Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
SteamOS
SteamOS — Valve tərəfindən hazırlanmış Linux paylanması. O, Valve-nin məşhur Steam video oyun mağazasını özündə birləşdirir və Steam Machines və Steam Deck üçün əsas əməliyyat sistemidir. SteamOS bəzi qapalı mənbə komponentlərinə malik açıq mənbədir. SteamOS əvvəlcə fərdi kompüterdən eyni şəbəkə daxilində yerləşən SteamOS olan kompüterə video oyun axınını dəstəkləmək üçün yaradılmışdı, baxmayaraq ki, əməliyyat sistemi müstəqil sistemləri dəstəkləyə bilir. Əməliyyat sistemi Valve-nin Steam Machine platformasının bir hissəsi kimi istifadə olunmaq üçün nəzərdə tutulmuşdu. 2013-cü ilin dekabrında buraxılmış SteamOS 1.0 və 2.0 versiyaları Linux-un GNOME iş masası ilə Debian paylanmasına əsaslanırdı. SteamOS ilə Valve, Linux-da videooyun oynamağı daha yaxşı dəstəkləmək üçün tərtibatçıları Linux-u öz oyunlarında dəstəkləməyə təşviq edirdi. 2022-ci ilin fevral ayında Valve SteamOS 3.0 ilə işləyən Steam Deck əl oyun kompüterini buraxdı. SteamOS 3, KDE Plasma 5 ilə Arch Linux paylanmasına əsaslanır. == Xüsusiyyətləri == SteamOS birbaşa televizora qoşula bilən ümumi PC avadanlıqlarından istifadə edərək konsola bənzər təcrübə təqdim etməklə, əsasən kompüterdən uzaqda (məsələn, qonaq otağındakı divandan) video oyunları oynamaq üçün nəzərdə tutulmuşdur.
Steam
Steam — rəqəmsal videooyun və proqramlar nəşr edən servisdir və məşhur Valve şirkətinə məxsusdur. Steam Valve-nin və habelə onun razılığı ilə Epic Games, THQ, 2K Games, Activision, Capcom, Codemasters, Eidos Interactive, 1С, GSC Game World, id Software, SEGA, Atari, Rockstar Games, Telltale Games, Ubisoft, Bethesda Softworks və digər başqa şirkətlərin rəqəmsal oyunlarının və proqramlarının aktivasiyasını, yenilənməsini təmin edir və həyata keçirir. 2013-cü ilin may ayında,artıq Steam-də dörd mindən çox oyun yayılır.Bu oyunlara hər gün,həftələr arası və həftəsonu endirimləri aiddir.Qeydiyyatdan keçmiş hesabların sayı 65 milyonu keçib.Steam-ın rəsmi saytında,onunla əməkdaşlıq edən bütün nəşrçilərin və bəstəkarların adı açıq keçiddə yerləşən siyahıdadır. Əvvəllər bu servisdə yalnız oyunlar və onlara aid olan modifikasiyalar,treylerlər yayımlanırdı ancaq,Valve bir neçə dəfə bildirmişdi ki onlar bununla kifayətlənməyəcəkdirlər və gələcəkdə musiqi,filmlərin yayımına da başlayacaqlar. 2012-ci ilin oktyabr ayının ikisində Steam-də «Proqramlar»(Software) adlı bölmə yarandı.Hal-hazırda bu bölmədə Source-Filmmaker,Art Rage kimi proqramlar mövcuddur. == Yaranma tarixçəsi == Steam ondan erkən yaranan WON sistemini əvəz etmək üçün yarandı.Steam-ın tarixçəsi 1999 ildə Team Fortress Classic və Counter-Strike-nin tez bir şəkildə müvəffəqiyyət qazanması ilə başladı. Hələ bu iki oyun final stadiyasına çatmamışdılar ancaq ən yaxşı multipleyerlərdən biri hesab olunurdular.Həmçinin,bu vaxtda artıq bu oyunların istifadəçilərinin sayı 2-3 minə çatmışdı.TFC və CS oyunçularının sayı bir neçə ildən sonra qat-qat çoxalmağa başladı.Bu hadisələri diqqətlə müşahidə edən Valve şirkəti artıq,ənənəvi onlayn-oyunların hazırlanmasına yenidən,başqa bir açıdan başlamaq istəyirdi.Onların əsas məqsədlərindən biri də gələcəkdə bu proqramın istifadəçilərinin sayının daha da çoxalması idi.Bunun üçün isə artıq oyunların avtomatik şəkildə yenilənməsi,VAC-ın daha da təkmilləşdirilməsi və s. kimi vacib ünsürlər müəlliflərin qarşısında maneəçilik törədirdi və onlar belə qərara gəldilər ki,artıq yeni bir sistem yaratmaq lazımdı,bütün səciyyəvi əməliyyatlar bu platforma vasitəsilə həyata keçirilməli idi.Ancaq bu ideyanın həyata keçirilməsi üçün külli miqdarda vəsait tələb olunurdu.Valve şirkəti özünə yeni əməkdaşlar axtarırdı bunlardan biri də Yahoo!,Cisco,Amazon idi.Ancaq bu şirkətlərdən heç biri Valve-nin təklifini qiymətləndirə bilmədi.Ancaq bu platforma Valve üçün o qədər dəyərli idi ki,artıq onların özü bu sistem üzərində işləməyə başladılar. Steam birinci dəfə 2002-ci ilin 22 mart ayında,Game Developers Conference-də təqdim olundu.Steam-ın 1.0 versiyası CS 4.1 beta-versiya vaxtlarına təsadüf edirdi.CS 4.1-in beta-testerləri bu proqramı məcburi olaraq yükləməli idilər,ancaq,proqram final versiyanın əlavə komponenti kimi hesab olunurdu. == Proqramın adı == Steam (azərb.
Coşua Steyger
Coşua Yanos Qreqor Steyger (6 aprel 2001-ci ildə anadan olub) — Avstriya Bundesliqa təmsilçilərindən olan Volfsberq klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Avstriya futbolçusudur. == Klub karyerası == === Volfsberq === Steyger Volfsberq akademiyası vasitəsilə inkişaf etmişdir. Steyger öz peşəkar karyerasında debütünü 19 avqust 2017-ci ildə Admira Vakker Mödlinq klubuna qarşı oyunda etmişdir. O, 71-ci dəqiqədə Dominik Frieseri ilə əvəz olunmuşdur. Həmin görüşdə Volfsberq liqa görüşündə rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 19 avqust 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Avstriya Superkuboku görüşləri daxildir.
Steller qarabatdağı
Steller qarabatdağı, və ya Eynəkli qarabatdaq (lat. Phalacrocorax perspicillatus) — Qarabatdaqlar fəsiləsinə daxil olan, nəsli kəsilmiş quş növü. Bu canlılar əsasən Berinq dənizinin Berinq və Ariy Kamen adalarında yayılmışdırlar. Bu canlı Qeorq Vilhelm Stellerin şərəfinə adlandırılmışdır (1709—1746). == Xariçi görünüş == Dünyanın ən iri qarabatdaqlarından biri olmuşdur. Uzunluğu 96 sm, çəkidi 6 kq təşkil edirdi. Qara təngdə olub üzərindən bürünc xətt keçir. Erkəklərin gözləri ətrafında sanki eynək vardır. == Həyat tərzi == Əsasən qayalıqlı ada sahillərində yerləşirdilər. Olduqca ləng idilər.
Sweater Weather
"Sweater Weather" — amerikan alternativ rok qrupu The Neighbourhood-un mahnısı. Mahnı qrup üzvləri Cessi Ruterford, Zak Ebels və Ceremi Fridman tərəfindən yazılıb, prodüserliyi Castin Pilbrou etmişdir. Mahnı onların debüt albomu I Love You.-nun aparıcı sinqlı kimi yer alır. "Sweater Weather" 2013-cü ilin iyun ayında "Billboard Alternativ Mahnılar" hit-paradında birinci sıraya yüksəldi. 2020-ci ildə mahnı TikTok sosial şəbəkəsində yenidən populyarlıq qazandı. Mahnı 2022-ci il tarixində Spotify-da ən çox oxunan mahnılar arasında ilk 100-də yer alıb.
Bastian Steqer
Bastian Steqer (19 mart 1981) — Almaniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Bastian Steqer Almaniyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində bürünc medalın sahibi olub.
Karl Stomer
Frederik Karl Mülertz Stomer (norv. Fredrik Carl Mülertz Størmer; 3 sentyabr 1874[…] – 13 avqust 1957[…], Oslo) — norveçli riyaziyyatçı və astrofizik. Riyaziyyatda ardıcıl düz ədədlər üzərində π və Stormer teoreminin hesablanması da daxil olmaqla say nəzəriyyəsi sahəsindəki töhfələri ilə tanınır.O, fizikada maqnitosferdəki yüklü hissəciklərin hərəkətini və aurora meydana gəlməsini öyrənir və bu mövzularla bağlı olan "Kosmik Dərinliklərdən Atom Qəlbinə" kitabını yazır.Stomer, Norveçin Oslo Universitetində riyaziyyat professoru kimi çalışmışdır. Aydan uzaqda yerləşən Stömer krateri onun adını daşıyır. == Həyatı == Stormer 3 sentyabr 1874-cü ildə Skiendə bir əzcaçı Georq Lüdviq Stormer (1842-1930) və Elizabet Amali Yohan Henritte Mülertzin (1844–1916) ailəsində anadan olmuşdı. Əmisi sahibkar və ixtiraçı olan Henrik Kristian Frederik Stormer idi. Stormer, 1892-ci ildən 1897-ci ilə qədər Norveç Kral Frederik Universitetində (indiki Oslo Universiteti) riyaziyyatı öyrənmiş, 1898-ci ildə "Candidatus realium" dərəcəsi qazanmışdır.O, Parisdə Pikard, Poincare, Painlevé, Yordan, Darbux, Sorbonna və Qursat kimi professorlar ilə 2 il (1898-1900) təhsil almışdı. 1900-cü ildə riyaziyyat üzrə elmi işçi olaraq Kristianiyaya (Oslo) qayıtdı, 1902-ci ildə Göttingen Universitetində oldu və 1903-cü ildə yenidə Kristianiyaya qayıtdı və buradakı universitetdə riyaziyyat professoru vəzifəsinə təyin olundu.43 il riyaziyyat professoru vəzifəsini icra etdi. Kristianiyada daimi bir vəzifə aldıqdan sonra adını Karl Stomer olaraq qısaltdı. 1918-ci ildə yaradılan Norveç Riyaziyyat Cəmiyyətinin ilk prezidenti seçildi.
Stater dövrü
Stater — (yun. σταθερός (statherós) — sabit, möhkəm) və ya Stater dövrü — Paleoproterozoy erasında son geoloji dövrdür və 1800–1600 milyon il əvvəlləri əhatə edir. Bu tarixlər stratiqrafiyaya deyil, xronometriyaya əsaslanır. Dövr müvafiq qitələrdə yeni platformaların yaranması ilə səciyyələnir. Oksigen səviyyəsi indiki dəyərinin 10–20%-i qədər idi. Straterin əvvəllərində, superqitə Kolumbiya yaranmışdır.
Leta Stetter Hollinqvort
Leta Stetter Hollinqvort (25 may 1886 – 27 noyabr 1939) — amerikalı psixoloq. Xüsusilə İntellekt əmsalı və istedadlı uşaqlar üzərində gördüyü işlər ilə tanınan psixoloqdur. İstedadlı uşaqlarla yanaşı, klinik psixologiya, təhsil psixologiyası və qadınların psixologiyası ilə bağlı araşdırmalar aparmışdır. Eyni zamanda qadınlarla bağlı stereotiplərin aşılmasına mühüm töhfələr vermişdir. == Həyatı == L. S. Hollinqvort 1886-cı ildə Nebraska-da anadan olmuşdur. Anasının erkən ölümü və atasının evi tərk etməsi səbəbiylə çətin bir uşaqlıq həyatı olmuşdur. 15 yaşında yerli qəzetlərdədə məqalələr dərc etməyə başladı. 1902-ci ildə orta məktəbi bitirdikdən sonra Nebraska Universitetində ədəbiyyat təhsili aldı. Bu vaxt, psixologiya aspirantı olan Harri Levi Hallinqvor ilə nişanlandı. Nişanlısı doktorluq təhsili almaq üçün Kolumbiya Universitetinə getdi və Ceyms Makkin Kettellin tələbəsi oldu.
Marsela Temer
Marsela Temer (port. Marcela Tedeschi Araújo Temer; d. 16 may 1983, Pauliniya, San-Paulu, Braziliya) — Braziliyanın vitse-prezidenti Mişel Temerin həyat yoldaşı. 12 may 2016-cı ildə Braziliya Senatının prezident Dilma Rousseffin vəzifəsindən 180 gün müddətinə uzaqlaşdırılmasından sonra onun əri Mişel Temer prezident səlahiyyətlərini icra etməyə başlamışdır ki, bundan sonra Marsela Temer də ölkənin birinci xanımı olmuşdur. == Həyatı == 16 may 1983-cü ildə San-Paulu ştatının Pauliniya şəhərində anadan olmuşdur. Marsela Temer əvvəllər fotomodel işləyib. O, ərindən 42 yaş balacadır. Marsela ölkədə daim qalmaqallarla gündəmə gəlir. Onun çılpaq bacısını və şəxsi məqsədləri üçün şəkillərini çəkən minlərlə insan tənqidi dərəcədə bəyənildi.. Əri Mişel Temer dövlət büdcəsindən milyonlar xərcləyərək xanımına eksklüziv geyimlər, aksessuarlar, ev və avtomobillər alıb.
Michel Temer
Michel Miguel Elias Temer Lulia (Portuqalca tələffüz: [[Beynəlxalq fonetik əlifba|['miʃɛw mi'ɡɛw e'liɐs 'temeɾ lu'liɐ]]]; 23 sentyabr 1940[…]) — Braziliyalı vəkil və siyasətçi. yanvar 2011 tarixindən etibarən Braziliya Prezident müavini olmuşdur. 2010 seçkilərində İşçi Partiyası namizədi Dilma Rousseff və namizədi olaraq gözlədildikdən sonra vəzifəyə başladı. 12 may 2016-da, prezident Dilma Rousseff 'in müvəqqəti olaraq vəzifədən alınmasından sonra Braziliya prezidenti Vəkili olaraq prezident səlahiyyətlərini və vəzifələrini boynuna götürdü. dövlət başçısı Rousseff'in 31 avqust 2016 tarixi etibarilə senat tərəfindən həqiqətən vəzifədən alınması ilə birlikdə söz mövzusu tarix etibarilə rəsmi olaraq dövlət başçısı olaraq vəzifəsini boynuna götürmüşdür.
Mişel Temer
Michel Miguel Elias Temer Lulia (Portuqalca tələffüz: [[Beynəlxalq fonetik əlifba|['miʃɛw mi'ɡɛw e'liɐs 'temeɾ lu'liɐ]]]; 23 sentyabr 1940[…]) — Braziliyalı vəkil və siyasətçi. yanvar 2011 tarixindən etibarən Braziliya Prezident müavini olmuşdur. 2010 seçkilərində İşçi Partiyası namizədi Dilma Rousseff və namizədi olaraq gözlədildikdən sonra vəzifəyə başladı. 12 may 2016-da, prezident Dilma Rousseff 'in müvəqqəti olaraq vəzifədən alınmasından sonra Braziliya prezidenti Vəkili olaraq prezident səlahiyyətlərini və vəzifələrini boynuna götürdü. dövlət başçısı Rousseff'in 31 avqust 2016 tarixi etibarilə senat tərəfindən həqiqətən vəzifədən alınması ilə birlikdə söz mövzusu tarix etibarilə rəsmi olaraq dövlət başçısı olaraq vəzifəsini boynuna götürmüşdür.
Samer Tauk
Samer Tauk (3 sentyabr 1998) — Livanlı xizək yürüşçüsü. Samer Tauk Livanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Samer Tauk birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 15 km məsafəyə sərbəst üsul yarışlarında iştirak etdi. Tauk 47:03.4 saniyəlik nəticəsi ilə 119 atlet arasında 109-cu yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Tamer Başar
Tamer Başar (19 yanvar, 1946, İstanbul) — Urbana-Şampeyn İllinoys Universitetində Elektrik və Kompüter Mühəndisliyi kafedrasının professoru və Perspektiv tədqiqatlar mərkəzinin endoued professoru vəzifələrini tutan Türk idarəetmə nəzəriyyəçisi. == Təhsili == Tamer Başar 1969-cu ildə İstanbulda yerləşən Boğaziçi Universitetində (əvvəllər Robert Kolleci kimi tanınırdı) elektrik mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi aldı. Yel Universitetindən Mühəndislik və tətbiqi elm sahəsi üzrə Magistr dərəcəsi, Fəlsəfə ustası və Ph.D. dərəcələrini uyğun olaraq, 1970, 1971, 1972-ci illərdə aldı. == Akademik həyatı == O, 1981-ci ildə Urbana-Şampeyn İllinoys Universitetinin Elektrik və Kompüter Mühəndisliyi kafedrasına qoşuldu. O, 2008-2009-cu illərdə Amerika Avtomatik İdarəetmə Şurasının seçilmiş prezidenti idi. Tamer Başar 2006-cı ildə Riçard Bellman idarəetmə irsi mükafatına və 2014-cü ildə İEEE idarəetmə sistemləri mükafatına layiq görülüb. O, 2000-ci ildə Qeyri-müəyyənliklə sistemlərin robast idarə edilməsi üçün dinamik oyunlar nəzəriyyəsi və onun tətbiqlərinin inkişafına görə Elektronika, Rabitə və İnformasiya Sistemləri Mühəndisliyi və Sənaye, İstehsalat və Əməliyyat Sistemləri Mühəndisliyi üzrə Milli Mühəndislik Akademiyasına üzv kimi seçildi. == Tədqiqat sahələri == Onun elmi tədqiqat sahələri sırasına optimal, robast və qeyri-xətti idarəetmə, irimiqyaslı sistemlər, dinamik oyunlar, stoxastik idarəetmə, qiymətləndirmə nəzəriyyəsi, stoxastik proseslər, riyazi iqtisadiyyat daxildir. == İstinadlar == == Xarici keçidlər == Tamer Başar www.bu.edu Prof. Dr.
Tamer Karadağlı
Tamər Qaradağlı (türk. Tamer Karadağlı; 24 may 1967, Ankara) — türk teatr, kino və serial aktyoru. == Həyatı == Tamər Qaradağlı kiçik yaşlarından ailəsi ilə birlikdə ABŞ-yə köçmüşdür. Lisey dövründən kino və teatrlara böyük maraq göstərmişdir. TED Ankara Kollecini və Çankaya Liseyindən sonra Bilkent Universitetinin musiqi və səhnə sənətləri fakültəsini bitirmiş, universitetin teatr dərnəyində Şekspirin "Quru gürültü" tamaşasında həm türkcə, həm də ingiliscə rol oynamışdır. "Ferhunde Hanımlar" serialında rolu ilə məşhurluq qazandı. Qaradağlı Arzu Balkan ilə evli olmuşdur. Sənətçi ingilis dilinin 8 ləhcəsini bilməsi ilə məşhurdur.
Tel-Tamer
Təll-Təmr (bəzi mənbələrdə Tel-Tamer; ərəb. تل تمر‎‎, kürd. Girê Xurma, klass. süry. ܬܠ ܬܡܪ) — Suriyanın Əl-Həsəkə mühafəzəsinin eyniadlı rayonunda qəsəbə, Təll-Təmr nahiyəsinin inzibati mərkəzi. İlkin olaraq, XX əsrdə aysorların yaşadığı qəsəbənin əhalisinin əksəriyyəti hal-hazırda kürdlərdən təşkil olunmuşdur və son vaxtlarda qəsəbəyə ərəblər köçmüşdür, ancaq aysorlar hələ də qəsəbədə əhəmiyyətli bir icmadır. 2004-cü ildə keçirilmiş əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 7.285 nəfərdir. Xabur çayının sahilində, Hələb–Mosul magistrial yolu üzərində, eləcə də Əl-Həsəkə və Türkiyənin Diyarbəkir şəhərlərinin birləşdirən əhəmiyyətli bir yol üzərində yerləşən qəsəbə regionda nəqliyyat baxımından yüksək əhəmiyyət daşıyır. == Coğrafiya == Təll-Təmr Suriyanın şimalındakı Cəzirənin Yuxarı Xabur Vadisində, Xabur çayının şərq sahilində yerləşir. Qəsəbə Rəsulayn şəhərindən 35 kilometr (22 mil) cənub-qərbdə, Əl-Həsəkə şəhərindən isə 40 kilometr (25 mil) şimal-qərbdə yerləşir.
Tamer Osmanağaoğlu
Tamer Osmanağaoğlu (1963, Tutağ, Ağrı ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Tamer Osmanağaoğlu 1963-cü ildə Ağrı ilinin Tutağ ilçəsində anadan olub. İstanbul Aydın Universiteti Ədliyyə Peşə Liseyindən məzun olub. İş adamı olaraq çalışır. İzmir, İstanbul və Ərzurum illərində enerji, inşaat və səhiyyə sahələrində işləri olub. MHP İdarə Heyətinin üzvü olub. Hazırda MHP Baş Katibinin müavinidir. 2018 və 2023-cü illərdə MHP namizədi olaraq İzmir ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib. 27-ci çağırışda TBMM Plan və Büdcə Komissiyasının üzvü, TBMM Kəşfiyyat Komissiyasının üzvü, 28-ci çağırışda isə TBMM Kəşfiyyat Komissiyasının üzvü vəzifəsində təmsil olunub. İngiliscə bilir.
Təhmər
Toxmar — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Toxmar oyk., sadə. Quba r-nunun Talabıqışlaq i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yerli əhali bəzən Təhmer do adlandırır. Keçmiş adı Toxmarqışlaq olmuşdur. Yaşayış məntəqəsi əvvəllər qışlaq (binə) kimi yaranmış, kəndə çevrildikdən sonra oykonimin tərkibindəki qışlaq komponenti də düşmüşdür. Oykonim toxmar (gödək, qısa) və qışlaq komponentlərindən düzəlib, "gödək qışlaq" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 73 nəfər əhali yaşayır.
Yakob Şteyner
Yakob Şteyner (ing. Jakob Steiner; 18 mart 1796[…] – 1 aprel 1863[…], Bern) — İsveçrəli riyaziyyatçıdır; proyektiv həndəsənin yaradıcılarından biridir. == Həyatı == 1796-cı ildə doğulmuşdur. 1863-cü ildə vəfat etmişdir.
Şteyner qurmaları
Şteyner qurmaları — müstəvi üzərində, təkcə, xətkeşlə yerinə yetirilən həndəsi qurmalardır(birtərəfli, riyazi xətkeşlə). Şteyner qurmaları, əsasən, İsveçrə riyaziyyatçısı Y. Şteyner tərəfindən araşdırılmışdır. Şteyner isbat etmişdir ki, əgər müstəvi üzərində çevrə və onun mərkəzi verilibsə, müstəvi üzərində pərgar və xətkeşlə həll oluna bilən istənilən qurma məsələsini təkcə xətkeşlə həll etmək olar. Şteyner qurmaları proyektiv xarakter daşıyır. == Ədəbiyyat == 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2. "Azərbaycan Sovet Ensklopediyası" I–X cild, Bakı 1976–1987.
Ştramber qulaqları
Ştramber qulaqları (çex. Štramberské uši) - bu şirniyyat kişilər tərəfindən kəşf edilib. == Tərkibi == Şirniyyatın xəmrinə əsas bal, o cümlədən də, müxtəlif ədviyyatlar (qərənfil, darçın və s) əlavə edilir. Ancaq əsas tərkibi Ştramber kulinariyasında gizlənilir. == Əfsanə == 1241-ci ildən Ştramber qulaqları bişirilməyə başlanılıb.. Belə ki, monqol-tatar müharibəsi zamanı Moğol imperiyasının qərbə hücumu zamanı bu yemək daha da geniş sahəni əhatə etməyə başlayır. == Hazırlanması == Una bal və yağ əlavə edilir. Una ilk növbədə yağ qatılır və yoğrulur. Bundan sonra digər inqredientlər əlavə edilir. Bundan sonra 180 dərəcədə üzü qızarana qədər bişirilir.
Ştrimer apteki
Ştrimer apteki — Taqanroq şəhərinin ərazisində, Petrovskaya küçəsi, ev 61 ünvanında yerləşən bina. Binanln inşasına 1971-ci ildə başlanılmışdlr. O zaman bina Petrovskaya küçəsi, ev 33 ünvanında qərarlaşırdı. == Tarix == Kənpiçdən inşa edilən iki mərtəbəli binanın əsası 1871-ci ildə qoyulmuşdur. Bu bina aptek binası olaraq Moisey Osipoviç Ştrimerin vəsaiti gesabına inşa edilmişdir. Təkcə onun zirzəmisində 1870-ci illərdə Taqanroqda butılkalarda Qafqaz mineral suları satılırdı. Moisey Ştrimerin 44 yaşında ikən zərbədən ölümündən sonra (1880-ci ilin fevralında) mülkiyyət hüququ onun həyat yoldaşı olan Nadejda Davidovaya keçir. O, uşaqları Aleksandr (1866) vı Pelenoy (1869) ilə burlikdə binada 1925-ci ilə qədər yaşamışlar. Aktek isə öz fəaliyyətini davam etdirmişdir. Taqanroq üçün nadir hadisələrdən biri onda idi ki, iri bir bina sovet hakimiyyəti qurulduqdan donra belə uzun zaman milliləşdirilməmişdi.
Rudolf Şteyner
Rudolf Şteyner (alm. Rudolf Joseph Lonz Steiner‎, 27 fevral 1861 – 30 mart 1925) — Avstriyalı elmlər namizədi, pedaqoq, lektor və sosial islahatçı; 20-ci əsrin ezoteriki, okkultisti, görücüsü və mistiki , bir çox əsərin müəllifi (1883–1925), bütün Avropada (1900–1924) 6000-dən çox mühazirə oxumuşdur; antroposofiyanın və antroposofik hərəkatın banisi. O, Höte irsinin və onun bilik nəzəriyyəsinin tədqiqatçısı kimi ilkin tanınıb: 1883–1897-ci illərdə Hötenin təbiətşünaslığa dair əsərlərini təhlil edib nəşr etdirmişdir. Avropa transsendentalizmindən qaynaqlanan və Teosofiyanı əks etdirən ezoterik xristian fəlsəfəsi olan antroposofiyanın mənəvi təlimlərini yayan Ştayner masonların və teosofistlərin diqqətini cəlb edən mühazirələr verdi (1900-cü ildən). Teosofiya Cəmiyyəti tərəfindən alman bölməsinə baş katib kimi dəvət edildi (1902-ci ilin oktyabrından). 1902–1910-cu illərdə "Ruhani elm (teosofiya)" əsərlərində öz doktrinasını inkişaf etdirdi. Dünyanın fövqəlhəssas biliyinə və insanın məqsədinə giriş" və " Yüksək aləmlərin biliyinə necə nail olmaq olar? " (1904), "Akaşi salnaməsindən" (1904–1908), "Okultologiya haqqında esse" (1910) ; onun yazılarının teosofik meylləri dərin humanizmi ilə seçilir və hakim illüminizm və okkultizm anlayışına qarşı çıxırdı; Şteyner elmi metodu dünyanın fövqəltəbii baxışı ilə uzlaşdırmağa cəhd etdi . Teosofistlərdən ayrıldıqdan sonra o, ruhani müəllim rolunu üzərinə götürdüyü Antroposofik cəmiyyət (1912) qurdu. Cəmiyyətin mərkəzi İsveçrənin Dornach şəhəri oldu, burada Şteynerə bağışlanmış torpaqda onun memarlıq layihəsinə uyğun olaraq Hötenin şərəfinə adlandırılan Göteyan binasını ucaltmağa başladılar (sentyabr 1913).
Keriman Xalis Ece Tamer
Keriman Xalis Ece Tamer (türk. Keriman Halis Ece Tamer; 16 fevral 1913-cü il, İstanbul, Osmanlı İmperiyası-28 yanvar 2012-ci il, İstanbul, Türkiyə) — Türkiyənin ilk "Dünya Gözəli". == Həyatı == Keriman Xalis Ece Tamer 3 iyul 1932-ci ildə Türkiyədə keçirilən gözəllik yarışmasında "Türkiyə Gözəli", 31 iyul 1932-ci ildə keçirilən və 28 ölkənin qatıldığı yarışmada da isə "Dünya Gözəllik Kraliçası" seçilmişdi. Keriman Xalis Ece dövrünün məşhur tacirlərindən olan Tofiq Xalis bəy və Fərhundə xanımın altı uşağından biridir. Yarışmalara da məhz atası tərəfindən qeyd edilmişdir. Təhsilini Feyziyati (sonraki adı ilə Boğaziçi) liseyində almışdır. Keriman Xalisin əmisi, məşhur operetta bəstəkarlarından olan Muhlis Səbahəddin Əzgidir. Bibisi isə məşhur qadın bəstəkar Neveser Kökdeşdir. "Qalatasaray İdman Klubu"nun rəhbərlərindən olan Turqan Ece isə qardaşıdır. İlk evliliyi Dr.
Tamər Karadağlı
Tamər Qaradağlı (türk. Tamer Karadağlı; 24 may 1967, Ankara) — türk teatr, kino və serial aktyoru. == Həyatı == Tamər Qaradağlı kiçik yaşlarından ailəsi ilə birlikdə ABŞ-yə köçmüşdür. Lisey dövründən kino və teatrlara böyük maraq göstərmişdir. TED Ankara Kollecini və Çankaya Liseyindən sonra Bilkent Universitetinin musiqi və səhnə sənətləri fakültəsini bitirmiş, universitetin teatr dərnəyində Şekspirin "Quru gürültü" tamaşasında həm türkcə, həm də ingiliscə rol oynamışdır. "Ferhunde Hanımlar" serialında rolu ilə məşhurluq qazandı. Qaradağlı Arzu Balkan ilə evli olmuşdur. Sənətçi ingilis dilinin 8 ləhcəsini bilməsi ilə məşhurdur.
Tamər Qaradağlı
Tamər Qaradağlı (türk. Tamer Karadağlı; 24 may 1967, Ankara) — türk teatr, kino və serial aktyoru. == Həyatı == Tamər Qaradağlı kiçik yaşlarından ailəsi ilə birlikdə ABŞ-yə köçmüşdür. Lisey dövründən kino və teatrlara böyük maraq göstərmişdir. TED Ankara Kollecini və Çankaya Liseyindən sonra Bilkent Universitetinin musiqi və səhnə sənətləri fakültəsini bitirmiş, universitetin teatr dərnəyində Şekspirin "Quru gürültü" tamaşasında həm türkcə, həm də ingiliscə rol oynamışdır. "Ferhunde Hanımlar" serialında rolu ilə məşhurluq qazandı. Qaradağlı Arzu Balkan ilə evli olmuşdur. Sənətçi ingilis dilinin 8 ləhcəsini bilməsi ilə məşhurdur.
Təmər (Salmas)
Tamar (fars. تمر‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,064 nəfər yaşayır (243 ailə).