Sverre Fen

Sverre Fen (14 avqust 1924[1][2][…], Konqsberq[d], Buskerud[d][5][6]23 fevral 2009[1][3][…], Oslo) — Norveç memarı.

Sverre Fen
Sverre Fehn
Şəxsi məlumatlar
Doğum tarixi 14 avqust 1924(1924-08-14)[1][2][…]
Doğum yeri Konqsberq, Buskerud, Norveç Norveç
Vəfat tarixi 23 fevral 2009(2009-02-23)[1][3][…] (84 yaşında)
Vəfat yeri Oslo, Norveç Norveç
Vətəndaşlığı Norveç Norveç
Təhsili
  • Oslo Memarlıq və Dizayn Məktəbi[d]
İşləri və nailiyyətləri
İşlədiyi şəhərlər Oslo[4]
Əsas tikililəri Norveç Buz Muzeyi
Mükafatları
Pritsker mükafatı
Pritsker mükafatı
(1997); Henrik Tessenov Qızıl Medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Sverre Fen Norveçin Buskerud bölgəsində yerləşən Konqsberq şəhərində anadan olub. İkinci dünya müharibəsindən sonra Osloda aldığı memarlıq təhsilindən sonra Norveçin əsas memarlarından birinə çevrilmişdir.

1952-1953-cü illərdə Mərakeşdə olduğu zamanlarda bu ölkənin memarlığını öyrəndi.Bu dövrlərdəki memarlıq kəşfləri həyatının qalan hissəsində vacib rol oynamışdır. Daha sonra 2 il Parisdə yaşayan Sverre Fen Jan Pruvun ofisində işlədi. Bu zaman Le Kurbuse ilə tanış oldu. 1954-cü ildə Norveçə qayıdan memar bu zamandan etibarən ofisini açıb layihələrini hazırlamağa başlamışdır.

34 yaşında ikən 1958-ci ildə Brüsseldə keçirilən Ekspo sərgisində məşhurlaşdı. Onun 60-cı illərdəki ən məşhur işi Norveçin Hamar şəhərində yerləşən Hedmarks Muzeyi (1967-1979) idi. Digər maraqlı və məşhur işləri arasında Oslo şəhərindəki Şreyner Evi (1963) və Bambl şəhərində yerləşən Bask Evi (1990) də yer alır. Memarın çox az layihəsi tətbiq edilmişdir.[7]

Sverre Fen 1971-1991-ci illəri arasında Oslo Memarlıq Məktəbində və ABŞ-nin Miçiqan ştatının Blumfild Hills şəhərində yerləşən Kranbruk İncəsənət Akademiyasında dərs vermişdir.

1997-ci ildə Pritsker mükafatına layiq görülmüşdür.[8] Həmçinin Henrik Tessenov Qızıl Medalı ilə mükafatlandırılmışdır.

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Arkitekter verksamma i Sverige. 2014.
  2. 1 2 Sverre Fehn (nid.).
  3. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. RKDartists (nid.).
  5. Arkitekter verksamma i Sverige. 2015.
  6. https://rkd.nl/en/explore/artists/239901.
  7. "Arxivlənmiş surət". 2010-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-09.
  8. "Arxivlənmiş surət". 2016-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-09.