Tomas Çatterton

Çatterton Tomas (20.11.1752, Bristol – 24.8.1770, London) — ingilis şairi.[1]

Tomas Çatterton
ing. Thomas Chatterton
Henri Vollis - Çatterton
Henri Vollis - Çatterton
Təxəllüsləri Tomas Rovli, Desimus
Doğum tarixi
Doğum yeri Bristol
Vəfat tarixi (17 yaşında)
Vəfat yeri London
Vəfat səbəbi zəhərlənmə
Fəaliyyəti şair
Əsərlərinin dili ingilis dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

15-ci əsrə aid uydurma rahib Tomas Rauli adından orta əsrlər ingilis dilində balladalar (“Mərhəmət haqqında gözəl ballada”), poemalar (“Turnir”, “Kabuslar parlamenti”, “Hastinqs yaxınlı ğındaadöyüş”), ekloqalar, satiralar, apokrifik bioqrafiyalar və traktatlar (“İngiltərədə boyakarlığın yüksəlişi”) yazmışdır.[1]

Dram əsərlərin (“İyela” faciəvi interlüdiyası, “Qisas”burleski 1770-ci ildə tamaşaya qoyulmuşdur),öz dövrünün poeziyası ruhun da şeirlər və stlizasiyaların, siyasi məqalələrin müəllifidir. 1770-ci ilin aprelində Londona köçmüş, ehtiyac və X. Uolpolun onun mistifikasiyalarını ifşa etməsi gənc şairi intihara təhrik etmişdir. Bütün yazdıqları ölümündən sonra nəşr edilmişdir.[1]

  1. 1 2 3 Çatterton// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 460-461. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]