Among Us — Innersloth tərəfindən inkişaf etdirilmiş və 15 iyun 2018 tarixində təqdim edilmiş videooyun. Onlayn oyundur və oyunda 2 rol – Crewmate (Məsum) və Impostor (Qatil) var. Crewmate oyunçuların məqsədi, Impostorlar onları öldürmədən Impostorları müəyyən edərək onları oyundan kənarlaşdırmaqdır və verilən tapşırıqları yerinə yetirməkdir.
Oyun 4-15 oyunçu ilə oynanıla bilən onlayn oyundur. Oyunda 4 xəritə var: The Skeld (Kosmik gəmi), MiraHQ (qərargah binası), Polus (planetar baza) və The Airship (dirijabl) . Oyunda ekipaj üzvlərinin məqsədi saxtakarlar onları öldürmədən onları tapmaq və oyundan kənarlaşdırmaq və yaxud oyundakı tapşırıqları yerinə yetirməkdir. Tapşırıqlara asteroidləri yox etmək, kabelləri birləşdirmək, mühərrikləri işə salmaq və s. kimi şeylər aiddir. Saxtakarlar sabotaj edə bilərlər (reaktoru söndürmək, işıqları söndürmək, qapıları bağlamaq vəs.). Saxtakarların oyunu qazana bilməsi üçün sabotajlar uğurlu olmalı və ya ekipaj üzvlərinin sayı saxtakarların sayına bərabər olmalıdı. Oyunçular oyundan kənarlaşdırıldıqda onlar ruh olaraq oyuna davam edə: ekipaj üzvüdürsə tapşırıqları yerinə yetirərək, saxtakardırsa sabotaj edərək qazana bilərlər. Oyunda ruhlar sadəcə digər ruhları görə bilir, həmçinin onlar divarlardan belə keçə bilirlər.