Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lavur
Lavur (fr. Lavours) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belle kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01208. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 148 nəfər təşkil edirdi.
Avur
Avur — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Avur Yardımlı rayonunun Çayüzü inzibati ərazi vahidində kənd. Viləş çayının sahilindədir. Yerli əhalinin məlumatına görə, av (ov sözünun qədim variantı) və ur (qədim türk dillərində "bol", "cox") komponentlərindən ibarət olan bu toponim "ovlaq, ov heyvanları cox olan yer" mənasını ifadə edir. Qədim türk yazılı abidələrinin dilində avırmak/evirmək "bir şeyin ətrafında hərlənmək, dolanmaq" mənasında işlənmışdır. Kəndin adlandırılmasında onun coğrafi movqeyi nəzərə alınmışdır. Kəndin kənarındakı çay onun ətrafına dolanır.
Gavur arxı
Gavur arxı — Qarabağda qədim suvarma kanalı. Müasir ədəbiyyatda Govur arxı kimi də yazılır. Mənbəyini Araz çayından götürür və Beyləqan ərazisindən keçib Ağcabədidəki Qarqar çayına qovuşur. Mənbələrdə adı "Barlas" kimi çəkilmişdir. Sovet hakimiyyəti illərində təmir etdirilən bu suvarma kanalı Orcankidze kanalı adlandırılmışdır. Gavur arxının adının yaranması ilə bağlı bir neçə rəvayət mövcuddur: deyilənlərə görə bu arxı gavurlar çəkmişlər. Gavurlar — islam dinini qəbul etməyənlərə, kafirlərə verilən addır. == Gavur arxının tarixi == Tarixçi Seyid Əli bin Kazım göstərmişdir: "Araz çayından iki böyük arx çəkilmişdir. Bunlardan biri Oltan (Varsan) şəhərinin xarabalarına paralel olan Beyləqan arxıdır ki, bu arx Aran səhrasının ortasına kimi davam edir. İkinci arxa gəldikdə o, Arazın cənubunda Oltan şəhəri yaxınlığından başlanaraq Muğan səhrasında qədim dövrlərdə mövcud olub sonralar qurumuş Xərəncu arxı ilə birləşmiş və onu təzələmişdir.
Kamillo Kavur
Kamillo Kavur (10 avqust 1810- 6 iyun 1861, Torino), İtalyan dövlət xadimi, beynəlxalq və inqilabçı hərəkatlardan yararlanaraq Savoyya sülaləsi idarəsində İtaliyanın birliyini yaradan və yeni krallığın ilk baş nazırı olan Piyemontlu mühavizəkar dövlət adamı. == Ailəsi və gənclik dövrü == Köklü bir keçmişi olan Kavurlar nəsli 16-cı əsrdən başlayaraq əsgər və məmur olaraq Savoyya sülaləsinə xidmət etmişdir. Kamillonun Cenevrə doğumlu və Kalvinist olan anası, dövrün bütün siyası, dini və toplumsal cərəyanlarına açıq bir şəhər olan Cenevrənin abu-havasını ailəyə gətirərkən, atası Michele də, köhnə rejimlə əlaqələri ilə əlaqədar Fransız Burjua İnqilabı ilə nüfuzu təhlükə altına girən ailənin Napaleon dövründə yenidən seçkin bir pilləyə gətirmişdi. Kavur, 10 yaşında Turin Hərbi Akademiyasına qəbul oldu. Ailənin kiçik oğlu olaraq miras gözləntisi olmadığından, qarşısındakı tək yol Savoyya və Piyemont şahzadəsi Karl Albertin qoruyuculuğu altında parlaq bir məqama çatmaq idi. Hələ tələbəlik illəri zamanı siyası düşüncələrə maraq hiss etməyə başladı. 1821-ci ildəki məşrutiyyətçi Piyemont inqilabının hərbi tələbələrə qədər yayılan azadlıq və milli yönlərindən təsirləmdi. Ailə içindəki söhbətlər zamanı Burbonlar sülaləsinin yenidən hakimiyyətə keçdiyi Fransadakı daxili siyasi dəyişikliklər, Osmanlı idarəsinə qarşı Yunan üsyanı, Rusiyadakı Dekabrist qiyamı kimi dövrünün mövzularını yaxından izlədi. Bencamin Franklin, Piyemont inqilabının məşjur lideri və uzaq qohumu Santorre de Santarosa kimi insanlara duyduğu simpatiya coşqulu bir şəkildə üzə vurmağa başladı. Özündən üç yaş böyük bir hərbi tələbə olan Baron Severino Kassionun təsiri ilə vətənpərvər və millətçi cərəyanlara yönəldi.
Zavər Qafarov
Zavər Qafarov — III dərəcəli dövlət ədliyyə müşaviri, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin beynəlxalq hüquq əməkdaşlığı idarəsinin rəisi. == Mükafatları == 20 noyabr 2006-cı ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.
Əbüləsvar Şavur
Əbüləsvar Şavur ibn Fəzl ibn Məhəmməd ibn Şəddad (v. 1067, Gəncə) — 1049-1067-ci illərdə paytaxt Gəncə olmaqla Arranı idarə edən VIII Şəddadi hökmdarıdır. Bundan əvvəl o, 1022-ci ildən başlayaraq Dvin əmiri idi. Bacarıqlı döyüşçü və müdrik və gözüaçıq hakim olan Əbüləsvar qonşularının çoxu ilə konfliktə idi. O, Dvində hakim olarkən erməni bəyliklərinin daxili məsələlərinə qarışmışdı. Əbüləsvar Bizans imperiyası birlikdə 1045-ci ildə Ermənistanın Baqration krallığının qalıqlarını işğal etmişdi, ancaq Bizans imperiyası onunla müttəfiqliyi pozanda ona qarşı edilən üç həmləni dəf etmişdi. 1049-cu ildə Gəncədəki üsyan onun azyaşlı qardaşı nəvəsi Ənuşirvanı devirdi və ailənin əmirliyini alması üçün onu çağırdı. Əbüləsvarın hakimiyyəti dövründə Şəddadilər sülaləsi zenit nöqtəsinə çatdı, Gürcüstan krallığına və Şirvanşahlar dövlətinə uğurlu yürüşlər edildi, ancaq Tiflis əmirliyinin gürcülərin əlinə keçməsinə izin verilməsi və alanların dağıdıcı yürüşləri Şəddadilərin gücünün məhdudiyyətlərini göstərdi. Eyni vaxtda Səlcuq imperiyası gücləndi və Cənubi Qafqaz dövlətlərində idarəni ələ keçirdi. 1054/5-ci ildə Əbüləsvar səlcuqların vassalı oldu.
Zaur (ad)
Zaur — Qafqazın ən məşhur kişi adlarından biri. Ərəb dilində "zəvvar" mənasında işlənir və ziyarət edən, ziyarətçi anlamına gəlir. Bundan başqa bu ad ərəb dilində Aslan nəriltisinə də uyğun gəlir. Gürcüstan, Azərbaycan və İtaliya müxtəlif yazılma və tələffüz olunma şəklində geniş yayılıb. Zaur Rzayev — müğənni Zaur Məhərrəmov — Rejissor. Operator. Ssenari müəllifi. Zaur Tağızadə — Azərbaycan futbolçusu. Zaur Ustac — Azərbaycanlı yazıçı. Zaur Kamal — Azərbaycanlı aparıcı.
Zaur Askenderov
Zaur Askenderov (12 iyul 1970, Məmmədqala, Dağıstan MSSR) — Rus iş adamı, ictimai və siyasi xadim. 30 sentyabr 2021-ci ildən Dağıstan Respublikası Xalq Məclisinin sədri. Əvvəllər Rusiya Federasiyası Federal Məclisi VI və VII çağırış Dövlət Dumasının deputatı, Vahid Rusiya fraksiyasının üzvü olmuşdur. Dövlət Dumasının İqtisadi Siyasət, Sənaye, İnnovativ İnkişaf və Sahibkarlıq Komitəsinin üzvü olur. "İş Rusiyası" Ümumrusiya ictimai təşkilatının Dağıstan regional şöbəsinin sədridir Milliyyətcə qumuqdur. Dağıstan Respublikası Xasavyurd rayonunun Kostek kəndindəndir. == Bioqrafiyası == 2009-cu ildə Dünya İqtisadiyyatı İnstitutunun Dünya İqtisadiyyatı ixtisasını bitirir. 2015-ci ildə Dağıstan Dövlət Universitetində yenidən hazırlıq keçir. 2016-cı ildə Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyasında təhsil alır. 1988-ci ildə Mikoyan ət kombinatında işçi olaraq çalışır və daha sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olur.
Zaur Axundov
Zaur Valeh oğlu Axundov (6 iyul 1971, Tovuz – 29 mart 1994, Koxanəbi, Tovuz rayonu) — Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == Zaur Axundov 1971-ci il iyul ayının 6-da Tovuz şəhərində anadan olub. 1978-ci ildə Tovuz şəhəri Nəsirəddin Tusu adına orta məktəbdə 1-ci sinifə gedib, 1988-ci ildə orta məktəbi bitirib. Sovet ordusunda 1989-cu ildə Rusiyanın Krasnoyarsk diyarının Abakan şəhərində əsgəri xidmətdə olub. 1991-ci ildə hərbi xidmətini başa vurub. Z.Axundov əsgəri xidmətini başa vurub Azərbaycana qayıtdıqdan sonra Tovuz istiqamətində gedən döyüşlərdə yaxından iştirak edib. 1992-ci ildən 1994-cü ilin 29 mart tarixinə qədər düşmənlə üzbəüz mövqelərdə döyüşüb. Z.Axundov 1994-cü il martın 29-da Ermənistan ordusunun atdığı tank mərmisinin zərbəsinə tuş gələrək 11 nəfər döyüşçü yoldaşı ilə birgə həlak olub. Tovuz rayonunun Koxanəbi ərazində Sulutəpə zirvəsində şəhid olan Z.Axundov rayonun Şəhidlər Xiyabanında dəfn olunmuşdur. == Xatirəsi == 2005-ci ildə Z.Axundovun qardaşı taekvondo ustası Ümid Axundov tərəfindən şəhidin adını daşıyan taekvondo klubu yaradılıb.
Zaur Ağalı
Zaur Kamil oğlu Ağalı (11 dekabr 1996, İstisu, Lənkəran rayonu – 22 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin Əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zaur Ağalı 11 dekabr 1996-cı ildə Lənkəran rayonunun İstisu qəsəbəsində anadan olmuşdur. 2003-cu il İstisu qəsəbəsi R.Qurbanov adına orta məktəbə daxil olub, 2014-ci ildə həmin məktəbi bitirib 2015-ci aprel ayında həqiqi hərbi xidmətə yollanıb 2016-ci ildə oktyabr ayında xidmətə başa vurub qayıdıb. 2017-ci ildə ailə həyatı qurub. 2018 iyulun 7-sində bir Oğlan övladı dünyaya gəlib. == İkinci Qarabağ müharibəsində iştirakı == Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Zaur Ağalı 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Cəbrayılın azad edilməsi və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərndə savaşıb. Zaur Ağalı Füzuli istiqamətinndə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Zaur Ağalı oktyabrın 22-də yaşadığı qəsəbə qəbristanlığında böyük izdihamla dəfn olundu. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Ağalı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Ağalı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Zaur Ağamalıyev
Zaur Aşiq
Zaur Baxşəliyev
Zaur Baxşəliyev (tam adı: Zaur Lətif oğlu Baxşəliyev, 26 fevral 1981, Şuşa, Dağlıq Qarabağ) — Azərbaycan teleaparıcısı və bir çox televiziya layihələrinin müəllifi. "Azərbaycan" jurnalı, "Azərbaycan", "Respublika", "Ədalət", "525-ci qəzet" və "Ədəbiyyat" dövri mətbuat orqanlarında müxbir kimi çalışıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının (ATV) aparıcısı və layihə rəhbəridir. "Ömrün səhifələri, "Yağ kimi", "Yeri var", "Bizim səhər", "Xalq ulduzu", "Onun yarısı", "Bəxtəvər", "Tanıdım səni", "Məni yarımdan soruş", "Bu stil mənim", "Ümid var", "Öz aramızda", "Fort Boyard" kimi mədəni-maarif, sosial-analitik, şou xarakterli populyar, reytinqli verilişlərin müəllifi və aparıcısı olub. Hazırda müəllifi olduğu "BizimləSən" sosial-analitik və "Zaurla Günaydın" musiqili-əyləncəli proqramlarına aparıcılıq edir. Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 07.11.2016-cı il Sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb. == Bioqrafiya == Zaur Lətif oğlu Baxşəliyev 26 fevral 1981-ci ildə Şuşa şəhərində ziyalı ailəsində anadan olub. 1986-cı ildə Üzeyir Hacıbəyov adına Şuşa şəhər 1 saylı orta məktəbinin birinci sinfinə gedib. 1992-ci ildə məlum Qarabağ hadisələri ilə əlaqədar Şuşa şəhərindən məcburi köçkün kimi Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində məskunlaşıb. 1992-ci ildə Azad Qaraqoyunlu kənd orta məktəbində təhsilini davam etdirib.
Zaur Botayev
Zaur Amaludinoviç Botayev (6 may 1979-cu il, Xasavyurt, Dağıstan MSSR, RSFSR, SSRİ) — Sərbəst güləş üzrə çıxış edən Rusiya güləşçisi, Avropa çempionu (2002), Dünya Çempionatın mükafatçısı (2002), Rusiya çempionatlarının çoxqat mükafatçısı, hərbi qulluqçuların arasında dünya çempionu. Rusiyanın əməkdar idmançısı. Krasnoyarsk dövlət pedaqoji universitetinin məzunudur. İ. Xojikov onun birinci məşqçisi olmuşdur. 1998-ci ildən Rusiyanın yığma komandasının üzvü idi, 2007-ci ildə böyük idmanı tərk etdi. == Xarici keçidlər == Zaur Botayev müxtəlif çempionatlarda infosport.ru saytında profili Мовлади Абдулаев. "Заур Ботаев". wsport.su. Энциклопедия чеченского спорта. 2013-07-03.
Zaur Cavanşir
Zaur Sabir oğlu Cavanşir (Məmmədov) (21 sentyabr 1974, Hindarx, Ağcabədi rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini – Qərargah rəisi, İkinci Qarabağ müharibəsinin komandanlarından biri, Şuşanın ilk komendantı, Vətən Müharibəsi Qəhrəmanı (2020). Zaur Cavanşir Cavanşirlər sülaləsindən olub, Pənahəli xan Cavanşirin nəslinin nümayəndəsidir. Zaur Cavanşir Cəbrayıl, Hadrut (Ağoğlan), Füzuli, Xocavənd istiqamətində aparılan hücum əməliyyatlarına komandanlıq etmış, Şuşa əməliyyatında isə hücum qruplaşmasının rəhbəri olmuşdur. Şuşanın azad edilməsində və müdafiəsinin təşkilində müstəsna qəhrəmanlıq göstərmiş və Şuşanın ilk komendantı təyin edilmişdir. O, Şuşaya sancılmış və Zəfər Bayrağı elan edilmiş Azərbaycan bayrağı ilə 2020 Bakı Qələbə Paradında döyüş bayraqları qrupuna rəhbərlik etmişdir. == Həyatı == Zaur Sabir oğlu Cavanşir (Məmmədov) 1974-cü il sentyabrın 21-də Ağcabədi rayonunun Hindarx kəndində anadan olub. Cavanşirlər sülaləsindən olub, Pənahəli xan nəslinin nümayəndəsidir. 1991-ci ildə Hindarx kənd orta məktəbini qızıl medalla bitirən Zaur Cavanşir ata-babalarının yolunu davam etdirərək vətəninin, xalqının, bayrağının keşiyində dayanmaq üçün Ali Hərbi Komandirlər məktəbinə daxil olmuşdur. 1993-cü il fevral ayında hələ Ali Hərbi komandirlər məktəbinin kursantı olaraq mənfur düşmənə qarşı Kəlbəcər, Ağdərə istiqamətlərində döyüşə qatılmış, şiddətli döyüşlərdə bölmələrə komandirlik etmişdir. 1994-cü ilin yanvar ayından may ayının 12-si atəşkəs elan edilənədək öz yaşıdları olan əsgərləri ilə Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
Zaur Cəfərov
Zaur Cəfərov (polkovnik-leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsi şəhidi. Zaur Cəfərov (pauerliftinqçi) — Azərbaycan pauerliftinqçisi.
Zaur Dadaşov
Zaur Zümrüd oğlu Dadaşov — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Dadaşov Zaur Zümrüd oğlu 1997-ci il dekabrın 5-də Rusiya Federasiyasının Surqut şəhərində anadan olub. 2000-ci ildə ailəsi ilə birlikdə Azərbaycana köçüb. O, 2004-cü il sentyabrın 15-də Xaçmaz rayonu Aslan Oba kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. 2015-ci ildə məktəbi əla qiymətlərlə bitirib. == Hərbi xidmətləri == 2016-cı ilin yanvar ayında hərbi xidmətə yollanıb və 2017-ci ilin iyul ayında hərbi xidmətdən tərxis olub.Zaur 2020-ci il sentyabr ayının 9-da MAHHXHQ kimi Qusar rayonundakı N saylı hərbi hissədə xidmətə başlayıb,2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.12 oktyabr Füzuli rayonu kənd Horadiz uğrunda gedən döyüşlərdə yüksək şücaət göstərmiş və qəhrəmancasına vuruşmuş, düşmən snayperindən açılan atəş nəticəsində şəhid olub.
Zaur Darğalı
Zaur Darğalı və ya Zaur Darğallı — 2017–2019-cu illər Kvemo Kartli bölgə qubernatorunun müavini. 2019-cu ilin 19 may tarixində keçirilən seçkilərə əsasən 78,6% səs toplayaraq Marneulinin bələdiyyə sədri seçilib. == Həyatı == Zaur Darğalı 4 iyul 1988-ci ildə anadan olub. O, 2005–2009-cu ildə İlia adına Dövlət Universitetinin Kompüter texnologiaları və ingilis dili ixtisası üzrə təhsil alıb, bakalavr dərəcəsi üzrə həmin universiteti bitirib. Azərbaycan, gürcü, rus, ingilis, türk dillərini bilir. == Fəaliyyəti == Zaur Darğalı 2007–2012-ci illərdə Marneuli Gənclər Mərkəzinin yaranmasında iştirak edib. Həmin proqram çərçivəsində Avrasia İnkişaf Fondu komitəsinin və Marneuli Gənclər Şurasının üzvü olub. O, 2007–2011-ci ilər ərzində Müharibə və Sülh İnstitutu (IWPR), Qafqaz Jurnalistləri Şəbəkəsi, Regional Jurnalistlər Şəbəkəsi, İcma Radiosu, "Timer" qəzeti kimi media təşkilatlarında çalışıb. Zaur Darğalı 2008–2011-ci illərdə Marneuli Gənclər Mərkəzinin layihələr üzrə meneceri vəzifəsini icra edib. Həmçinin 2008–2011-ci illərdə müxtəlif layihələrdə fəal şəkildə iştirak edib, onlardan "Effektiv inteqrasiya naminə, daha yaxşı komunikasiya" (layihə eyni zamanda məcburi köçkün şəxslərlə bağlı məsələləri nəzərdə tuturdu), "Marneuli QHT-ləri inkişaf və əməkdaşlıq forumu" (layihə Marneulidə 12 QHT-nı əhatə edib) və s.
Zaur Dövlətov
Zaur Zahid oğlu Dövlətov (9 mart 1995; Abşeron rayonu, Azərbaycan — 12 noyabr 2020; Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Zaur Dövlətov 9 mart 1995-ci ildə Abşeron rayonunda anadan olmuşdur. Əslən Lənkəran rayonundandır. Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsində ali təhsil almışdır. Müharibəyə qədər Türkiyənin Antalya ilinin Kəmər ilçəsindəki beşulduzlu otellərin birində animator olaraq çalışırdı. Subay idi. == Hərbi xidməti == Zaur Dövlətov bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətdən tərxis olunduqdan sonra mülki fəaliyyətinə davam etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Zaur Dövlətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Zaur Hümbətov
Zaur Hüseynov
Zaur Hüseynov (dövlət xadimi) — "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri. Zaur Hüseynov (leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi. Zaur Hüseynov (mayor) — Vətən Müharibəsi Qəhrəmanı. Zaur Hüseynov (əsgər) — Vətən Müharibəsi şəhidi.
Zaur Həsənov
Zaur Həsənov (aqronom)
Zaur Həşimov
Həşimov Zaur Tahir oğlu (24 oktyabr 1981, Sumqayıt, Azərbaycan SSR) — azərbaycanlı futbolçu. == Həyatı == Zaur Tahir oğlu Həşimov 24 oktyabr 1981-ci ildə Sumqayıt şəhərində anadan olub. Futbola 7 yaşında başlayıb. Sumqayıt futbol məktəbinin yetirməsidir. İlk məşqçisi Tofiq Rzayev və Ağamusa Bağırov olmuşdur. == Karyerası == Premyer-liqada "U-18", "Şəfa" (Bakı), "Xəzər Universiteti" (İndiki İnter Bakı) klublarında oynayıb. 2007/08 mövsümündə "MKT-Araz" (İmişli) klubuna keçib. İlk oynunu UEFA kubokunda "Qroçilina" klubuna qarşı keçirib. İmişli təmsilçisi zəif oyundan sonra komanda dağılıb və Həşimov "Xəzər Lənkaran"a transfer olunub. Qış fasiləsində isə "Qarabağ"ın 4 nömrəsi olub.
Zaur Kabisov
Zaur Kabisov (oset. Къæбысты Зауыр, 27 iyul 1936 – 9 sentyabr 2014) — Osetiyalı yazıçı, jurnalist, publisist, osetin dilində ilk elmi-fantastik romanın müəllifi. == Bioqrafiyası == Zaur Kabisov kəndli ailəsində anadan olmuşdur. İbtidai məktəbi doğma kəndində, orta məktəbi isə Cava rayonu Kemult orta məktəbində bitirib. 1956-cı ildə Tsxinvali (Cənubi Osetiyanın paytaxtı) şəhərindəki Cənubi Osetiya Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsi, Osetiya şöbəsinə daxil olur. İnstitutu bitirdikdən sonra on iki il Cənubi Osetiya Muxtar Vilayətinin Leninqorsk rayonunda məktəb müəllimi olaraq çalışır. 1973-cü ildə Tsxinvali şəhərinə köçür və "Soveton İrıston" ("Sovet Osetiyası") vilayət qəzetinin redaksiyasında əvvəlcə tərcüməçi olaraq çalışır, lakin qısa müddət sonra müxbir olur. 1975-1992-ci illərdə "İriston" ("Osetiya") nəşriyyatında redaktor, 1992-2014 -cü illərdə Cənubi Osetiya Respublikası Yazıçılar Birliyinin orqanı olan "Fidiuaq" jurnalının məsul katib olaraq fəaliyyət göstərir. 1976-cı ildən SSRİ Yazıçılar Birliyinin üzvü, sonradan isə Cənubi Osetiya Birliyinin üzvü olur. Yazmağa hələ orta məktəb şagirdi ikən olarkən başlayır.
Zaur Kamal
Zaur Kamal (tam adı: Zaur Kamal oğlu Gülməmmədov, 19 dekabr 1974, Bolnisi rayonu) — Əməkdar mədəniyyət işçisi, müğənni, şoumen, radio dj, jurnalist, televiziya aparıcısı. == Həyatı == Zaur Kamal 19 dekabr 1974-cü ildə Bolnisidə anadan olmuşdur. Orta məktəbi Bolnisi rayonunda başa vurduqdan sonra 1993-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Televiziya rejisorluğu" fakültəsinə daxil olub. 1997-ci ildə təhsilini başa vurub. Evlidir, Bartu və Rüstəm adlı iki oğlan övladı var. == Karyerası == Zaur Kamal aparıcılıq fəaliyyətinə 1998-ci ildə başlayıb. İlk dəfə "Burc FM" (hazırda 100.5 FM) radiosunda "Poliqon" verilişinin aparıcısı olub. Daha sonra Xəzər TV-də teleaparıcılq fəaliyyətinə də başlayıb. Televiziyada ilk layihəsi "Ay Zaur" verilişi olub. Daha sonra "5-də 5" layihəsi ilə də məşhurlaşıb.