Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Toplum
Cəmiyyət — mövcudluğun ümumi şərtləri, maraqlar, normalar, dəyərlər, dünya haqqında təsəvvürlər və identiklik əsasında birləşmiş fərdlərin birgə həyat fəaliyyətinin müxtəlif formaları. Başqa sözlə cəmiyyət insanların birliyi olub, özündə cəmiyyətin siyasi, iqtisadi həyatı, sosial və mədəni həyatını birləşdirən qeyri-dövlət strukturudur. O, müxtəlif maraqlara sahib olan insanların müəyyən yaşayış məskənlərində sivil əlaqə və ünsiyyət formasıdır. Cəmiyyət sözün geniş mənasında maddi həyatın, canlı təbiətin bir ,hissəsi olan, tarixən inkişaf edən, insanların fəaliyyəti formasıdır. Sözün dar mənasında isə bəşər tarixinin müəyyən bir mərhələsi (kapitalizm, feodalizm) və ya konkret sosial bir orqanizmdir (Fransa cəmiyyəti, Avropa cəmiyyəti və s ölkələr.). Cəmiyyət müəyyən qayda üzrə qurulmuş struktura malik olan bütöv bir sistem sayılmışdır. == Təsnifat == Sosioloqlar cəmiyyətləri üç geniş kateqoriyaya ayırırlar: sənayedən əvvəlki, sənaye və postsənaye. === Sənayedən əvvəlki === Sənayedən əvvəlki cəmiyyətlərdə insan və heyvan əməyinin istifadəsi ilə həyata keçirilən qida istehsalı əsas iqtisadi fəaliyyətdir. Bu cəmiyyətləri texnologiya səviyyəsinə və qida istehsal etmə üsullarına görə bu qruplara bölmək olar: ovçuluq və yığıcılıq, maldarlıq, bağçılıq və kənd təsərrüfatı. ==== Ovçuluq-yığıcılıq ==== Belə cəmiyyətlərdə qida əldə etməyin əsas forması gündəlik yabanı bitkilərin toplanması və vəhşi heyvanların ovlanmasıdır.
Toplax iyesi
Mayk Tomlin
Michael Pettaway Tomlin (15 mart 1972, Hampton[d], Virciniya) — Milli Futbol Liqasında (NFL) Pittsburgh Steelers komandasının baş məşqçisi olan Amerika futbol məşqçisidir. 2007-ci ildə Steelers-ə qoşulduqdan sonra o, komandanı on pley-off qaçışına, yeddi divizion tituluna, üç AFC Çempionatı Oyununa, iki Super Bowl oyununa və Super Bowl XLIII tituluna çıxardı. 36 yaşında Tomlin Super Bowl-u qazanan ən gənc baş məşqçi oldu, bu rekord daha sonra Super Bowl LVI -da Sean McVey tərəfindən qırıldı. Onun heç vaxt məğlub olduğu mövsüm olmayıb.
Toplum TV
Toplum TV — Azərbaycanda müstəqil informasiya resursu. == Tarixi == Toplum TV 2016-cı ildən fəaliyyətə başlayan müstəqil informasiya resursudur. Əsas məqsədi insan hüquq və azadlıqlarını, ifadə azadlığını ön planda tutaraq cəmiyyətin obyektiv informasiya ilə təmin olunmasına xidmət etməkdir. Sayt həmçinin Demokratik Təşəbbüslər İnstitutunun (IDI) "Demokratiya Məktəbi" proqramının jurnalistika təlimlərində iştirak edən gənclərin peşəkarlıqlarını artırmaq üçün platforma rolunu oynayır.[mənbə göstərin] === Ofisə basqın === 2024-cü il martın 6-da Daxili İşlər Nazirliyi tərəfindən Toplum TV müstəqil media platformasının yerləşdiyi ofisə basqın edildi. Basqın nəticəsində media qurumunun 10-dan çox işçisi saxlanılmışdır. İstintaq işi hazırda davam edir.
Momlu (Sulduz)
Momlu (fars. مملو‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 362 nəfər yaşayır (69 ailə).
Polux Poluxov
Polux Məhəmməd oğlu Poluxov (1932, Sadaxlı, Marneuli rayonu – 2008, Sadaxlı, Kvemo-Kartli) — həkim, Gürcüstan SSR əməkdar həkimi (1984). == Həyatı == Polux Poluxov 1932-ci ildə Borçalı rayonunun Sadaxlı kəndində doğulmuşdur. Kənd orta məktəbini bitirmişdir. 1951-1957-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində ali təhsil almışdır. Sadaxlı kənd xəstəxanasında həkim (1957-1961), baş həkim (1961-2002) və həkim (2002-2008) işləmişdir. Sadaxlı kəndinin ilk azərbaycanlı ali təhsilli həkimi idi. Ona el arasında "qoca həkim" də deyirdilər. 51 il ərzində həkimin şəfalı əlləri minlərlə insanı həyata qaytarmış, ölümün-xəstəliyin əlindən qurtarmışdır. Polux Poluxov xidmətlərinə görə, Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara cəmiyyətinin diplomunu və 1982-ci ildə SSRİ səhiyyə əlaçısı adını almışdır. 1984-cü ildə Gürcüstan SSR əməkdar həkimi fəxri adına layiq görülmüşdür.
Toluy xan
Toluy xan və ya Tuluy xan (monq. Тулуй; təq. 1191, Xamaq Monqol – 1232) — Monqol imperiyasının dövlət xadimi, hərbi lider. Çingiz Xan və Börtenin dördüncü - ən kiçik oğlu. Çingiz Xanın ölümündən sonra bir müddət Monqol imperiyasının naibi olmuşdur (1227-1229). Naib kimi özünə Böyük Noyon (monq. ᠶᠡᠬᠡ ᠨᠣᠶᠠᠨ, çin. 也可那颜) titulunu götürmüşdü. Ölümündən sonra 1251-ci ildə oğlu Münke xan tərəfindən ona imperator titulu İn-u xuan-di (Cəsur və döyüşkən imperator) və Juyçonq məbəd adı verildi. 1265-ci ildə dördüncü oğlu Xubilay tərəfindən ona daha bir titul Çinqhsianq xuan-di (Görkəmli və yardımsevər imperator) verildi.
Tonlu dillər
Tonlu dillər bir sözün fərqli bir tonda oxunması ilə mənasının dəyişdiyi dillərdir. Tonlu dillər dünyanın müxtəlif yerlərində danışılır. == Tonlu dillərin coğrafi bölgüsü == Avropadakı Norveç, İsveç, Litva, Limburqiş, Serb, Xorvat, Bosniya və Sloven dilinin bəzi ləhcələri tonallıq xüsusiyyətlərini göstərsələr də, ümumiyyətlə bunlar vurğu sayılırlar. Hindistan yarımadasında danışılan tonal xüsusiyyətə sahib başqa bir Hind-Avropa dil ailəsinə mənsub dildə Pəncab dilidir. Afrikada, əksər sub-Sahara (Şərqdə Suahili dili, qərbdə Volof və Fulani dillərini çıxmaq şərtilə) dilləri tonlu dillərdir. Hausa dili sami dilləriniin uzaq bir qohumu hesab olunsa da, tonal bir dildir. Şərqi Asiyada bir çox dillər tonaldır; bunlara müxtəlif Çin dilləri, Vyetnamca, Tay dili, Laos dili, Birman dili daxildir. Yeni Qvineyada bir çox dillər də tonaldır. Şimali və Cənubi Amerikadakı bəzi yerli dillərin də tonallığı var. Alyaskada Na-Dené dilləri, ABŞ-də Cənub-Şərqi Amerika (Navajo dili də daxil olmaqla) və Meksikadakı Oto-Manguean dilləri bunlardan bəziləridir.
Torlu Qaymaqçiçəyi
Torlu qaymaqçiçəyi (Elmi adı - Ranunculus arachnoideus) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU A2c+3c. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. 5-6 sm hündürlükdədir. Kökətrafı yarpaqları uzun saplaqlıdır, yarpaq ayası dairəvi-ürəkvari, qalın, göyümtül, əsasən dərin 3 bölümlüdür. Orta dilimi enli, tərs-yumurtavaridir. Yan tərəfdəkilər romb şəkilli, 2 dərin bölümlüdür. Gövdə yarpaqları kiçilmiş, əsasından 3 lansetvari və ya uzunsov – lansetvari, tamkənarlı və ya dişli seqmentlərə bölünmüşdür. Nektarlığı 12-16 mm uzunluqda, qızılı-sarı, geniş yumurtavaridir. Meyvələri 3-3,5 mm uzunluqda, tərs-yumurtavari, yan tərəfədn sızılmış, hamar, təpə hissədən qarmaqvaridir.
Torlu iridodiktum
Torlu piton
Torlu piton (lat. Python reticulatus) – pitonlar fəsiləsinin əsl pitonlar cinsinə aid heyvan növü. == İstinadlar == == Xarici keçidlər == Reticulated python life history Arxivləşdirilib 2019-08-27 at the Wayback Machine at Reticulatedpython.info Arxivləşdirilib 2010-03-14 at the Wayback Machine. Yoxlanılıb 01.03.2011 Python reticulatus Arxivləşdirilib 2009-09-17 at the Wayback Machine at Exotic-pets.eu. Accessed Yoxlanılıb 01.03.2011.
Torlu süsən
Torlu süsən (lat. Iris reticulata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. Ön Asiya bitki növü olub, Azərbaycanda az rast gəlinir. Abşeron (Altıağac kəndi), Şamaxı (Çuxurdyurd və Mərəzədə), Xaçmaz (Qusarçay kəndi), Ağsu (aşırım) rayonları. Azərbaycandan kənarda –Cənubi Dağıstan, Gürcüstan, Balkan yarımadası və Kiçik Asiyada yayılmışdır. Ortu, daşlı və çınqıllı yamaclarda, meşə kənarlarında bitir. == Çoxalması == Kökümsovu və toxumu vasitəsilə çoxalır. Antropogen amillər — Sahənin çalınması, otarılması və s. üzündən azalır. Azərbaycan Botanika İnstitutunun Botanika bağında becərilir.
Tozlu tufanlar
== Tozlu tufanlar == Tozlu tufanlar-burulğanlı fırtınalar arasında çox vaxt tozlu fırtınalar (tufanlar) ayrılır. Belə fırtınalar eni 500 m-ə çatan və adi sürəti saatda 60 km-ə qədər olan geniş hava kütlələridir. Belə axınlar, adətən, quraqlıq vilayətlərdən yarımquru və rütubətli vilayətlərə toz və xırda qırıntı materialı gətirir. Bir neçə on santimetr hündürlükdə havada çınqıl və iri qum 2 metrə qədər hündürlükdə xırda qum uçur, daha çox yüksəkliklərdə isə (1,5 km-ə qədər) xırda toz hissəciklərinin tutqun buludu əmələ gəlir. Aparılan hissəciklərin tərkibindən asılı olaraq qara fırtınalar (Rusiyanın Avropa hissəsinin cənubu üçün səciyyəvidir, burada qara torpaqlar sovrulur); sarı fırtınalar - Orta Asiya üçün xarakterik olub san-qum qumluca və gillicə sovrulur; qırmızı fırtına (dəmir oksidinə boyanmış gillicə); ağ fırtına - geniş şoranlıq ərazilərdə baş verir (duz hissəcikləri sovrulur). Ağ fırtınalar qurumaqda olan Aral gölü yerləşən sahələrdə müşahidə olunub, göldən uzaq ərazilərdə də torpağın şorlaşmasına səbəb olur. Tozlu tufanların müddəti bir neçə saatdan 7 ... 70 sutkaya kimi davam edir. Küləyin sürəti, adətən, saniyədə 40 metri keçmir. Tozlu tufanlar praktiki olaraq insan həyatı üçün bilavasitə təhlükəli olmasa da, böyük maddi ziyan yetirir.
Tumlu psoralea
Cullen drupaceum (lat. Cullen drupaceum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin cullen cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisidir. Gövdəsi çoxsaylı olub, hündürlüyü 40-150 sm, yuxarı hissəsi budaqlanan, azca qabırğalı, sadə, sıx tükcüklü və metalabənzər nöqtələr şəklində olan tükcüklərdən ibarətdir. Yarpaqları sadə və ya üç hissədən ibarət qovuşuq, yarpaq lövhələri demək olar ki, dairəvi, kənarları irioyuqlu dişli, əsası isə bütövkənarlı olub, uzunluğu 1,5-5 sm, eni isə 2-5 sm, aşağı hissəsi isə sıx tükcüklüdür. Saplağı 0,5-1(4) sm-dir. Yalançı zoğları xətti-neştərşəkilli, itiuclu və tükcüklüdür. Çiçəyin uzunluğu 4-7 sm, çoxçiçəkli olmaqla, sünbül çiçək qrupunda cəmlənmişdir. Çiçək altlığının uzunluğu 2,5-3 mm, metalabənzər tükcüklü, yumurtavari və itiucludur. Kasacığı zəngşəkilli və 5-yarpaqlıdır.
Qurtuluş (toplu)
"Qurtuluş" toplusu (məcmuəsi) — Azərbaycan siyasi mühacirlərinin Almaniyanın Berlin şəhərində nəşr etdikləri toplu. == Tarixi == İlk sayı 1934-cü ilin noyabrında, son - 51-ci sayı isə 1939-cu ilin yanvarında işıq üzü görmüşdür. "Qurtuluş" toplusu da digər siyasi mühacir nəşrlər kimi, bolşevik Rusiyasının əsarətində olan azərbaycanlılara müraciətlə nəşr edilirdi. Xüsusilə, hər il 28 May İstiqlalı, 27 Aprel İstila Günləri məcmuədə daha geniş əks olunurdu. Topluda Azərbaycan xalqının tarixi, mədəniyyəti, türk dünyası, beynəlxalq məsələlər və s. barədə də dəyərli yazılar verilirdi. Məcmuədə Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Mir Yaqub, Hilal Münşizadə, B.Nuhoğlu, Almas İldırım, Cəfər Seyid Əhməd, Əhəd Əlizadə, Kərim Yayçılı və başqalarının məqalələri dərc olunurdu. == "27 Nisan" məqaləsi == B.Nuhoğlu "Qurtuluş" məcmuəsinin 1936-cı il 18-ci nömrəsində dərc etdirdiyi "27 Nisan" ("27 Aprel") məqaləsində yazırdı: == İstinadlar == == Ədəbiyyat == Şəmşir Səbahəddin, Azərbaycanın İstiqlal mücadiləsi. İstanbul, 2002; Tahirli A., Azərbaycan mühacirət mətbuatı, 2 hissədə, h. 1, B, 2002.
Tomex tomentosa
Callicarpa tomentosa (lat. Callicarpa tomentosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin callicarpa cinsinə aid bitki növü.
Buassiye tovlu qulağı
Melandrium boissieri Schischk. = M. latifolium (Poir.) Maire Hündürlüyü (15) 35-60 (70) sm, gövdəsi düz, çəngəlvari budaqlanmış, əsasən aşağı hissədə qismən tüklü, çox vaxt çox xovlu-tüklü olan ikiillik və yaxud çoxillik ot bitkisidir. == Yarpaq == Yarpaqları hər iki tərəfdən adətən sıx tüklüdür, kökətrafı və aşağı gövdə yarpaqları elliptik və ya uzunsov-əksinə neştərvaridir, qısa saplağa daralmışdır, qalanları isə oturaqdır, uzunsov və yaxud yumurtaşəkilli-neştərvari, bəzən yumurtaşəkillidir, sivri və ya az sivriləşmiş, nadir halda kütdür, yuxarıdakılar çox vaxt neştərvaridir. == Çiçək == Çiçək qrupu boşdur, çəngəlvari budaqlanmışdır, erkəkcikli çiçəkləri daha budaqlanmış və çoxçiçəklidir. == Meyvə == Qutucuğun uzunluğu (15) 17-18 (20) mm-dir, uzunsov-yumurtaşəkilli və ya əksinə armudşəkillidir, 10 ədəd dişlərlə açılandır, xariçə doğru qatlanmışdır. Toxumlarının uzunluğu 1 mm-ə qədərdir, böyrəkşəkillidir, qonur və az qabarıqdır. == Çiçəkləməsi == Aprel-İyul (Avqust) == Meyvə verməsi == May-Avqust == Azərbaycanda yayılması == Azərbaycanın bütün rayonlarında. Ovalıqdan subalp qurşağına qədər. == Yaşayış mühiti == Kolluqlarda, bağlarda, talalarda, otlu yamaclarda, qaya və daşların kölgəsində, çayın quru yataqlarında, alaqlı yerlərdə, bağ və bostanlarda, əkinlərdə alaq kimi rast gəlinir.
Qardaş köməyi (toplu)
"Qardaş köməyi" toplusu — İctimai-siyasi toplu. == Mahiyyəti == Birinci dünya müharibəsi (1914–1918) dövründə Azərbaycanın bir sıra yaşayış məntəqələrində fəaliyyət göstərmiş "Qardaş köməyi" təşkilatının orqanı. Əsasən, Qars vilayəti ətrafında zərər çəkmiş müsəlman qaçqınlarının həyatına həsr olunmuş məqalələr dərc edilirdi. == Əsas yazıçılar == Toplunun əsas mühərrirləri Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cavad, Hüseyn Cavid, Firidun bəy Köçərli, Seyid Hüseyn, Abdulla Şaiq, Şəfiqə xanım Əfəndizadə idi. Jurnalın bir nüsxəsi hələ də İstanbulda saxlanılaraq, mühafizə olunur.
Toklu Dədə Məscidi
Toklu Dədə Məscidi — İstanbulda bir Osmanlı məscidi idi. Bina əvvəlcə Bizans Şərqi Pravoslav Kilsəsi idi. 1929-cu ildə demək olar ki, tamamilə dağıdıldı. == Yerləşməsi == Bina İstanbulun Fatih səmtində yerləşirdi. Binanın qalan yeganə hissəsi Toklu İbrahim Dədə küçəsində, divarlı şəhərin bir neçə metr daxilində, Qızıl Buynuz sahillərindən qısa bir məsafədə yerləşən müasir bir evlə əhatə olunmuşdur. == Bizans dövrü == 1453-cü ildə Konstantinopolun Osmanlıların əlinə keçməsindən sonra, 15-ci əsrin sonu ilə 16-cı əsrin əvvəlləri arasında kilsə Fatih Mehmedin keçmiş əsgəri Toklu İbrahim Dədə tərəfindən məscidə çevrildi. Yaxınlıqda Əbu Şeybət ul Hudrinin məqbərəsi və Peyğəmbərin səhabəsi olan daha məşhur Əbu Əyyub əl-Ənsari var. Hər ikisi Konstantinopolun ilk ərəb mühasirəsi zamanı öldü və Heraklian divarının kənarında dəfn edildi. Ebû Şeybet ül Hudrinin məzarı indi Heraklius divarı ilə V Leo divarı arasındakı divarlarda yerləşir. 1929-cu ildə binanın sahibi onu demək olar ki, tamamilə sökdü, ancaq binanın cənub divarı və apsisi qaldı.
Toplum TV ofisinə basqın
Toplum TV — Azərbaycanda müstəqil informasiya resursu. == Tarixi == Toplum TV 2016-cı ildən fəaliyyətə başlayan müstəqil informasiya resursudur. Əsas məqsədi insan hüquq və azadlıqlarını, ifadə azadlığını ön planda tutaraq cəmiyyətin obyektiv informasiya ilə təmin olunmasına xidmət etməkdir. Sayt həmçinin Demokratik Təşəbbüslər İnstitutunun (IDI) "Demokratiya Məktəbi" proqramının jurnalistika təlimlərində iştirak edən gənclərin peşəkarlıqlarını artırmaq üçün platforma rolunu oynayır.[mənbə göstərin] === Ofisə basqın === 2024-cü il martın 6-da Daxili İşlər Nazirliyi tərəfindən Toplum TV müstəqil media platformasının yerləşdiyi ofisə basqın edildi. Basqın nəticəsində media qurumunun 10-dan çox işçisi saxlanılmışdır. İstintaq işi hazırda davam edir.
Filoloji araşdırmalar (elmi toplu)