Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Buduau
Buduau (ərəb. بودواو‎,‎ fr. Boudouaou) — Əlcəzairin şimalında şəhər, Bumerdes vilayətinin ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin qərb hissəsində, dəniz səviyyəsindən 22 metr yüksəklikdə yerləşir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 44 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 12 kilometr cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 70,224 nəfər idi.
Kudurru
Kudurru, qədim Babildə E.ə 16.əsr. ilə E.ə. 12 .əsr. arası sərhəd daşı və ya Kassitlər tərəfindən təəbəyə verilən ərazi qeydləri bir növ daşdan sənəd. Kəlimə Akkad dilində "hüdud" və ya "sərhəd" deməkdir (Ərəbcə جدر "cadr", جدار "cidar" 'divar'; cəm. جدور "cudûr"; İvrit dilində גדר "gader", çəpər, sərhəd). Kudurrular Babildəki Kassitlər hökmü zamanından geridə qalan tək sənət əsərləridir. Nümunələr, Luvr muzeyi, Britaniya muzeyi ve İraq Milli Muzeyində saxlanılır.
Mudurnu
Mudurnu (türk. Mudurnu) — Bolu ilinin ilçəsi.
Sudur
Sudur — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində dağlıq kənd. == Tarixi == Kənd orta əsrlərdə yaranmışdır. == Toponimikası == Sudur oyk., sadə. Qusar r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Vaxtilə burada Sudur palasa və Sudur qazmalar adlı iki kənd mövcud olmuşdur. Sonralar Sudur qazmalar kənd adından ikinci komponent ixtisara uğramışdır. Kənd ərazidəki eyniadlı dağın adını daşıyır. == Əhalisi == == Həmçinin bax == Qusar rayonu == Xarici keçidlər == Cənnətə bir addım qalmış...
Udulu
Udullu, Udulu — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Uluru
Uluru və ya Ayers-rok — Avstraliyanın çöl bölgəsində qumdaşından ibarət qaya formalaşması. Qayanın yerləşdiyi ərazidə Uluru-Kata Tyuta Milli Parkı yaradılmışdır. == Coğrafiya == Uluru təxminən 2 km uzunluğunda və 1,7 km enindədir və ümumi sahəsi 9,4 kilometrdir. Zirvənin dəniz səviyyəsindən yüksəkliyi 862,5 m, ətraf düzənlikdən nisbi hündürlüyü isə 348 m-dir. Uluru 1336 km² sahəsi olan Kata Tyuta milli parkı ilə əhatə olunmuşdur və UNESCO tərəfindənÜmumdünya İrsi siyahısına daxil edilib. == Geologiya == Uluru qonşusu Kata Tyuta ilə birlikdə təxminən 600 milyon il əvvəl meydana gəlmişdir. Bu yoğrultunun bir qismi zəlzələlərdən sonra təkrar səthə çıxmışdır. Uluru'nun arxa tərəfində, Avstraliya aborigenləri tərəfindən müqəddəs olaraq qəbul edilən su hövzələri var. Uluru o zamandan bəri davamlı bir şəkildə havanın təsirinə məruz qalan, paslı qırmızı rəngdə qum daşından (qırmızı bir mineral) meydana gəlmişdir. Rəngi tərkibində çoxlu dəmir olmasından irəli gəlir.
Xuşur
Xuşur (monq. хуушууp, IPA: [xʊ ː ʃʊr]) — Monqol mətbəxinin məşhur yeməkdir. Yemək əsasən xəmir və ətdən ibarətdir. Qaydaya əsasən onlar balaca olmalıdır. == Tərkibi == Ət (mal və ya qoyun) xırda-xırda doğranır və ət maşınınnda çəkilir. Bundan sonra ona soğan, sarımsaq, duz və s.ədviyyatlar əlavə edilir. == Hazırlanması == Xəmirdən balaca-balaca dairə kəsirlər və içərisinə ət qoyurlar, xəmirin ortadan bükürlər və bir az cib formasına oxşayır. Aşpaz bişirən zaman cibin açıq hissəsini bağlayır. Həmçinin dairə formasındada ola bilər. Monqolların çox bişirdikləri yeməkdir.Bu yeməyin Buryatidə digər növü buuzami yayılıb.
Cumuru (Ərdəbil)
Cumuru — İranın Ərdəbil ostanında kənd. == Coğrafi yerləşməsi == Mərkəz şəhristanının Germi bölgəsinin Ənqut kəndistanında, Germi-Ərdəbil avtomobil yolunun 35 kilometrliyindədir.
Naxçıvan çuxuru
== Məlumat == Ordubad sinklinoriumu və Şərur-Culfa antiklinoriumunun üstünü örtür və bu prosesdə q.-ə doğru miqrasiya qeyd olunur.Dağarası çuxurun əmələ gəlməsi bir neçə qırılmanın,əsasən,onun şm.-ş. kənarı boyu izlənən Naxçıvan dərinlik qırılnmaasının Oliqosen və Miosen dövrlərində aktiv fəailiyyəti ilə əlaqədardır. == Coğrafi yeri == Naxçıvan qırışıqlıq zonasının sonrakı təkamülü tektonik sıxılma və blokların müxtəlif miqyasda qalxması şəraitində davam etmiş və Pliosen dövründə Zəngəzur və Dərələyəz silsilələrinin qovuşduğu sahədə yerüstü vulkanlar fəaliyyət göstərmişdir. == Təbiəti == Mineral su bulaqlarının rəngarəngliyinə görə Nax.MR dünyanın ən diqqətəlayiq bölgələrindəndir.Bu bulaqların böyük əksəriyyəti Şərqi arpaçay,Əlincəçay,Gilançay,Qaradərə çaylarının vadilərində və yaxınlıqlarındadər.
Noxud çuxuru
Noxud çuxuru — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Novruz bayramı və digər el şənliklərində uşaqlar tərəfindən oynanılan oyunlardan biridir. Bu maraqlı oyun ev şəraitində keçirilir. == Oyunun qaydaları == Böyük bir sini təmiz və narın qumla doldurulub, üzəri hamarlanır. Sinini dövrəsi boyunca bir- birinin yanında, qumun üstündə kiçik çuxurlar qazılır... Hər çuxura yeddi ədəd noxud salınır. Oyunçular cüt-cüt noxudları çuxurlara salarkən belə bir şeir deyirlər: Oyunda üç və üçdən artıq oyunçu iştirak edə bilər. Oyunçulardan biri payına düşən çuxurlardan birinin noxudlarını saat əqrəbi istiqaməti üzrə qonşu çuxurlara bir- bir salır. Növbə ilə ikinci və üçüncü oyunçunu da bunu təkrar edir. Kimin axrıncı noxudu oyunçuların çuxurundakı tək sayda (1,3,5) olan noxudların üzərinə düşürsə, o oyunu udmuş hesab olur.
Yapon buxuru
Yapon buxuru (香, ko) – Yaponiyada istifadə olunan ənənəvi buxur. Meditasiya, dini mərasim, aromaterapiya və ya xoş qoxu kimi məqsədlər üçün istifadə olunur. Yapon buxuru ilə məşğul olmaq sənəti kodo adlanır. == Tarixi == Buxur Yaponiyaya Çin vasitəsilə gəlmişdir. Yaponiyada buxur yandırılmasından bəhs edən ən qədim mənbə "Nihon Şoki" xronikasıdır. Buxur ilk dəfə 595-ci ildə İmperatriça Suiko və Şahzadə Şotokunun dövründə istifadə olunmuşdur. Şotoku buddizmin Yaponiyadakı təbliğatçısı idi və buxur buddizmdə geniş istifadə olunurdu. Onun da təsiri altında buxur qısa müddətdən sonra populyarlaşmış və evlərdə də istifadə olunmağa başlanmışdır. Xüsusilə, saray əyanları buxur yandırmağı sevirdilər. Müxtəlif istehsalçılar öz buxurlarını hazırlamağa başlamış və yapon buxurunu yaratmışdırlar.
Haiti vudusu
Haiti vudusu — XVI–XIX əsrlərdə Haitidə inkişaf etmiş Afrika diaspor dini. Bu, Qərbi və Mərkəzi Afrikanın bir neçə ənənəvi dinləri ilə Roma katolisizmi arasında sinkretizm prosesi nəticəsində yaranmışdır. Dinə nəzarət edən heç bir mərkəzi orqan yoxdur. Vuduçular, vuduzanlar və ya serviterlər kimi tanınan praktiklər arasında çox müxtəliflik mövcuddur. Haitililərin əksəriyyəti həm vudu, həm də Roma katolisizmini tətbiq edirlər. Onlar iki fərqli sistemi eyni vaxtda izləməkdə heç bir ziddiyyət görmürlər. Daha kiçik vuduçu icmaları başqa yerlərdə, xüsusən də ABŞ-dəki Haiti diasporu arasında mövcuddur. Həm Haitidə, həm də xaricdə vudu afrohaiti mənşəyindən kənara çıxmış, müxtəlif etnik mənşəyə malik şəxslər tərəfindən tətbiq olunmağa başlamışdır. Vudu tarixi boyu çoxlu tənqidlərlə üzləşmişdir. Buna görə də dəfələrlə "dünyanın ən yanlış anlaşılan dinlərindən biri" kimi təsvir edilmişdir.
Hatçinson çuxuru
Hatçinson çuxuru (ing. Hutchinson's Hole) — Yamaykanın şimalında, Sent-Enn dairəsində çuxur. Bu, seriyalı qatil Lyuis Hatçinsonun adını daşıyır. O, bu çuxurdan cəsədləri atmaq üçün istifadə etmişdir. Çuxur təqribən 98 metr (322 ft) dərinliyindədir. Mağaranın girişi təxminən 5 ilə 3 metr eninədir, dibində təxminən 18 ilə 25 metrə çatır. Bu çuxurda o vaxtdan bəri çoxlu qurbanların olduğu güman edilir.
Kudur-Laqamar
Kedorlaomer (q.yəh. כדרלעמר‎ , Kedor-Laomer; q.yun. Хοδολλογομόρ, Xodolloqomor) və ya Kudur-Laqamar (q.yəh. נדדלעמד‎, Kudur-Laomar) — Əhdi-ətiqdə personaj, Elam hökmdarı, patriarx İbrahimin müasiri. Yaradılış kitabının məzmununda təcəssüm edir. O, indiki Ölü dənizin yerində olan beş şəhərin (Sodom, Qomorra, Adma, Sevoim və Bela ) üsyankar padşahlarını cəzalandırmaq üçün Orta Şərqin digər üç padşahı ilə ittifaqda Fələstinə qarşı yürüşə başlamışdır. Kedorlaomerin adı sırf elamcadır və tanrı Laqamarın adı ilə əlaqələndirilir.
Xuduş Kazımov
Xuduş Həsən oğlu Kazımov (8 sentyabr 1988; Moskva, Rusiya SFSR — 2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xuduş Kazımov 1988-ci il sentyabrın 8-də Moskva şəhərində anadan olub. 1995-2004-cü illərdə Gəncə şəhərində M. A. Abbaszadə adına 20 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Gəncə Texniki Kollecində təhsil alıb. Ailəli idi. 5 yaşlı Fatma adına qızı və 2 yaşlı Əbdülkərim adına oğlu yadigar qaldı. == Hərbi xidməti == Xuduş Kazımov 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Xuduş Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Xuduş Kazımov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub.
Yeni Sudur
Yeni Sudur — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 510 nəfərdir. Burada azərbaycanlılar, ləzgilər, buduqlular, xınalıqlılar yaşayır. Əhalisi dağ kəndlərindən köçüb gəlmədir. Ləzgilər Qusar rayonunun kəndlərindən, buduqlular Quba rayonunun Buduq kəndindən və xınalıqlılar Xınalıq kəndindən köçüb gəlmələrdir. == İqtisadiyyatı == Əhali əsasən, kənd təsərrüfatı və maldarlıqla məşğul olur. Meyvəçilik də geniş yayılmışdır.
Uluru şəlaləsi
Ümumi məlumat -Uluru (Ayers Rock Fall) dünyanın ən məşhur və tanınmış iri qaya birləşmələrindən biridir.. Ulurunun 600 milyon ildən çox yaşı var ki, bu da onu bu gün mövcud olan ən qədim qayalardan birinə çevirir. İqlimi -Ərazinin iqlimi ilə əlaqədar olaraq, həmin ərazidə ildə cəmi bir neçə dəfə yağış yağır. Lakin yağış yağmağa başlayanda gözəl mənzərəni izləmək şansı olanlar, onun gözəlliyinə heyran qalırlar. Hər fırtınadan sonra qayanın zirvəsindən böyük miqdarda su axaraq kiçik şəlalələrin illüziyasını yaradır. Bundan əlavə, qaya yağışla islandıqdan sonra onun rəngi bozdan müxtəlif qırmızı, tünd qırmızı və qəhvəyi çalarlarına çevrilir. Təəssüf ki, şou uzun sürmür, ona görə də hər dəfə bu baş verəndə turistlər şəkil çəkdirməyə və tədbirdən həzz almağa tələsirlər. Onların əksəriyyətinin iddia etdiyi kimi, bu, unudulmaz bir təcrübədir, çünki qayanın dibinə axan onlarla nazik görünən şəlalələr var. Ayers qayasına çatmaq üçün ən yaxın böyük şəhər olan Alice Springsdən 300 kilometrdən çox məsafə qət etmək lazımdır və yağış başlamazsa, ərazidə həddindən artıq temperatur 40 dərəcə Selsiyə çata bilər. Ancaq buna baxmayaraq, qaya divarları, nadir bitkilər və hətta petroqliflər kimi yerli heyvanlar sayəsində buranı ziyarət etməyə gələn turistlərin sayı durmadan artır.
Küdürlü
Küdürlü (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Küdürlü (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd.
Buduau-əl-Bəxri
Buduau-əl-Bəxri (ərəb. بودواو البحري‎, fr. Boudouaou El Bahri) — Əlcəzairin şimalında şəhər, Bumerdes vilayətində kommuna . == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, Aralıq dənizi sahillərində dəniz səviyyəsindən 22 metr yüksəklikdə yerləşir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 43 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 9 kilometr qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 14,209 nəfər idi.
Sirkə kasası çuxuru
Sirkə kasası çuxuru və ya sadəcə Sirkə kasası (lat. acetabulum) çanağın qalça sümüyünün bayır səthində bud-çanaq oynağına məxsus oynaq çuxuru. Sirkə kasasına bənzədiyi üçün bu çuxur təbabətdə, xüsusilə anatomiyada belə adlandırılır Sirkə kasası çuxuru çanağın üç: qalça (lat. os ilium), oturaq (lat. os ischii) və qasıq (lat. os pubis sümüklərinin birləşməsindən yaranmışdır. Sirkə kasası çuxuru aypara formalı qığırdaq oynaq səthinə (lat. Facies semilunata) malikdir. Bu qığırdaq oynaq səthinin uzunluğu təxminən 2 sm, qalınlığı isə 0,3 sm-dir. Kasanın ətrafı qığırdaqla örtülərək oynaq kasası dodağını (lat.
Bayu çıxıntısı çuxuru
Категория:Впадины по алфавиту Категория:Природные географические объекты по алфавиту Категория:ПРО:ГЕО:Последняя правка: в текущем году Bayu çıxıntısı çuxuru (Şablon:L6e, fr. Doline de Bayou Corne) — ABŞ-nin Luiziana ştatı ərazisində, Bayu adlı regionda yerləşən çuxur. "Texas Brine" şirkəti tərəfindən hazırlanmış duz qübbəsinin çökməsi nəticəsində yaranmışdır. Çuxur 3 avqust 2012-ci ildə "Texas Brine" işçisi tərəfindən iki aylıq seysmik aktivlikdən və körfəzin səthində görünən qabarcıqlardan sonra aşkar edilmişdir. Uğursuzluğun ətrafı bataqlıqdır, əsasən sərv ağacları ilə örtülmüşdür. == İstinadlar == == Xarici keçidlər == "Сайт с информацией о провале" (rus). 2013-07-31 tarixində arxivləşdirilib. прихода Ассампшен "Ответ по вопросу Луизианского провала — Офис губернатора по вопросам национальной безопасности и чрезвычайных ситуаций" (rus). 2013-06-15 tarixində arxivləşdirilib. "Инцидент в Бэю-Корн, Луизианское управление природных ресурсов".
Budur (musiqi albomu)
Budur - Türk müğənni Atiyənin üçüncü studiya albomu. == Albom haqqında == Albomda olan musiqilərin əksəriyyətinin söz və musiqiləri şəxsən Atiye tərəfindən yazılmışdır. Albomda 10 musiqi yer alır. Albomdan olan ilk sinql albomla eyni adı daşıyan Budur (mahnı) sinqlıdır. Musiqisi Houssam Habib-ə, sözləri isə İsra Gülümser-ə aiddir. Alboma aid olan bütün promo şəkillər Nihat Odabaşı tərəfindən çəkilib. Budur sinqlı ttnet.com saytında gün ərzində 50 min dəfədən artıq dinlənərəq rekord səviyyəsinə çatmışdır. Atiye albomundakı tək bir musiqinin bu qədər dinlənilməsinin onun üçün fəxr olduğunu deyib. İskender Paydaş, Ozan Çolakoğlu və Volga Tamöz ilə işləyən musiqiçiyə albomundakı Güzelim mahnısında Sultana, Yoksun mahnısında isə DJ Geveze yoldaşlıq edib. Batum Türküsü və sözlərinin yarısı ərəbcə yarısı türkcə olan Hali Hali Hal adlı iki anonim əsərin də yer aldığı albomda, Budur (mahnı) mahnısının Suat Ateşdağlı tərəfindən remiksi də var.
Uluru (Ayers Rok)
Uluru və ya Ayers-rok — Avstraliyanın çöl bölgəsində qumdaşından ibarət qaya formalaşması. Qayanın yerləşdiyi ərazidə Uluru-Kata Tyuta Milli Parkı yaradılmışdır. == Coğrafiya == Uluru təxminən 2 km uzunluğunda və 1,7 km enindədir və ümumi sahəsi 9,4 kilometrdir. Zirvənin dəniz səviyyəsindən yüksəkliyi 862,5 m, ətraf düzənlikdən nisbi hündürlüyü isə 348 m-dir. Uluru 1336 km² sahəsi olan Kata Tyuta milli parkı ilə əhatə olunmuşdur və UNESCO tərəfindənÜmumdünya İrsi siyahısına daxil edilib. == Geologiya == Uluru qonşusu Kata Tyuta ilə birlikdə təxminən 600 milyon il əvvəl meydana gəlmişdir. Bu yoğrultunun bir qismi zəlzələlərdən sonra təkrar səthə çıxmışdır. Uluru'nun arxa tərəfində, Avstraliya aborigenləri tərəfindən müqəddəs olaraq qəbul edilən su hövzələri var. Uluru o zamandan bəri davamlı bir şəkildə havanın təsirinə məruz qalan, paslı qırmızı rəngdə qum daşından (qırmızı bir mineral) meydana gəlmişdir. Rəngi tərkibində çoxlu dəmir olmasından irəli gəlir.
Xudu Borçalı
Xudu Borçalı və ya Xudu bəy Borçalinski— XVIII əsrdə Borçalı mahalında yaşamış xalq qəhrəmanı. Gürcülər ona Xudu Borçalinski, azərbaycanlılar Xudu Xuduoğlu, çar II İrakli isə Xudiya deyirdi. O, II çar İrakli tərəfindən general rütbəsi almış, gürcü ordusunda süvari dviziyaya rəhbərlik etmişdir . == Haqqında == Xudu bəy Borçalı təxminən 1730-cu ildə Borçalı mahalının Sadaxlı kəndində anadan olmuşdur. Onun, 1770-in yazında Axısxada göstərdiyi şücaət şahzadələr Teymurazın, Baqratın, Davidin, İohanın tarixi icmallarında özəlliklə qeyd olunmuşdur. Gürcüstan və İmeret (Açıqbaş) şahları Rus qoşununun köməyi ilə Axısxanı, Azğuru, Aspindzayı tutmağa getdilər. İraklinin muzdla tutduğu Ləzgi qoşunu Kür çayı üstündəki Aspinza Körpüsündə məğlub olub, qaçmağa üz qoydu, İrakli özu məşhur Ləzgi sərkərdəsini öldürdü, sonra İrakli, Borçalı atlı dəstəsini Qoriyə göndərdi. O, öncəbhə sərdarı Rus generalına məktubunda (əsli Gürcüstan Əlyazmalar İnstitutundadır) yazırdı: “Xudu dörd yüz qoçaq müsəlmanla sizin yanınıza gəlməlidir. Borçalılar yaxşı, mərd adamlardır. Mən bunu yazan vaxtlar həmən qoşun ya gəlmiş, ya da yaxınlaşmış olacaqdır.
Xudu Məmmədov
Xudu Məmmədov (14 dekabr 1927, Mərzili – 15 oktyabr 1988, Bakı) — Azərbaycanlı elm adamı və ictimai-siyasi xadim, professor, AMEA-nın müxbir üzvü, Geologiya-mineralogiya elmləri doktoru, Milli Azadlıq Qərargahı təşkilatının qurucularından (1969), Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü (1957) == Həyatı == Xudu Surxay oğlu Məmmədov 1927-ci il dekabrın 14-də Ağdam rayonunun (Azərbaycan) Mərzili kəndində anadan olmuşdur. Ağdamda orta məktəbi bitirən Xudu Məmmədov Azərbaycan Dövlət Universitetinin Geologiya-Coğrafiya fakültəsinin Geologiya şöbəsinə daxil olur, 1951-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurur və müəllimi Heydər Əfəndiyevin təkidi ilə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna təyinat alır. Xudu Məmmədov daha sonra SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun aspiranturasına daxil olur. Namizədlik dissertasiyasının ilkin mövzusu "Borosilikat-aksinit mineralının quruluşunun təyini" olmuşdur. Amma quruluşu açmaq üçün eksperimental materiallar alınması ərəfəsində (1952-ci il) yapon tədqiqatçıları bu mineralın quruluşunu təyin edirlər. 1955-ci ildə X. Məmmədov SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun elmi şurasında "Kristalloqrafiya və Kristallofizika" ixtisası üzrə "Ksonolit və vollastonit minerallarının kristal quruluşu" mövzusunda müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edir. Xudu Məmmədov bir neçə dəfə Con Bernalın qonağı olmuş, 1966-cı ildə isə təqribən bir il onun laboratoriyasında çalışmışdır. Azərbaycanlı kristalloqraf-alim 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülmüşdür. O, 1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Əsas elmi işləri kristallokimya sahəsindədir.
Xudu pəhlivan
Xudu Ocaqqulu oğlu XVIII yüzilin sonu, XIX yüzilin önlərində yaşayıb. Əkinçiliklə, boş vaxtlarında da pəhlivanlıqla məşğul olub. Qolunun gücü ilə həm Qarabağda, həm Gəncəbasarda ad qazanıb. Kənd camaatının söyləmələrinə görə, Goran çayının yaxınlığında izi duran kahada pələng Xudu pəhlivana hücum etmiş, bir az çarpışmadan sonra pəhlivan pələngi boğub öldürmüşdü. Xudu pəhlivanla bağlı başqa bir söyləmə də var. Onun şücaəti haqda xəbər Gəncəli pəhlavana çatmış, həmin pəhlivan Xudu babanın sorağı ilə Səfikürdə gələrkən onun özü ilə rastlaşmışdır. Özünün Xudu pəhlivanın nökəri olduğunu bildirən Xudu baba Gəncəli pəhlivanı evinə aparmış, gecə qonaq saxlamışdı. Gəncəli pəhlivan gücünü göstərmək üçün evin nisbətən az ağırlıq düşən dirəyini (harmanı) qaldıraraq, çarıqlarını onun altına qoymuşdur. Xudu baba çarıqları daha çox ağırlıq düşən dirəyin altına yerləşdirmişdir. Səhər qonaq "nökər"in əməlini gördükdən sonra Xudu pəhlivanla qarşılaşmağa ehtiyat etmiş və Gəncəyə dönmüşdü.
Avropa cüyürü
Avropa cüyürü (lat. Capreolus capreolus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin cüyür cinsinə aid heyvan növü. Cüyürün 5 yarımnövü məlumdur. Azərbaycanda Avropa yarımnövünə aid olan xırda formalı cüyür yayılmışdır. Cüyürə bəzən əylik də deyirlər. == Qısa təsviri == Uzunluğu 100–150 sm, hündürlüyü 75–100 sm olur. Qulaqları uzun, quyruğu qısadır. Çox yaraşıqlı görkəmə malik olan cüyürün dırnaqları iti, burun güzgüsü tünddür. Dişi cüyürlər buynuzsuz, erkək cüyürlər də isə 3–5 çıxıntılı buynuzlar olur. == Yayılması == Bütün Avropa, Şimali İran, Kiçik Asiyanın şərqindən Volqaya qədər yaşamışdır.
Küdürlü (Ağdam)
Küdürlü (həmçinin Küdüllü) — Azərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kənd inzibati ərazi dairəsində kənd. == Oykonimi == Oykonim Azərbaycan dilinin dialektlərində işlənən küdür/küdrü/küdri (quru iqlimli yer, su çıxmayan ərazi) sözündən və -lü şəkilçisindən düzəlib, ərazinin coğrafi mövqeyini təyin edir. == İqtisadiyyatı == Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin oktyabrın 1-də isə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.
Küdürlü (Şəki)
Küdürlü — Azərbaycan Respublikasının Şəki rayonunun Küdürlü kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Şəki rayonunun Qaradağlı inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay çökəkliyindədir. Oykonim Azərbaycan dilinin dialektlərində işlənən kudur/kudru/kudri (quru iqlimli yer, su çıxmayan ərazi) sözündən və -lu şəkilçisindən düzəlib, ərazinin coğrafi movqeyini təyin edir. == Əhalisi == Kəndin əhalisi 472 nəfər təşkil edir ki, onun da 235 nəfəri kişi, 237 nəfəri isə qadındır.
Küdürlü bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Küdürlü kurqanları
Küdürlü kurqanları — Şəki şəhərindən 18 km cənub-qərbdə, Küdürlü kəndi ərazisində yerləşən tarixi abidə. 1980-ci ildə Yevlax-Balakən dəmir yolunun çəkilməsilə əlaqədar olaraq, yolun keçdiyi ərazilərin arxeoloji cəhətdən öyrənilməsinə başlanıldı. İ. F. Cəfərov tərəfındən aparılan axtarış-kəşfıyyat işləri nəticəsində Küdürlü kəndi ərazisində 7 kiçik kurqan aşkar olundu. 1983-cü ildən burada arxeoloqlar T. İ. Axundov, N. M. Muxtarov, Q. X. Ramazanov, İ. Q. Nərimanov qazıntılar apararaq kurqanların öyrənilməsinə başladılar. Bu tədqiqatçılar Küdürlü kəndində çoxlu sayda kurqan və yaşayış məskənini arxeoloji cəhətdən tədqiq ediblər.
Püskürmə süxuru
Püskürmə süxuru (Vulkan süxuru, Effuziv süxur) - Yer səthinə püskürülmüş maqmanın (lavanın) soyuması nəticəsində əmələ gəmiş süxurdur.
Sibir cüyürü
Sibir cüyürü (lat. Capreolus pygargus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin cüyür cinsinə aid heyvan növü. Sibirin cənubunda, Uzaq Şərqdə, Orta Asiyanını dağlarında, Monqolustanda, Şimali və Şərqi Çində yayıllmışdır. Erkəklərinin bədəninin uzunluğu 123-151 sm, süysününün hündürlüyü 84-100 sm, kütləsi 60 kq, dişilərinin bədənlərinin uzunluğu 119-147 sm, süysününün hündürlüyü 80-96 sm, kütləsi 52 kq-a qədər olur.