Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Übeydulla ibn Ziyad
Übeydulla ibn Ziyad (648, Bəsrə – 6 avqust 686) — Əməvilər xilafətinin sərkərdəsi. == Mənşəyi == Ubeyd Allah qəbilə mənşəyi qaranlıq olan Ziyad ibn Əbihinin oğlu idi; anası isə Murcana adlı cariyə idi. Ziyad, I Müaviyənin (661-680-ci illər) hakimiyyəti dövründə İraqın və həmin vilayətin şərqindəki, ümumi adıyla Xorasan kimi tanınan torpaqların Əməvi valisi vəzifəsində çalışmışdır. == Həyatı == Ziyadın oğlu Übeydullah atasından sonra I Müaviyənin əmri ilə 672-ci ildə Xorasan vilayətinə vali təyin olundu. Həmin ildə Übeydulla ibn Ziyad Romintanı tutdu. Buxara təhlükə qarşısında qaldı. Onun qoşunu 674-cü ildə Amudərya sahillərinə çıxdı və Paykəndi tutdu. Ərəblər Buxraya hücum etdib onu qarət etdilər. 675-ci ildə Übeydulla Xorasandan geri çağrıldı və onun yerinə Səid ibn Osman təyin edildi. 675-ci ildə xəlifə I Müaviyə Bəsrə şəhərini ona təslim etdi.
İbadulla
İbadulla — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == İbadulla kəndi Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun eyniadlı inzibati ərazi dairəsində yerləşir. Arpacayın sahilində, düzənlikdədir. Yaşayış məntəqəsi vaxtilə İbadulla adlı şəxs tərəfindən salındığı üçün belə adlandırılmışdır. İbadulla sözü ərəb mənşəli söz olub tərcümədə mənası "Allahın qulları" deməkdir. 29 mart 2005-ci ildə Qışlaqabbas kəndi İbadulla kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Qışlaqabbas kənd inzibati ərazi vahidi yaradılmışdır. == Əhali == Əhalisi 1437 nəfərdir.(2009 - cu il) Əsasən üzümçülük, tütünçülüklə məşğul olurlar. Arxeoloji abidələrdən aid olur ki, burada Tunc dövrünə aid yaşayış yeri var. == İstinadlar == == Xarici keçidlər == İbadulla kəndi GEOnet Names Serverdə.
Ubeydullah Əhrar
Nasirəddin Ubeydullah ibn Mahmud Şaşi Xacə Əhrar kimi tanınır (aprel 1404 və ya 1404, Turan və ya Daşkənd – 21 fevral 1490 və ya 1489, Səmərqənd) — Mavərənnəhrin böyük sufisi, Nəqşibəndiyyə şeyxi. == Həyatı == Ubeydullah ibn Mahmud 1404-cü ildə Şaş vilayətinin Bağıstan kəndində doğulmuşdu. Nəqşibəndi ənənəsində Xacə-i Əhrar deyə tanınır. Uşaqlığında həm məktəbə davam etdi, həm də əkinçiliklə məşğul olan atasına yardımçı oldu. İyirmi iki yaşına gəldiyində dayısı Xacə İbrahim onu elm təhsili üçün Səmərqəndə gətirdü. Burada bir müddət Mövlanə Qütbəddin Sədr mədrəsəsinə davam etdiysə də təsəvvüfə duyduğu meyil səbəbiylə mədrəsə təhsilini başa çatdıra bilmədi. Bu dönəmdə tanış olduğu Nəqşibəndi şeyxi Sa‘dəddin-i Qaşqari ilə birlikdə Nizaməddin Xamuşun söhbətlərinə qatıldı. Səmərqənddə iki illik iqamətinin ilk ilində Mavəraünəhirin müxtəlif şəhərlərini dolaşıb, Nəqşibəndiyyə təriqətinin öndə gələn şeyxlərini ziyarət etdi. Ertəsi il Heratdan Səmərqəndə gələn və Şah Qasım Ənvar deyə məşhur olan Səfəvi şeyxi Seyyid Muinəddin Əli Təbrizinin söhbətlərindən faydalandı. Daha sonra Səmərqənddən ayrılıb Herata getdi.
Beydulla Musayev
Musayev Beydulla Ağaəli oğlu (10 avqust 1907, Ucar – 23 iyun 1979, Bakı) — azərbaycanlı tərcüməçi, 1942-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Beydulla Musayev 1907-ci il avqustun 10-da Azərbaycanın Ucar şəhərində toxucu ailəsində anadan olub. İbtidai təhsili Ucarda alıb, Bakıda Pedaqoji Texnikumu bitirib. Mahaçqalada dil və ədəbiyyat müəllimi kimi əmək faliyyətə başlayıb. "Dağıstan füqərası" qəzetində və "Yeni yol" jurnalında çalışdığı illərdə (1926–1939) ilk hekayələri mətbuatda dərc olunub. Moskva Dövlət Universitetinin Ədəbiyyat fakültəsində təhsilini davam etdirərkən tərcüməçilik sənəti ilə yaxından maraqlanmağa başlayıb. Sonralar Bakıda Pedaqoji Texnikumda ədəbiyyat müəllimi, "Ədəbiyyat qəzeti"ndə şöbə müdiri və məsul katib, eyni zamanda bədii ədəbiyyat şöbəsində tərcüməçi və redaktor vəzifələrində çalışıb. Azərbaycan Yazıçılar Birliyinin Tərcüməçilər bölməsinə rəhbərlik edib. 30-a yaxın kitabı, o cümlədən dünya ədəbiyyatı klassiklərinin onlarla əsərini rus dilindən Azərbaycan dilinə tərcümə edib. Anatol Fransın "Mələklərin üsyanı" (1933), Aleksandr Dümanın "Üç müşketyor" (1949), Covanni Bokkaççonun, "Dekameron" (1966), Artur Konan Doylun "Baskervillərin iti" (1980), Viktor Hüqonun "Səfillər" (1988), Rafaello Covanyolinin "Spartak" (1970) və s.
İbadulla Ağayev
İbadulla Əliağa oğlu Ağayev (17 yanvar 1950, Muğan Gəncəli, Sabirabad rayonu) — Azərbaycan alimi, tibb elmləri doktoru (1991), professor (1992). Səhiyyə Nazirliyinin Baş epidemioloqu (1992–2020), Azərbaycan Respublikasının əməkdar müəllimi (2000), Azərbaycan Respublikasının əməkdar elm xadimi (2007). Rusiya Təbiət Elmləri Akademiyasının (1999), Beynəlxalq Ekoenerji Akademiyasının (2001) və Yeni Azərbaycan Partiyasının üzvü. Azərbaycan Epidemioloqları, Mikrobioloqları və Parazitoloqları Cəmiyyətinin sədridir. == Həyatı == İbadulla Ağayev 1950-ci il yanvar ayının 17-də Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olmuşdur. 1966-cı ildə Muğangəncəli kənd orta məktəbini bitirib. 1967-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1973-cü ildə oranı bitirib. 1973–1974-cü illərdə E. Əfəndiyev adına 2 saylı Bakı şəhər klinik xəstəxanasında cərrahiyə ixtisası üzrə internatura keçmişdir. 1974-cü ildən 1976-cı ilin mart ayına qədər Bakı şəhər mərkəzi təcili tibbi yardım stansiyasında həkim işləmişdir. 1976-cı ilin mart ayında N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun epidemiologiya kafedrasına müsabiqə yolu ilə assistent vəzifəsinə seçilmişdir.
İbadulla Dəmirov
İbadulla Əliyev
Əlizadə İbadulla Ağaməli oğlu (Əliyev İbad Əli oğlu)-(1879-1938) - Görkəmli Azərbaycan mühəndisi, beynəlxalq iqtisadçı, müəllim. == Həyatı == İbadulla Ağaməli oğlu 1879-cu ildə Bakıda anadan olmuşdur. Riqa Politexnik İnstitutunda H.Z.Tağıyevin təqaüdü ilə ali təhsil almışdı (1902-1909). Bakıda Tağıyevin neft mədənlərində mühəndis işləyib (1909-1917). Azərbaycan Cümhuriyyəti dövründə (1918-20) Bakı Şəhər İdarəsinin işçisi və Şollar- Bakı su kəmərinin müdiri olub. Sovet hakimiyyətinin başlanğıcında (1920-21) Azərbaycan SSR Xarici İşlər Xalq Komissarlığında ticarət müşaviri olub. 1921-ci ildə N.Nərimanovun təklifi ilə Azərneft xəttiylə Azərbaycanın Berlindəki Ticarət Nümayəndəliyinə göndərilib. 9 sentyabr 1921-dən 30 sentyabr 1927-yədək burada texniki şöbənin mühəndisi olub (1922-də SSRİ yarandıqdan sonra SSRİ-nin Almaniyadakı Ticarət Nümayəndəliyində bu dövlətin təmsilçisinə çevrilib). Orada 1 noyabr 1927-ci il 1 sentyabr 1928-ci il arasında neft avadanlıqları şöbəsinin məsul əməkdaşı ("müxbir"i) işləyib. Bu illərdə menşeviklərin 1920-də partlatdığı Şollar su kəmərini bərpa etməkçün Almaniyadan dizel maşınları alınmasını, Bakının neft mədənləri üçün avadanlıqlar göndərilməsini və dövlət əhəmiyyətli bir çox məsələləri uğurla təşkil edib.
Təlhə ibn Ubeydullah
Təlhə ibn Ubeydullah (ərəb. طلحة بن عبيدالله‎) (595, Məkkə – 656, Bəsrə) — səhabə. İslamın ilk səhabələrdəndir. Ömərin xilafət üçün təyin etdiyi altı namizəddən biridir. ” Məhəmmədin onun haqqında Cənnət müjdəsi verdiyi on nəfərdən biridir. İslamı ilk qəbul edənlərdəndir. Rəvayət edildiyinə görə ticarət üçün getdiyi Şamın Busra qəsəbəsində qarşılaşdığı bir rahibdən Məkkədən bir peyğəmbər çıxacağını eşitmişdir. Rahibin tərifindən o peyğəmbərin Məhəmməd olduğunu anlayar. Dərhal Məkkəyə geri qayıdan Təlhə Məhəmmədin peyğəmbərlik elan etdiyini eşitdiyində Əbu Bəkr vasitəsiylə Məhəmmədə beyət edərək müsəlman olmuşdur. Təlhə bin Ubeydullah müsəlman olduqdan sonra məkkəli paqanlar tərəfindan işgəncələrə məruz qalır.
Ümmü İshaq binti Təlhə ibn Ubeydullah
Ümmü İshaq binti Təlhə ibn Ubeydullah (ərəb. أم إسحاق بنت طَلحَة بن عُبَيد الله‎) — Təlhənin qızı və Həsən ibn Əlinin xanımlarından biri idi. Həsən ibn Əlinin vəfatından sonra o, Həsənin qardaşı Hüseyn ibn Əli ilə evləndi. == Bioqrafiya == Ümmü İshaq Təlhə ibn Ubeydullahın qızı idi. Onun Qureyşin ən gözəl qadınlarından olduğu bildirilir. Ümmü İshaq Həsən ibn Əlinin həyat yoldaşlarından idi. Həsən qətlə yetirildikdən sonra Hüseyn ibn Əli ilə evləndi. Hüseyn qətlə yetirildikdən sonra Abdullah ibn Məhəmməd ibn Əbdürrəhman ibn Əbubəkrlə evləndi. Deyilənə görə, Abdullahla bu evlilikdən əvvəl o, Təmmam ibn Abbas ibn Əbdülmüttəliblə evlənmişdi. == Uşaqları == Ümmü İshaqın Həsən ibn Əlidən üç övladı var idi: Hüseyn (əl-Ətram adı ilə tanınırdı), Təlhə ibn Həsən və Fatimə binti Həsən.
Übeydullah ibn Ziyad
Übeydulla ibn Ziyad (648, Bəsrə – 6 avqust 686) — Əməvilər xilafətinin sərkərdəsi. == Mənşəyi == Ubeyd Allah qəbilə mənşəyi qaranlıq olan Ziyad ibn Əbihinin oğlu idi; anası isə Murcana adlı cariyə idi. Ziyad, I Müaviyənin (661-680-ci illər) hakimiyyəti dövründə İraqın və həmin vilayətin şərqindəki, ümumi adıyla Xorasan kimi tanınan torpaqların Əməvi valisi vəzifəsində çalışmışdır. == Həyatı == Ziyadın oğlu Übeydullah atasından sonra I Müaviyənin əmri ilə 672-ci ildə Xorasan vilayətinə vali təyin olundu. Həmin ildə Übeydulla ibn Ziyad Romintanı tutdu. Buxara təhlükə qarşısında qaldı. Onun qoşunu 674-cü ildə Amudərya sahillərinə çıxdı və Paykəndi tutdu. Ərəblər Buxraya hücum etdib onu qarət etdilər. 675-ci ildə Übeydulla Xorasandan geri çağrıldı və onun yerinə Səid ibn Osman təyin edildi. 675-ci ildə xəlifə I Müaviyə Bəsrə şəhərini ona təslim etdi.
Übeydullah binu Yəhya bin Xaqan ət-Türki
Übeydullah binu Yəhya bin Xaqan ət-Türki (Əbu əl-Həsən Übeydullah b. Yəhya binu Xaqan ət-Türki; Abbasilər xilafəti – 5 avqust 877, Səmərra[d], Səlahəddin mühafəzəsi) — Xəlifələr Mütəvəkkil, Müktəmid və Müstəinin dövrlərində, uzun müddət xəlifə vəziri vəzifəsini tutan Abbasi xilafətinin görkəmli dövlət xadimlərindəndir. == Mənşəyi == Dar-etnik mənşəyi barədə qaynaqlarda məlumat qalmayıb, ancaq ehtimal etmək olar ki, o xəzər əsillidir. Bunu onun, soyadında keçən kiçik şəcərəsi, və onun "ət-Türki" ləqəbi sübut edir. Çünki türk etnonimi hələ Qafqaz Hun eli tayfaları arasında geniş yayılmışdı. Artıq erkən orta əsrlər qaynaqlarında, məsələn Ağvan tarixində türk etnonimi, hun və xəzərlə sinonim kimi işlənir, xəzər dövləti isə Türküstan, Türk eli, Türkiyə adlanırdı. 7-ci əsrin ikinci yarısında Cənubi Qafqazın istilasına başlamış ərəblər, Qafqazın türk etnonimikasından o qədər də baş çıxarmırdılar yaxud onu fars və ermənilərin vasitəsilə öyrənirdilər. Buna görə ərəb qaynaqlarında adətən mikroetnonimlər deyil, o vaxt Xəzər dövlətinin əsasını təşkil edən sadəcə hun-xəzər tayfa ittifaqına daxil olanların mənsubiyətini bildirən türk makroetnonimi işlənirdi. == Fəaliyyəti == Qaynaqlara görə, Übeydullahın babası Xaqan xəlifə Mötəsimin etibarlı adamlarından biri idi. Ola bilsin ki, Xaqan, Mötəsimin xəzər əsilli anası Maridə(Maridə ərəblərin Xəzər ölkəsinə növbəti hücumu zamanı aparılan əsir idi.