Baloğlan Bağırov
Baloğlan Bağırov (tam adı: Baloğlan Həbib oğlu Bağırov; 23 yanvar 1966, Maştağa, Bakı, Azərbaycan SSR, SSRİ – 29 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.
== Həyatı ==
1966-cı il yanvarın 23-də Maştağa qəsəbəsində anadan olmuşdur. Azərquş sənaye birliyinin baytarlıq laboratoriyasında işləmişdir.
Ailəli olmuş, iki oğlu və bir qızı yadigar qalmışdır.
== Qanlı Yanvar faciəsi ==
Ad günü olan gün, yanvarın 23-də, saat 16.00-da Tbilisi prospektində benzindoldurma məntəqəsinin yaxınlığında, 1 nömrəli taksimotor parkının yanında hərəkət edən zaman hərbçilər heç bir səbəb olmadan onları atəşə tutmuş, Baloğlan döş qəfəsindən və qarın boşluğundan yaralanmışdır. Xəstəxanaya aparılmış, lakin aldığı xəsarətlərdən yanvarın 29-da xəstəxanada vəfat etmişdir.
Şəhidlər Xiyabanında dəfn edilmişdir.
== Xatirəsi ==
Yaşamış olduğu Maştağa qəsəbəsində adına küçə var.