Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zeyqəm Aslanov
Aslanov Zeyqəm Məhəmməd oğlu 1973-cü ilin iyul ayının 12-də Zərdab rayonunun Gödəkqobu kəndində anadan olmuşdur. 1990-cı ildə orta məktəbi bitirmiş, 1991-ci ildə hərbi xidmətə getmişdir. Naxçıvandakı 777 saylı hərbi hissədə qulluq etmişdir. Sonra Ağdam, Goranboy, Beyləqan, Füzuli və Tərtər bölgələrində mərdliklə vuruşmuşdur. Zeyqəm Aslanov 1994-cü ilin may ayının 12-də Tərtər rayonunun Seysulan kəndində qəhrəmancasına şəhid olmuşdur. Zeyqəm düşmənin 6 tankını sıradan çıxarmış, xeyli sayda canlı qüvvələrini məhv etmişdir. Aslanov Zeyqəm Məhəmməd oğlu Azərbaycan Respublikası Prezidentinin “Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında” 9 sentyabr 1994-cü il tarixli fərmanı ilə “Hərbi xidmətlərə görə” medalı ilə, 15 yanvar 1995-ci il tarixli fərmanla “Azərbaycan bayrağı” ordeni ilə təltif edilmişdir. Hazırda Zeyqəmin oxuduğu Gödəkqobu kənd tam orta məktəbi onun adını daşıyır.
Zəyəm
Zəyəm (Zaqatala) — Azərbaycanın Zaqatala rayonunda kənd. Zəyəm (Qax) — Azərbaycanın Qax rayonunda kənd. Zəyəm (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda qəsəbə.
Zəyəm (Qax)
Zəyəm — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Zəyəm kəndinin tarixi əsasən sak tayfalarının adı ilə bağlıdır. Belə ki, "zəyəm" sözünün özü də "sak" sözündən götürülüb. "Sakam" sözü zaman keçdikcə dəyişərək "zəyəm" sözünə çevrilib. Zəyəm kəndi] Lələli və Qındırğa kəndləri ilə birlikdə Zəyəm kənd ərazi dairəsini əmələ gətirir. Bu inzibati ərazi vahidi Zəyəm bələdiyyəsi tərəfindən idarə edilir. == Toponimikası == Zəyəm oyk., mür. Qax r-nunun eyniadlı i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. İlk dəfə X əsr mənbəyində çəkilir; Şəmkir r-nunda ştq.
Zəyəm (Zaqatala)
Zəyəm — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Kənd Muxax bələdiyyəsinin tərkibindədir.
Zəyəm (Şəmkir)
Zəyəm – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati-ərazi vahidində qəsəbə. Gəncə-Qazax düzənliyindədir. Keçmış adı Zeykəm (Zəyəm çayının adından götürülüb, dəli-dolu deməkdir) olmuşdur. 1594-cü ildə Gəncə-Qazax quberniyasının Zəyəm qəzası yaranıb. 1882-ci ildə onluq və iyirmilik qızıl sikkələr istehsal olunmuşdur. 1882-ci ildə Zəyəm Dəmiryol stansiyası tikilib. 1885-ci ildə Zəyəm orta məktəb (qızlar gimnaziyası) yaradılıb. 1930-cu ildə Zəyəm Dairəsi yaranıb burada icarayə komitəsi, milis və məhkəmə olub.1951-ci ildə Sabirkənd, Bayramlı kəndləri və Zəyəm qəsəbəsi bir sovetlik olub. 1967-ci il aprelin 20-də Zəyəm şəhər tipli qəsəbə adı verilib. Coğrafiyası yaşayış üçün əlverişlidir.
Zəyəm (şəhər)
Zəyəm və ya Bazari (gürcüː ბაზარი) - Zaqafqaziyada, Şərqi Gürcüstanın Kaxeti krallığının tərkibində olan keçmiş bir şəhər. Ticarət və sənətkarlıq mərkəzi kimi çiçəklənmə dövrü XV - XVII əsrlərə təsadüf edir. 1550-ci illərdə Səfəvi dövlətinin Qarabağ bəylərbəyliyinə birləşdirildi. Bu çox gümanki 1555-ci ildə imzalanan Amasya müqaviləsinin şərtlərinə görə baş verib. 1615-ci ildə Səfəvilərin bu bölgədəki hərbi əməliyyatları nəticəsində şəhərin taleyi dəyişdi. 1720-ci illərdə şəhər kiçik bir kəndə çevrildi. Zəyəm Azərbaycanın indiki Zaqatala bölgəsi ərazisində yerləşirdi, lakin şəhərin bu yerdə olmasına dair heç bir dəlil qorunub saxlanmamışdır. Zəyəm toponimi yalnız gürcü olmayan mənbələrdə tapılır; Gürcülər bunu "bazar" kimi tərcümə edirlər. == Etimologiyası və yerləşməsi == Gürcü mənbələrində bu şəhər Bazari ("bazar"), fars müəllifləri isə Zagam, Zagham və ya Zakam, Avropa müəllifləri - Zagem, Zagen, Zagain, Zegarn və Seggen adlandırdılar. == Tarixi == Bazari şəhəri ilk dəfə 1392-ci ildə gürcü mənbələrində qeyd edilmişdir.
Zəyəm Cırdaxan
Zəyəm Cırdaxan — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd yaşayış məntəqəsi. Rayon mərkəzindən 24 km qərbdə, Zəyəmçayının sahilində, dağ ətəyində yerləşir. Əhalisi əsasən kənd təsərrüfatı, heyvandarlıq və bağçılıqla məşğuldur. Orta məktəblər, mədəniyyət evi, kitabxana, 2 tibb məntəqəsi, mexanikləşdirilmiş daş karxanası var. == Tarixi == Kəndin adının mənası "Cird" tayfasının adından götürülmüşdür. Bundan əlavə kənddə bir neçə tayfa adları indi də qalmaqdadir, bunlardan ən qədimi Tomaxlı (Dümağlı) tayfasıdır. Tayfa haqqında məlumatlara XIII əsrə aid mənbələrdə də rast gəlinir. Kənddə yaşayış XII-XIII əsrdən mövcuddur. Bunu kənddə mövcud olan qədim atşəkilli və buğaşəkilli qəbir fiqurları, kənddə tapılmış qədim maddi-mədəniyyət nümunələri təsdiq edir. Kənndə yaşı XIII əsrə aid olan 3 qəbiristanlıq mövcuddur.
Zəyəm bələdiyyəsi
Zəyəm bələdiyyəsi (Qax) — Qax rayonunda bələdiyyə. Zəyəm bələdiyyəsi (Şəmkir) — Şəmkir rayonunda bələdiyyə.
Zəyəm mahalı
Zəyəm mahalı — Qarabağ bəylərbəyliyinin doqquz mahalından birir. (İndiki Şəmkir rayonunun Zəyəm (Şəmkir) qəsəbəsi) Zəyəm mahalı və ondan qərbdəki ərazi hələ Şah İsmayıl Xətai dövründən şəmşəddil tayfasının (zülqədər türk tayfasının bir qolu) irsi vilayəti idi. XVI-XVII əsrlərə aid körpü (Zəyəm çayı üzərində) dövrümüzə gəlib çıxmşdır.
Aşağı Zəyəm nahiyəsi
Aşağı Zəyəm nahiyəsi (Zegem-i Süflâ nahiyesi) — 1727 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətinin Xılxına livasının nahiyəsi
Yuxarı Zəyəm nahiyəsi
Aşağı Zəyəm nahiyəsi (Zegem-i Ulya nahiyesi) — 1727 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətinin Xılxına livasının nahiyəsi
Zəyəm Cırdaxan bələdiyyəsi
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarix == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Yeni Azərbaycan Partiyası == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zəyəm aranı nahiyəsi
Zəyəm aranı nahiyəsi — 1593 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətinin Gəncə sancağının nahiyəsi
Zəyəm bələdiyyəsi (Qax)
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zəyəm bələdiyyəsi (Şəmkir)
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarix == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Yeni Azərbaycan Partiyası == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Deyləm
Deyləm (ərəb. ديلام‎, fars. دیلمان‎) — Xəzər dənizinin qərbindəki dağlıq bölgənin tarixi adı. Şərqindəki Təbəristan (bugünkü Mazandaran) qərbindəki Gilanda geniş anlamla tarixi Deyləm bölgəsini əhatə edir. == Tarixi == Deyləm (Gilan) hakimi Mərzban ibn Məhəmməd axırıncı Saci hökmdarı Deysəmə (Sacilər dövlətində hakimiyyəti ələ keçirən qulam) 941-ci ildə qalib gəlib ölkənin paytaxtı Ərdəbili ələ keçirdi. Mərzban ibn Məhəmməd Salarilər (941-981) sülaləsindən olduğu üçün bu dövlət Azərbaycan tarixində Salarilər dövləti kimi tanınır. Mərzban ibn Məhəmməd çətin mübarizə şəraitində Sacilər dövlətinin hakimiyyəti altında olan Azərbaycan torpaqlarına sahib olaraq öz səltənətini möhkəmləndirməyə çalışırdı. Onun məqsədi Azərbaycanın qədim sərhədlərinin bütövlüyünə nail olmaq idi. Salarilər dövlətinin paytaxtı Ərdəbil şəhəri idi. Salarilər, çox keçmədən, Azərbaycanın şimal-qərb torpaqlarını və Şirvanşahlar dövlətini də özlərindən asılı hala saldılar, Dərbəndi ələ keçirdilər.
Heysəm
Heysəm (ərəb. هيثم‎) — ərəb mənşəli ad.
Zeynəb
Zeynəb, Zeynəbi-Kubra, Zeynəb bint Əli (ərəb. زينب بنت علي‎; 626, Mədinə – 682 və ya 684, Dəməşq) — Məhəmməd peyğəmbərin nəvəsi. Zeynəb hicrətdən 5 il sonra doğulub. O, beş ilə qədər babası Peyğəmbərlə bir zamanda yaşamışdır. Zeynəb aşura hadisəsindən sonra həm əsirlər karvanındakı qadınlara və uşaqlara rəhbərlik etmişdi. Zeynəb Əli və Fatimənin qızı idi. Hicrətin beş və ya altısında Mədinədə dünyaya gəlmişdir. Özü Hüseyn ilə birlikdə Kərbəlada yer alıb. Kərbəla döyüşü sonrasında Məhərrəmin onunda (Aşura günü) bir qrup tərəfdarlar ilə birlikdə əsir düşmüş və Kufəyə, oradan da Şama aparılmışdır. Əsarəti boyu başqa əsirləri qoruyub saxlaması ilə yanaşı insanları irşad edici, aydınlaşdırıcı xütbələr də oxumuşdur.
Zeytə
Zeytə - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km cənub-qərbdə, Arpaçayın bir qolu olan Zeytədərəsi çayının sahilində yerləşir. Erməni mənbələrində kəndin adı həm də Çopma, Çomap, Zeta, Çapma, Zeyvə kimi göstərilir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Yuxarıda qeyd etdik ki, kəndin qədim adları çox olmuşdur və biri də «Zeyvə»dir. Onda bu qənaətə gəlirik ki, Zeytə, Zeyvə sözünün fonetik formasıdır. Deməli, ərəb dilində «künc», «bucaq» mənasında işlənən zaviyə (>zeyvə >zeytə) sözündən əmələ gəlib. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zedsa qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 67 nəfər, 1873 - cü ildə 224 nəfər, 1886-cı ildə 261 nəfər, 1897-ci ildə 324 nəfər, 1916-cı ildə 403 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuşdur.
Zeyvə
Zeyvə — bir sıra ölkədə kənd adı: Azərbaycanda Zeyvə (Şabran) — Şabran rayonunda kənd. Zeyvə (Goranboy) — Goranboy rayonunda kənd. Zeyvə (Laçın) — Laçın rayonunda kənd. Zeyvə (Şərur) — Şərur rayonunda kənd. Zeyvə (İsmayıllı) — İsmayıllı rayonunda kənd. Kələzeyvə — İsmayıllı rayonunda kənd. Ermənistanda Böyük Zeyvə və ya Erməni-Zeyvə — Armavir əyalətinə daxil Üçkilsə rayonunda kənd (indiki adı Arataşen) Kiçik Zeyvə və ya Türk-Zeyvə — Armavir əyalətinə daxil Üçkilsə rayonunda kənd (indiki adı Taronik) Zeyvə (Qafan) — Ermənistan Respublikasının Sünik mərzində (1930–1995-ci illər aralığında Qafan rayonu tərkibində) yerləşən kənd. (indiki adı Davitbekdir) Zeyvə körpüsü — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda Gığı çayının üstündə körpü. İranda Zeyvə (Xalxal) — Ərdəbil ostanının Xalxal bölgəsində kənd. Zeyvə (Soyuqbulaq) — Zeyvə (Urmiya) — Zeyvə (Mərgavar) — Zeyvə (Germi) Türkiyədə Zeyvə (Antalya) — Antalya ilində kənd.
Bibişah Zeynəb
Zeynəb Paşa (az-əbcəd. زینب پاشا‎, fars. زینب پاشا‎) və ya Bibişah Zeynəb (fars. زینب پاشا‎), Zeynəb bacı (fars. ده باشی زینب‎), Onbaşı Zeynəb (fars. زینب باجی‎; Təbriz) — XIX əsrin axırlarında Təbrizdə aclıq zamanı taxıl anbarlarını açdırıb taxılı xalqa paylamış eləcə də Tənbəki üsyanınına rəhbərlik etmiş mübariz Azərbaycan qadını. == Həyatı == Bibişah Zeynəb, Onbaşı Zeynəb ləqəbləri ilə tanınan Zeynəb paşa Təbrizin Əmi Zeynəddin məhəlləsində kəndli ailəsində anadan olub. Atası Şeyx Süleyman çox kasıb olduğundan eləcə də yaşadıqları dövr çox qarışıq olduğundan Zeynəb hələ kiçik yaşlarından çox məşəqqətlər çəkmişdir. Zeynəb digər xanımlardan fərqlənərək öz üzünü niqabla örtməzdi. Məşrutə inqilabına qədər İrandakı vəziyyət stabil olmadığına görə yayda dövlət məmurları insanlardan buğdanı ucuz qiymətə alıb anbarlarda saxlayırdılar.
Bəndər Deyləm
Bəndər Deyləm — İranın Buşehr ostanının şəhərlərindən və Deyləm şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 19 829 nəfər və 4,426 ailədən ibarət idi.
Deyləm şəhristanı
Deyləm şəhristanı — İranın Buşehr ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Bəndər Deyləm şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 29,079 nəfər və 6,362 ailədən ibarət idi.
Heytəm Kenuey
Heytəm E. Kenuey (ing. Haytham E. Kenway) — "Assassin's Creed" videooyun seriyasında persona, seriyanın Amerika inqilabı dövrünü əhatə edən buraxılışlarında əsas personajlardan biri olan britaniyalı tampliyer. Heytəm "Assassin's Creed III" videooyununun ilk öncə protaqonisti, daha sonra isə antaqonisti olaraq təqdim edilir və "Assassin's Creed Rogue" videooyununda köməkçi personajdır. Onun keçmişinə daha sonra "Assassin's Creed: Forsaken" romanında toxunulur. Usta assasin Edvard Kenueyin oğlu olan Heytəm atasının öldürülməsindən sonra "Tampliyer Ordeni"nə qoşulur, nəticədə Şimali Amerika kolonial mərasiminin böyük ustadı olur və qitədə tampilyerlərin dominantlığının əsasını qoyur. O, özünün də xəbəri olmadan Radunhageydu, digər adı ilə Konnorun atası olur. Konnor "Assasinlər Qardaşlığı"na qoşulur və öz atasını döyüşdə öldürür. Heytəm "Assassin's Creed III" videooyununun satışa çıxarılmasından əvvəl oyunçuları təəccübləndirmək üçün oyunçu personaj kimi reklam edilməmişdi. Həmçinin, oyunun dörddə birində onun bir assasin olduğuna inanılır. Tənqidçilər tərəfindən mübahisəli qarşılanan oğlu Konnordan fərqli olaraq, Heytəm cazibədarlığı və mürəkkəbliyinə görə təriflənir və franşizanın ən yaxşı antaqonistlərindən biri kimi qiymətləndirilir.
II Heysəm
Heysəm ibn Məhəmməd (IX əsr, Şamaxı – X əsr) — Şirvanşahlar dövlətinin üçüncü hökmdarı, Şirvanşah Məhəmməd ibn Heysəmin oğlu, Əli ibn Heysəmin atasıdır. Üçüncü Şirvanşah Heysəm ibn Məhəmməd ibn Heysəm "atası kimi, Cənubi Dağıstanda "kafir" qonşuları ilə vuruşmuşdur. O, bir neçə kəndi Dərbənd qazilərinə vəqf vermişdi; bütün məhsulu daşıyıb yığmaq və əl-Babın korluq çəkən sərhəd vilayətlərinin sakinləri və qazilər arasında paylamaq üçün paytaxtında anbarlar tikdirmişdi.
Meysəm Nəqizadəh
Meysəm Nəqizadəh (fars. میثم نقی‌زاده‎, 20 may 1986) — 1986-cı ildə İranlının Mərənd şəhərində anadan olub. Meysəm Nəqizadəh Persepolis klubu, Yarımmüdafiəçi mövqeyində oynayır.
Meysəm Təmmar
Meysəm Təmmar (ərəb. ميثم التمار‎) Bənu Əsəd bir qadın aid bir qul idi. Əli ibn Əbi Talib (birinci Şiə İmami və dördüncü sünni Xəlifə) qadın bu qul alınmış və Allah yolunda pulsuz onu seçir. O, yüksək xarakter daşıyır və Allah, İslam Peyğəmbər və onun Atom al-Bayt gerçek bir lover bir adam idi. == Həyatı == Meysəm Yəhyanın oğlu idi. Onlar İraq və İranın arasında yerləşmiş Nəhrəvan məntəqəsindən idilər. Bəziləri Meysəmi iranlı hesab etmişlər. Ona Əbu-Salim də deyərdilər. Meysəm əvvəlcə bəni-Əsəddən olan bir qadının qulamı idi. Həzrət Əli onu həmin qadından alıb, azad etdi.
Onbaşı Zeynəb
Zeynəb Paşa (az-əbcəd. زینب پاشا‎, fars. زینب پاشا‎) və ya Bibişah Zeynəb (fars. زینب پاشا‎), Zeynəb bacı (fars. ده باشی زینب‎), Onbaşı Zeynəb (fars. زینب باجی‎; Təbriz) — XIX əsrin axırlarında Təbrizdə aclıq zamanı taxıl anbarlarını açdırıb taxılı xalqa paylamış eləcə də Tənbəki üsyanınına rəhbərlik etmiş mübariz Azərbaycan qadını. == Həyatı == Bibişah Zeynəb, Onbaşı Zeynəb ləqəbləri ilə tanınan Zeynəb paşa Təbrizin Əmi Zeynəddin məhəlləsində kəndli ailəsində anadan olub. Atası Şeyx Süleyman çox kasıb olduğundan eləcə də yaşadıqları dövr çox qarışıq olduğundan Zeynəb hələ kiçik yaşlarından çox məşəqqətlər çəkmişdir. Zeynəb digər xanımlardan fərqlənərək öz üzünü niqabla örtməzdi. Məşrutə inqilabına qədər İrandakı vəziyyət stabil olmadığına görə yayda dövlət məmurları insanlardan buğdanı ucuz qiymətə alıb anbarlarda saxlayırdılar.
Xınalıqlı Zeynəb
Xınalıqlı Zeynəb — XII əsrdə yaşamış xınalıqlı şairə. Xınalıqlı Zeynəb Şirvan şahı Böyük Mənuçöhrün sarayında şairə kimi fəaliyyət göstərmişdir.
Zeybək (rəqs)
Zeybək - Qərbi Anadolu bölgəsində məşhur bir rəqs. Zeybək özü növlərə bölünür. Bir şəxs tərəfindən oynanır və ya bir neçə oyunçunu bir dairədə təşkil edir. Zeybək xalqı qoruyan cəsur bir insanı təmsil edir. Zeybəki oynayan rəqqas, qollarını çiyinlərinin yanına, çiyinlərinə tərəf açar və bəzi oyunlarda əllərini dirsəklərdən bir qədər yığır. O, böyük addımlar atır və yavaş-yavaş hərəkət edir. Dizin bəzən bükülməsi və dizin bir nöqtəyə toxunması bu rəqsin açıq hərəkətidir. Zeybəklərin bu növü İzmir, Aydın, Manisa, Dənizli, Muğla və Uşak tərəflərində görülən Zeybək növləridir. Bu, Balıkəsirin Ege sahillərinə daxil ola bilər. Daxili Ege rəsmləri; Kütahya, Bursa, Afyonkarahisar, Balıkəsirdə şərq seqmentləri, Əskişəhir və Biləcik zeybək mövqeyini təsir etdi.
Zeybək rəqsi
Zeybək - Qərbi Anadolu bölgəsində məşhur bir rəqs. Zeybək özü növlərə bölünür. Bir şəxs tərəfindən oynanır və ya bir neçə oyunçunu bir dairədə təşkil edir. Zeybək xalqı qoruyan cəsur bir insanı təmsil edir. Zeybəki oynayan rəqqas, qollarını çiyinlərinin yanına, çiyinlərinə tərəf açar və bəzi oyunlarda əllərini dirsəklərdən bir qədər yığır. O, böyük addımlar atır və yavaş-yavaş hərəkət edir. Dizin bəzən bükülməsi və dizin bir nöqtəyə toxunması bu rəqsin açıq hərəkətidir. Zeybəklərin bu növü İzmir, Aydın, Manisa, Dənizli, Muğla və Uşak tərəflərində görülən Zeybək növləridir. Bu, Balıkəsirin Ege sahillərinə daxil ola bilər. Daxili Ege rəsmləri; Kütahya, Bursa, Afyonkarahisar, Balıkəsirdə şərq seqmentləri, Əskişəhir və Biləcik zeybək mövqeyini təsir etdi.
Zeynəb Məmmədyarova
Zeynəb Həmid qızı Məmmədyarova (3 oktyabr 1983, Sumqayıt) — Azərbaycan şahmatçısı, qadınlar arasında beynəlxalq qrosmeyster. == Həyatı == Zeynəb Məmmədyarova 1983-cü il oktyabrın 3-də Sumqayıt şəhərində anadan olub. 23 saylı orta məktəbin məzunudur. Azərbaycan Beynəlxalq Universitetini bitirib. Şahmat üzrə beynəlxalq dərəcəli qrosmeysterdir. Məşqçisi Həmid Məmmədyarovdur. == İctimai fəaliyyəti == 2009-cu ildə Sumqayıt bələdiyyəsinin üzvü, 2013-cü ilin sentyabr ayında isə Sumqayıt bələdiyyəsinin sədr müavini seçilmişdir. O, əsasən bələdiyyənin təşkilati, mədəni-kütləvi məsələləri ilə məşğul olur. === Uğurları === 18 yaşadək qızlar arasında Dünya birinciliyinin qalibi (İspaniya, 2000); 20 yaşadək qızlar arasında Avropa birinciliyinin qızıl mükafatçısı (Bakı, 2002); Ümumdünya Şahmat Olimpiadasının gümüş mükafatçısı (Sloveniya — öz taxtasında, 2002); 20 yaşadək qızlar arasında Dünya birinciliyinin bürünc mükafatçısı (Naxçıvan, 2003). == İstinadlar == == Xarici keçidlər == FIDE Chess Profile Zeinab Mamedjarova.
Zeynəb Paşa
Zeynəb Paşa (az-əbcəd. زینب پاشا‎, fars. زینب پاشا‎) və ya Bibişah Zeynəb (fars. زینب پاشا‎), Zeynəb bacı (fars. ده باشی زینب‎), Onbaşı Zeynəb (fars. زینب باجی‎; Təbriz) — XIX əsrin axırlarında Təbrizdə aclıq zamanı taxıl anbarlarını açdırıb taxılı xalqa paylamış eləcə də Tənbəki üsyanınına rəhbərlik etmiş mübariz Azərbaycan qadını. == Həyatı == Bibişah Zeynəb, Onbaşı Zeynəb ləqəbləri ilə tanınan Zeynəb paşa Təbrizin Əmi Zeynəddin məhəlləsində kəndli ailəsində anadan olub. Atası Şeyx Süleyman çox kasıb olduğundan eləcə də yaşadıqları dövr çox qarışıq olduğundan Zeynəb hələ kiçik yaşlarından çox məşəqqətlər çəkmişdir. Zeynəb digər xanımlardan fərqlənərək öz üzünü niqabla örtməzdi. Məşrutə inqilabına qədər İrandakı vəziyyət stabil olmadığına görə yayda dövlət məmurları insanlardan buğdanı ucuz qiymətə alıb anbarlarda saxlayırdılar.
Zeynəb Qəmbərova
Zeynəb Qəmbərova (12 iyun 1916, Ərəbocağı, Ərəş qəzası – 1978, Ərəbocağı, Ağdaş rayonu) - pambıq ustası. Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == Ağdaş rayonunda anadan olub. 1951-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 3, 5-8-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
Zeynəb Sevər
Zeynəb Sevər (türk. Zeynep Kübra Sever Demirel; d. 9 iyul 1989, İstanbul, Türkiyə) — "2009 Miss Belçika" gözəli Zeynəb Sevər Türkiyə millisinin qapıçısı Volkan Dəmirəl ilə 21 sentyabr 2010-cu ildə evlənmişdir. Cütlüyün 8 fevral 2014-cü ildə Yade adında bir qız övladı anadan olmuşdur. Bir müddət səhnədən uzaq qalan Zeynəb 2016-cı ilin oktyabr ayında 6 illik fasilədən sonra İstanbul Moda Həftəsində çərçivəsində təşkil edilən dəfilədə yenidən podiuma çıxmışdır.
Zeynəb Sultan
Zeynəb Sultan (1617-1619) - I Əhmədin qızıdır. Anasının kim olduğu bilinmir. Dünyaya gəldikdən bir neçə ay sonra atası vəfat etmişdir. Özü isə hələ 2 yaşında körpə ikən vəfat etdi.
Zeynəb Səlimova
Zeynəb Səlimova (d. Bakı ş.) — yazıçı, “Peşəkar Star” mükafatçısı. == Həyatı == Zeynəb Səlimova Bakıda dünyaya gəlib. Səkkizinci sinfədək 23 nömrəli məktəbdə oxuyub. Tam orta təhsilini 134 nömrəli məktəbdə alıb. 1997-2001-ci illərdə Qərb Universitetinin işgüzar inzibatçılıq fakültəsində beynəlxalq biznesin idarə olunması ixtisası üzrə bakalavr, 2001-2003-cü illərdə isə magistr dərəcələrinə yiyələnib. 2008-ci ildə iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib. == Əmək fəaliyyəti == 2001-ciildə turizm agentliklərinin birinin satış şöbəsində çalışıb. 2003-cü ildə ailə qurduğu üçün bir müddət heç yerdə işləməyib, 2005-ci ildə “Elegant Travel” turizm şirkətini yaradaraq dörd il həmin şirkətə rəhbərlik edib. Eyni zamanda akademik Ziya Səmədzadənin rəhbərliyi altında elmi iş üzərində işləyərək 2008-ci ildə iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib.
Zeynəb Xanlarova
Zeynəb Xanlarova (28 dekabr 1936, Bakı) — Azərbaycan müğənnisi, ictimai xadim, SSRİ xalq artisti (1980), Azərbaycan SSR xalq artisti (1975), Ermənistan SSR xalq artisti (1978), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1988), "Heydər Əliyev" ordeni laureatı (2016). Azərbaycan SSR Ali Sovetinin XI, XII çağırış deputatı, (1985–1995). Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV, V çağırış deputatı (1995–2020) == Həyatı == Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, 1956-cı ildə M. Ə. Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikomunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü. Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında Leyli və Əsli obrazlarını yaradıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur. Zeynəb Xanlarova Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarından biridir. Haqqında "Salam, Zeynəb!" adlı sənədli televiziya filmi çəkilib. == Yaradıcılığı == 1961-ci ildən Opera və Balet teatrının solistidir.
Bəlğəm
Bəlğəm (lat. sputum) — tənəffüsü təmin edən orqanların təmin etdikləri ağızdan çölə atılan sümüksüz maye.
Keygen
Key generator (key-gen) ya da Açar yaradan , bir proqram tətbiqindən istifadə etmək üçün aktivləşdirmək üçün lazım olan seriya nömrəsi kimi bir məhsul lisenziyalaşdırma açarı yaradan bir kompüter proqramıdır.
Zərgər
Zərgər — qızıldan düzəldilən məmulatların ustası. Zərgər (Füzuli) — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Zərgər (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd.
Rəqəm
Rəqəm və ya say — ədədləri yazmaq üçün istifadə edilən xüsusi işarə. == Tarixi == 1202-ci ildə riyaziyyatçı Leonardo Pizano (Leonardo Pisano) ərəb rəqəmlərinin adını çəkir. Hazırda istifadə edilən rəqəmlər Hindistandan gəlib və Avropa xalqları bu rəqəmlərlə ərəblərin sayəsində tanış olmuşlar. İlk dəfə XVI əsrdə yeni nömrələmə geniş şəkildə yayılmağa başlamışdır. Ərəb sistemi olan onluq say sistemi istənilən qədər böyük ədədi yazmağa imkan verir. Məlum olduğu kimi, Pifaqor, onun şagirdləri və davamçıları rəqəmlərin sayını azaldaraq 1–9 arasında saxladılar, çünki bu rəqəmlər başlanğıc rəqəmləridir, qalan rəqəmləri onlardan düzəltmək mümkündür. İyirmi əsr keçəndən sonra, məşhur Kornelius Aqrippa 1533-cü ildə nəşr etdiyi "Okkult fəlsəfəsi" əsərində həmin rəqəmləri və onların mənasını verdi. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Çeqem
Çeqem (şəhər)