DƏJDƏMƏX’
DƏLAZAR
OBASTAN VİKİ
Adi dəlibəng
Adi dəlibəng (lat. Datura stramonium) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin dəlibəng cinsinə aid bitki növü. == Təbii yayılması == Cənub-şərqdə, Astraxan, Volqoqradda, az miqdarda Samarski və Saratovsk vilayətlərində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5-dək olan mil köklü, güclü budaqlı, birillik ot bitkisidir. Gövdəsi düzdayanan, çəngəlvari budaqlanmış, çılpaqdır. Yarpaqları növbəli, bütöv yumurtavari, iri oyuqlu-dişli, ucu biz, saplaqlı, üstü tünd yaşıl, alt tərəfi açıqdır. Ağ rəngli ucda və ya qoltuqda yerləşən iri, tək çiçəkləri qoxuludur. Ağ qıfvari büküklü çiçək tacı və kasacığı bitişik yarpaqlı, beş hissəlidir. İyun-avqustda çiçəkləyir. Meyvəsi-dörd yuvalı, dörd laylarla açılan, iynələrlə örtülmüş qutucuqdur.
Adi dəlixiyar
Adi dəlixiyar (lat. Ecballium elaterium) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin dəlixiyar cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 10-50 sm olan çoxillik ot bitkisidir. Bir neçə qısa gövdə əmələ gətirir. Yarpaqları iri, yumurtavari-ürəkvari, zəif dilimlidir. Bütövlüklə cod nahamardır. Tacı kifayət qədər böyük, açıq sarı rəngdədir. Meyvəsi uzunsov, ovalvari, toxunduqda sürətlə sıçrayıb şirə buraxır. May-avqust aylarında çiçəkləyir, iyun-noyabr aylarında meyvə verir. == Mənşəyi və yayılması == Adi dəlixiyar kserofil coğrafi tipinin aralıq dənizi sinfinin aralıq dənizi qrupuna aiddir.
Anal dəlik
Anal dəlik və ya anus (Lat. Anus; Mənası: "Halqa", "çevrə" [1]) həzm sisteminin sonunda yer alan və defekasiya prosesini yerinə yetirən dəlik. Əsas vəzifəsi defekasiya olan anal dəliyin açılması və qapanmasını daxili və xarici büzüşmüş əzələlər (sfinkter) nəzarət edir. Daxili anal sfinkter iradi, xarici anal sfinkter isə qeyri-iradi şəkildə hərəkət edir. Anus, qadınlarda uşaqlıq yolunun, kişilərdə isə testis kisəsinin arxasında yer alır.
Ağ dəlik
Ağ dəlik —Ümumi nisbilik nəzəriyyəsində ağ dəlik , enerji - maddə , işıq və məlumat ondan qaça bilsə də, xaricdən daxil edilə bilməyən fəza - zaman və təkliyin hipotetik bölgəsidir . Bu mənada o, yalnız xaricdən daxil ola bilən və enerji-materiya, işıq və informasiyanın çıxa bilməyəcəyi qara dəliyin əksidir. Əbədi qara dəliklər nəzəriyyəsində ağ dəliklər meydana çıxır . Gələcəkdə qara dəlik bölgəsinə əlavə olaraq, Eynşteyn sahə tənliklərinin belə bir həlli keçmişində ağ dəlik bölgəsinə malikdir. Bu bölgə cazibə qüvvəsinin çökməsi nəticəsində əmələ gələn qara dəliklər üçün mövcud deyil, ağ dəliyin əmələ gəlməsi üçün müşahidə edilən fiziki proseslər də yoxdur. Superkütləvi qara dəliklərin (SBH) nəzəri olaraq hər qalaktikanın mərkəzində olacağı proqnozlaşdırılır və ola bilsin ki, qalaktika onlarsız yarana bilməz. Stephen Hawking və başqaları bu SBH-lərin superkütləvi ağ dəlik/ Biq Partlayış yaratmasını təklif etdilər . == Baxış. == Qara dəliklər kimi ağ dəliklər də kütlə , yük və bucaq momentumu kimi xüsusiyyətlərə malikdir . Onlar hər hansı digər kütlə kimi materiyanı cəlb edirlər, lakin ağ dəliyə doğru düşən cisimlər heç vaxt ağ dəliyin hadisə üfüqünə çata bilməz (baxmayaraq ki, Schwarzschild məhlulu maksimum genişlənmişdir )., aşağıda müzakirə edildiyi kimi, keçmişdə olan ağ dəlik hadisə üfüqü gələcəkdə qara dəlik hadisələri üfüqünə çevrilir, ona görə də ona doğru düşən hər hansı bir obyekt sonda qara dəlik üfüqünə çatacaq).
Aşıq Ədalət Dəlidağlı
Ədalət Dəlidağlı (Ədalət Hacıbaba oğlu Qaraşov; 1 fevral 1967, Yellicə, Kəlbəcər rayonu) — Azərbaycan aşığı. Azərbaycanın Əməkar mədəniyyət işçisi (2007). == Həyatı == Ədalət Dəlidağlı 1967-ci il fevralın 1-də Kəlbəcər rayonunun Yellicə kəndində anadan olub. 1985-ci ildə orta məktəbi bitirdikdən sonra Kəlbəcərdəki yeddiillik musiqi məktəbində təhsil alıb. Hələ uşaq yaşlarından saz çalmağa başlayan Ədalətin ilk ustadı o zamanlar Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən aşıqlar ansamblının rəhbəri Əliş Quliyev olub. Saza olan sevgisi, yanğısı onu saz sənətinin sirlərinə daha dərindən yiyələnməsinə vadar edib. Məhz bu sirlərə yiyələnmək üçün sonralar “Bala Ədalət” Qəmkeş Allahverdidən, 1993-1998-ci illərdə isə Azərbaycanın əməkdar incəsənət xadimi, ustad aşıq, “Şöhrət” ordenli, prezident təqaüdçüsü Ədalət Nəsibovdan mükkəməl dərs almışdır. Ədalət Dəlidağlı gənc yaşlarından uğur qazanmağa, sevilməyə başlamışdır. Ona ilk uğuru gətirən 1989-cu ildə Gəncədə keçirilən “Gənc ozan” müsabiqəsində iştirakı olur. Daha sonra ustadı aşıq Ədalət Nəsibovla birlikdə İraqda keçirilən “Ozan-folklor” müsabiqəsində iştirak edərək, bu müsabiqənin qalibi olur.
Bu ürək dəlidir (film, 1997)
Bu ürək dəlidir (hind: दिल तो पागल है; Rom: Dil To Pagal Hai) - rejissor Yaş Çopra tərəfindən çəkilmiş və 31 oktyabr 1997-ci ildə ekranlara çıxan Hindistan gənc filmidir. Baş rollarda Şah Rukh Khan, Madhuri Dixit və Karisma Kapoor oynamışdır. Filmin süjet xətti musiqi truppasının üç rəqqasının həyatından bəhs edir. Şahrux Xan və Yaş Çopranın Qorxu və Qaçırılmamış gəlin filmindən sonra müştərək iştirak etdiyi üçüncü filmdir. Bu ürək dəlidir filmi ilin ən çox gəlir gətirən filmi olmuşdur. Filmin şüarları bunlardır: “...və arzular reallaşacaq!” Həm də: “Bir yerdə kimsə sizin üçün yaradılmışdır.” == Süjet xətti == Rahul (Şahrux Xan) və Nişa (Karişma Kapur) yaxın dostdurlar. Onların bir rəqs qrupu vardır və onlar üçün rəqs hər şeydir. Ayağı zədələndikdən sonra bir müddət rəqsdən uzaqlaşmalı olan Nişanın yerinə həm çox gözəl və həm də yaxşı rəqqasə olan Pooja (Madhuri Dixit) rəqs qrupuna qatıldıqdan sonra işlər dəyişməyə başlayır.
Böyük Dəllər
Böyük Dəllər - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı. == Tarixi == 1828-1832-ci illərdə kənddə ermənilər də məskunlaşmışdır. == Əhalisi == 1886-cı ilə aid məlumata görə kəndin əhalisi türklərdən və ermənilərdən ibarət idi. XX əsrin 20-ci illərində Azərbaycan türkləri tədricən sıxışdırılmışdır == Toponimi == Kənd ermənicə Mets Sepasar adlandırılmışdır. XVII əsrin əvvəllərinə aid erməni mənbədə Kotak (Dərəçiçək) mahalında Dolular kimi qeyd olunmuşdur. XIX əsrdə Qars əyalətinin Kaqızman dairəsində Dəlilər, Azərbaycanda Ağsu, Saatlı və Şamaxı rayonlarında, Gürcüstanın Dmanisi r-nunda Dəllər kənd adları ilə mənşəcə eynidir. Telələr adından fonetik formadır. Qədim türk mənşəli Tele tayfasının adını əsk etdirir. V əsrdə 100 min alaçıqdan ibarət tele tayfası İrtış çayının keçərək qərbə doğru hərəkət etmiş və Cənub-Şərqi Avropa çöllərinə gəlmişdir. Burada onlar qıpçaqlara qarışmışlar.
Bənövşəyi dəlibəng
Adi dəlibəng (lat. Datura stramonium) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin dəlibəng cinsinə aid bitki növü. == Təbii yayılması == Cənub-şərqdə, Astraxan, Volqoqradda, az miqdarda Samarski və Saratovsk vilayətlərində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5-dək olan mil köklü, güclü budaqlı, birillik ot bitkisidir. Gövdəsi düzdayanan, çəngəlvari budaqlanmış, çılpaqdır. Yarpaqları növbəli, bütöv yumurtavari, iri oyuqlu-dişli, ucu biz, saplaqlı, üstü tünd yaşıl, alt tərəfi açıqdır. Ağ rəngli ucda və ya qoltuqda yerləşən iri, tək çiçəkləri qoxuludur. Ağ qıfvari büküklü çiçək tacı və kasacığı bitişik yarpaqlı, beş hissəlidir. İyun-avqustda çiçəkləyir. Meyvəsi-dörd yuvalı, dörd laylarla açılan, iynələrlə örtülmüş qutucuqdur.
Cənub dəlizoğalı
Cənub dəlizoğalı == Təbii yayılması == İlk dəfə Qafqazda təsvir edilmişdir; Krımda, Volqanın aşağı sahillərində təbii halda bitir. == Botaniki təsviri == Boyu 4 metrə çatan, geniş çətirli, tutqun yaşıl rəngli koldur. Yarpaqlarının uzunluğu 9 sm-ə qədərdir, saplaqlı, dəyirmi və ya geniş pazvarıdır, damarları 4-5 cüt olmaqla aydın seçilir, üst tərəfdən parlaq-yaşıl, alt tərəfdən nisbətən solğun, tükcüklüdür. Çiçək qrupu 6 sm enində olub, qalxanvarı çətirdə yerləşir. Kasacığı qısa dişlidir, daxildən tükcüklüdür, ləçəkləri neştərvaridir. May-iyun aylarında çiçəkləyir, meyvəsi avqust-sentyabr aylarında yetişir. Meyvəsi kürəvarıdır, qaramtıl, çəyirdəklidir. Toxumunun 1000 ədədi 48-50 qramdır. Kök pöhrələri ilə yaxşı çoxalır. == Ekologiyası == Çay kənarlarında, qayalarda, rütubətli yerlərdə bitir.
Daxili burun dəliklilər
Daşlıq dələsi
Daşlıq dələsi (lat. Martes foina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. == Qısa təsviri == Bədənin uzunluğu 45-54 sm, quyruğun uzunluğu 25-35 sm-dir. Çəkisi 1700-1800 qramdır. Xarici görünüşcə meşə dələsinə çox oxşayır. Lakin meşə dələsinin boğazının altı bütünlüklə narıncı-sarı rəngdə olduğu halda, daşlıq dələsinin boğazının altındakı tamamilə ağdır. Ona görə də bu dələyə ağdöş dələ deyirlər. == Yayılması == Daşlıq dələsinin hazırkı arealı Qərbi Avropa, Ön, Orta, Mərkəzi və Şərqi Asiya ölkələrinin ərazisini əhatə edir. Dəniz səviyyəsindən 3000 m-dək yüksəkliklərə qalxırlar. Xəz-dərili heyvan kimi ABŞ Viskonsiya ştatına introduksiya edilmişdir.
Dikduran dəlitərə
Dikduran dəlitərə (lat. Hypecoum erectum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin dəlitərə cinsinə aid bitki növü.
Doktor Strenc: Dəliliklərin multikainatında (film, 2022)
Doktor Strenc: Dəliliklərin multikainatında – Marvel Comics personajı Doktor Strencin ikinci filmi. Film 2016-cı il istehsalı Doktor Strenc filminin davamıdır. Filmin 2022-ci ilin 6 mayında yayımlanmışdır. Doktor Strenc filminin rejissoru və köməkçi yazar Scott Derrickson , 2016-cı ilin oktyabr ayında qədər davam filmi planlayırdı. Filmin adı ilk dəfə 2019-cu ilin iyul ayında elan edildi və Bartlett oktyabr ayında filmin ssenarisini yazmaq üçün işə alındı. Derrickson 2020-ci ilin yanvarında rejissorluqdan istifa etdi. Sonrakı ayda Valdron layihəyə qatıldı ve aprel 2020-yə qədər filmin resijjoru kimi fəaliyyət göstərdi. Filmin çəkilişləri 2020-ci ilin noyabr ayında Londonda başladı, amma COVID-19 pandemiyası səbəbiylə 2021-ci ilin yanvar ayına kimi dayandırlıldı. == Mövzusu == Amerika Çaves və Dr. Strencin alternativ versiyası Vişanti Kitabını axtararkən kainatlar arasında kosmosda bir cin tərəfindən təqib edilir.
Dəlayir-i Süfla (Xudabəndə)
Dəlayir-i Süfla (fars. دلايرسفلي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 578 nəfər yaşayır (129 ailə).
Dəlayir-i Ülya (Xudabəndə)
Dəlayir-i Ülya (fars. دلايرعليا‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 283 nəfər yaşayır (63 ailə).
Dəli
Dəli
Dəli (dəqiqləşdirmə)
Dəli
Dəli Abdullah Paşa
Dəli Abdullah Paşa (d. 1756 — ö. 3 mart 1855) — II Mahmud səltənətində 4 ay 20 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı.
Dəli Alı
Dəli Alı (tam adı: Dəli Alı Məhərrəm oğlu, 1857, Annenfeld – 1917) — Azərbaycanın xalq qəhrəmanı. == Həyatı == Dəli Alı Məhərrəm oğlu 1857-ci ildə Şəmkirin Keçili kəndində anadan olub. Həyatının gənc çağlarından çobanlıq etməyə başlayıb. Alı və qardaşı Aslan Qovlarasarı kəndində çobanlıq edirdi. Çar məmuru Alının atası Məhərrəm kişini vergi ödəmədiyinə görə qətlə yetirir və bu səbəbdən Alı məmurdan atasının qisasını alır. Ondan sonra Alıgilin Keçilidə yaşamı çətinləşir və onlar Goranboyun Qarasuçu kəndinə köçürlər. Goranboyda yaşadıqları zaman Gəncənin Bağmanlar qəsəbəsindən olan İbrahim adlı bir nəfərin sürülərini otarırdılar. Yay qabağı Göyçənin Canəhmədli yaylağına heyvanları aparardılar. Göyçəyə gedəndə erməni pristavı onların qarşısını kəsir və atışma başlayır. Nəticədə Alı pristavı öldürür.
Dəli Domrul
Duxa Qоca oğlı Dəli Domrul— Kitabi-Dədə Qorqudda obraz. V boyda işlədilmişdir. "Duxa" "Kitabi-Dədə Qorqud"un antroponimiyasına daxil olan, lakin müasir antroponimiyamızda işlənməyən adlardandır. Bu antroponimik vahiddən bəhs edən Ş.Cəmşidov və E.Əlibəyzadə onun formalaşmasında zahiri səslənmə-alliterasiya, yaxud poetiklik yaratma keyfiyyətlərini əsas götürmüşlər. Deli Dumrul əhvalatı Türk xalq inancında "Aylanu" motivinin ən gözəl və ən mükəmməl olaraq törədildiyi yerdir. "Domrul" antroponimi Mirəli Seyidov, Tofiq Hacıyev, Arif Acalov, Osman Mirzəyev və başqa müəlliflərin diqqətini cəlb etmişdir. Onun leksik-semantik xüsusiyyətləri, antroponimik vahid kimi formalaşmasında "nəsil verən", "həyat başlanğıcı" kimi keyfiyyətin əsas olması həmin müəlliflər tərəfindən təsdiqlənmişdir."Duxa Qoca" antropоnimik vahidi isə araşdırmalardan kənarda qalmışdır. Mövcud tədqiqatlarda "Duxa" antroponiminin yalnız yunanlardakı "Duka" şəxs adından olduğu göstərilir.Göründüyü kimi, "Duxa" antroponiminin leksiksemantik xüsusiyyətləri, onun yaranması üçun əsas olan apelyativin tarixi-linqvistik baxımdan araşdırılması, həmçinin həmin vahidin adyaratma üçün seçilmə, yaxud motivləşmə səbəbi müəyyənləşdirilməmişdir. S.Əliyarov göstərir ki, Duxa Qoca ilkin şəkildə "Dukak" və ya "Tokak" variantında işlənmişdir. "Tokak" variantı daha qədimdir.
Dəli Hüseyn Paşa
Dəli Hüseyn Paşa (ö. 1659) IV. Murad və I. İbrahim dönəmlərində iki dəfə, ümumilikdə 5 il Kaptan-ı dəryalıq, IV. Mehmed dönəmində də 28 fevral 1656 - 5 mart 1656 tarixləri arasında altı gün sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. == Həyatı == Hüseyn Paşa Bursanın Yenişehir kəndində dünyaya gəlmişdir. Osmanlı sarayına odun işləri ilə maraqlansın deyə alınmışdır. Səfəvi şahı tərəfindən göndərilən və qırılması mümkün olmayan kamanı qırması ilə sarayda məşhurlaşdı. Əndərunda, saray ağaları bölməsində təhsil almışdır. 1632 tarixində Kaptan-ı dəryalığa gətirilmişdir. Bir müddət sonra başlayan İrəvan Səfərinə kaptan-ı dərya olaraq qatıldı. İrəvan qalasının fəthindən sonra Azərbaycana edilən hücumlarda iştirak etmişdir. Səfəri dönüşü 1635 tarixində Misir Bəylərbəyi təyin edildi və 2 il bu vəzifədə qaldı.
Dəli Hüsrəv Paşa
Dəli Hüsrəv Paşa (d. 1495 - ö. 15 dekabr 1544) — Yavuz Sultan Səlim və Sultan Süleyman Qanuni səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == == Mənbə == Haydar Çelebi, Rûznâme (Feridun Bey, Münşeât içinde), I, 462, 472, 479, 498, 507, 543-544, 577, 579, 581, 583, 584; Matrakçı Nasuh, Sefer-i Irâkeyn, s. 238, 260; Ârifî Fethullah, Süleymannâme (nşr. Esin Atıl), New York 1986, s. 139, 183; Celâlzâde, Tabakātü’l-memâlik, vr. 162a, 163a, 216b, 297b, 304b, 307b, 310b, 332b, 366a, 368b, 369a; a.mlf., Selimnâme (nşr. Ahmet Uğur – Mustafa Çuhadar), Ankara 1990, s. 382, 401, 414, 441; Sâî, Tezkiretü’l-bünyan, s.
Dəli Kür
"Dəli Kür" əsəri — böyük Azərbaycan yazıçısı İsmayıl Şıxlının geniş oxucu kütləsinin rəğbətini qazanmış və XIX əsrin sonlarında baş verən mürəkkəb tarixi proseslərin Azərbaycan xalqının həyatında əmələ gətirdiyi əsaslı dəyişiklikləri realistcəsinə göstərən bir əsərdir. Əsər tamamlanaraq çap olunduqdan düz 2 il sonra, yəni 1969-cu ildə isə həmin əsərin motivləri əsasında "Dəli Kür" adlı film çəkilmişdir. == "Dəli Kür" əsəri haqqında == Əsərdə Azərbaycan xalqının milli oyanış dövrünün ziddiyyətli hadisələri təsvir edilir və bu əsər milli-tarixi roman janrının nümunələrindən biri sayılır. Bununla belə, həmin əsərdə ailə-məişət məsələləri də geniş təsvir olunmuşdur. Yazıçı 1957-ci ildə ilk romanı olan "Ayrılan yollar" adlı əsərinin nəşr olunmasının ardınca 10 il ərzində yorulmadan "Dəli Kür" adlı əsəri yazmağa başlamış və onu 1967-ci ildə müvəffəqiyyət ilə tamamlamağa nail ola bilmişdir. == "Dəli Kür" əsərinin qısa məzmunu == "Dəli Kür" adlı əsərdəki hadisələr kiçik bir Azərbaycan kəndi olan Göytəpədə cərəyan edir. Roman kəndin ağası və nüfuzlu bir mülkədar olan Cahandar ağanın Allahyar adlı bir şəxsin həyat yoldaşı Mələyi götürüb qaçması ilə başlayır. Daha sonra hadisələr yüksələn xətt ilə inkişaf edir. Cahandar ağanın birinci həyat yoldaşı Zərnigar xanım olanlara narazılığına bildirərək Mələyi evdən qovmağa cəhd edir. Cahandar ağanın böyük oğlu Şamxal anasını haqlı sayaraq atası ilə toqquşur və evi tərk edir.
Dəli Kür (film, 1969)
Dəli Kür — 1969-cu ildə yazıçı İsmayıl Şıxlının eyniadlı romanı əsasında Hüseyn Seyidzadənin çəkdiyi tammetrajlı bədii filmi. == Məzmun == Kinoromanda keçən əsrin əvvəllərində Azərbaycanın qabaqcıl ziyalılarının formalaşmasından, ilk mütərəqqi pedaqoqların fəaliyyətindən, qabaqcıl ziyalıların Zaqafqaziya xalqlarına göstərdikləri köməkdən və insanlarda azadlıq şüurunun formalaşmasından söhbət gedir. == Film haqqında == Film aktrisa Zemfira İsmayılovanın kinoda ilk işidir. Film aktyor Cahangir Mehdiyevin kinoda ilk işidir. Film Elçin Şıxlının kinoda ilk işidir. Cahandar ağa İsmayıl Şıxlının babası olub. Film yazıçı İsmayıl Şıxlının eyniadlı romanının motivləri əsasında lentə alınmışdır. Filmin sonluğunu rejissor Hüseyn Seyidzadə ilkin variantda belə çəkmişdi: Cahandar ağa kazak başçısını qamçıladıqdan sonra kazaklarla vuruş başlayır və kazaklar onu arxadan güllələyir. Lakin sovet kinotənqidçiləri bunu qəbul etmir və qeyd edirlər ki, necə olursa olsun bir azərbaycanlı rusu döyə bilməz. Buna görə də rejissor məcbur olur həmin səhnəni kəssin, sonda Allahyar Cahandarı öldürür, çox gözəl çəkilən filmin sonluğu bərbad hala gətirilir.
Dəli Pyotr
I Pyotr və ya Pyotr Alekseyeviç Romanov (Rusca: Пётр I Великий, Пётр Алексеевич Романов; 30 may (9 iyun) 1672, Moskva – 28 yanvar (8 fevral) 1725, Sankt-Peterburq) — ilk Rusiya imperatoru. 7 may 1682-ci ildə qardaşı V İvanla birlikdə taxta çıxmış, 1696-cı ildə qardaşının vəfatı ilə Çar Rusiyasının yeganə hakimi olmuşdur. Döyüş meydanında qazandığı ard-arda qələbələrlə, Rus çarlığını Avropanın güclü dövlətləri sırasına daxil etmiş, Azov və Baltik dənizi sahillərindəki liman şəhərlərini ələ keçirərək rus donanmasının da əsasını qoymuşdur. Həmçinin ölkədə mədəni, elmi və sosial islahatlar apararaq müasirləşmə hərəkatına da rəhbərlik etmişdir. Pyotrun islahatları ölkədə uzun müddət tətbiq edildi və hökumət strukturunun bir çox qurumları məhz bu dönəmdə yaradıldı. Pyotr eyni zamanda 1917-ci ilədək Rusiyanın paytaxtı olan Sankt-Peterburq şəhərinin də təməlini qoymuşdur. == Həyatı == === İlk illəri və taxta çıxışı === Pyotr 9 iyun 1672-ci ildə Moskvada dünyaya gəlmişdir. Atası Rus çarı I Aleksey, anası isə onun ikinci xanımı olan Naruşkin ailəsinə mənsub Nataliya Narışkinadır. Saray qeydlərinə görə, yeni doğulan körpə olduqca sağlam idi və anasının qara çəkik gözlərini almışdı. Saray xadimlərindən Nikita Zotov və Patrik Qordon kimi xadimlər körpə Pyotrun təlim-tərbiyəsiylə məşğul oldular.
бюстга́льтер двойня́шка диспепси́ческий заползти́ открыва́лка отха́ркивать пропуска́ние то́нко гноми́ческий деко́кт истребле́ние пошатну́ть прика́тывать разбо́рка распоряди́тельница растыка́ться нохра calico follow about inappreciable kapellmeister proglottis puerilism stepped typhonic