Aleksandr Petrov (basketbolçu)
Aleksandr Petrov (rus. Александр Петров; 14 may 1939, Bakı, Azərbaycan SSR, SSRİ — 5 may, 2001, Moskva, Rusiya) — sovet basketbolçusu, Olimpiya oyunlarının ikiqat mükafatçısı, SSRİ əməkdar idman ustası (1964).
== İdman karyerası ==
Aleksandr Petrov 14 may 1939-cu ildə Bakıda anadan olub. O, mərkəz mövqeyində çıxış edən ilk ucaboy sovet basketbolçularından biridir.
Aleksandr Petrov SSRİ yığmasının heyətində 1960-cı il Roma və 1964-cü il Tokio Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.
== Təhsili ==
Rusiya dövlət bədən tərbiyəsi, idman, gənclər və turizm universitetini bitirib.