Əli ibn Heysam

Əli ibn Heysəm[1] ibn MəhəmmədŞirvanşahlar dövlətinin dördüncü hökmdarı, Şirvanşah Heysəm ibn Məhəmmədin oğlu.

Əli ibn Heysəm
ƏvvəlkiHeysəm ibn Məhəmməd
SonrakıI Məhəmməd ibn Yezid
Şəxsi məlumatlar
Doğum tarixi IX əsr
Doğum yeri
Vəfat tarixi 917
Atası Heysəm ibn Məhəmməd
Ailəsi Məzyədilər

Şirvanşah Heysəm ibn Məhəmmədin ölümündən sonra Şirvanşahlığa oğlu Əli ibn Heysəm ibn Məhəmməd gəlmişdi. Şirvanda baş verən bir sıra hadisələr onun adı ilə bağlıdır. Əli ibn Heysəm əl-Babın əmiri ilə birlikdə qonşu Şəndana, "kafirlər" üzərinə yürüş etmişdir. Lakin onlar Şəndanın qapıları qarşısında məğlub oldular. Əli və əl-Baibn əmiri 10 min müsəlmanla əsir düşdü. Onların hamısı Şəndan, Sərir əhalisi və xəzərlər arasında bölüşdürüldü. Üç aydan sonra sərirlilər əsirləri Əli ibn Heysəmi və əl-Bab əmirini əvəzində heç nə almadan azad etdilər, şəndanlıların və xəzərlərin tutduqları əsirlər isə satıldı və onların yalnız çox az bir qismi xilas ola bildi. "Tarix-i əl-Bab" da göstərilir ki, "Əl-Bab sərhəd vilayətinin (səqr) kafir tayfaları içərisində müsəlmanların ən qəddar düşməni Şəndanın əhalisi idi". Adı çəkilən döyüş h.309 (917)-cu ildə baş vermişdir.[2]

Rusların Azərbaycana yürüşü

[redaktə | mənbəni redaktə et]

Əli ibn Heysəmin hakimiyyəti dövründə əl-Məsudinin bəhs etdiyi başqa hadisə də olmuşdur. Xəzərlərlə yanaşı, Şirvana ruslar da dəfələrlə dənizdən basqınlar edirdilər. ŞirvanşahlarDərbənd əmirləri bu basqınlara qarşı mübarizə aparırdılar. Xəzər dənizinin əhalisi sıx olan cənub-qərb sahilləri yadelli işğalçıların diqqətini çoxdan cəlb edirdi. Ticarət məqsədilə öz gəmilərində Xəzər dənizinin sahillərinə üzüb gələn rus tacirləri bu diyara yaxşı bələd idilər və xəzərlər kimi Azərbaycanın, xüsusilə Şirvan vilayətinin zənginliyi barədə məlumatları yayırdılar. Ruslar təqribən 914-cü ildə Bakı sahillərinə hücum etdilər. "Rus drujinaları buraya ilk dəfə gəlmirdilər. Onlar qədimdən şərqi Avropa ölkələri, Qafqazİran arasında qızğın ticarət gedən yaxşı bələd olduqları yolla irəliləyirdilər".[3][4]

Rusların bu səfərini əl-Məsudi ətraflı təsvir etmişdir. O göstərir ki, h.300 (912-13)-cü ildən sonra rusların hərəsində 100 adam olan təqribən 500 gəmisi Don çayı ilə Xəzər kanalına qədər gəldi. Rusların gəmiləri kanalın ağzını qoruyan Xəzər gözətçi dəstələrinin durduğu yerə çatdıqda ruslar bu dənizin ətrafinda yaşayan xalqlardan zəbt etdikləri qənimətin yarısını xəzər xaqanına verməyi vəd edib, ondan bütün ölkəni keçərək Volqa çayına, sonra isə üzüaşağı üzüb çayın mənsəibnə və Xəzər dənizinə çıxmağa razılıq aldılar.[5][6] "Xaqan onların bu qanunsuz işi etməsinə icazə verdi və ruslar körfəzə girib, çayın (Donun) mənsəibnə yetişdilər və onun vasitəsilə üzüyuxarı üzməyə başladılar. Nəhayət, Xəzər çayına (Volqaya) çatdılar və bu çayla Atil şəhərinədək endilər, onun yanından ötərək, çayın Xəzər dənizinə töküldüyü yerdə mənsəibnə yetişdilər, oradan isə (Təbəristandakı) Amul şəhərinə doğru (üzdülər). Rusların gəmiləri dənizə səpələndi və Gilana, Deyləmə, Təbəristana, Curcan sahilindəki Abeskuna neft verən vilayətə (iləd ən-nəffətə – Abşeron) və Azərbaycan istiqamətində yerləşən (bütün torpaqlara) basqın etdilər... bu dənizin ətrafında yaşayan xalqlar özlərini itirdilər, çünki keçmişdə onlann üzərinə dənizdən basqın edən düşmən görməmişdilər. Dənizdə yalnız ticarət və balıqçı gəmiləri üzərdi. Ruslar gilanlılarla, deyləmlilərlə və İbn Əbu əs-Sacın sərkərdələrindən biri ilə vuruşdular. Sonra onlar Şirvan şahlığının Bakuh adı ilə tanınmış neft verən sahilinə gəlib çıxdılar. (Sahilboyundan) qayıdarkən ruslar neftverən (vilayətdən) cəmi bir neçə mil aralı olan adalarda daldalandılar. O vaxtlar (təqr. 914-cü il) Şirvanım şahı Əli ibn əl-Heysəm idi. Əhali hazırlıq gördü, qayıqlarına (kəvarib) minib, həmin adalara qədər üzdü. Ruslar onların qarşısına çıxdılar. Minlərlə müsəlman öldürüldü və dənizdə boğuldu."[7]

Əl-Məsudi xəbər verir ki, Azərbaycanın cənubunun, Arranın, Beyləqanın, Bərdə vilayətinin və başqa şəhərlərin, habelə onlarla birlikdə Deyləm, Gilan və Təbəristanın əhalisi qaçmağa üz qoydular, çünki onlar dənizdən hücum gözləmirdilər və qəfil basqına məruz qalmışdılar. Ruslar bu dənizdə bir neçə ay qaldılar, belə ki, dənizlə qonşuluq edən heç bir xalq bir ölkədən başqasına gedib-gələb bilmirdi. Ruslar böyük qənimət əldə etdikdən sonra yenidən xəzər torpaqlarına qayıtdılar. Lakin burada onlar müsəlmanların hücumuna məruz qaldılar. Onlann böyük hissəsi (30 000 yaxın) qırıldı və yalnız cüzi bir qismi (5 minə yaxm) xilas olub vətənə qayıda bildi.[8][9]