Zaur Zahid oğlu Dövlətov (9 mart 1995; Abşeron rayonu, Azərbaycan — 12 noyabr 2020; Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi.
Zaur Dövlətov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Abşeron rayonu, Azərbaycan |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Zahid Dövlətov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Vəzifəsi | atıcı |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri | 2021202020202020 |
Zaur Dövlətov 9 mart 1995-ci ildə Abşeron rayonunda anadan olmuşdur.[1] Əslən Lənkəran rayonundandır. Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsində ali təhsil almışdır. Müharibəyə qədər Türkiyənin Antalya ilinin Kəmər ilçəsindəki beşulduzlu otellərin birində animator olaraq çalışırdı. Subay idi.
Zaur Dövlətov bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətdən tərxis olunduqdan sonra mülki fəaliyyətinə davam etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Zaur Dövlətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Zaur Dövlətov 9 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı ağır yaralanmışdır və 3 gün sonra 12 noyabr tarixində müalicə aldığı xəstəxanada həlak olmuşdur.