Zeynəb Məmmədyarova

Zeynəb Həmid qızı Məmmədyarova (3 oktyabr 1983, Sumqayıt) — Azərbaycan şahmatçısı, qadınlar arasında beynəlxalq qrosmeyster.

Zeynəb Məmmədyarova
Zeynəb Məmmədyarova (Xantı-Mansi, 2017)
Zeynəb Məmmədyarova (Xantı-Mansi, 2017)
Ölkə
Doğum tarixi 3 oktyabr 1983(1983-10-03) (41 yaş)
Doğum yeri Sumqayıt
Azərbaycan Azərbaycan SSR
Təhsili
Titulu qrosmeyster
Son reytinqi 2295 (avqust 2016)
Maksimal reytinqi 2384 (iyul 2007)
FİDE nömrəsi 13401521
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zeynəb Məmmədyarova 1983-cü il oktyabrın 3-də Sumqayıt şəhərində anadan olub. 23 saylı orta məktəbin məzunudur. Azərbaycan Beynəlxalq Universitetini bitirib.[2]

Şahmat üzrə beynəlxalq dərəcəli qrosmeysterdir.

Məşqçisi Həmid Məmmədyarovdur.

İctimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2009-cu ildə Sumqayıt bələdiyyəsinin üzvü, 2013-cü ilin sentyabr ayında isə Sumqayıt bələdiyyəsinin sədr müavini seçilmişdir. O, əsasən bələdiyyənin təşkilati, mədəni-kütləvi məsələləri ilə məşğul olur[3].

  • 18 yaşadək qızlar arasında Dünya birinciliyinin qalibi (İspaniya, 2000);
  • 20 yaşadək qızlar arasında Avropa birinciliyinin qızıl mükafatçısı (Bakı, 2002);
  • Ümumdünya Şahmat Olimpiadasının gümüş mükafatçısı (Sloveniya — öz taxtasında, 2002);
  • 20 yaşadək qızlar arasında Dünya birinciliyinin bürünc mükafatçısı (Naxçıvan, 2003).
  1. 1 2 FIDE Ratings and Statistics (ing.).
  2. Hacı Əli Sobulu. Sobu ensiklopediyası. Bakı: Zərdabi Nəşr MMC. 2023. səh. 216. ISBN 978-9952-553-66-6.
  3. Zeynəb Məmmədyarova Sumqayıt bələdiyyəsində vəzifə aldı [ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]