdə Xəzər Dəniz Gəmiçiliyi Partiya Komitəsi katibinin müavini, 1971–1978-ci illərdə Xəzər Hövzə Dəniz və Çay Donanması İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri, 1978–1980-ci illərdə Xəzər Dəniz Gəmiçiliyi Partiya Komitəsinin katibi, 1980–1987-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin nəqliyyat və rabitə şöbəsinin müdiri olmuşdur. Aydın Məmmədov 1987–1990-cı illərdə Azərbaycan SSR daxili işlər naziri vəzifəsində işləmişdir. Aydın Məmmədov 26 iyul 1981-ci il tarixində 337 nömrəli Küçəkənd seçki dairəsi üzrə Azərbaycan SSR Ali Sovetinin X çağırış, 1985-ci ildə isə 195 nömrəli Pensər seçki dairəsi üzrə XI çağırış deputatı seçilmişdir.
Azər Qasımlı (siyasətçi)
Azər Ağaqasım oğlu Qasımlı (31 mart 1975; Bakı şəhəri, Azərbaycan SSR) - azərbaycanlı ictimai-siyasi xadim, Respublikaçı Alternativ Hərəkatının sabiq sədr müavini, məclis başqanı, Partiya Təşkilat Komitəsinin koordinatoru və İdarə Heyətinin üzvü, Siyasi Menecment İnstitutunun təsisçisi, İdarə Heyətinin üzvü və sədri, siyasət elmləri üzrə fəlsəfə doktoru. == Həyatı == Azər Qasımlı 1975-ci il martın 31-də Bakıda geologiya üzrə elmlər namizədi Ağaqasım Qasımovun və Şəfiqə Nəsrullayevanın ailəsində anadan olub. Azər Qasımlı 1994-1998-ci illərdə paralel olaraq həm Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasında "siyasətşünaslıq" ixtisası üzrə, həm də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Bədii sənaye fakültəsində ali bakalavr təhsili almışdır. O, DİA-dan fərqlənmə diplomu ilə məzun olub. Həmin illərdə ABŞ-nin qeyri-hökümət təşkilatı olan "Freedom House"un təşkil etdiyi "Azərbaycanda siyasi ideologiyalar" layihəsində çalışıb. 1996-cı ildə dərc edilmiş "Azərbaycanda liberalizm və milliyyətçilik" mövzusunda olan broşurların müəllifidir. 1997-ci ildə Soros Fondunun Ukraynada təşkil etdiyi gənc sosioloq və politoloqların konfransında iştirak edir və konfransın kitabında məqaləsi dərc olunur. 1998-ci ildə isə Azər Qasımlının müəlliflik etdiyi seçki texnologiyaları ilə bağlı broşurlar çap olunur. 1998-ci ildə IDEE-nin Varşavada təşkil etdiyi konfrasda iştirak edən Azər Qasımlının Polşanın "Wyborcza" qəzetində böyük müsahibəsi dərc olunur. Azər Qasımlı 1998-ci ildə təhsilini davam etdirmək üçün Türkiyəyə yola düşür.
Azər Qasımov (siyasətçi)
Azər Qasımov (tam adı: Qasımov Azər Məhəmməd oğlu; (1966-cı il 22 iyun, Bakı şəhəri) — Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi. == Həyatı == Azər Qasımov 22 iyun 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu, Bakı Dövlət Universitetini və Çenq Du Universiteti (Çin) bitirmişdir. 1994-cü ildə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyində tərcüməçi, 1994-1995-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Beynəlxalq təşkilatlar idarəsində attaşe, 1995-1996-cı illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Konsulluq idarəsində attaşe, 1996-1997-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunda attaşe, 1997-1999-cu illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində attaşe, üçüncü katib, 1999-2000-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Asiya, Afrika və Latın Amerikası ölkələri idarəsində üçüncü katib, ikinci katib, 2000-2004-cü illərdə isə Azərbaycan Respublikasının Milli Məclisi Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 mart 2004-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi təyin edilmişdir.
Azər Qasımzadə (siyasətçi)
Azər Qasımzadə — Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstitutunda elmi işçisi geologiya-minerologiya elmləri namizədi, müstəqil Azərbaycanda ilk siyasi partiya olan Azərbaycan Dirçəliş Partiyasının yaradıcısı, daha sonra isə Azərbaycan Xalq Dirçəliş Partiyasının sədri. == Həyatı == Azər Qasımzadə 1955-ci ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olub. Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstitutunda elmi işçi vəzifəsində çalışıb. Geologiya-minerologiya elmləri namizədi olub. 1972-ci ildə Bakı şəhərində orta məktəbi bitirdikdən sonra Bakı Tuneltukinti İdarəsində fəhlə işləyib. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsinin qiyabi şöbəsinə daxil olub. 1975–1977-ci illərdə hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra Azərbaycan Kənd Tikinti Nazirliyində fəhlə işləyib. 1981-ci ildə Universiteti mühəndis-geoloq ixtisası ilə bitirdikdən sonra Azərbaycan EA Geologiya İnstitutuna işə daxil olub. 1984–1988-ci illərdə aspiranturanın qiyabi şöbəsində oxuyub və 1989-cu ilin iyununda Düşənbə şəhərində disssertasiya mövzusunu müvəffəqiyyətlə müdafiə edərək geologiya-minerologiya elmləri namizədi elmi-dərəcəsini alıb.
Azər Zeynalov (siyasətçi)
Azər Yadulla oğlu Zeynalov (1970, İliç) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr əvəzi və sədrinin birinci müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin III, IV, V və VI çağırış deputatı. == Həyatı == Azər Zeynalov 1970-ci ildə Naxçıvan MSSR-in Şərur şəhərində doğulmuşdur. 1977–1987-ci illərdə Şərur şəhəri Nəriman Nərimanov adına 1 nömrəli orta məktəbdə, 1987–1992-ci illərdə isə Lipetsk Politexnik İnstitutunda sənaye nəqliyyatı ixtisası üzrə təhsil almışdır. 1992–1993-cü illərdə ordu sıralarında xidmət etmişdir. Azər Zeynalov 1993-cü ildə Şərur Rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsinin Təsərrüfat hesablı sahibkarlığa yardım kommersiya şöbəsində mütəxəssis vəzifəsində, 1994-cü ildə Şərur Rayon İcra Hakimiyyəti aparatının humanitar məsələlər üzrə şöbəsində məsləhətçi, 1995-ci ildə həmin şöbədə baş məsləhətçi, 1996-cı ildən Ərazi hakimiyyəti və idarəetmə orqanları ilə iş üzrə şöbədə məsləhətçi, 1999-cu ildən isə həmin şöbədə böyük referent olaraq çalışmışdır. Azər Zeynalov 2000-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Dövlət quruculuğu, ərazi idarəetmə orqanları, deputatlarla və daimi komissiyalarla iş üzrə şöbəsində baş referent, 2001-ci ilin yanvar ayından isə iqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Azər Zeynalov 2003-cü ilin dekabr ayından 2005-ci ilin noyabr ayınadək Azərbaycan Dövlət Dəmir Yolları Naxçıvan Hissəsinin rəisi vəzifəsində çalışmışdır. Ailəlidir, iki övladı var. == Siyasi fəaliyyəti == Azər Zeynalov 6 noyabr 2005-ci il tarixində keçirilən Naxçıvan Ali Məclisinə seçkilərdə 10 saylı Şərur şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyası üzvü olaraq deputatlığa namizəd olmuşdur. O, seçkilərdə 1685 səs (65,5%) toplayaraq seçkini birinci tamamlamış və deputat seçilmişdir.
Billi Vulf (siyasətçi)
Vilyam Katbertson Vulf (ing. William Cuthbertson Wolfe; 22 fevral 1924, Batqeyt[d] – 18 mart 2010, Hamilton) — Şotlandiya mühasibi, sənayeçisi və siyasətçisi. O, 1969–1979-cu illərdə Şotlandiya Milli Partiyasının (ŞMP) milli təşkilatçısı (lideri) olmuşdur. Vulf ŞMP-nin müasir, proqressiv siyasi hərəkata çevrilməsində və ŞMP-nin sosial-demokrat siyasi hərəkatının inkişafında mərkəzi rol oynamışdır. == Şəxsi həyatı == Vilyam Vulf 1953-cü ildə Arna Dinviddi ilə evlənmişdir və cütlüyün dörd övladı olmuşdur. O, 2010-cu ilin martında 86 yaşında Hamiltondakı Oudston Xəstəxanasında vəfat etmişdir. Aleks Salmond və İan Qrey ona başsağlığı verən siyasi liderlər arasında idi. Salmond Vulfun "ŞMP-ni müasir siyasi partiyaya çevirdiyini" bildirmişdi.
Bəxtiyar İslamov (siyasətçi)
Bəxtiyar Cuma oğlu İslamov (15 mart 1936, Xaçmaz, Vartaşen rayonu – 2 iyul 1992, Bakı) — Azərbaycan SSR Ali Sovetinin deputatı, Oğuz Rayonu Partiya Komitəsinin (1978–1985), Balakən Rayonu Partiya Komitəsinin (1985–1991), Xanlar Rayonu Partiya Komitəsinin (1991) Birinci Katibi və Xanlar Rayon Sovetinin Sədri (1991). == Həyatı == Bəxtiyar İslamov 1936-cı ilin mart ayının 15-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. Atası kolxozçu anası isə evdar qadın idi. Orta məktəbi Xaçmaz kəndində başa vurduqdan sonra ali təhsili almaq üçün Gəncə şəhərinə getmiş, Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutununə qəbul olmuşdur. İnstutu əla qiymətlərlə başa vuraraq 1958-ildə təyinatla Oğuz rayonuna gəlmiş, rayon kənd təsərrüfatı idarəsində toxumçuluq üzrə aqronom vəzifəsinə təyin edilmişdir. == Siyasi fəaliyyəti == Bəxtiyar İslamov qısa müddətdə rayon komsomol komitəsinin katibi seçilmişdir. 1958-ildə Azərbaycan SSR Lenin Komsomolu Gənclər İttifaqı Oğuz Rayon Komitəsinin katibi, 1959-da 2-ci katib, 1960-cı ildə 1-ci katibi seçilmişdir. 1965-ci ilin sentyabr ayına kimi rayon komsomol təşkilatına rəhbərlik etmişdir. Sonra isə Rayon Komitəsinin 2-ci katibi seçilmişdir. Həmin vəzifədə 1972-ci ilin avqust ayına kimi çalışmışdır.
Bəxtiyar Əsgərov (siyasətçi)
Bəxtiyar Əsgərov (Əsgərov Bəxtiyar Hüseynalı oğlu; 10 fevral 1981, Noraşen, Culfa rayonu) — Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin rəhbəri (2014-indi). Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002), Yeni Azərbaycan Partiyasının üzvü (1999). Filologiya üzrə fəlsəfə doktoru (2010). == Həyatı == Bəxtiyar Əsgərov 1981-ci ildə Naxçıvan MSSR Culfa rayonunun Göydərə kəndində anadan olmuşdur. 2002-ci ildə Bakı Dövlət Universiteti Filologiya fakültəsinin bakalavr, 2004-cü ildə isə magistratura təhsil pillələrini fərqlənmə diplomları ilə bitirmişdir. 2001–2005-ci illərdə Bakı Dövlət Universiteti Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini işləmiş, 2004–2007-ci illərdə Bakı Dövlət Universitetində aspirantura təhsili almışdır. 2004-cü ildən Bakı Dövlət Universitetinin müəllimi vəzifəsində çalışır. 2010-cu ildə "M. S. Ordubadinin dramaturgiyası" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2012-ci ildən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin doktorantı kimi "XX əsr Azərbaycan tarixi romanlarında gərçəklik və təxəyyülün sintezi" adlı filologiya elmləri doktoru dissertasiya işini uğurla tamamlamışdır. 5 kitab, eləcə də 2 monoqrafiya, bir çox nüfuzlu jurnal və qəzetlərdə çap edilmiş, 50-dək elmi və 100-dən çox siyasi-publisistik məqalələrin müəllifidir.
Cavanşir Məmmədov (siyasətçi)
Cavanşir Məmmədov (1932, Əhmədbəyli, Qaryagin rayonu) — Jdanov rayonu Partiya Komitəsinin birinci katibi. == Həyatı == 10 sentyabr 1930-cu il tarixində Füzuli rayonunun Əhmədbəyli kəndində anadan olmuşdur. 1953-cü ildə ADPU –nun tarix fakültəsini, 1968-ci ildə AKTA –nın aqronomluq fakültəsini, 1972-ci ildə isə Moskva ALİ Partiya Məktəbini bitirmişdir. Cavanşir Məmmədov 1953–1954-cü illərdə Beyləqan rayon Komsomol Komitəsində təşkilat müdiri vəzifəsində çalışmış, 1954–1959-cu illərdə həmin qurumun ikinci və birinci katibləri vəzifəsinə yüksəlmişdir. 1959–1961-ci illərdə C. Məmmədov Azərbaycan SSR KP Beyləqan rayon Komitəsinin katibi vəzifəsində çalışmış, 1961–1963-cü illərdə Beyləqan rayon XDS İcraiyyə Komitəsinin sədri, 1963–1965-ci illərdə İmişli rayon İstehsalat Partiya Komitəsində katib, 1965–1978-ci illərdə Beyləqan rayon Partiya Komitəsinin birinci katibi, 1978–1988-ci illərdə Tərtər rayon Partiya Komitəsinin birinci katibi, 1988–1990-cı illərdə isə Füzuli rayon Partiya Komitəsinin birinci katibi vəzifələrin müvəffəqiyyətlə çalışmışdır. VII, VIII, IX, X, XI çağırış Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. == Mükafatları == 4 dəfə "Qırmızı Əmək Bayrağı" (30.04.1966; 08.04.1971; 12.12.1973; 23.02.1981) və "Oktyabr inqilabı" (27.12.1976) ordenləri ilə təltif edilmişdir.
Ceyhun Məmmədov (siyasətçi)
Ceyhun Məmmədov (28 yanvar 1975, Şükürbəyli, Cəbrayıl rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, İlahiyyat üzrə fəlsəfə doktoru. == Həyatı == Ceyhun Məmmədov 28 yanvar 1975-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olub. 1991–1994-cü illərdə Suriya Ərəb Respublikasındakı Əbu Nur İslam Kompleksində, Dəvət və İrşad İnstitutunda təhsil almışdır. 1994–1998-ci illərdə Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində İslama dəvət fakültəsində ərəb dili və dinşünaslıq üzrə bakalavr təhsili almışdır. 2000–2002-ci illərdə Xəzər Universitetində Ərəb dili üzrə magistr dərəcəsinə yiyələnmişdir. 1998–2001-ci illərdə İrşad İslam Araşdırmaları mərkəzində tərcüməçi, 2001–2002-ci illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Qarabağ bölgəsi üzrə baş mütəxəsis kimi çalışmışdır. 2002–2012-ci illərdə Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhsil şöbəsinin müdiri olmuş, həmçinin "Dövlət və Din" ictimai fikir toplusunun redaktoru olmuşdur. 2012–2013-cü illərdə Avrasiya Tərcümə Mərkəzində tərcüməçi kimi çalışmışdır. 2013–2014-cü illərdə AMEA-nın Şərqşünaslıq institutunda Din və ictimai fikir tarixi şöbəsinin böyük elmi işçisi olmuşdur. 2015–2018-ci illərdə AR Prezidentinin Adminstrasiyasında Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində böyük məsləhətçi vəzifəsində çalışmışdır.
Ceyms Stüart (siyasətçi)
Ceyms Stüart (d. 1531 — ö. 23 yanvar 1570) — Şotlandiya kralı V Ceymsin illeqal oğlu kimi Stüartlar sülaləsinin bir üzvüdür. Bundan başqa ögey bacısıoğlu olan I Ceymsin səltənət naibi kimi 1567–1570-ci illərdə ölkəni idarə etmişdir.
Cəbrayıl Əhmədov (siyasətçi)
Cəbrayıl Rəşid oğlu Əhmədov (8 may 1952, Dəvəçi) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I çağırış üzvü. == Həyatı == Cəbrayıl Əhmədov 1952-ci il mayın 8-də Dəvəçi şəhərində (Şabran) anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda və Bakı Ali Partiya Məktəbində ali təhsil alıb. Rus dilini bilir. Cəbrayıl Əhmədov ailəlidir, 2 övladı var. == Siyasi fəaliyyəti == 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçkilərində 93 nömrəli Xaçmaz-Dəvəçi dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Cəbrayıl Əhmədov I çağırış Milli Məclisin deputatı seçilmişdir. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Cəbrayıl Əhmədov Milli Məclisin Aqrar siyasət Daimi Komissiyasının və Azərbaycan—İrlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub. Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olmuşdur. 1998-ci ildə YAP-dan istefa edərək Azərbaycan Milli İstiqlal Partiyasına (AMİP) üzv olmuşdur.