Tomas Şellinq (ing. Thomas Crombie Schelling) (d. 14 aprel 1921 — ö. 13 dekabr 2016) — amerikalı iqtisadçı. Xarici əlaqələr, milli təhlükəsizlik, nüvə strategiyası mövzularında mütəxəssis.
Tomas Şellinq | |
---|---|
ing. Thomas Crombie Schelling | |
Doğum tarixi | |
Doğum yeri | Kaliforniya ABŞ |
Vəfat tarixi | (95 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | ABŞ |
Elm sahəsi | oyunlar nəzəriyyəsi |
İş yerləri | Yel Universiteti, Harvard Universiteti, Merilend Universiteti, Yeni İngiltərə Kompleks Sistemlər İnstitutu |
Təhsili | |
Elmi rəhbərləri | Vasili Leontyev |
Tanınır | Qarşıdurma strategiyası, Silahlar və Nüfuzluluq |
Üzvlüyü | |
Mükafatları | 2005 İqtisadiyyat üzrə Nobel mükafatı |
Vikianbarda əlaqəli mediafayllar |
Tomas Şellinq universitet təhsilini Berkli Kaliforniya Universitetində 1944-cü ildə iqtisadiyyat sahəsində tamamlamışdır. Doktorluq dərəcəsinə isə 1951-ci ildə Harvard Universitetində yüksəlib.
Ən əhəmiyyətli kitabı sayılan Qarşıdurma Strategiyası (ing. Strategy of Conflict) 1960-cı ildə nəşr edilmişdir. 1964-cü ildən etibarən Pentaqonnun Vyetnam müharibəsində bombalama və gərginlik siyasəti sahəsində çalışdı. 1971-ci ildə "Ayrı-seçkiliyin dinamik modelləri" adlı məşhur məqaləsini yayımladı və bir insanın qonşusunun eyni irqdən olmasını seçməsi şəklindəki kiçik bir seçiminin bütünlükdə ayrı-seçkiliyə yol aça biləcəyini isbat etdi. Qlobal istiləşmə müzakirələrində iştirak etmiş və qlobal istiləşmənin nəticələrinin çox büyüdüldüyünü müdafiə etmişdir. Harvard Universitetində ömürlük professor olan Tomas Şellinq, Merilend Universitetin də təhsil heyətində yer almaqdadır.
2005-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatını Robert Aumann ilə bölüşmüşdür. Oyunlar nəzəriyyəsi ilə iqtisadi əməkdaşlıq və qarşıdurma mövzularına verdikləri şərhdən ötəri mükafata layiq görülmüşlər.