Dəli Hüseyn Paşa

Dəli Hüseyn Paşa (ö. 1659) IV. MuradI. İbrahim dönəmlərində iki dəfə, ümumilikdə 5 il Kaptan-ı dəryalıq, IV. Mehmed dönəmində də 28 fevral 1656 - 5 mart 1656 tarixləri arasında altı gün sədrəzəm olmuş Osmanlı dövlət adamıdır.

Dəli Hüseyn Paşa
Osmanlı Sədrəzəmi
28 fevral 1656 – 5 mart 1656
ƏvvəlkiErməni Süleyman Paşa
SonrakıZurnazən Mustafa Paşa
Şəxsi məlumatlar
Doğum tarixi 1610
Doğum yeri
Vəfat tarixi Yedikule zindanları
Vəfat yeri İstanbul,Osmanlı imperatorluğu
Fəaliyyəti siyasətçi
Hərbi xidmət
Qoşun növü hərbi dəniz qüvvələri
Rütbəsi Admiral

Hüseyn Paşa Bursanın Yenişehir kəndində dünyaya gəlmişdir. Osmanlı sarayına odun işləri ilə maraqlansın deyə alınmışdır. Səfəvi şahı tərəfindən göndərilən və qırılması mümkün olmayan kamanı qırması ilə sarayda məşhurlaşdı. Əndərunda, saray ağaları bölməsində təhsil almışdır.

1632 tarixində Kaptan-ı dəryalığa gətirilmişdir. Bir müddət sonra başlayan İrəvan Səfərinə kaptan-ı dərya olaraq qatıldı. İrəvan qalasının fəthindən sonra Azərbaycana edilən hücumlarda iştirak etmişdir. Səfəri dönüşü 1635 tarixində Misir Bəylərbəyi təyin edildi və 2 il bu vəzifədə qaldı. Daha sonra İstanbula çağrıldı və Anadolu Bəylərbəyi təyin olundu.

Sultan IV. Muradla bərabər Bağdad səfərinə qatıldı. Mühasirə müddətində 2 qalanı zəbt etdi və Bağdadda yaranan qarışıqlığı yatırdı. Sultan IV Murad bu uğurları səbəbi ilə Hüseyn Paşanı qübbə vəziri elan etmiş, 1639 tarixində sədarət vəkili təyin edilmişdir. Sultan I. İbrahimin taxta keçməsi ilə yenidən kaptan-ı dəryalığa gətirildi. Qara dəniz ticarətinə mane olan rus-kazak quldurları səbəbi ilə Qara dəniz səfərinə çıxdı və 30 quldur gəmisini zərərsizləşdirərək İstanbula göndərmişdir. Daha sonra ard-arda 1641 tarixində Özi, 1642 tarixində Bosniya və 1644 tarixində Budin bəylərbəyi təyin edildi. Nəhayət 1646 tarixində Hanya Mühafizəçiliyinə təyin edildi. Döyüşlərdə göstərdiyi cəsarəti ilə dəli ləqəbi almış, qışda Krit adasına hücuma keçmişdir. Bu səfər zamanı resmo və Sivrihisar qalaları başda olmaqla bir çox şəhəri ələ keçirmişdir. Qan və barıtla dolan Resmo qalasını təmir etdirmiş, şəhərdəki kilsələrdən birini məscidə çevirərək ibadətə açmışdır.

İstanbula döndükdən sonra Rumeli Bəylərbəyliyinə təyin edildi. Ancaq özündən sonra sədrəzəmliyə gətirilən Körpülü Mehmed Paşa tərəfindən rəqib olaraq görülmüş və Yedikule (Yediqüllə) zindanlarına həbs olundu. 1659 tarixində orada boğdurularaq edam edildi.