DAŞ-BÖYÜRTKƏN

сущ. бот. костяника (растение из сем. розоцветных с красными съедобными ягодами)
DAŞ-BETON
DAŞ-DAŞ
OBASTAN VİKİ
Daş-böyürtkən
Daş-böyürtkən (lat. Rubus saxatilis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.
Böyürtkən
Böyürtkən (lat. Rubus subg. Rubus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. Böyürtkən və moruğun 250-dən çox növü vardır. Yabanı halda Asiya, Avropa və Amerika qitələrində geniş yayılmışdır. Qərbi Sibir, Qazağıstan, Orta Asiya və Qafaqazda yetişir. Azərbaycanın bütün zonalarında böyürtkən kolluqları vardır. Onun Azərbaycanda 15 növü yayılmışdır. Böyürtkən may ayından başlayaraq, avqusta qədər çiçəkləyir. Çiçəkləri ağ və ətirlidir.
Ağımtıl böyürtkən
Ağımtıl böyürtkən (lat. Rubus candicans) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Təbii yayılması == Yunanıstanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2 m-dək çatır. Gövdələri boz, budaqları yaşılımtıl, tikanlıdır. Yarpaqların kənarları iti, ürəkvari və ya silindirik olub, üzəri çatlı, sadə və ya mürəkkəb olub yarpaqaltılıqdır. Yarpaqları üstdən çılpaq, qarşı-qarşıya olub, bir saplaqda 3 yarpaq yerləşir ki, onlardan biri zoğun kənarında yerləşir. Yarpaq ayasının kənarları tikanlı olub, ucu bizdir. Çiçəkləri iki bəzən birevlidir, kasayarpaqcıq və ləçəkləri 5 (6-8)-dir, erkəkcik və yumurtalığı çoxdur. Çiçəkləmə may-iyun aylarında, meyvə əmələ gətirmə iyul-avqust aylarına təsadüf edilir.
Bozumtul böyürtkən
Göyümtül böyürtkən (lat. Rubus caesius) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şərqi Avrasi, Kiçik Asiya və İran hesab olunur. == Botaniki təsviri == Sildindirvari əksərən qövsvarı əyilmiş budaqlı, çox hündür olmayan koldur. Əksər budaqlar tüksüz ağımtıl, boz ləçəkli müxtəlif formalı kiçik tikanlı çox zaman tikansızdır. Yarpaqları enli lansetvaridir. Yarpaqları daim üç yarpaqcıqdan ibarətdir. Yarpaqcıqlar bir növ oturan hər iki tərəfdən yaşıl seyrək tüklü kənarı qeyri bərabər kəsik dişli ucdakı rombvari yumurtaşəkilli yandaılar bir qədər enli çəp yumurtavçari qaidədən dilimlidir. Çiçək saplağı bir qədər uzun çiçək qrupu s eyrək azçiçəkli süpürgədir. Kasa yarpaqları xırda keçətuklu çox zaman vəzili və meyvəyə yapışıq kimidir.
Bozumtultükcüklü böyürtkən
Bozumtultükcüklü böyürtkən (lat. Rubus canescens) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.
Bərktoxum böyürtkən
Daş-böyürtkən (lat. Rubus saxatilis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.
Göyümtül böyürtkən
Göyümtül böyürtkən (lat. Rubus caesius) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şərqi Avrasi, Kiçik Asiya və İran hesab olunur. == Botaniki təsviri == Sildindirvari əksərən qövsvarı əyilmiş budaqlı, çox hündür olmayan koldur. Əksər budaqlar tüksüz ağımtıl, boz ləçəkli müxtəlif formalı kiçik tikanlı çox zaman tikansızdır. Yarpaqları enli lansetvaridir. Yarpaqları daim üç yarpaqcıqdan ibarətdir. Yarpaqcıqlar bir növ oturan hər iki tərəfdən yaşıl seyrək tüklü kənarı qeyri bərabər kəsik dişli ucdakı rombvari yumurtaşəkilli yandaılar bir qədər enli çəp yumurtavçari qaidədən dilimlidir. Çiçək saplağı bir qədər uzun çiçək qrupu s eyrək azçiçəkli süpürgədir. Kasa yarpaqları xırda keçətuklu çox zaman vəzili və meyvəyə yapışıq kimidir.
Keçətüklü böyürtkən
Keçətüklü böyürtkən (lat. Rubus lanuginosus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Ümumi yayılması == Azərbaycanda və İranda təbii arealı vardır. == Azərbaycanda yayılması == Azərbaycanda təbii halda Lənkəran, Astara rayonları (Astaraçayın kənarı) ərazisində yayılmışdır. == Statusu == Azərbaycanın nadir bitki növüdür. LC. == Bitdiyi yer == Aşağı və orta dağ qurşağında meşəliklərdə, kolluqlarda və dəniz sahilində yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda dar bir arealda yayılmışdır. == Bioloji xüsusiyyətləri == Təbiətdə bitkinin əksər zoğları sarımtıl-yaşıl rəngdədir. Birilliklərdə isə silindir şəkillidir və sarımtıl tikanlıdır. Bitkinin yarpaqları 3–5 cüt yarpaqcıqdan ibarət olub yarpaqcığın üst tərəfi yaşıl tüklü, alt tərəfi isə boz tüklüdür.
Kələkötür böyürtkən
Kələkötür böyürtkən (lat. Rubus hirtus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Təbii yayılması == Fransada, Almaniyada, Avstriyada, Macarıstanda və Qafqazda təbii halda yayılmışdır. == Botaniki təsviri == Birillik budaqları seyrək tüklü, silindrvarı, üzəri qısa sarımtıl tikanlı və vəzili, yerə yatıq koldur. Üçər, az halda beşər tünd yaşıl, nazik. kənarı tam olmayan ikiqat dişli, hər iki tərəfdən tüklü, ucu şişləşmiş yarpaqcıqlıdır. Yarpaqaltlığı xətvarıdır. Çiçəkləri 1,5-2 sm diametrində, kasayarpaqları sıx vəzili çox zaman xırda tikancıqlı çiçək açanda kənara qatlanmış olur. Ləçəkləri ağdır. Meyvəverən budaqları tüklü, sıx, yatıq, vəzilidir.
Qanşirəli böyürtkən
Qanşirəli böyürtkən (lat. Rubus sanguineus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda, Rusiyada, Stavropolda, Kabardın Balkarda yayılmışdır. == Botaniki təsviri == Yarpaqları oval, saplaqlı, mürəkkəb, 3-7 yumurtavari xırda yarpaqlardan ibarətdir, gövdədə növbəli yerləşir. Yarpaq ayasının üstü tünd yaşıl, alt tərəfi ağımtıl, xırda tükcüklərlə örtülmüşdür. Yarpaqların qoltuqlarında qarışıq tumurcuqlar formalaşır. İkinci il onlardan yan budaqlar, salxımvari çiçək qrupunda toplanan ağ öz-özünü tozlanan, diametri təxminən 1 sm olan ikicinsli çiçəklər formalaşır. Çiçəkləmə dövrü iyun-iyulda baş verir və 20-25 gün davam edir. Şaxələnmiş çiçək yatağında tükcüklü, sarı, qırmızı və ya qara rəngli çəyirdək formalaşır. == Ekologiyası == Şaxtaya davamlı, işıqsevən bitkidır.
Salxımvari böyürtkən
Tüklü böyürtkən
Tüklü böyürtkən (lat. Rubus tomentosus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Təbii yayılması == Avopada, Orta Balkan yarımadasında, Kiçik Asiyada və İranda geniş yayılmışdır. == Botaniki təsviri == Birillik, budaqları qövsvarı əyilmiş, tilli, üzəri yatıq keçətüklü, az halda tüksüz, müxtəlif formalı tikanlı koldur. Çiçək oxu düz yönəlmiş, çökək, az tikanlıdır. Çiçək qrupu sıx, uzunsov, çoxçiçəkli salxımdır. Kasayarpağı kül rəngli boz keçətüklü, aşağıya yönəlmişdir. Meyvəsi uzunsov şar formalı, bir qədər qurudur. İyun-avqust aylarında çiçəkləyir və meyvə verir. == Ekologiyası == Çay kənarlarında rütubətli yerlərdə bitir.
Uzunmeyvəli böyürtkən
Uzunmeyvəli böyürtkən (lat. Rubus dolichocarpus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Ümumi yayılması == Gürcüstanda təbii arealı vardır. == Azərbaycanda yayılması == Quba rayonunun dərələrində və meşə kənarlarında yayılmışdır. == Statusu == Azərbaycanın nadir bitki növüdür. LC. == Bitdiyi yer == Aşağı və orta dağ qurşağında meşə və yol kənarınd çay, bulaq yaxınlığında yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Təbiətdə alçaqboylu koldur. Bitkinin birillik zoğları qövsvarı əyilmiş, uzun tüklü və düz və ya zəif əyilmiş tikanlıdır. Yarpaqları iri olub 5 yarpaqcıqlıdır.
Uzunsovmeyvə böyürtkən
Şirinmeyvəli böyürtkən
Şirinmeyvəli böyürtkən (lat. Rubus discolor) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.
Yapışqanyarpaq böyürtkən
Yapışqanyarpaq böyürtkən (lat. Rubus ulmifolius) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Sinonimləri == Rubus abruptus Lindl. Rubus aetneus Tornab. Rubus albescens Boulay & Gillot Rubus amoenus var. hispanicus (Willk.) Willk. Rubus amoenus var. microphyllus Lange Rubus appenninus Evers Rubus bellidiflorus hort. ex K.Koch Rubus bujedanus Sennen & T.S.Elias Rubus castellanus Sennen & T.S.Elias Rubus cocullotinus Evers Rubus crispulus Gand. Rubus discolor Syme Rubus discolor Weihe & Nees Rubus discolor subsp.
Daş (1977)
Daş — rejissorlar Hafiz Əkbərov və Əsgər Məmmədovun filmi. == Məzmun == Dağıdıcı qüvvə rəmzi olan daş müxtəlif dövrlərdə görkəmini dəyişərək(ox, güllə, raket) planetdə yaşayan adamlara dərd-bəla gətirir. Film dünya xalqlarını müharibələrin qadağan edilməsi, yer üzündə sülhün bərqərar olması uğrunda həmrəyliyə çağırır. Kinolent böyüklər üçün nəzərdə tutulmuşdur. == Film haqqında == Film mətnsizdir. Film şair Əli Kərimin eyniadlı şeri əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Əli Kərim Ssenari müəllifi: Sabir Rüstəmxanlı, Paşa Kərimov Quruluşçu rejissor: Hafiz Əkbərov, Əsgər Məmmədov Quruluşçu rəssam: Elçin Axundov Bəstəkar: Xəyyam Mirzəzadə Operator: Rafiq Əmirov Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı: Yuri Meşşeryakov, Vaqif Məmmədov, Rauf Dadaşov, Vahid Talıbov Rejissor assistenti: Sima Qurbanova Rəssam assistenti: Zəkiyyə Mahmudova Montaj edən: Nisə Hacıyeva Rəssam: Hüseyn Cavid İsmayılov, Arifə Hatəmi, Solmaz Hüseynova, Lalə Məmmədova (Lalə Ağacanova kimi), Cəvahir Quliyeva, Nataliya Albitskaya, Firəngiz Quliyeva Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: R. Rəşidov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Daş kərtənkələləri
Qayalıq kərtənkələsi (lat. Darevskia) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinə aid heyvan cinsi. Üstəlik dişisiz çoxalan növləri vardır. Bu cinsin Latın dilində adı rus herpetoloqu İlya Sergeyeviç Darevsinin (1924-2009) şərəfinə adlandırılıb. Kiçik və orta ölçülü kərtənkələlərə daxildir və bədəninin uzunluğu 55–80 mm-dir. Başı aşkarcasına dirdədir. == Təsnifatı == Bu cinsə 20 Biseksual və 7 Partenoqenez növ daxildir. Beş növ əvvələr mübahisəli növ olan Lacerta saxicola daxil edilirdi. 1999-cı ildə bu növlər Yaşıl kərtənkələlər (Lacerta) cinsində ayrılmış və müstəqil cinsə daxil edilmişdir. Azərbaycan kərtənkələsi (Darevskia raddei Uzzell et Darevsky, 1973) Alp kərtənkələsi (Darevskia alpina Darevsky, 1967) Ermənistan kərtənkələsi (Darevskia armeniaca Méhely, 1909) Darevskia bendimahiensis (Eiselt et Schmidtler, 1994) Brauner kərtənkələsi (Darevskia brauneri Méhely, 1909) Qafqaz kərtənkələsi (Darevskia caucasica Méhely, 1909) Yaşılqarın kərtənkələ (Darevskia chlorogaster Boulenger, 1908) Türkiyə kərtənkələsi (Darevskia clarkorum Darevsky et Vedmederja, 1977) Dağıstan kərtənkələsi (Darevskia daghestanica Darevsky, 1967) Dalya kərtənkələsi (Darevskia dahli Darevsky, 1957) Elbrus kərtənkələsi (Darevskia defilippii Camerano, 1877) Artvin kərtənkələsi (Darevskia derjugini Nikolsky, 1898) Çarnal kərtənkələsi (Darevskia dryada Darevsky et Tuniyev, 1997) Lindholm kərtənkələsi (Darevskia lindholmi Lantz et Cyrén, 1936) Acar kərtənkələsi (Darevskia mixta Méhely, 1909) Qırmızıqarın kərtənkələ (Darevskia parvula Lantz et Cyrén, 1913) Kür kərtənkələsi (Darevskia portschinskii Kessler, 1878) Luqov kərtənkələsi (Darevskia praticola Eversmann, 1834) Rüstəmbəy kərtənkələsi (Darevskia rostombekowi Darevsky, 1957) Gürcüstan kərtənkələsi (Darevskia rudis Bedriaga, 1886) Darevskia sapphirina (Schmidtler 1994) Qayalıq kərtənkələsi (növ) (Darevskia saxicola Eversmann, 1834) Ağqarın kərtənkələ (Darevskia unisexualis Darevsky, 1966) Darevskia uzzelli (Darevsky et Danielyan 1977) Valentin kərtənkələsi (Darevskia valentini, Boettger 1892) Lepidodactylus lugubris (FITZINGER 1843) == Yayılma əraziləri == Qayalıq kərtənkələrəri əsasən Qafqazın bütün bölgələrində, Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya və bundan başqa Bolqarıstan, İran, Rumıniya, Türkiyə ərazilərində rast gəlinir.
Daş məscid
Daş məscid ― 1325-ci ildə Elxanilər dövründə Şərqi Azərbaycanın, Sərab şəhristanının, Əsnəq kəndində tikilmiş məscid.
Daş palıd
Daş palıd (lat. Quercus ilex) - palıd cinsinə aid bitki növü. == Təbii yayılması: == Vətəni Аrаlıq dənizi sаhilləri, Gənubi Аvrоpа, Şimаli Аfrikа, Kiçik Аsiyаdır. == Botaniki təsviri: == Hündürlüyü 20m, gövdəsinin diаmеtri 60 sm оlаn, iri gövdəli, gеniş çətirli, həmişəyаşıl аğаcdır. Cаvаn budаqlаrının qаbığı hаmаr, tünd bоzumtul rəngli, gövdəsinin qаbığı isə qеyri-bərаbər çаtlıdır. Zоğlаrı bоzumtul kеçəli, yаrpаqlаrı kiçik, 8 sm-dək, fоrmаcа çоx dəyişkən, dərili, pаrlаq, tünd yаşıl, аlt tərəfi sаrımtıl və yа аğımtıl tükcüklüdür. Tumurcuqlаrı bоz rəngli, sıx tüklərlə örtülmüşdür. Yаrpаqlаrın sаplаğı 1-2 sm uzunluqdа оlub, sıx tüklüdür. Yаrpаqlаrı оvаl, еllips və yа neştər fоrmаlıdır. Üst tərəfdən yаşıl, çılpаq və yа tüklüdür.
Daş paradoksu
Daş paradoksu — Bu paradoksa görə Allah qaldıra bilməyəcəyi qədər ağır bir daş yaradarsa onu qaldıra bilməz, bu da onun hər şeyi edə bilmədiyini göstərər. Allah belə bir daş yarada bilməzsə bu da onun hər şeyi yarada bilmədiyini göstərər.
Daş vələmirquşu
Daş vələmirquşu (lat. Emberiza cia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü. == Haqqında == Azərbaycanda Qafqaz yarımnövü yaşayan politipik növdür . Dağlarda yaşayan başqa vələmirquşlarından gözünün üstündəki açıq rəngli zolaq və dimdiyindən başlayaraq gözündən keçməklə yanaqlarını haşiyələyib dimdiyinin yanında qurtaran qara zolaqla seçilir. Erkəyin beli, döşü və qaşı kürənimtil – qəhvəyi, başı və çinədanı bozdur. Qanadları və quyruğu qonurdur. Quyruğunun yanları ilə ağ zolaqlar uzanır. Dişilərin və cavanların rəngi daha tutqundu. Yuvalama dövründə cüt-cüt və tək-tək, çoxalmadan sonra isə sürü ilə gəzir. Yerdə yemlənir.
Daş yuxular
Daş yuxular — Əkrəm Əylislinin qalmaqallı romanı. Romanın sonunda qeyd olunduğu kimi əsər 2006-cı ilin iyul ayında yazıçı Əylisdə olarkən yazılmağa başlanmış və 2007-ci ilin iyun ayında yazıçı Bakıda olarkən başa çatmışdır. Roman orijinal olaraq Azərbaycan dilində yazılmış sonradan isə "Drujba narodov" (azərb. "Xalqlar dostluğu"‎) jurnalı üçün M.Hüseynzadənin redaktəsi ilə müəllifin özü tərəfindən rus dilinə tərcümə edilmişdir. Bu hadisədən sonra: Əkrəm Əylislinin oğlu gömrük polkovnik-leytenantı Nəcəf Naibov işdən çıxarılıb. Əkrəm Əylisli Azərbaycan Respublikasının 4-cü prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən və Azərbaycan Respublikasının xalq yazıçısı fəxri adından məhrum edilib. == Personajlar == Nuvariş Qarabağlı (aktyor, Saday Sadıqlının yaxın dostu); Saday Sadıqlı (məşhur Azərbaycan aktyoru); Fərid Fərzani (həkim-cərrah, Saday Sadıqlının əməliyyatı və müalicəsi ilə məşğul olan şəxs); Abasəliyev (məşhur psixiatr, Saday Sadıqlının qaynatası); Azada xanım (Saday Sadıqlının həyat yoldaşı, həkim Abasəliyevin qızı); Böyük Bəy (Xalq Cəbhəsinin rəhbəri); Qreta Minasova (teatrda qarderobçu işləyən qadın); Şahqacar Armaqanov (əslən Şuşadan olan, Baksovetdə işləyən məmur); Mopassan Mirələmov (teatr direktoru); Xəlilullah Xəlilov (Uluruh Turanməkan kimi də tanınan şair); Culyeta (Nuvariş Qarabağlının sayca 3-cü həyat yoldaşı). == Nəşri == Roman 2012-ci ilin dekabrında Rusiyada nəşr olunan "Drujba narodov" (azərb. "Xalqlar dostluğu"‎) jurnalında çap olunmuşdur. == İctimai rəy == 31 yanvar 2013-cü il tarixində Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatının üzvləri romana etiraz məqsədilə Əkrəm Əylislinin evinin qarşısında icazəsiz aksiyası keçirmişdir.
Daş əməliyyatı
Daş əməliyyatı və ya Dəliliyin müalicəsi (ing. The Stone Operation) — Holland rəssam İeronim Bosxun çəkdiyi tablo. Yağlı boya ilə taxta üzərində çəkilmiş rəsm, 1475–1480-ci illər arasında hazırlanmıştır. Hündürlüyü 48 sm, eni isə 35 sm olan tablo, hal-hazırda Madriddəki Prado muzeyində mühafizə olunur. == Əsər haqqında == İeronim Bosxun məişət mövzulu ilk əsəri olan Daş əməliyyatı, dövrün insanlarının cahilliyini əks erdirir. Əsərdə təsvir olunan hadisə o dövrdə məşhur olan daş əməliyyatıdır. Dəlilərin başlarında daş olduğuna inanan savadsız insanlar, fırıldaqçı həkimlərin daşı çıxararaq onları müalicə edəcəyinə inanır. Şəkildə əməliyyatı həyata keçirən həkimin başındakı qıf onun yalançı olduğuna bir işarədir. Göründüyü kimi həkim dəlinin başından, gözlənilənin əksinə daş yox gül çıkarır. Beləliklə rəssam bu əsərlə fırıldaqçı həkimləri ifşa etməyə çalışır.
Daş əsri
Daş dövrü — insanların mədəni-tarixi inkişafında böyük rol oynamış dövr. Bu dövrdə əsasən əmək aləti və silah kimi daşdan istifadə olunmuşdur. Daş dövrü üç hissəyə ayrılır: Paleolit dövrü, Mezolit dövrü, Neolit dövrü. Paleolit dövrü özü də üç hissəyə ayrılır: Alt Paleolit, Orta Paleolit, Üst Paleolit. == Paleolit == Paleolit dövrü öz növbəsində üç dövrə bölünür: Alt Paleolit, Orta Paleolit, Üst Paleolit. Alt Paleolit: 1,5 milyon il bundan əvvəldən 100 min il əvvələ qədər davam etmişdir. Bu dövrdə ibtidai birlik forması Ulu icma və ya İbtidai sürü mövcud olmuşdur. 700 min il bundan əvvəl ibtidai insanlar odla tanış olmuşlar. Arxeoloji qazıntılar nəticəsində insanların toteizmə inandığı aşkar edilmişdir. Onlar müxtəlif heyvanlara sitayiş etmişlər.Alt paleolit əsasən Azıx mağarası (Füzuli r.) əsasında öyrənilmişdir.