FEN

сущ. фен (прибор для сушки волос подогретым воздухом)
FEMİNİZM
FENASETİN
OBASTAN VİKİ
Ay Fen
Ay Fen (çin. 艾芬; 1974) — Çində Uhan Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinin müdiri. O, dünyada koronavirus epidemiyasının başlandığını elan edən ilk həkim olmuşdur. Çində nəşr edilən "People" jurnalı tərəfindən yayımlanan bir məqalədə ona "The whistle-giver" (发哨子的人) adı verilmişdi(发 哨子 的 人) (ilk həyəcan təbilini çalan). Məqalə Çin senzurası tərəfindən dərhal məhv edilmişdi. Lakin senzuranı keçmək üçün Çin internetində emoji, Morze əlifbası ilə tərcümə edilmiş repostlar şəklində saxlanılmışdır. == Həyatı == Ay Fen Tonzi Tibb Kollecini (indi Xuaçjun Elm və Texnologiya Universitetinin bir hissəsi) bitirib və Uhan Mərkəzi Xəstəxanasının ürək-damar xəstəlikləri şöbəsində çalışıb. 2010-cu ildən o, xəstəxananın təcili yardım şöbəsinə rəhbərlik etmişdir. == COVID-19 epidemiyası == Ay Fen 2019-cu il dekabrın 18-də ilk dəfə koronavirusa yoluxmuş xəstə ilə üzləşib. Belə ki, həmin gün Uhan Mərkəzi Xəstəxanasına indiyə qədər müşahidə olunmayan qəribə tənəffüs yolu iltihabı ilə 65 yaşlı bir kişi müraciət edib.
Sverre Fen
Sverre Fen (14 avqust 1924[…], Konqsberq[d], Buskerud[d] – 23 fevral 2009[…], Oslo) — Norveç memarı. == Həyatı == Sverre Fen Norveçin Buskerud bölgəsində yerləşən Konqsberq şəhərində anadan olub. İkinci dünya müharibəsindən sonra Osloda aldığı memarlıq təhsilindən sonra Norveçin əsas memarlarından birinə çevrilmişdir. 1952-1953-cü illərdə Mərakeşdə olduğu zamanlarda bu ölkənin memarlığını öyrəndi.Bu dövrlərdəki memarlıq kəşfləri həyatının qalan hissəsində vacib rol oynamışdır. Daha sonra 2 il Parisdə yaşayan Sverre Fen Jan Pruvun ofisində işlədi. Bu zaman Le Kurbuse ilə tanış oldu. 1954-cü ildə Norveçə qayıdan memar bu zamandan etibarən ofisini açıb layihələrini hazırlamağa başlamışdır. 34 yaşında ikən 1958-ci ildə Brüsseldə keçirilən Ekspo sərgisində məşhurlaşdı. Onun 60-cı illərdəki ən məşhur işi Norveçin Hamar şəhərində yerləşən Hedmarks Muzeyi (1967-1979) idi. Digər maraqlı və məşhur işləri arasında Oslo şəhərindəki Şreyner Evi (1963) və Bambl şəhərində yerləşən Bask Evi (1990) də yer alır.
2012-ci il fenomeni
2012-ci il fenomeni — 21 dekabr 2012-ci ildə planetlərin paradı olacağı və dünyanın qaranlıq olacağı və ya dağılacağı iddia olunurdu. Dünyanın bir çox alimləri bu iddiaları rədd etsələr də kütləvi informasiya vasitələrinin ardıcıl təbliğatı nəticəsində müəyyən cəmiyyətlər bu iddialara inanmağa başlamışdır.
Aechmea fendleri
Aechmea fendleri (lat. Aechmea fendleri) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Ajax fenestralis
Yalançı nərgizgülü (lat. Narcissus pseudonarcissus) - nərgizgülü cinsinə aid bitki növü. == Sinonim == Ajax breviflos Haw. Ajax cambricus Haw. Ajax capax M.Roem. Ajax cernuus Haw. Ajax cuneifolius Haw. Ajax fenestralis Gray Ajax festalis (Salisb.) Salisb. Ajax festalis var. plenissimus Haw.
Bell fenomeni
Bell fenomeni — normal halda göz qapağının qapanması zamanı göz alması fizyoloji olaraq yuxarı hərəkət edir; Bell iflicində göz qapağının qapanmaması səbəbi ilə göz almasının bu hərəkətinin görülməsi və harəkətin sonunda sadəcə skleranın görünməsinə Bell fenomeni adı verilir.
Bidens fengjiensis
Bidens fengjiensis (lat. Bidens fengjiensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Brickelliastrum fendleri
Bulbophyllum fenixii
Bulbophyllum fenixii (lat. Bulbophyllum fenixii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Calamintha fenzlii
Pulqar yarpızı, Giləmərzə (lat. Mentha pulegium) — dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik, qısa tüklü bitkidir. Gövdəsi düz, yatan və ya bir qədər qalxan çoxbudaqlı, hündürlüyü 15-30 sm-dir. Yarpaqları qısa saplaqlı, 1-2 sm uzunluqda, 5–10 mm enində, oval və ya yumurtavari, ucları küt, qıraqları azacıq dişciklidir. Çiçəkqrupu çoxsaylı, diametri 10–15 mm olan çoxçiçəkli çiçək köbələrindən ibarətdir. Kasacığı ikidodaqlı, xaricdən tüklüdür. Tacı 5–7 mm uzunluqda, kasacıqdan iki dəfə uzun, əlvan çəhrayı rənglidir. Fındıqcıqları xırda, 0,5 mm uzunluqda, yumrudur. == Yayılması == == Arealı == Giləmərzə növü Makaroneziya, Avropa, Efiopiya, eləcə də Aralıq dənizi sahillərindən İrana qədər yayılmışdır.
Ceyk Fenleyson
Ceyk Fenleyson (2 fevral 1993-cü ildə anadan olub) — ABŞ Futbol Liqası təmsilçilərindən olan Orlando Siti B klubunda qapıçı kimi çıxış edən peşəkar ABŞ futbolçusudur. == Karyerası == === Kollec === Fenleyson öz karyerasına 2012-ci ildə Akron Universitetinin kollec futbolu komandasında başlamışdır. 2015-ci ilə qədər bu klubda oynamışdır. 2011-ci ildə qırmızı köynəklilərin də şərəfini qorumuşdur. === Peşəkar === Fenleyson 4 fevral 2016-cı ildə ABŞ Futbol Liqası təmsilçilərindən olan Orlando Siti B klubu ilə müqavilə imzalamışdır.
Ceyms Fenimor Kuper
Ceyms Fenimor Kuper (ing. James Fenimore Cooper; 15 sentyabr 1789 - 14 sentyabr 1851) — məşhur Amerika yazıçısı. Amerika romantizminin ilk görkəmli nümayəndələrindən biri olan Ceyms təkcə öz vətənində deyil, eləcə də dünyanın bir çox ölkələrində yaxşı tanınır. Macəra romanlarının və ovçu Natti (Nataniel) Bamponun sərgüzəştləri haqqında çoxsaylı əsərlərin müəllifidir. Həmin seriyadan olan "Sonuncu mogikan" əsəri onun yaradıcılığının zirvəsi hesab olunur. == Kuperədək Amerika... == ...İstiqlaliyyət uğrunda gedən müharibədə xalq kütlələri böyük qəhrəmanlıq göstərmiş, onların sayəsində qazanılan qələbədən isə iri torpaq və sənaye sahibləri öz mənafeləri üçün istifadə etmişdilər. Amerika burjua inqilabı torpaq və quldurluq məsələlərini heç də mübarizəyə qoşulanların arzuladıqları kimi həll edə bilməmişdi. Azadlıq, bərabərlik və torpaq gözləyən sadə amerikalılar aldadılmışdılar. Amerika romantizmini yaradan səbəblərdən biri bu idi.
Chamaesyce fendleri
Euphorbia fendleri (lat. Euphorbia fendleri) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Daphnidostaphylis fendleri
Adi ayıqulağı (lat. Arctostaphylos uva-ursi) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin ayıqulağı cinsinə aid bitki növü. == Yayılması == Şimali Amerika və Avrasiyanın şimalında geniş yayılmışdır. Seyrək quru şam və enliyarpaqlı meşələrdə, talalarda, sahilkənarı qumsallıqda, daş qırıntıları səpələnmiş yerlərdə bitir. Açıq və günəşin işıqlandırdığı yerləri xoşlayır və digər bitkilərə rəqib deyildir. == Sinonimləri == Arbutus acerba Gilib. Arbutus buxifolia Stokes Arbutus officinalis Boiss. Arbutus procumbens Salisb. Arbutus uva-ursi L. Arctostaphylos adenotricha (Fernald & J.F.Macbr.) Á.Löve, D.Löve & B.M.Kapoor Arctostaphylos angustifolia Payot Arctostaphylos officinalis Wimm. & Grab.
Daphnidostaphylis fendleriana
Adi ayıqulağı (lat. Arctostaphylos uva-ursi) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin ayıqulağı cinsinə aid bitki növü. == Yayılması == Şimali Amerika və Avrasiyanın şimalında geniş yayılmışdır. Seyrək quru şam və enliyarpaqlı meşələrdə, talalarda, sahilkənarı qumsallıqda, daş qırıntıları səpələnmiş yerlərdə bitir. Açıq və günəşin işıqlandırdığı yerləri xoşlayır və digər bitkilərə rəqib deyildir. == Sinonimləri == Arbutus acerba Gilib. Arbutus buxifolia Stokes Arbutus officinalis Boiss. Arbutus procumbens Salisb. Arbutus uva-ursi L. Arctostaphylos adenotricha (Fernald & J.F.Macbr.) Á.Löve, D.Löve & B.M.Kapoor Arctostaphylos angustifolia Payot Arctostaphylos officinalis Wimm. & Grab.
Eduard Fenzl
Eduard Fenzl (ing. Eduard Fenzl; 1808–1879) Avstriya botaniki.
Euphorbia fendleri
Euphorbia fendleri (lat. Euphorbia fendleri) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Fenakistiskop
Fenakistiskop (ing. Phenakistoscope) — İlk animasiya aləti. Fenakistiskop eyni bir hərəkətin təkrar olunması əsasında yaranan sürətli hərəkət verici cihaz olmuşdur. Kino sənətinin ilkin pilləsi hesab olunan fenakistiskop 1831-ci ildə Belçikalı alim Yozef Plateyu və Avstriyalı Simon von Stamfer tərəfindən kəşf edilmişdir. Fenakistiskop yunan dilindən göz aldatmaq mənasını verir. Cihaza bu adı Yozef Plateyu vermişdir. Sirklərdə və əyləncə məkanlarında böyük marağa səbəb olan alət, uzun illər Avropada öz məşhurluğunu qorumuşdur. Fenakistiskopun iş mexanizmi eyni bir təsvirin dairəvi şəkildə 10 dəfə çəkmək və onları qatlamaqdan ibarət idi. Bununla eyni təsvirlər bir - birinin arxasınca dəyişir və mexaniki hərəkət yaranırdı.
Fenakit
Fenakit — mineral, Be2[SiO4]. == Haqqında == Fenakit - Triqonal. Kristalları: romboedrik, bəzən prizmatik. İkiləşmə {100} üzrə. Ayrılma {110} üzrə qeyri-mükəmməl. Aqreqat: druzlar, şüaşəkilli, dənəvər. Rəngsiz, sarı və b. Parıltısı şüşəli. Sərtliyi 7,5. Xüsusi çəkisi 3.
Fenantren
Fenantren - kimyəvi formulu - C14H10. == Xassələri == Fenantren, antrasenin izomeri olub, onunla bərabər daş kömür qətranının antrasen yağı fraksiyasında rast gəlinir. Fenantren efirdə və benzolda yaxşı, spirtdə çətin həll olur. Bundan istifadə edərək onu antrasendən ayıırlar. Daş kömür qətranında fenantrenin miqdarı antrasendən daha artıq olmasına baxmayaraq hələ indiyə qədər ondan boyaq və başqa faydalı maddələr almaq mümkün olmamışdır. Fenantrenin öyrənilməsi nəzəri cəhətdən maraqlıdır, çünki fenantren nüvəsi morfin, kodein kimi bəzi təbii alkaloidlərin və başqa təbii birləşmələrin tərkibində vardır. Fenantreni 650-8000C temperaturda asetilendən və ya ortoditolil, dibenzil, stibel kimi bəzi benzol törəmələri buxarlarından (yüksək temperaturda qızarmış boru içərisində buraxmaqla) sintez edirlər. == Törəmələri == Fenantren və onun törəmələrini almaq üçün əhəmiyyətli sintez üsulunu Pşorr təklif etmişdir. Bu üsulla, əvvəlcə ortonitrobenzo aldehidini fenilsirkə turşusunu kondensləşdirib α-fenil-ortonitrodarçın turşusunu onu reduksiya etməklə α-fenil-ortonitrodarçın turşusun, ondan diazolaşma yolu ilə müvafiq diazobirləşməni sonra diazolbirləşməni mis tozunu iştirakı ilə parçalamaqla fenantrenkarbon turşusunu alırlar. Fenantrenkarbon turşusunu qızdırdıqda ondan karbon qazı ayrılır və fenantren əmələ gəlir.
Fenantren və onun törəmələri
Fenantren - kimyəvi formulu - C14H10. == Xassələri == Fenantren, antrasenin izomeri olub, onunla bərabər daş kömür qətranının antrasen yağı fraksiyasında rast gəlinir. Fenantren efirdə və benzolda yaxşı, spirtdə çətin həll olur. Bundan istifadə edərək onu antrasendən ayıırlar. Daş kömür qətranında fenantrenin miqdarı antrasendən daha artıq olmasına baxmayaraq hələ indiyə qədər ondan boyaq və başqa faydalı maddələr almaq mümkün olmamışdır. Fenantrenin öyrənilməsi nəzəri cəhətdən maraqlıdır, çünki fenantren nüvəsi morfin, kodein kimi bəzi təbii alkaloidlərin və başqa təbii birləşmələrin tərkibində vardır. Fenantreni 650-8000C temperaturda asetilendən və ya ortoditolil, dibenzil, stibel kimi bəzi benzol törəmələri buxarlarından (yüksək temperaturda qızarmış boru içərisində buraxmaqla) sintez edirlər. == Törəmələri == Fenantren və onun törəmələrini almaq üçün əhəmiyyətli sintez üsulunu Pşorr təklif etmişdir. Bu üsulla, əvvəlcə ortonitrobenzo aldehidini fenilsirkə turşusunu kondensləşdirib α-fenil-ortonitrodarçın turşusunu onu reduksiya etməklə α-fenil-ortonitrodarçın turşusun, ondan diazolaşma yolu ilə müvafiq diazobirləşməni sonra diazolbirləşməni mis tozunu iştirakı ilə parçalamaqla fenantrenkarbon turşusunu alırlar. Fenantrenkarbon turşusunu qızdırdıqda ondan karbon qazı ayrılır və fenantren əmələ gəlir.
Fender
Fender — ABŞ-də yerləşən və dünya miqyasında çox məşhur bir gitara istehsalçısı şirkətdir. Əsası 1946-cı ildə Leo Fender tərəfindən qoyulmuşdur. 1950-ci ildə bir maqnitli Fender Esquire adlı elektrik gitaranı istehsal edən firma 1951-ci ildə həmin gitaranı modifikasiya edərək iki maqnitli Fender Broadcaster ilə əvəz edirlər. Sonradan bu gitaranın adı Telecaster olaraq dəyişdirilmişdi və bu gün həmin gitara peşəkar musiqiçilər arasında ən məşhur gitaralardan biridir. Elə həmin il ilə Leo Fender tarixdə ilk Fender Precision Bass bas-gitarasını ixtira edir və 1952-ci ildən bu gitaranın istehsalına başlanır. Bu gitara hal-hazırda bir çox musiqiçilər və istehsalçılar üçün bas-gitaranın etalonu hesab olunur. 1954-cü ildə Fender öz əfsanəvi Stratocaster gitarasını istehsal edir və bu gitara musiqi dünyasında bir növ inqilab edir. Bu gitaranın forması bir müddət gitara istehsalının tendensiyalarının gedişatını da müəyyən edir. Sonrakı illər Stratocaster'in modifikasiya olunmuş bir neçə modeli hazırlanır və əksəriyyəti indi də istehsal edilir. 1958 — Fender Jazzmaster 1960 — Fender Jazz Bass 1961 — Fender Bass V 1961 — Fender Bass VI 1962 — Fender Jaguar 1964 — Fender Mustang 1965 — Fender Coronado 1987 — Fender Performer 1993 — Fender Prodigy 1995 — Fender Roscoe Beck Bass 2005 — Fender Jaguar Baritone 1987-ci ildə Fender şirkəti, Los-Ancelesdən 180 mil uzaqlıqda, Meksikanın Ensenade şəhərində bir fabrik açır.
Feneketlen gölü
Feneketlen gölü (mac. Feneketlen-tó) — Macarıstandakı süni göl. Budapeştin 11-ci rayonunda yerləşir. Uzunluğu 200 m, maksimal eni 40 m-dir. Sahilləri düzəldilmişdir. İnsanlar arasında məşhurdur. == Adı == Azərbaycan dilinə tərcümədə gölün adı "dibsiz" deməkdir. == Tarixi == Feneketlen gölü bir kərpic fabrikinin su basmış gil ocağıdır. O 1877-ci ildə meydana gəlmişdir. 20-ci əsrin əvvəllərində göl ətrafı ərazilər bir çöllük idi və burada heç bir fəaliyyət yox idi.
Fenerbahçe TV
«Fenerbahçe TV» — «Fənərbaxça İdman Klubu» təsisinin sahibləndiyi və qərargahı İstanbul şəhərində yerləşən Türkiyə idman telekanalı. Telekanal Türkiyə ərazisində yayımlanan ilk idman telekanalıdır. Telekanal 2003-cü ildən peyk, peyk şəbəkəsi xidmətləri və kabel xidməti ilə yayımlanmağa başlamışdır. Günlük yayımlanan proqramlara Live News, Futbolun Zirvesi (prezident Aziz Yıldırım ilə yayımlanan canlı proqram), 2F1B, Biz Bir Aileyiz (atletlərin ailə həyatları haqqında), Cafe Fener (gündəlik atletlərin yaşayışı haqqında), Eko Fener (gündəlik iqtisadi xəbərlər haqqında), Endüstriyel Spor ("sənaye" idmanı haqqında), Filede Fener (voleybol haqqında), Potada Fener (basketbol haqqında), Genç Kramponlar (gənc komandalar haqqında), Maç Kaç Kaç, Maça Doğru, Maç Başlıyor, Maçın Ardından, Maçın Öyküsü (bütün beş proqram həftəlik futbol oyunları haqqında), Nostalji Futbol (keçmiş vacib oyunlar haqqında), Yaşayan Efsaneler (yaşayan əfsanəvi idmançılar haqqında) və s. misal göstərmək olar. Televiziyanın canlı proqramına gündəlik xəbərlər, qadın basketbolu, kişi və qadın voleybolu, gənclərin futbolu, atletika, boks, avarçəkmə və yelkənli idman növlərində keçirilən yarışlar və yarış öncəsi xəbərlər daxildir.
Feniks
Finiks (ing. Phoenix) — ABŞ-nin Arizona ştatının paytaxtı və iri şəhəri. 2010-cu il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,445,632 nəfərdən ibarət idi.
Feniks (bürc)
Feniks (lat. Phoenix) — göyün cənub yarımkürəsində bürc.

Digər lüğətlərdə