Dəli Kür

Kitab cildinin üz qabığı.

"Dəli Kür" əsəri — böyük Azərbaycan yazıçısı İsmayıl Şıxlının geniş oxucu kütləsinin rəğbətini qazanmış və XIX əsrin sonlarında baş verən mürəkkəb tarixi proseslərin Azərbaycan xalqının həyatında əmələ gətirdiyi əsaslı dəyişiklikləri realistcəsinə göstərən bir əsərdir. Əsər tamamlanaraq çap olunduqdan düz 2 il sonra, yəni 1969-cu ildə isə həmin əsərin motivləri əsasında "Dəli Kür" adlı film çəkilmişdir.

"Dəli Kür" əsəri haqqında[redaktə | mənbəni redaktə et]

Əsərdə Azərbaycan xalqının milli oyanış dövrünün ziddiyyətli hadisələri təsvir edilir və bu əsər milli-tarixi roman janrının nümunələrindən biri sayılır. Bununla belə, həmin əsərdə ailə-məişət məsələləri də geniş təsvir olunmuşdur. Yazıçı 1957-ci ildə ilk romanı olan "Ayrılan yollar" adlı əsərinin nəşr olunmasının ardınca 10 il ərzində yorulmadan "Dəli Kür" adlı əsəri yazmağa başlamış və onu 1967-ci ildə müvəffəqiyyət ilə tamamlamağa nail ola bilmişdir.

"Dəli Kür" əsərinin qısa məzmunu[redaktə | mənbəni redaktə et]

"Dəli Kür" adlı əsərdəki hadisələr kiçik bir Azərbaycan kəndi olan Göytəpədə cərəyan edir. Roman kəndin ağası və nüfuzlu bir mülkədar olan Cahandar ağanın Allahyar adlı bir şəxsin həyat yoldaşı Mələyi götürüb qaçması ilə başlayır. Daha sonra hadisələr yüksələn xətt ilə inkişaf edir. Cahandar ağanın birinci həyat yoldaşı Zərnigar xanım olanlara narazılığına bildirərək Mələyi evdən qovmağa cəhd edir. Cahandar ağanın böyük oğlu Şamxal anasını haqlı sayaraq atası ilə toqquşur və evi tərk edir. Kiçik oğlu Əşrəf isə atasının etirazlarına baxmayaraq, Qori Müəllimlər Seminariyasına oxumaq üçün gizlicə yola düşür. Cahandar ağa sonda kazakların əlinə keçməmək üçün Kürdə boğulmağa razı olur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  • "Dəli Kür" Ismayıl Şıxlı
  • "Tarix: yaxından və uzaqdan" Yaşar Qarayev. Bakı,Sabah,1996

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]