Baloğlan Müdəhətoviç Nağıyev (29 oktyabr 1996; Tomsk, Tomsk vilayəti, Rusiya Federasiyası — 24 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Baloğlan Nağıyev | |
---|---|
Baloğlan Müdəhətoviç Nağıyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Tomsk, Tomsk vilayəti, Rusiya Federasiyası |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Suqovuşan, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Bərdə |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020, 2021, 2021 |
Baloğlan Nağıyev 29 oktyabr 1996-cı ildə Rusiya Federasiyası, Tomsk şəhərində anadan olub. Bərdə rayon Güloğlular kənd tam orta məktəbini bitirib.[2][3] 2014–2015-ci illərdə hərbi xidmətdə olub.[4]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Baloğlan Nağıyev Suqovuşan, Tərtər doyüşlərində iştirak edib. Müharibə zamanı sanitar təlimatçısı olub.
24 oktyabr 2020-ci ildə döyüşlər zamanı 530 yüksəkliyində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından həlak olmuşdur. Bərdə Şəhidlər xiyabanında torpağa tapşırılıb.[5]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Baloğlan Nağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[6]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Baloğlan Nağıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[7]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Baloğlan Nağıyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[8]