Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Uxa
Uxa (rus. Уха) — rus balıq şorbası.
Banu Uxaizir
Banu Uxaizir (ərəb: بنو الأخيضر), qeyri-rəsmi olaraq 867-ci ildən ən azı XI əsrin ortalarına qədər Nəcd və Əl-Yəmamədə hökmranlıq edən ərəb sülaləsi idi. Əlidlər sülaləsi qızı Fatimə və nəvəsi Əl-Həsən vasitəsilə Məhəmmədin nəslindən olan Zeydi məzhəbinin şiələri kimi təsvir edirlər. Onların paytaxtı indiki Səudiyyə Ərəbistanının Əl-Kharc şəhəri tanınan əl-Xızrimə şəhəri idi.
Dorstenia uxpanapana
Dorstenia uxpanapana (lat. Dorstenia uxpanapana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin dorsteniya cinsinə aid bitki növü.
Eugenia uxpanapensis
Eugenia uxpanapensis (lat. Eugenia uxpanapensis) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Katolikos Uxtanes
Katolikos Uxtanes — Albaniyanın XVII katolikosu. Moisey Kalankatlı qeyd edir ki, "Katolikos Uxtanes yaxın qohumları ilə evlənən alban knyazlarını lənətlədi və onlar ölümə məhkum olundular".
Melaleuca uxorum
Melaleuca uxorum (lat. Melaleuca uxorum) — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Ocotea uxpanapana
Ocotea uxpanapana (lat. Ocotea uxpanapana) — dəfnəkimilər fəsiləsinin ocotea cinsinə aid bitki növü.
Quercus uxoris
Quercus uxoris (lat. Quercus uxoris) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Rinorea uxpanapana
Rinorea uxpanapana (lat. Rinorea uxpanapana) — bənövşəkimilər fəsiləsinin rinorea cinsinə aid bitki növü.
UXahlamba-Drakensberq parkı
UXahlamba-Drakensberq parkı — Cənubi Afrikanın Kvazulu-Natal vilayətində yerləşən, 2428,13 kvadrat kilometr sahəni əhatə edən təbiət parkıdır. Ərazi Afrikanın cənubundakı ən yüksək dağ olan Əjdaha dağlarının (Drakensberg və ya uKhahlamba dağları) bir hissəsini əhatə edir. uXahlamba-Drakensberq və ona bitişik Sehlabatebe Milli Parkı 30 Noyabr 2000-ci ildə Ümumdünya irsi elan edilmiş Maloti-Drakensberq parkının bir hissəsidir. UNESCO bildirir: Qeyd olunan rəsmlər qaya təsvirləridir və bəzilərinin 40.000 və ya 100.000 il əvvələ aid olması mümkündür. Bölgədə turizmin inkişaf etdirilməsi planlarına Turizm və Ətraf Mühit işləri İdarəsi tərəfindən çoxdan gözlənilən kanat yolu layihəsi daxildir. == Fauna == Drakensberq sahəsi həm onurğalıların, həm də onurğasızların yüksək səviyyədə endemizmi ilə xarakterizə olunur. == Qoruma == uXahlamba-Drakensberq parkı Ramsar Konvensiyasına əsasən beynəlxalq əhəmiyyətə malik bataqlıq ərazilər siyahısındadır. Parka bitişik Kaskin Estates Qoruması və Vəhşi təbiət ziyarətgahı 1044 hektar ərazini əhatə edən təbii otlaq sahəsidir və KvaZulu-Natal Drakensberq bölgəsindəki ən böyük xüsusi oyun parkını təmsil edir.
Uxan
Uhan və ya Uxan (çin. ənən. 武汉市, pinyin: Wǔhàn shì) — Çinin Hubey əyalətinin idarə mərkəzi və ən böyük şəhəridir. Şəhər Yanszı və Han çaylarının qovşağında yerləşir. Mərkəzi Çinin ən böyük şəhəridir. Uçanq, Hankou və Hanyan adlı üç şəhərin birləşməsindən yaranan Uhan "Jiusheng Tongqu (doqquz əyalətin aparıcı iş mərkəzi)" deyə bilinməkdədir. Uhan şəhərin ərazisindən keçən və digər böyük şəhərləri birləşdirən onlarla dəmir yolu, avtomobil yolları və magistral yolları olan əhəmiyyətli bir nəqliyyat mərkəzidir və Mərkəzi Çinin siyasi, iqtisadi, maliyyə, mədəni, təhsil və nəqliyyat mərkəzi kimi tanınır. == Etimologiyası == "Uhan" adı Yanszı çayının şimal və cənub sahillərində yerləşmiş iki şəhərin adının birləşməsindən meydana gəlmişdir. "U" hissəsi Yanszının cənub sahilindəki "Uçanq" şəhərinin adından (çin. ənən.
Uxiyama tütəkcəsi
Uxiyama tütəkcəsi (lat. Angelica uchiyamae) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin tütəkcə cinsinə aid bitki növü.
Uxlovitsa mağarası
Uxlovitsa (bolq. Ухловица) — Bolqarıstanda mağara. Mağara Rodop dağlarında, Smolyanski vilayətinin ərazisində yerləşir. Mağara öz adını yaxınlıqda yerləşən Uxlovitsa kəndindən almış. == Ümumi məlumat == Mağara Moqilitsa kəndindən 3 km şimal-şərqdə və müvafiq olaraq Pamporovo və Çepelare kəndlərindən 37 km və 47 km məsafədədir. Uxlovitsa mağarası «Bolqarıstanın 100 turizm obyekti» siyahısına daxildir. Mağara 1968-1969-cu illərdə Çepelare şəhərinin "Studenets" speleoloqlar klubunun üzvləri Georgi və Dimitar Raiçev tərəfindən kəşf edilmiş və tədqiq edilmişdir. Uzunluğu 460 m-dir, bunun 330 metri yaxşı vəziyyətdədir. Dəniz səviyyəsindən 1040 metr yüksəklikdə yerləşir. Mağara daxilində orta temperatur 10-11 ° C-dir.
Uxt-Navolok
Uxt-Navolok burnu (rus. Ухт-Наволок) — Rusiya, Arxangelsk vilayəti, Primorsk rayonu, Petrominsk kənd sovetliyinə daxildir. Oneqa yarımadasıənın şimalında, Qorbolukski burnundan isə 4.5 km qərb-cənub-qərb istiqamətində yerləşir. Oneqa və Letnı sahilləri arasında yerləşir. Uxt-Navolok burnunda dağlar sahilə yaxın ərazidə yerləşir. Cənuba doğru isə sahildən uzaqdadırlar. Uxt-Navolok burnu ilə Letnaya Zolotisa körfəzi arasındakı sahil sıldırımlıdır. Burunun sonucunda qum və daşdan təşkil olunmuş dil vardır. Burundan cənubda hündürlüyü 50 m olan dairəvi təpə mövcuddur. Uxt-Navolok burnundan 2,5 mil şimal-qərbdən şimalda Jijqinski adası yerləşir.
Uxta Dövlət Texniki Universiteti
Uxta Dövlət Texniki Universiteti (rus. Ухти́нский госуда́рственный техни́ческий униве́рситет – УГТУ) — Rusiya Federasiyasının Komi Respublikasının Uxta şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin rektoru professor Nikolay Tsxadayadır. == Fəaliyyəti == Universitetdə 7 fakültə, 2 institut, 1 texniki kollec və 2 filialın fəaliyyət göstərir. 8 mindən artıq tələbənin təhsil aldığı bu ali məktəbdə 50 professor və elmlər doktoru da daxi olmaqla ümumilikdə 1500-ə yaxın əməkdaş fəaliyyət göstərir.
Uxtasar
Qılıncdağ (Uxtasar) — Qarakilsə rayonunda, Azərbaycanla sərhəddə yerləşən dağ. Qılıncdağın hündürlüyü 3500 m-dir. Qılıncdağ gölünün ətrafındakı qayalıqlarda eynilə Gəmiqaya petroqliflərinə bənzəyən təsvirlər var. Alimlər 1970-ci illərə qədər onları öz elmi əsərlərində "Qılıncdağ petroqlifləri" kimi qeyd edirdilər. 2021-ci il sentyabr ayının ortalarında Qılıncdağ zirvəsinə Azərbaycan ordusunun nəzarət etdiyi xəbərləri yayılmışdı.
Uxul
Uxul ( ləzg. Ыгылар, Угулар ) — Dağıstanın Axtin rayonunda kənd. Tərkibində yeganə yaşayış məntəqəsi kimi kənd yaşayış məntəqəsi olan Uxul kəndini təşkil edir . Rəsmi məlumatlara baxmayaraq, 2010-cu ildə son sakinlər Uxulu tərk etdi lakin 2014-cü ildə Uxuldan olan 15 mühacir ailəsi vətənlərinə qayıtmaq arzusunu bildirdilər. İcra başçısı Hacıyev Nəbi Yusufoviçdir.
Uxur
Uxur - türk və altay xalq inancında yol cini. Uhur və ya Uğur da deyilir. Yollarda gəzən bir varlıqtır. Görenlere taleh və bəxt gətirir. Uğur sözü buradan törəmişdir. == Etimologiya == (Ug/Uğ) kökündən törəmişdir. Uğramaq sözü ilə əlaqəlidir. Uğunmaq isə xəstələnib özündən keçmək, huşunu itirmək deməkdir. Oğru (Uğru) isə yol kəsən quldur mənasındadır.
Yakov Uxsay
Yakov Qavriloviç Uxsay (çuvaş Ухсай Николаевич Яккăвĕ, 13 noyabr 1911 Slakbaş kəndi, Bələbəy rayonu, Ufa quberniyası - 7 iyul 1986, Çeboksarı, Çuvaşıstan ASSR, RSFSR) — SSRİ, Çuvaşıstan şairi və yazıçısı, dramaturq, tərcüməçi, publisisti. SSRİ Yazıçılar İttifaqının üzvü (1938), Çuvaşıstan ASSR-in xalq şairi (1950). 1943-cü ildən bəri Sov.İKP(b) üzvü. == Həyatı == 13 noyabr (26) 1911-ci ildə Slakbaş kəndində (indiki Başqırdıstan Respublikasının Bələbəy rayonu) kasıb kəndli ailəsində anadan olub. Uxsay klassik və çuvaş poeziyasının banisi məşhur "Narspi" poemasının müəllifi Konstantin İvanovun əmisi oğludur.. İlk təhsilini Bijbulyak kəndli gənclər məktəbində almışdır. Sonra 1930-1933-cü illərdə Lomonosov adına Moskva Dövlət Universitetinin ədəbiyyat fakültəsində oxumuşdur. Moskvada Çuvaş dilində nəşr olunan "Kommunar" qəzetində müxbir işləmişdir. == Yaradıcılığı == Yakov Uxsayın ədəbi debütü 1929-cu ildə "Suntal" jurnalının 7-ci sayında baş tutmuşdur. Burda onun "Doğma çölümə aşiq oldum ..." (çuvaş Juratrem ep tavan hire...
Ax-Ox çay
Ax-Ox çay və ya Ohox çay — İsmayıllı rayonundan axan, Əyriçayın (Göyçayın qolu) sağ qollarından biri. Çay Qovdağ silsiləsindən 2000 metr yüksəklikdən başlayır. Axarı boyunca bəzi hissələrdə Dəvəbatan çayı da adlandırılır. == Toponim == Qədim türk dilində axlak – “yüksəklik, zirvə”, oxlok – “su, çay, axar su” deməkdir. Axox “dağ çayı” mənasını ifadə edir.
.ax
.ax — Aland adalarının internet kodu.
.cx
.cx — Milad adalarının internet kodu.
.mx
.mx — Meksikanın internet kodu.
.ua
.ua — Ukraynanın internet kodu
.ug
.ug — Uqandanın internet kodu.
.uk
.uk — Böyük Britaniyanın internet kodu.
.um
.um — BMT uzaqda yerləşən kiçik adalar üçün İnternet kodu. == Xarici keçidlər == IANA .um whois information (as of April 21, 2008 ICANN has updated this to reflect the removal from the root zone).
.us
.us — Amerika Birləşmiş Ştatlarıın internet kodu. == Xarici keçidlər == .us Domain Registry .
.uy
.uy — Uruqvayın internet kodu.
.uz
.uz — Özbəkistanın internet kodu.
Ex
Taksonların adlandırılmasında istifadə olunan işarələmələr. === ex === ex (latınca) — dan, ilə, birlikdə, əlbir. 1. Botanikada iki müəllifin soyadı ilə bağlı işlənir və onu göstərir ki, taksonun adını ikinci müəllif həqiqətən nəşr etdirib, birinci müəllif isə təklif edib və nəşr etdirməyib; 2. Zoologiya və bakteorologiyada soyadla bağlı işlənir və onu göstərir ki, birinci müəllif taksonun adını nəşr etdirmiş, ikinci müəllif tərəfindən ad təklif olunmuş, amma nəşr etdirilməmişdir. == in == in (lat.) — da, də; iki müəllifin adı ilə əlaqədar işlədilir. Belə ki, ikinci müəllif bütün nəşr və işlərin müəllifi, birinci isə taksonun adının elan edilməsi və ya yararlı olmasına məsul olur. Nümunə: Pimpinella hookeri C.B.Clarke in Hook.f. — o deməkdir ki, Cozef Dalton Hukerin işində taksona verilən adı Çarlz Beron Klark elan etmişdir. == nom. ==
FX
FX (1994-1997-ci illərə fX adı ilə) - ABŞ-də kabel televiziyası və peyk televiziya kanalı. Əsasən dram və komediya janrında teleseriallar yayımlasa da, keyfiyyətli filmlər də ekrana gətirilir. FX kanalı ABŞ-də 95 milyondan çox ailə tərəfindən izlənilir. Bundan başqa ABŞ xaricində də müxtəlif adlarla bu kanal öz fəaliyyətini davam etdirir. == Tarixi == === İlkin illər (1994-1997) === İlk dəfə 1 iyun, 1994-cü ildə fX adı ilə fəaliyyətə başlamışdır. Manhettendə böyük bir mənzildə fəaliyyətə başlayan fX interaktiv televiziya cəryanına ilk qoşulanlardan olmuşdu. Kanal "fx Apartment"-dan gündəlik canlı yayımlanan orijinal proqramlar, Betmen, Möcüzə qadın, Səkkiz kifayətdir, Dayə və Professor, Yaşıl eşşəkarısı kimi 1960,1970 və 1980-ci illərin də seriallarını yayımlayırdı. Kanalın bu müddət ərzində iki şüarı vardı: "TV Made Fresh Daily" (Günü gümrah edən televiziya) və "The World's First Living Television Network" (Dünyanın ilk canlı televiziya şəbəkəsi). Kanalın adı və loqosu onun tarixi kökünu ifadə edir: kiçik f hərfi dostluğu, səmimiliyi (friendliness), X hərfi isə 20-ci Əsr Foks Kinostudiyasının loqosundakı kəsişən prejektorları təmsil edir. Canlı yayımlanan verilişlər sadəcə bir mövzu haqqında olurdu: Personal fX (kolleksiyalar), The Pet Department (Ev heyvanları), Under Scrutiny with Jane Wallace (xəbərlər) və Sound fX (musiqi).
Ox
Ox (texnika) — maşın hissəsi. Ox (həndəsə) — mərkəz xətti. Ox (silah) — soyuq silah növü.
Tux
Tux (Tuks) — Linuks Əməliyat Sisteminin rəsmi talismanıdır. 1996-cı Larri Yuinq tərəfindən yaradılmışdır. Ceyms Hyuqs(James Hughes) bu pinqvini TUX (Torvald's UniX) adlandıran ilk şəxs olub. Linuxun simvolunun pinqvin olması ideyası Linus Torvalds tərəfindən irəli sürülmüşdü. Bu gün bu pinqvin dünyada nəinki Linux, həm də ümumiyyətlə Açıq kodun simvolu sayılır. Tux həm də Tux Racer və Pingus oyununlarının əsas qəhrəmanıdır. TuxPaint — uşaqlar üçün rəsm proqramında da bu personaja rast gəlirik.
U2
U2 - Dublin mənşəli İrlandiya rok qrupu. 1976-cı ildə Dublində yaradılan qrup Bono (vokal və gitara), The Edge (gitara, piano və vokal), Adam Clayton (bass gitara), və Larry Mullen, Jr. (zərb alətləri və perkussiya) ibarətdir. İlk olaraq post-punk janrından qaynaqlanan U2 musiqisi sonradan pop musiqinin müxtəlif janrlarından bəhrələndi. Qrup fəaliyyətli dövrü ərzində melodik alətlər üzərində qurulan öz musiqi tərzlərini qoruyub saxlayıblar. Musiqilərində ilk olaraq, The Edge'in gitarasının səsi və Bono-nun fərqli vokalı diqqəti cəlb edir. Onların mətnləri, çox vaxt mənəvi, şəxsi və siyasi-sosial problemlərə həsr olunur. U2 qrupu üzvlərinin yeniyetmə çağlarında Mount Temple Comprehensive School adlanan məktəbdə yaradılmışdır. O vaxtı üzvlərin musiqi biliyi məhdud idi. 4 ildən sonra Island Records-la müqavilə imzalayıb, Boy adlanan debut albomlarını reliz ediblər.
UN
Birləşmiş Millətlər Təşkilatı (ing. United Nations) — 1945-ci il oktyabrın 24-də dünyanın ən güclü 50 dövləti tərəfindən yaradılmış "Ümumdünya Hökuməti". Hazırda dünyanın 193 ölkəsi, 500 asılı ərazi, Antarktida materiki, Qərbi Səhra, Dünya okeanı bütünlükdə yer kürəsinin 80 — % ərazisi, BMT-nin mandat sisteminə daxildir. BMT-nin baş qərargahı Nyu-York şəhərində yerləşir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. Birləşmiş Millətlər Təşkilatı İDM-dən sonra, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış ən böyük qurumdur. BMT-nin Nizamnaməsi 1945-ci il 26 iyunda San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalandı və 1945-ci il 24 oktyabrda qüvvəyə mindi. BMT-nin əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir. Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür. Üzv ölkələr öz aralarında BMT-nin Nizamnaməsinin — onların dünya birliyinin üzvləri kimi hüquq və vəzifələrini müəyyənləşdirən beynəlxalq müqavilənin prinsipləri ilə əlaqələnirlər.
Ud
Ud — əsasən Ərəbistan, Azәrbaycan, Türkiyə, İran və bir çox Şərq xalqları arasında geniş yayılmış mizrabla çalınan simli-dartımlı musiqi aləti. == Söz açımı == "Əl-ud" ərəb sözü olub, "ağac" mənasını daşıyır. Farslar iddia edirlər ki, əslində "ud" sözü rud alətinin adından törəmişdir. Ancaq həm udun, həm rudun sələfi Orta Asiyada istifadə olunan beşsimli udabənzər qopuz (qopuzi-rumi) ola bilərdi. == Tarixçə == Ud haqqında ilk dəfə Mosullu İshaq İbn İbrahimin (767–849), daha sonralar isə Əbu Nəsr Fərabinin (870–950) əsərlərində məlumat verilir. Orta əsrlərdə Yaxın Şərq mədəniyyətinin inkişafında udun çox böyük tarixi əhəmiyyəti olmuşdur. Bir çox qədim musiqi risalələrində udun qədim tarixə malik olması bildirilir və yaranması barədə rəvayətlər söylənilir. Səfiəddin Əbdülmömin Urməvinin "Kitab əl-ədvar" ("Musiqi dövrləri haqqında kitab", 1252) əsərini şərh edən Əbdülqadir Marağai ud musiqi alətinin peyğəmbərin nəvələrindən biri tərəfindən icad edildiyini bildirir. Yazılı mənbələrdə udun icadını qədim yunan filosofu Platonun adı ilə bağlayırlar. Udun təkmilləşdirilməsində, onun yeni səs düzümünün yaradılmasında Səfiəddin Urməvinin çox böyük xidməti olmuş və həm də udda məharətlə çalmışdır.
Uz
Uz — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 2 km məsafədə yerləşir. 1850-ci il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim uz qədim türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19. IV.1991-ci il fərmanı ilə adı dəyişdirilib Uyts qoyulmuşdur. == Əhalisi == Kənddə ermənilərdən başqa, 1886-cı ildə 8 nəfər azərbaycanlı yaşamışdır. Sonradan azərbaycanlılar qovulmuşdur.
VX
Verilənlər xəzinəsi (en. Data Warehouse) – idarəedici qərarların qəbul edilməsi prosesini dəstəkləyən, sahə təmayüllü, zamandan asılı olub, dəyişməyən və istiqamətləndirici verilənlər yığımıdır. == Ümumi məlumat == İlk dəfə 1988-ci ildə Devlin və Merfi tərəfindən yazılmış məqalədə VX haqqında danışılmışdır. VX konsepsiyasının ilk müəlliflərindən biri B. İnmon 1992-ci ildə VX-ni belə təsvir etmişdir: Verilənlər xəzinəsi (VX) konsepsiyasının predmetini verilənlər təşkil edir. Verilənlərin emalı sistemlərinin (VES) məhsulu sayılan verilənlər digər istehsalat məhsulları kimi müəyyən xüsusiyyətə və xarakteristikaya malikdirlər: yararlılıq müddətinə, saxlandığı yerə, bazar qiymətinə, ötürülmə qabiliyyətinə, düzəlişi qəbul etmək xüsusiyyətinə və s. Bu cəhətləri nəzərə almaqla demək olar ki, VX konsepsiyası verilənlərin analizi konsepsiyası deyil, verilənlərin analiz üçün hazırlanması konsepsiyasıdır. == VX-nin arxitekturası == VX-nin arxitekturasını qurarkən informasiya sistemlərinin arxitekturasını təyin edən mövcud sənədlərin öyrənilməsindən başlamaq lazımdır. Bu sənədlərə təşkilatlardakı informasiya texnologiyalarının (İT) inkişafının general planı da daxildir. VX-nin təşkilatın İT-nin infrastrukturuna inteqrasiya olunması vacib olduğundan VX yaradarkən informasiya sistemlərinin və ya İT-nın inkişafının general planına əsaslanmaq lazımdır. Operativ sistemlərdə (OLTP) verilənləri analiz etmək çox çətindir.
Altı ox
Altı ox (türk. Altı Ok) — Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) simvolu və bayrağı. Oxlar Türkiyənin qurucu ideologiyası olan kamalizmin təməl sütunlarını təmsil edir. Bunlar respublikaçılıq, populizm, milliyətçilik, laisizm, etatizm və reformizmdir. Oxların Türkiyə təhsil sisteminə mühüm töhfələr vermiş türk alimi İsmayıl Haqqı Tonquç tərəfindən hazırlandığı güman edilir. Altı ox prinsipləri 5 fevral 1937-ci ildə Türkiyə Konstitusiyasına əlavə edilmişdir. 1938-ci ilin avqust ayından etibarən bayraq bütün rəsmi binalarda qaldırılmışdır.
Among Us
Among Us — Innersloth tərəfindən inkişaf etdirilmiş və 15 iyun 2018 tarixində təqdim edilmiş videooyun. Onlayn oyundur və oyunda 2 rol – Crewmate (Məsum) və Impostor (Qatil) var. Crewmate oyunçuların məqsədi, Impostorlar onları öldürmədən Impostorları müəyyən edərək onları oyundan kənarlaşdırmaqdır və verilən tapşırıqları yerinə yetirməkdir. === Oynayış === Oyun 4-15 oyunçu ilə oynanıla bilən onlayn oyundur. Oyunda 4 xəritə var: The Skeld (Kosmik gəmi), MiraHQ (qərargah binası), Polus (planetar baza) və The Airship (dirijabl) . Oyunda ekipaj üzvlərinin məqsədi saxtakarlar onları öldürmədən onları tapmaq və oyundan kənarlaşdırmaq və yaxud oyundakı tapşırıqları yerinə yetirməkdir. Tapşırıqlara asteroidləri yox etmək, kabelləri birləşdirmək, mühərrikləri işə salmaq və s. kimi şeylər aiddir. Saxtakarlar sabotaj edə bilərlər (reaktoru söndürmək, işıqları söndürmək, qapıları bağlamaq vəs.). Saxtakarların oyunu qazana bilməsi üçün sabotajlar uğurlu olmalı və ya ekipaj üzvlərinin sayı saxtakarların sayına bərabər olmalıdı.
EX Aşkım
EX Aşkım — Kənan Doğulunun bir albomu. Albom 2001-ci ildə yayımlanıb.
Ex Deo
Ex Deo — 2008-ci ildə Kanadanın Monreal şəhərində yaradılmış metal musiqi qrupu. == Haqqında == Qrupun vokalisti Kataklysm qrupundan Maurizio Iacono və gitaristi Jean-Francois Dagenais-dur. Qrupun musiqisi Kataklysm qrupuna bənzəsə də, musiqisi və sözləri demək olar tamamilə Roma İmperiyasıdan bəhs olunur. Qrup Nuclear Blast albom şirkəti ilə müqavilə imzalayaraq, 2009-cu ildə ilk debüt studio "Romulus" adlı albomunu buraxdı. Albomun Romules adlı trekinə klip çəkildi. Bu albomun musiqi bəstəsini gitarist Jean-Francois Dagenais yazmışdır. Bundan əlavə olaraq albomun çıxışı və tanıtımı üçün Karl Sanders (Nile), Obsidian C. (Keep of Kalessin) və Nergal (Behemoth) kimi şəxs dəvət edilmişdir. 2010-cu ildə qrup Napalm Records albom şirkəti ilə birgə, 29 avqust 2010-cu ildə "Caligvla" adlı ikinci studio albomunu buraxdı.
Üç üz (film, 2018)
Üç üz (fars. سه رخ‎ — Sə rüx) — Cəfər Pənahinin 2018-ci ildə çəkdiyi dram janrında filmdir. Filmdə iranlı üç qadının taleyindən bəhs edilir. == Filmin mövzusu == Məhdud büdcə ilə çəkilmiş bu minimalist filmdə baş rollarda Behnaz Nəcəfi, Mərziyyə Rzayi və rejissorun özü çəkilib. Film əsasən aktrisa olmaq istədiyi üçün ailəsinin təzyiqləri ilə üzləşən gənc bir qızın həyat hekayəsindən bəhs edir. Ümumilikdə isə filmdə üç iranlı aktrisanın həyatından bəhs edilir. Onlardan biri İslam İnqilabından sonra kinodan getməyə məcbur olan aktrisa, ikincisi müasir populyar aktrisa, digəri isə aktyorluq məktəbinin tələbəsidir. Filmdə İran qadınlarının, xüsusilə də aktrisaların qarşılaşdığı sosial və peşəkar problemlər göstərilir. == Mükafatlandırılması == Cəfər Pənahiyə siyasi fikirlərinə görə İranda iyirmi illik kino çəkmək və ölkəni tərk etmək qadağan edilməyinə baxmayaraq o, qadağa dövründə dörd film ərsəyə gətirmişdir. Bu filmlərdən sonuncusu məhz "Üç üz" filmidir.
Üç
Üç — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. İkidən sonra, dörddən əvvəl gəlir.
Altmış üç
Altmış üç — say sistemində ədədlərdən biridir. Altmış ikidən sonra, altmış dörddən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Altmış üç ədədi — tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.