HEY

1. эй, гей, а, ау, слушай; 2. все, все время, то и дело, непрерывно, бесперебойно; 3. мочь, сила;
HESABSIZ
HEYBƏ
OBASTAN VİKİ
Hey, Mamma!
Hey, Mamma! (azərb. Hey, Ana!‎) — Moldovanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. SunStroke Project "Hey, Mamma!" mahnısı ilə Moldovanı Kiyevdə keçirilən müsabiqədə təmsil etmiş və finalda 3-cü yeri qazanmışdır. Bu Moldovanın müsabiqə tarixindəki ən yaxşı nəticəsi olaraq qalmaqdadır. Mahnı SunStroke Project qrupunun heyəti və eyni zamanda Alina Qaletskaya tərəfindən bəstələnmişdir.
Hey (Xudabəndə)
Hey (fars. حی‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,355 nəfər yaşayır (311 ailə).
Luiza Hey
Luiza Hey (ing. Louise Hay; 8 oktyabr 1926 - 30 avqust 2017) — amerikalı yazıçı, həvəsləndirici əsərlər müəllifi və "Hay House" nəşriyyat şirkətinin təsisçisidir. O, yeni düşüncə tərzində yazılmış və "özünə yardım" mövzusunda birləşən bir neçə kitabın müəllifidir. Daha çox "Həyatına şəfa ver" (ing. You Can Heal Your Life; 1984) kitabına görə yaxşı tanınır.Hey May 2008-ci ildə Nyu-York Tayms dərgisində Mark Oppenheimer ilə müsahibəsində öz həyat hekayəsin ətraflı şəkildə nəql etmişdir.
Tom Hey
Tom Hey (ing. Tom Hay; iyul 1858, İngiltərə – 10 yanvar 1940) — ingilis futbolçu; onun müntəzəm mövqeyi qapıçı idi. "Mançester Yunayted", "Barslem", "Steyvli", "Bolton Uonderers", "Great Lever", "Hallivel", "Akkrinqton" komandalarında çıxış edib. == Həyatı == Tom Hey 1861-ci ildə İngiltərənin Steyvli şəhərində anadan olmuşdur.
Hey gidi günler (mahnı)
İsa Məsihin heykəli
İsa Məsihin heykəli (port. O Cristo Redentor) — 38 metr hündürlüyündə olan bu heykəl Braziliyada Rio de Janeyro şəhərinə dağdan baxan Korkovado dağının üzərində ucaldılıb. Heykəl beş ilə hazırlanıb və açılışı 1931-ci ildə olub. Dünyanın yeddi möcüzəsindən biri olaraq qəbul edilir.
İsalı-i Heydərli (Urmiya)
İsalı-i Heydərli (fars. عیسی‌لوی حیدرلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 92 nəfər yaşayır (26 ailə).
Şah İsmayıl Xətainin heykəli
Şah İsmayıl Xətainin heykəli — Azərbaycanın paytaxtı Bakı şəhərində, Yusif Səfərov küçəsində yerləşən Şah İsmayıl Xətainin heykəli. == Tarixi == Heykəl 1993-cü ildə Bakıda ucaldılmışdır. Abidənin müəllifləri Azərbaycan heykəltaraşları, Azərbaycan SSR xalq rəssamı İbrahim Zeynalov və Zakir Mehdiyev, memarları isə P.Hüseynov, Q.Əliyev olub. Heykəl yüksək bədii-estetik dəyəri, plastik forma rəngarəngliyi və milli koloriti ilə seçilir. 2007-ci ilə Şah İsmayıl Xətai heykəlinin postamenti yenidən qurulmuş, abidə isə yenidən bərpa edilmişdir. 2017-ci ildə yol təmirinə görə abidənin yerinin dəyişdirilməsi düşünülsə də, nəticə etibarilə təmir zamanı abidəyə toxunulmadı. 2020-ci ildə isə heykəl Yusif Səfərov küçəsində Leyla Şıxlinskayanın klinikası ilə Mərkəzi Neftçilər Xəstəxanasının arasındakı əraziyə köçürüldü.
Şair Heydərov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Şamil Heydərov
Şamil Sadiq oğlu Heydərov — Azərbaycanlı şəhid. == Həyatı == Heydərov Samir Sadiq oğlu 1977-ci il aprelin 18-də Gədəbəy rayonunun Arıqıran kəndində anadan olub. 1984-cü ildə birinci sinfə gedib. 1994-cü ildə orta məktəbi bitirib. 1995-ci ilin 25 iyununda Azərbaycan ordusunda hərbi xidmətə çağırılıb. Piriküşküldə təlim keçib. 1995-ci ilin 10 oktyabrında Kəlbəcər bölgəsində Murovdağ, Güzgüdağ, 1996-cı ilin 1 mayından isə Daşkəsənin Alaxancal kəndində 172 saylı briqadanın 3-cü batalyonunda qulluq edib. Ara-sıra erməni quldurları həmin yerə atəş açırmış. Bunu görən Samir 3 km irəli sürünüb. Onun bu təşəbbüsü sayəsində həmin məsafə ermənilərdən geri alınıb.
Şeyx Heydər
Şeyx Heydər (1460, Ərdəbil - 1488 Tabasaran, Şirvan) — Səfəvi təriqətini rəhbəri, Şah İsmayıl Xətainin atası, Səfəviyyə ordeninin başçısı. == Həyatı == Atası öləndə hələ doğulmamış olan Şeyx Heydər dayısı Uzun Həsənin sarayında doğulmuşdu. 9 yaşında dayısı Uzun Həsən tərəfindən Ərdəbilə göndərilmiş, 1471-ci ildə dayısının Dəspinə xatundan doğulmuş qızı Aləmşah bəyim ilə evlənmiş, Uzun Həsənin qaraqoyunlular və Teymuri sultanı Əbu Səidlə mübarizəsində fəal iştirak etmişdir. == Siyasi və hərbi mübarizəsi == Teymuri sultanı Əbu Səid 1468-ci ildə Uzun Həsənlə mübarizə aparmaq məqsədilə Heratdan çıxıb Qarabağa gəldi. Şirvanşah Fərrux Yasar əvvəlcə Əbu Səidə kömək göstərsə də, Uzun Həsənin hədələrindən qorxuya düşüb onunla ittifaqdan imtina edərək Uzun Həsənə qoşuldu. Ağqoyunlu hökmdarı başda olmaqla, Şirvanşah Fərrux Yasar və Ərdəbil hakimi, Cüneydin oğlu Şeyx Heydər Səfəvidən ibarət güclü ittifaq yarandı. Danışıqlar üçün Uzun Həsən Şeyx Heydəri Əbu Səidin yanına elçi göndərdi. O, geri qayıdıb Xorasan qoşunlarının həqiqətən ağır vəziyyətdə olduğunu təsdiq etdi və Uzun Həsəni Əbu Səid ilə sülh bağlamaq fıkrindən daşındırdı və 31 yanvar 1468-ci ildə baş verən döyüşdə Əbu Səidin qoşunları məğlubiyyətə uğradı, özü isə qaçdı, ancaq yaxanladı və edam olundu. === Şirvan maraqları === Şeyx Heydər də atası kimi Şirvanı tutmağa çalışırdı. O, Şirvanşahdan Cüneydin ölümünün qisasını almaq istəyərək "kafir" çərkəzlər əleyhinə mübarizə bəhanəsi ilə 10000 süvari qoşun topladı və Uzun Həsənin 1478-ci ildə ölümündən sonra yerinə keçən oğlu Sultan Yaqubdan Şirvanşah Fərrux Yasara məktub gətirməklə ondan Şirvan torpaqlarına daxil olan Dərbənddən keçərək, Dağıstana, çərkəzlər ölkəsinə getmək üçün icazə alıb yürüşə yollandı, oranı talan edərək çoxlu əsir götürdü və təntənə ilə Ərdəbilə qayıtdı.
Şeyx Heydər (Özbək xanı)
Şeyx Heydər — Özbək xanlığının üçüncü hökmdarı. Əbülxeyr xanın oğlu idi. == Hakimiyyəti == Hakimiyyət dövrü hərc-mərcliklə keçmişdir. Sibir xanlığını ələ keçirmiş İbak xan, Qazax xanlığının müstəqilliyini elan etmiş Kerey xan, Yadigar xanın oğlu Bureke sultan, Noqay Ordası bəyləri olan Musa və Yamqurçı, Böyük Orda xanı Əhməd arasında keçən vətəndaş müharibəsi gedişatında Şeyx Heydər 1471-ci ildə İbak xan tərəfindən öldürüldü. Kerey xan güc boşluğundan istifadə edərək Mərkəzi Asiyanın ən güclü hakiminə çevrildi. Şeyx Heydərin qardaşı oğlu 20 yaşlı Məhəmməd Şeybani isə özünə sadiq bir ordu ilə Teymurilərə təslim oldu. == Mənbə == Почекаев Р. Ю. Цари ордынские. Биографии ханов и правителей Золотой Орды. — СПб.: Евразия, 2010. — С. 215.
Şeyx Heydər türbəsi
Şeyx Heydər türbəsi — Xızı rayonunun Tıxlı kəndi ərazisində Səfəvi təriqətinin rəhbərlərindən biri olan Şeyx Heydərin basdırıldığı türbə. == Haqqında == Şirvanşah Fərrux Yasarla döyüşdə məğlub olan Şeyx Heydər elə öldüyü yerdə də dəfn olunub. Hər iki qoşun arasında döyüş Ruzbihan Fəzlullahın yazdığına görə Elbrus (Qafqaz) dağlarının ətəklərində getmişdir. V.F. Minoriskiyə görə Elbrus Şahdağdır. Şeyx Heydər 9 iyul 1488-ci ildə baş vermiş vuruşmada məğlub olaraq döyüş meydanında qəhrəmancasına həlak olur və müridləri tərəfindən orada da dəfn olunur. Onun məqbərəsi Xızı rayonunun Tıxlı kəndindən 3-4-km şimal-şərqdə, Beşbarmaq dağının arxasındadır. Türbə üzərində aşkar edilmiş daş lövhədəki üçsətirlik farsca kitabə (1,21x0,67m) süls elementli nəsx xətti ilə həkk olunmuşdur. Kitabənin birinci sətri iri, aydın nəsx xətti ilə, ikinci, üçüncü sətirdəki sözlər 5-6 cərgədə, yuxarı qaldırılaraq üst-üstə süls elementli xırda nəsx xətti ilə yazılmışdır. Mətnin tərcüməsi belədir: 1 "Böyük məzar Allah yolu ilə gedənin müqəddəs şəhidgahı, həqiqət yolunun yolçusunun qəbri, hikmətli Quran dininin həqiqət axtaran şeyxi, Şeyx Sultan Cüneydin oğlu Şeyx Sultan Heydərindir. 2.
Şota Rustaveli heykəli (Tbilisi)
Şota Rustaveli heykəli (gürc. შოთა რუსთაველი) – Gürcü ədəbiyyatının klassiki və ictimai-siyasi xadim Şota Rustavelinin şərəfinə, Tbilisi şəhərində onun adını daşıyan prospektin başlanğıcında ucaldılmış heykəlidir. Abidənin müəllifi heykəltaraş Konstantin Merabaşvilidir. == Tarixi == Heykəl 1942-ci ildə şairin adını daşıyan prospektdə ucaldılmışdır. Heykəlin postamenti mərmərdən, özü üsə bürüncdən hazırlanmışdır. == Təsviri == Şota Rustaveli ayaq üstə dayanmış vəziyyətdə və milli gürcü geyimində təsvir edilmişdir. Şair bir əlində bükülmüş kağız tutmuş, digər əlini isə sinəsinin üstünə qaldırmışdır. Postamentin aşağısında yerləşdirilmiş qabartma barelyefldə “Pələng dərisi geymiş pəhləvan” poemasından səhnə təsvir edilmişdir.
Şəki heyvandarları (film, 1975)
== Məzmun == Film Azərbaycanda birinci olan iribuynuzlu cins mal-qara yetişdirilməsi üzrə kolxozlararası istehsalat birliyinin fəaliyyətindən, uğurlarından söhbət açır. Filmdə bu barədə komsomol-gənclər briqadasının rəhbəri, usta Sayalı Bəşirova danışır.
Şəki heyvandarlıq kompleksi (film, 1975)
== Məzmun == Kinolent Azərbaycan SSR KP MK-nın I katibi Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmış Şəki heyvandarlıq kompleksinin fəaliyyətindən, burada çalışan əmək adamlarından, qabaqcıl iş təcrübəsindən söhbət açır. == Film haqqında == Film "Azərkəndtəsərrüfattexnikası" Birliyinin sifarişi ilə çəkilmişdir.
Şərif Şərifov (heykəltəraş)
Şərif Şərifov (1945, Kirovabad) — Azərbaycanın əməkdar rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Dünya Reklamçılar Assosiasiyasının üzvü, Azərbaycan Rəssamlar və Memarlar İttifaqlarının üzvü, Gəncə şəhərinin baş rəssamı. Nəriman Nərimanovun və Heydər Əliyevin Gəncədə ucaldılmış abidələrinə görə Rusiya Rəssamlıq Akademiyasının qızıl medalına layiq görülüb. 2006-cı ildə Azərbaycan Respublikasının əməkdar rəssamı fəxri adına layiq görülmüş Şərif Şərifov 2012-ci ildən Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür. Onun Moskva Şərq Xalqları Muzeyində, Rusiya Rəssamlıq Akademiyasının Sərgi salonunda, Rusiyanın bir sıra muzey və qalereyalarında, həmçinin Türkiyə, İsveçrə, Meksika, Çexiya, Macarıstan, Polşa, Fransa və bir sıra xarici ölkələrin muzey və qalereyalarında 50-dən artıq əsəri nümayiş etdirilib. == Bioqrafiyası == Şərif Şərifov 1945-ci ildə Gəncə şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1961-ci ildə M. Ə. Sabir adına 5 nömrəli orta məktəbi bitirmişdir. 1961–1966-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin heykəltərəşlıq fakültəsində təhsil almışdır. Elə həmin il Moskva Ali Rəssamlıq-sənaye məktəbinin (əvvəllər Stroqonov adına olmuşdur) memarlıq-dekorativ plastika fakültəsinə qəbul olmuş və 1971-ci ildə təhsilini bitirərək Azərbaycana qayıtmışdır. İlk əmək fəaliyyətinə Respublika Rəssamlar İttifaqı Yaradıcılıq Kombinatının Gəncə filialında rəssam-heykəltaraş kimi başlamışdır. Bir ildən sonra SSRİ Rəssamlar İttifaqının üzvü seçilmiş, 1978-ci ildə SSRİ Rəssamlar Akademiyasının həvəsləndirici mükafatına və diplomuna layiq görülmüşdür.
Əbdürrəhim Heyit
Əbdürrəhim Heyit (1 iyun 1962, Qaşqar, Sincan-Uyğur Muxtar Rayonu) — uyğur aşıq. == Həyatı == Əbdürrəhim Heyitin soyadı ərəb dilindəki "ayt" (bayram) kəliməsindəndir. Bir müddət Çin Dövlət Konservatoriyasında dütar müəllimi işləmişdir. Çin hökuməti tərəfindən 2017-ci ildə həbs olunmuşdur. "Uçraşkanda" ("Qarşılaşınca") və "Atilar" ("Atalar") mahnılarına görə 8 il həbsə məhkum edilmişdir. Çin həbs düşərgəsində saxlanılmış və işgəncələrə məruz qalmışdır. Bu işgəncələrə dözməyərək 2019-cu ildə həbs düşərgəsində vəfat etdiyi iddia olunmuşdur. Amma həmin il fevralın 10-nu Çin dövlət KİV-ləri Heyitə bənzər birinin videosunu yayımlamışlar. Videoda danışan şəxs səhhətinin yaxşı olduğunu və milli qanunların pozulması ilə bağlı araşdırma mərhələsində olduğunu demişdir. İnsan hüquqları ilə bağlı uyğur layihəsi videonun həqiqətəuyğunluğunu şübhə altına almışdır.
Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala (kitab)
Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala — akademik İsa Həbibbəylinin ideya müəllifliyi və ümumi redaktəsi ilə hazırlanmış ikicildli monoqrafiya. Kitab AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən iki cilddə nəşr edilmiş, ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuşdur. Kitabda ilk dəfə olaraq ədəbiyyatda Heydər Əliyev obrazı tədqiqata cəlb edilərək, ədəbiyyatın Heydər Əliyev fenomeninə münasibəti, reaksiyası, dahi şəxsiyyətin bədii əsərlərdə obrazının təcəssümlənməsi məsələləri sistemli tədqiq olunmuşdur. Kitabın təqdimatı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində keşirilmişdir. == Birinci cild == İnstitutun elmi şurasının qərarı ilə çap olunan monoqrafiyanın birinci hissəsinin rəyçiləri professorlar Məmməd Əliyev və Məhərrəm Qasımlı, məsul redaktoru isə Tehran Əlişanoğludur. Birinci kitab 400 səhifə həcmində, altı fəsildən ibarətdir. Giriş - "Ədəbiyyatın yüksək amalı və böyük borcu" (akademik İsa Həbibbəyli) birinci fəsli - “Böyük ədəbiyyat siyasəti və möhtəşəm bədii obraz” (akademik İsa Həbibbəyli) ikinci fəsli - “Poeziyada Heydər Əliyev idealı” (Filologiya üzrə elmlər doktoru, dosent Elnarə Akimova) üçüncü fəsli - “Folklorda və bədii nəsrdə Heydər Əliyev obrazı” (AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu) dördüncü fəsil - “Dahiyə layiq bədii-sənədli epopeya” (Filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Həsənova) beşinci fəsil - “Uşaq ədəbiyyatında Heydər Əliyev mövzusu” (Filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı) altıncı fəsil - “Heydər Əliyevin ədəbi-filoloji portreti” (Filologiya üzrə elmlər doktoru, professor Əlizadə Əsgərli) == İkinci cild == 2019-cu ildə çap olunan “Ədəbiyyatda Heydər Əliyev obrazı tarixi gerçəklikdən ideala” kitabının ikinci cildi Ümummilli Liderin ölkəmizdə siyasi hakimiyyətə başlamasının 50 illiyinə ithaf olunub. Monoqrafiyada akademik İsa Həbibbəyli “Heydər Əliyev epoxası: dahilik, zaman və müasirlik”, “İlham Əliyev erası”, “Azərbaycan Heydər Əliyevşünaslığı: nailiyyətlər və vəzifələr” başlıqlı üç sanballı tədqiqatla Ümummilli Liderin tarixi və bədii obrazını yaradıb. İkinci kitabda, həmçinin Elnarə Akimovanın “Ulu Öndər yolunun davamı və sabahı – İlham Əliyev”, Tehran Əlişanoğlunun “Heydər Əliyevin tarixi obrazı və ədəbiyyat”, Lalə Həsənovanın “Beynəlmiləl məfkurədən milli ideyaya doğru (xarici ölkələrin publisistikasında Heydər Əliyev obrazı)”, Aygün Bağırlının “Heydər Əliyevin bədii obrazı dramaturgiya və teatrda”, Əlizadə Əsgərlinin “Elmi-ədəbi fikirdə Heydər Əliyev dühası” kimi əhatəli yazıları da yer alıb. İkinci kitabın rəyçisi AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, məsul redaktoru Tehran Əlişanoğludur.
Əhliləşdirilmiş heyvanlar
Əhliləşdirmə və ya domestikasiya — insan tərəfindən yaradılan və nəzarət edilən şəraitdə vəhşi heyvanların əhliləşdirilməsi və yabanı bitkilərin mədəniləşdirilməsi, vəhşi heyvanların ələ öyrədilməsi və bunların ev heyvanlarına çevrilməsi. İnsanlar müxtəlif vəhşi heyvanları bu yolla çoxaldır və əsasən, təsərrüfat ehtiyacını ödəmək üçün ondan istifadə edirlər. Heyvanların əhliləşdirilməsinə 10-15 min il bundan əvvəl başlanılmış, əhliləşdirmə cəmiyyətin məhsuldar qüvvələrinin inkişafında mühüm mərhələ olmuş və nəticədə heyvandarlıq sahəsi yaranmışdır. Bundan 14 min il əvvəl əhliləşdirilməyə başlandığı təxmin olunan itlər ilk əhliləşdirilən heyvan hesab olunur. Amerika alimləri izotop üsulu ilə təyin etmişlər ki, hələ 10 min il əvvəl İranda keçi, Şərqi Avropada isə 8–9 min il əvvəl qaramal, donuz və qoyun əhliləşdirilmişdir. == Ədəbiyyat == R. Ə. Əliyeva, Q. T. Mustafayev, S. R. Hacıyeva. "Ekologiyanın əsasları" (Ali məktəblər üçün dərslik). Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2006, s. 478 – 528.
Əl-Heyy qəzası
Əl-Heyy qəzası (ərəbcə: قضاء الحي) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Əl-Heyy şəhəridir.
Əli Heydərov
Əli Heydərov (tam adı: Əli Vaqif oğlu Heydərov; 9 fevral 2002; Sədərək rayonu, Naxçıvan Muxtar Respublikası, Azərbaycan — 4 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Heydərov Əli Vaqif oğlu 9 fevral 2002-ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda anadan olmuşdur. 2008-ci ildə Binəqədi rayonu 135 nömrəli məktəbdə təhsil almağa başlayıb. == Hərbi xidməti == Əli Heydərov 7 may 2020-ci ildə həqiqi hərbi xidmətə yollanmış, Beyləqan rayonu N saylı hərbi hissələrdən birində xidmətə başlamışdır. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun əsgəri olan Əli Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Əli Heydərov 29 sentyabrda həlak olmuşdur. == Təltif və mükafatları == (2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) — Azərbaycan Respublikasının Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Əli Vaqif oğlu Heydərov "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur. (2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) — Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Əli Vaqif oğlu Heydərov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.
Əli Heydərov (şəhid, 2016)
Əli Heydərov (əsgər, 1997)
Əli Heydərov (əsgər, 2002)
Əli ibn Heysam
Əli ibn Heysəm ibn Məhəmməd – Şirvanşahlar dövlətinin dördüncü hökmdarı, Şirvanşah Heysəm ibn Məhəmmədin oğlu. == Fəaliyyəti == Şirvanşah Heysəm ibn Məhəmmədin ölümündən sonra Şirvanşahlığa oğlu Əli ibn Heysəm ibn Məhəmməd gəlmişdi. Şirvanda baş verən bir sıra hadisələr onun adı ilə bağlıdır. Əli ibn Heysəm əl-Babın əmiri ilə birlikdə qonşu Şəndana, "kafirlər" üzərinə yürüş etmişdir. Lakin onlar Şəndanın qapıları qarşısında məğlub oldular. Əli və əl-Baibn əmiri 10 min müsəlmanla əsir düşdü. Onların hamısı Şəndan, Sərir əhalisi və xəzərlər arasında bölüşdürüldü. Üç aydan sonra sərirlilər əsirləri Əli ibn Heysəmi və əl-Bab əmirini əvəzində heç nə almadan azad etdilər, şəndanlıların və xəzərlərin tutduqları əsirlər isə satıldı və onların yalnız çox az bir qismi xilas ola bildi. "Tarix-i əl-Bab" da göstərilir ki, "Əl-Bab sərhəd vilayətinin (səqr) kafir tayfaları içərisində müsəlmanların ən qəddar düşməni Şəndanın əhalisi idi". Adı çəkilən döyüş h.309 (917)-cu ildə baş vermişdir.
Əli ibn Heysəm
Əli ibn Heysəm ibn Məhəmməd – Şirvanşahlar dövlətinin dördüncü hökmdarı, Şirvanşah Heysəm ibn Məhəmmədin oğlu. == Fəaliyyəti == Şirvanşah Heysəm ibn Məhəmmədin ölümündən sonra Şirvanşahlığa oğlu Əli ibn Heysəm ibn Məhəmməd gəlmişdi. Şirvanda baş verən bir sıra hadisələr onun adı ilə bağlıdır. Əli ibn Heysəm əl-Babın əmiri ilə birlikdə qonşu Şəndana, "kafirlər" üzərinə yürüş etmişdir. Lakin onlar Şəndanın qapıları qarşısında məğlub oldular. Əli və əl-Baibn əmiri 10 min müsəlmanla əsir düşdü. Onların hamısı Şəndan, Sərir əhalisi və xəzərlər arasında bölüşdürüldü. Üç aydan sonra sərirlilər əsirləri Əli ibn Heysəmi və əl-Bab əmirini əvəzində heç nə almadan azad etdilər, şəndanlıların və xəzərlərin tutduqları əsirlər isə satıldı və onların yalnız çox az bir qismi xilas ola bildi. "Tarix-i əl-Bab" da göstərilir ki, "Əl-Bab sərhəd vilayətinin (səqr) kafir tayfaları içərisində müsəlmanların ən qəddar düşməni Şəndanın əhalisi idi". Adı çəkilən döyüş h.309 (917)-cu ildə baş vermişdir.
Əli və Nino (heykəl)
Sevgi heykəli: Əli və Nino (gürc. სიყვარულის ქანდაკება: ალი და ნინო) — Gürcüstanın Batumi şəhərində dənizkənarı bulvar ərazisində yerləşən heykəl. Heykəl Qurban Səidin azərbaycanlı oğlanla gürcü qızın sevgisindən bəhs edən "Əli və Nino" romanından ilhamlanaraq yaradılıb. == Mənbə == Heykəlin müəllifi olan heykəltaraş Tamar Kvesitadze əsəri yaradərkən Qurban Səidin azərbaycanlı gənclə gürcü qızı arasındakı sevgidən bəhs edən "Əli və Nino" romanından ilhamlandığını, bu iki gəncin əbədi sevgisi üçün abidə ucaltmaq istədiyini bildirib. Əli və Nino romanı ilk dəfə 1937-ci ildə Vyanada, alman dilində E. P. Tal Verlaq tərəfindən nəşr edilib və indiyədək dünyanın 33 dilinə tərcümə olunub. Əsərin ilk nəşrində müəllif kimi Qurban Səid göstərilmişdir. Rəsmi sənədlərə əsasən Qurban Səid avstriyalı baronessa Elfrida fon Ehrenfelsin təxəllüsüdür. Buna görə də uzun illər əsərin həqiqi müəllifi Elfrida fon Ehrenfels hesab olunurdu. Lakin, amerikalı şərqşünas Tom Rayz əsərin əslən Azərbaycandan olan yəhudi mənşəli yazıçı Lev Nissembauma məxsus olduğunu, baronessa Elfrida fon Ehrenfelsin isə yalnız onun məşuqəsi olmasını sübut edə bilmişdi. Bu sübut ciddi sənədlər və arqumentlərlə müşayiət olunduğu üçün dünyada qəbul olunmuş əsas variant hesab olunur.
Əli və Nino heykəli
Sevgi heykəli: Əli və Nino (gürc. სიყვარულის ქანდაკება: ალი და ნინო) — Gürcüstanın Batumi şəhərində dənizkənarı bulvar ərazisində yerləşən heykəl. Heykəl Qurban Səidin azərbaycanlı oğlanla gürcü qızın sevgisindən bəhs edən "Əli və Nino" romanından ilhamlanaraq yaradılıb. == Mənbə == Heykəlin müəllifi olan heykəltaraş Tamar Kvesitadze əsəri yaradərkən Qurban Səidin azərbaycanlı gənclə gürcü qızı arasındakı sevgidən bəhs edən "Əli və Nino" romanından ilhamlandığını, bu iki gəncin əbədi sevgisi üçün abidə ucaltmaq istədiyini bildirib. Əli və Nino romanı ilk dəfə 1937-ci ildə Vyanada, alman dilində E. P. Tal Verlaq tərəfindən nəşr edilib və indiyədək dünyanın 33 dilinə tərcümə olunub. Əsərin ilk nəşrində müəllif kimi Qurban Səid göstərilmişdir. Rəsmi sənədlərə əsasən Qurban Səid avstriyalı baronessa Elfrida fon Ehrenfelsin təxəllüsüdür. Buna görə də uzun illər əsərin həqiqi müəllifi Elfrida fon Ehrenfels hesab olunurdu. Lakin, amerikalı şərqşünas Tom Rayz əsərin əslən Azərbaycandan olan yəhudi mənşəli yazıçı Lev Nissembauma məxsus olduğunu, baronessa Elfrida fon Ehrenfelsin isə yalnız onun məşuqəsi olmasını sübut edə bilmişdi. Bu sübut ciddi sənədlər və arqumentlərlə müşayiət olunduğu üçün dünyada qəbul olunmuş əsas variant hesab olunur.
Əliağa Vahidin heykəli (Bakı, 1990)
Əliağa Vahidin heykəli — Azərbaycan şairi, qəzəlxanı Əliağa Vahidə 1990-cı ildə Bakı şəhərində qoyulmuş heykəl. == Haqqında == Əliağa Vahidə heykəlin düzəldilməsi 1989-cu ildə sifariş edilir. Heykəlin müəllifi Natiq Əliyev və Rahib Həsənov memarı Sənan Salamzadə olur. Bir neçə ay ərzində davam edən yaradıcılıq prosesi 1990-cı ilin martında tamamlanır. Üç yaradıcının davamlı, gərgin axtarışları sayəsində abidənin həm orijinal bədii, həm də memarlıq həlli tapılır. Abidənin forma-biçim orijinallığı qəzəlxanın məşhur "Böyük Füzulimizin yadigarı mən özüməm" misrasından qaynaqlanır. Ağac gövdələrinin yerdən çıxaraq yuxarı yüksəlməsini müəlliflər Füzuli ənənələrinin Vahid tərəfindən yenidən "göyərdilməsi" — davam etdirilməsinə bədii işarə kimi düşünüblər. Abidənin iri ağac-portret kimi həlli də misranın əhatəli bədii görkəm alması məqsədilə gerçəkləşdirilmişdir. Abidə haqqında heykəltaraş Rahib Həsənov bunları deyib: Abidənin tunca köçürülməsi isə Sankt-Peterburqda baş tutur. Hazırlanan heykəlin hündürlüyü 5 metr nəzərdə tutulsa da, sonradan maliyyə çatışmazlığından 3 metr olub.

Значение слова в других словарях