Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dağ Tumas
Dağtumas — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 23 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Dağ Tumas oyk, mür. Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Tumas olmuşdur. Sonralar bu kənddən ayrılmış ailələr Tumaslı (Bərdə və Şərur r-nları), Çaytumas (Qubadlı rayonu) kəndlərini saldıqdan sonra, birini digərindən fərqləndirmək məqsədilə dağ yamacında yerləşən bu kənd Dağ Tumas adlandırılmışdır. Cəbrayılın ən yüksək zirvəsi Dağ Tumasdır.
Tumas Tranströmer
Tumas Yosta Tranströmer (isv. Tomas Gösta Tranströmer; 15 aprel 1931[…], Stokholm – 26 mart 2015[…], Stokholm)) — İsveç şairi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2011). == Həyatı == Tumas Tranströmer 1931-ci ildə Stokholmda anadan olub. Ata və anası boşandıqdan sonra müəllim olan anası onu böyüdüb. Stokholm Universitetində "Şeir və psixologiya" fakültəsini bitirib. Şeirləri 60-dan çox dilə tərcümə olunub. 26 mart 2015-ci ildə 83 yaşında vəfat etmişdir.
İlham Tumas
İlham Tumas (tam adı: İlham Əli oğlu Ağayev; d. 1972, Sumqayıt, Azərbaycan SSR) — azərbaycanlı jurnalist, ssenari müəllifi, rejissor, 1-ci Qarabağ müharibəsi veteranı, Vətən Müharibəsi iştirakçısı. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə Füzuli rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə, "Füzulinin azad olunmasına görə", Müdafiə Nazirinin 30.12.2020-ci il tarixli 0249t saylı əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalları ilə təltif edilib. == Həyatı == İlham Tumas 1972-ci il oktyabr ayının 19-da Azərbaycanın Sumqayıt şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin fizika (1990–1992) və Sosial elmlər və psixologiya fakültəsində (1993–1996) təhsil alıb, ixtisasca filosofdur. 1992–1993-cü illərdə könüllü olaraq Qarabağ döyüşlərində iştirak edib , N saylı hərbi hissənin tərkibində əlahiddə "Qurtuluş" taborunda Tərtər ətrafında gedən döyüşlərdə iştirak edib. 1996–2000-ci illərdə zabit kimi N saylı hərbi hissədə taqım komandiri, kadrlar və nizami bölmə rəisinin müavini kimi hərbi xidmət keçib, ehtiyatda olan baş leytenantdır. Hərbidən sonra fasilələrlə Cəmşid Naxçıvanski adına Hərbi Litseydə, Azərbaycan Milli Məclisinin Aparatında işləyib. == Fəaliyyəti == Mətbuatda ilk yazısı 1992-ci ildə "Azərbaycan" qəzetində dərc olunub. Müxtəlif mətbu orqanlarda, o cümlədən, "Avrasiya", "Kino", "Ayna", "Panorama", "Hürriyyət", "Vətəndaş Həmrəyli", "Xural", "Ekspress" qəzetlərində çalışıb.
Tumaslı
Tumaslı (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd Tumaslı (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Tumaslı (dağ) — Cəbrayıl rayonu ərazisində dağ.
Tumaslı (Bərdə)
Tumaslı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Tumaslı (dağ)
Tumaslı — Azərbaycan Respublikası Cəbrayıl rayonunun ərazisində, Qarabağ silsiləsinin cənub hissəsində yerləşən dağ. Hündürlüyü 1580 metrdir. Dağ Tumas kəndinin şimalındadır. Yerli əhali arasında Tumas dağı olaraq bilinir.
Tumaslı (Şərur)
Tumaslı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Tarixi == Bu kəndin yaranma tarixi və adı tarixçilər tərəfindən araşdırılmamışdır. Lakin adının etimologiyası bu kəndin qədimliyinə sübutdur. Kəndin adının etimologiyasını iki variantda izah edilir. Birinci variantda, bunu Asiya qitəsinə adı verilmiş çox qədim "As/Az" tayfasının izləri (Tum/tüm+as/+lı) açıq göründüyü üçün bu kəndin "Tum (tüm/bütün?) + As tayfısının yaşadığı yer" mənasını verdiyini güman etmək olar. "-lı" isə yer, mənsubluq bildirən şəkilçidir. İkinci variantda, kəndin adının qədim türk dilində mövcud olan "Tumas" şəxs adı ilə bağlı ola bilməsi ehtimalıdır. Bu halda kəndin adının "Tumas ailəsinin (və ya qəbiləsinin) yaşadığı yer ("lı" isə yer, mənsubluq bildirən şəkilçidir) mənasını verdiyini iddia etmək olar. Bərdə rayonunda eynilə bu adda kənd mövcuddur. Oxşar ada Qubadlı rayonunun Çay Tumas və Cəbrayıl rayonunun Dağ Tumas kəndlərində də rast gəlinir.
Tumaslı mədrəsəsi
Tumaslı mədrəsəsi — Qarabağda yerləşən qədim mədrəsə. == Haqqında == Mədrəsə Dizaq mahalı,Tumaslı kəndində yerləşirdi.Dövrün görkəmli ədiblərindən olan Molla Vəli Vidadi müəyyən müddət bu mədrəsədə müəllimlik etmişdi. Mədrəsədə təhsil alan şagirdlərin əksəriyyətini sunnilər təşkil edirdi. XIX əsrin əvvəllərində mədrəsədə müəllim edən şəxslər arasında Mahmud əfəndi Tumaslı (1781–1842), Molla Mustafa Tumaslı və başqaları var idi. Mədrəsədə təhsil görmüş şagirdlərdən bəziləri İstanbula da göndərilmişdi. Mədrəsənin tələbələrindən biri kimi xəttat Omsan Tumalıni nümunə göstərmək olar. Mədrəsəyə hamilik edən şəxs Mikayıl sultan Həsən ağa oğlu Tumaslı (1781–1847) idi.
Tuman
Tuman — alt geyimi. Həmçinin bu mənalara gələ bilər: Tuman (Özbəkistan) — Özbəkistanda inzibati ərazi vahidi.
Tumar
Tumar — türk, altay və orta asiya türk birlikləri xalq mədəniyyətində və xalq inancında tilsim. Tomar olaraq da deyilər. Bəzi xəstəlikləri, pislikləri və nəzəri uzaqlaşdırmaq üçün boya asılan və ya üstdə daşınan yazılı kağız. Ümumiyyətlə ola biləcək bir xəstəlikdən qorunmaq məqsədi ilə və ya müalicə üçün daşınar. Əksəriyyətlə üçbucaq formasındadır. Dəri, meşin, gümüş və qızıl örtüklər içinə qoyularaq boyuna asılır ya da qola ilişər. Dörd bucaqlı olan və xamaylı (xamayıl) adıyla bilinən növü bütün İslam dünyasında məşhur şəkildə istifadə edilir. Muskalara surə, ayə, hədis və ya bir dua yaxud da Allahın adları yazılar. Bundan başqa mələklərin, peyğəmbərlərin, hətta əfsanəvi şəxslərin adları və aydın olmaz sehrli sözlər, işarələr, ulduz işarələri, rəqəmlər, insan və heyvan şəkilləri ilə qəribə hərf şəkilləri belə yazılıb çəkilmişdir. İslam inancı isə köməyin yalnız Allahdan dilənməsi vurğulamışdır və tilsimlere çox da çox icazə verilməmişdir.
Tomas
Tomas — ad. Tomas Anders — Alman pop ifaçısıdır, musiqi yazan və prodüseri Tomas Qoltz — Amerika tarixçisi, jurnalisti və yazıçısı. Tomas Maltus — ingilis iqtisadçı, demoqraf alim, kilsə xadimi. Tomas Makoley Tomas Micli Tomas de Vaal — britaniyalı jurnalist və yazar Tomas Şellinq — amerikalı iqtisadçı.
Ambruaz Tomas
Şarl Luis Ambruaz Tomas (fr. Charles Louis Ambroise Thomas; 5 avqust 1811, Meç — 12 fevral 1896, Paris) — fransız opera bəstəkarı, Fransa İnstitunun üzvü, 25 il Paris konservatoriyasının direktoru. Uşaqikən Tomas əla musiqi qabiliyyətinə malik olmuşdur. Atasının rəhbərliyo altında məşhurlaşır. Paris konservatoriyasında Durlenin (harmoniya), Leskürün (kompazisiya nəzəriyyəsi), Kalkbrennerin (fortopiano) tələbəsi olmuşdur. Daha sonra 3 il İtaliyada yaşadıqdan sonra 1866 cı ildə ilk Minyon və sonra 1868 ci ildə Hamlet operalarını yazır. Hər iki opera bütün məşhur opera səhnələrini dolaşmış olur. Daha sonra Qaraçı, Betti və Tufan, Raymon kimi operalarını yazır. 1852 ci ildən Paris konservatoriyasında dərs demiş 1871 ci ildən isə ona rəhbərlik etmişdir. Bəstəkar Jül Massne onun parlaq tələbələrindəndir.
Antonia Tomas
Antoniya Lora Tomas (ing. Antonia Laura Thomas; 3 noyabr 1986) — Böyük Britaniya aktrisası. "Misfits" serialında Alişia Beyli roluna görə tanınır. == Karyerası == Antonia Tomas London şəhərində anadan olub və böyüyüb. Uşaqlıqda Antonia Çelsi İncəsənət Kollecinə daxil olur. Lakin daha sonradan teatr dərnəklərinə yazılır və 2001-ci ildə Gənc Tamaşaçılar Teatrına daxil olur və qastrollarda iştirak edir. 2006-2009-cu illərdə Bristol şəhərində yaşayır və Old Vik teatr məktəbində təhsil alır. 2009-cu ildə televiziyada ilk rolunu Misfits teleserialında alır. Bu serialda Antonia Alişia Beyli rolunu ifa edir. Qısa zamanda serial böyük populyarlıq qazanır və 2010-cu ildə BAFTA (British Academy of Film and Television Arts) mükafatına layiq görülür.
Cennifer Tamas
Cennifer Tamas — keçmiş ABŞ voleybolçusu 1982-ci ildə Kaliforniya ştatında anadan olan voleybolçu 2001-ci ildən milli komandaya çağırılır. 191 sm boyu olan Cennifer Pekin-2008-in gümüş, dünya kubokunun və Panamerika Oyunlarının bürünc medalına sahib olub. Onun ən böyük uğuru bu il keçirilən Dünya Qran-prisinin finalına təsadüf edib və Tamas yığma ilə birlikdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Amerikalı voleybolçu 2009/2010 mövsümünü Puerto-Riko çempionatında keçirib. O, "Llanares of Toa Baja" klubunun şərəfini qoruyub və komandası ölkə çempionatını 2-ci yerdə başa vurub. 2010-cu ildə Azərreyl Bakı komandasına transfer olub. Son komandası isə daha sonradan bu klubun əsas komandası çevrilən Azəryol olmuşdur. 2013-cü ildə bu klubda karyerasını başa vurmuşdur.
Demien Tomas
Demien Tomas (ing. Damien Thomas) - Böyük Britaniya aktyorudur.
Katolikos Tomas
Katolikos Tomas - Albanların LXX (70-ci) katolikosu. == Katolikosluğu == Haqqında heç bir məlumat yoxdur. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Klarens Tomas
Klarens Tomas (23 iyun 1948) — Amerikalı vəkil, 1991-ci ildən bəri ABŞ Ali Məhkəməsinin hakimi. Ali Məhkəmədəki ikinci Afrikalı Amerikalıdır. ABŞ Ali Məhkəməsinin onilliklərdəki ən mühafizəkar hakim hesab edildi. Atası ailəsini erkən tərk etdiyi üçün anası və babası tərəfindən böyüdülmüşdür. Gəncliyində zənci tələbələrin irqi ayrı-seçkiliyə qarşı etirazlarına qatıldı. Vusterdə Müqəddəs Xaç Kollecini və Yel Universiteti Hüquq Fakültəsini bitirib. 1974–1977-ci illərdə Missuri Baş Prokurorluğunda, 1979–1981-ci illərdə senator Con Denfortun köməkçisi olmuşdur. 1981-ci ildə ABŞ-nin İnsan Haqları üzrə Təhsil Katibinin köməkçisi oldu və 1982-ci ildə Məşğulluq Bərabərliyi Komissiyasının prezidenti seçildi. 1990-cı ildə Prezident Corc Buş onu Kolumbiya Bölgəsi Apellyasiya Məhkəməsinin hakimi təyin etdi. Ağır cinayətlər törətmiş əqli cəhətdən geri qalan insanlar üçün edam cəzasının tətbiqini dəstəkləmək də daxil olmaqla bir sıra məsələlərdə sərt fikirləri ilə tanınır.
Sen-Tomas
Sen-Tomas — ABŞ-nin Vircin adaları, Karib dənizində yerləşən Amerika Birləşmiş Ştatlarının birləşməmiş ərazisi. Ada, ərazinin paytaxtı — Şarlotta Amaliya limanı. Əhalisi (2010-cu ilin siyahıya alınması üzrə) 51 634 nəfərdir. ABŞ Vircin adalarının ümumi əhalisinin 48,5% . Ərazisi — 80,91 km². == Tarixi == Ada əvvəlcə təxminən 1500 il əvvəl Siboney qəbiləsinin hindilər tərəfindən məskunlaşmışdı. Onları avaraki qəbiləsi və sonra kariblər əvəz etdi. Sen-Tomas Amerikaya ikinci səfəri zamanı 1493-cü ildə Xristofor Kolumb tərəfindən aşkar edildi. Tezliklə adada olan hindilər Avropalıların gətirdiyi xəstəliklərdən öldülər və adanın bir yarım əsrdə quldurları tərəfindən istifadə edildi. 1917-ci ildə, Sen-Tomas Sen Con, Santa Kruz və kiçik olan adaları ilə birlikdə ABŞ Danimarkadan 25 milyon dollar almışdı.
Sent-Tomas
Sen-Tomas — ABŞ-nin Vircin adaları, Karib dənizində yerləşən Amerika Birləşmiş Ştatlarının birləşməmiş ərazisi. Ada, ərazinin paytaxtı — Şarlotta Amaliya limanı. Əhalisi (2010-cu ilin siyahıya alınması üzrə) 51 634 nəfərdir. ABŞ Vircin adalarının ümumi əhalisinin 48,5% . Ərazisi — 80,91 km². == Tarixi == Ada əvvəlcə təxminən 1500 il əvvəl Siboney qəbiləsinin hindilər tərəfindən məskunlaşmışdı. Onları avaraki qəbiləsi və sonra kariblər əvəz etdi. Sen-Tomas Amerikaya ikinci səfəri zamanı 1493-cü ildə Xristofor Kolumb tərəfindən aşkar edildi. Tezliklə adada olan hindilər Avropalıların gətirdiyi xəstəliklərdən öldülər və adanın bir yarım əsrdə quldurları tərəfindən istifadə edildi. 1917-ci ildə, Sen-Tomas Sen Con, Santa Kruz və kiçik olan adaları ilə birlikdə ABŞ Danimarkadan 25 milyon dollar almışdı.
Stafford Tomas
Sumas (Vaşinqton)
Sumas (ing. Sumas) — ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında şəhər. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən şəhərin əhalisi 1307 nəfər olmuşdur. Kanada ilə həmsərhəsddir. Şəhər ərazisində 24 saat fəaliyyət göstərən sərhəd keçid məntəqəsi vardır. == Tarixi == Sumas sözünün mənası "ağaçsız torpaq" deməkdir. 1850-ci ildə əraziyə ağdərililər gəldikdə burada Nuksak qəbiləsindən olan hindular yaşayırdılar. 1872-ci ildə Robert Conson burada yaşamağa başlayan ilk ağdərili oldu. 1875-ci ilin sonunda Bellinqhamdan indiki Everson şəhərinin ərazisinə ilk yol çəkilsə də, hələ də bu ərazidən Sumasa getmək üçün yeganə vasitə su yolu idi. 1870-ci illərin axırlarında burada daimi yaşayış məskənləri əmələ gəlməyə başladı.
Tomas Yançi
Tomas Yançi (23 iyul 1968) — Çexoslovakiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Tomas Yançi Çexoslovakiyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Tomas Zajaç
Tomas Zajaç (22 sentyabr 1985, Vyana) — 2016 Yay Olimpiya Oyunlarının medalçısı.
Tomas Zula
Tomas Zula (11 mart 1992) — ABŞ-lı peşəkar kişi BMX velosipedçisi. Tomas Zula ABŞ-ni beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Tomas Zula 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 33.395 saniyəlik nəticəsi ilə 62-ci yeri tutdu.
Tomas Çatterton
Çatterton Tomas (20.11.1752, Bristol – 24.8.1770, London) — ingilis şairi. == Həyatı == 15-ci əsrə aid uydurma rahib Tomas Rauli adından orta əsrlər ingilis dilində balladalar (“Mərhəmət haqqında gözəl ballada”), poemalar (“Turnir”, “Kabuslar parlamenti”, “Hastinqs yaxınlı ğındaadöyüş”), ekloqalar, satiralar, apokrifik bioqrafiyalar və traktatlar (“İngiltərədə boyakarlığın yüksəlişi”) yazmışdır. == Fəaliyyəti == Dram əsərlərin (“İyela” faciəvi interlüdiyası, “Qisas”burleski 1770-ci ildə tamaşaya qoyulmuşdur),öz dövrünün poeziyası ruhun da şeirlər və stlizasiyaların, siyasi məqalələrin müəllifidir. 1770-ci ilin aprelində Londona köçmüş, ehtiyac və X. Uolpolun onun mistifikasiyalarını ifşa etməsi gənc şairi intihara təhrik etmişdir. Bütün yazdıqları ölümündən sonra nəşr edilmişdir.
Tomas Şellinq
Tomas Şellinq (ing. Thomas Crombie Schelling) (d. 14 aprel 1921 — ö. 13 dekabr 2016) — amerikalı iqtisadçı. Xarici əlaqələr, milli təhlükəsizlik, nüvə strategiyası mövzularında mütəxəssis. == Həyatı == Tomas Şellinq universitet təhsilini Berkli Kaliforniya Universitetində 1944-cü ildə iqtisadiyyat sahəsində tamamlamışdır. Doktorluq dərəcəsinə isə 1951-ci ildə Harvard Universitetində yüksəlib. Ən əhəmiyyətli kitabı sayılan Qarşıdurma Strategiyası (ing. Strategy of Conflict) 1960-cı ildə nəşr edilmişdir. 1964-cü ildən etibarən Pentaqonnun Vyetnam müharibəsində bombalama və gərginlik siyasəti sahəsində çalışdı.
Tomas Hardi
Tomas Hardi (ing. Thomas Hardy; 2 iyun 1840[…], Dorçester[d] – 11 yanvar 1928[…], Dorçester[d]) — ingilis yazıçı və şair. == Həyatı və təhsili == Tomas Hardi 1840-cı ildə İngiltərənin Dorçester kəndində dülgər oğlu olaraq dünyaya gəlmişdir.İlk təhsilinə bir kənd məktəbində yiyələnmiş, daha sonra Dorçesterdəki bir məktəbə getmişdir.Gənclik illərində Latın və yunan klassiklərini oxuyan Hardi Dorçesterdə yeni açılan akademiyaya daxil oldu.Bir müddət kilsə təmirçisi olan memarın yanında işlədikdən sonra rahib olmağa qərar verdi.Bu ixtisas üzrə çoxlu kitablar oxudu.1862-ci ildə Londona köçərək məşhur bir memarın yanında işləməyə başladı. == Ədəbiyyat fəaliyyəti == Uşaqlığından şeir yazan Hardi sonradan roman janrına üstünlük vermiş və ilk romanı olan "Yoxsul adam və xanım" əsərini 1868-ci ildə tamamlamışdır.Tənqidi üslublu və sosializm dünyagörüşlü olduğundan naşirlər əsəri nəşr etmədilər.Hardinin nəşr olunan ilk kitabı "Ümidsiz çarələr" romanıdır.Kitab 1871-ci ildə imzasız nəşr olunmuşdur. Bundan sonra onun "Dəfnə ağacı altında" kitabı çap olundu.Tomas Hardi əsərlərindəki müşahidə qabiliyyəti, incə yumoru və həssas izahatı ilə fərqlənir.Bununla yanaşı o, bəzi romanlarında doğulub-böyüdüyü Dorset bölgəsinin təbiətini və insanlarını təsvir edir.Əvvəllər Desseks adlandırılan bu bölgənin sənayeləşmə ilə bərabər üzləşdiyi dəyişkənliyi əsərlərində hüznlü bir üslubla təsvir edir.Hardinin imzasız olaraq bir dərgidə çap etdirdiyi "Çılğın izdihamdan uzaq" adlı əsəri böyük maraq doğurduqdan sonra, özünü bütünlüklə ədəbiyyata vermişdir.1878–1895-ci illərdə yazdığı "Yuvaya dönüş", "Trompet başçısı", "Tess" və "Üsyankar qəlblər" romanları ilə məşhurluq qazandı.Viktoriya dövrünün mühafizəkar dəyər mühakimələrinə qarşı çıxdığı bu romanlara görə çoxlu sayda tənqidlərə məruz qaldı.Bu səbəbdən yenidən şeir yazmağa başlayan Hardi 1898-ci ildə daha öncə yazmış olduğu şeirləri də birləşdirərək "Wesseks şeirləri" kitabını nəşr etdirdi.Sonradan romanları əsasında filmlər çəkilən Tomas Hardi müasir ingilis romanının qurucularından sayılır. == Başlıca əsərləri == Bir cüt mavi göz Çılğın izdihamdan uzaq Tess Qaranlıq Cud Ağac işçiləri Meşə kəndliləri Yuvaya dönüş Etelbertanın əli Maraqsızın biri Qüllədə iki kişi Vest Poleydəki səyahətimiz Vesseks hekayələri Qərib, nəşəli və təsadüfi Solmuş kol Məzarımı mı qazırsan?
Tomas Hendriks
Tomas Endrüs Hendriks (ing. Thomas Andrews Hendricks , 7 sentyabr 1819 - 25 noyabr 1885) — Amerika Birləşmiş Ştatlarının (1885) 21-ci vitse-prezidenti.
Tomas Hobbs
Tomas Hobbs (ing. Thomas Hobbes; 5 aprel 1588[…] – 4 dekabr 1679[…]) — məşhur ingilis filosofu və siyasi mütəfəkkiri, müasir siyasi fəlsəfənin banilərindən biri. XVII əsr İngiltərəsində dramatik hadisələrin fəal iştirakçılarından olmuşdur. Monarxist olan Hobbs parlament tərəfdarlarından canını qurtararaq Fransaya mühacirət edib orada gənc II Karlın (edam edilmiş I Karlın oğlu) tərbiyəçisi olur. O, 1651-ci ildə vətənə qayıdır və Kromvelin respublikaçı hökuməti ilə barışır. Hobbs özünün başlıca əsərlərində (Fəlsəfənin əsaslar (1642); Leviafan (1651); Begemot (1668)) İctimai müqavilənin yeni nəzəriyyəsini irəli sürür. Bu yeni nəzəriyyə onun rədd etdiyi İngiltərə inqilabı hadisələrinin təhlili nəticəsində meydana gəlmişdi. Hobbsun həll etməyə çalışdığı başlıca məsələ vətəndaş iğtişaşlarının səbəbi və onların qarşısının alınmasından ibarət idi. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == O, dövlət və siyasi hakimiyyəti problemlərini "Leviafan, və ya Materiya, kilsə və vətəndaş dövlətinin forma və hakimiyyəti" adlı əsərində araşdırmışdır.
Tomas Holkroft
Tomas Holkroft (Thomas Holcroft, 1745 - 1809) —İngiltərə yazıçısı.
Tulaş
Tulaş və ya Tolaşt (fars. طولش‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,372 nəfər yaşayır (306 ailə).
Tamaş Farkaş
Tamaş Koloşvari
Tamaş Koloşvari (mac. Kolozsvári Tamás, XIV əsr, bilinmir – XV əsr)— XIV əsrin II yarısı XV əsrin əvvəllərində yaşamış macar rəssam. Başlıca əsərləri: "İsanın çarmıxa çəkilməsi", "Diriliş", "Yüksəliş", "Müqəddəs Benedik", "Müqəddəs Egidius" ve "Müqəddəs Nikolas" və s.
Tomaş Frankovski
Tomasz Frankowski (16 avqust 1974-cı , Belostok, Polşa) — Polşa futbolçusu. == Karyerası == === Klub === == Milli karyerası == Tomasz Frankowski bir müddət Polşa U-18 komandasında çıxış etmişdir. O, həmçinin Polşa milli futbol komandası ilə üç yoldaşlıq görüşündə də iştirak etmişdir.