MÜC

müc olmağ:
(Şamaxı)
aciz qalmaq, dili qısa olmaq. – O:n da əlində müc olmusan
MÜBAHLIX
MÜCƏ
OBASTAN VİKİ
Cəfər Müciri
Cəfər Məmməd Hüseyn oğlu Müciri (1919-2001) — Azərbaycanın tanınmış xalça rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünas alim, pedaqoq, çoxsaylı xalça kompozisiyalarının müəllifi. == Həyatı == 1919-cu ildə Təbriz şəhərində anadan olmuşdur. 1934-cü ildə "Sənaye-müntəzifə" adlı Təbriz İncəsənət məktəbinin ilk məzunu olmuş C.Müciri sonralar Tehran hərbi məktəbini bitirib. 1946-cı ildən Bakıda siyasi sığınacaq tapıb Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. 2001-ci ildə vəfat etmişdir. == Fəaliyyəti == İctimai və siyasi fəaliyyəti ilə yanaşı xalça sənətinə olan böyük maraq onu "İncəsənət" xalça artelinə gətirib çıxarır. 1965-ci ildə "XIX-XX əsrlərdə İran Azərbaycanının xalçaçılığında bədii xüsusiyyətlər" adlı namizədlik işini müdafiə edir. C.Mücirinin yaradıcılığında əsas yeri ornamental və qismən süjetli xalçalar tutur. "Saib Təbrizi", "Füzuli", "İki tale", "Güldanlı", "Sütunlu", "Heydər əmioğlu", "Buta", "Leyli və Məcnun", " Ulduzlara doğru", "Ləçək turunc" və s. xalçaların müəllifidir.
Daliya Mücahid
Daliya Mücahid (ing. Dalia Mogahed; 1974, Qahirə) — Misir mənşəli Amerika alimi. O, Qallupun müsəlmanlar üzrə araşdırmalar mərkəzinin icraçı direktorudur ki bütün dünyada müsəlmanların mövqeyini əks etdirmək üçün məlumat və təhlil təmin edən bitərəf araşdırma mərkəzidir. Daliya Mücahid, "Din Əsaslı və Çevrə Müəssisələr üzrə Ağ Ev Ofisi"ndə ABŞ prezidenti Barak Obamanın müşaviri kimi seçilmişdir.
Gözəllik mücəssəməsi... Leyla Bədirbəyli (film, 2014)
Gözəllik mücəssəməsi... Leyla Bədirbəyli — rejissor Elvin Vəlimətovun 2014-cü ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə teatr və kino aktrisası, Azərbaycanın xalq artisti Leyla Bədirbəylinin xatirəsinə həsr olunur. == Film haqqında == Filmdə "Dəcəl dəstə", "Səbuhi", "Arşın mal alan", "Fətəli xan", "Görüş", "Kölgələr sürünür", "Onun böyük ürəyi", "Koroğlu", "Dəli Kür", "İntizar", "Dərviş Parisi partladır" filmlərinin kadrlarından istifadə edilmişdir.
Mücahid
Mücahid (ərəbcədir) — din uğrunda, müqəddəs iş uğrunda mübariz, müqəddəs müharibənin, cəhadın iştirakçısı deməkdir. Bütün müsəlman şərqində, məsələn, Əlcəzairdə, İranda, Əfqanıstanda, Çeçenistanda və başqa ölkələrdə işlədilən termindir. Sosial, milli azadlıq hərəkatlarında, habelə dini hərəkatlarda iştirak edən şəxslərə mücahid deyilir. == Həmçinin bax == Şəhid == Xarici keçidlər == Dəyərlər saytı Dil--aztr Arxivləşdirilib 2011-02-01 at the Wayback Machine Əlşiə saytı Dil--aztr Arxivləşdirilib 2011-06-13 at the Wayback Machine İrfan dərgisi Dil--aztr Arxivləşdirilib 2008-08-19 at the Wayback Machine == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.91.
Mücahid (jurnal)
Mücahid — Azərbaycan siyasi mühacirətinin Türkiyədə nəşr etdirdiyi aylıq jurnal. == Tarixi == 1955-ci ilin iyulundan 1962-ci ilin iyununa kimi Çingiz Göygölün redaktorluğu ilə çıxmışdır. İlk nömrəsindəki proqram məqaləsində "bütün gücünü məhkum türk ellərinin qurtuluş davasına və kommunizm ilə mücadiləyə" yönəldəcəyini bildirirdi. == Fəaliyyəti == Qafqaz birliyi ideyasına və bu fikrin daşıyıcılarına kəskin müxalifətdə duran "Türk izi" jurnalının nəşri dayandıqdan sonra çıxmağa başlayan "Mücahid" öz sələfinin mövqeyini bir qədər yumşaltsa da, yalnız türk birliyini qəbul etdiyini gizlətmir, "Türküstan, İdil-Ural, Şimali Qafqaz, Azərbaycan və Krım mücahidlərinin də müştərək bir türk cəbhəsi halında çalışmaları lüzumuna inandığını bəyan edirdi". Bununla bərabər, "Mücahid" Şimali Qafqazla Azərbaycan arasında dostluq və iş birliyi tərəfdarı və təbliğatçısı olmuşdur. "Şimali Qafqaz və Azərbaycan qardaşlığı" məqaləsində (1962, may-iyun, № 49–50) jurnal qeyd edirdi ki, Şimali Qafqazla Azərbaycan arasında sıx mənəvi yaxınlaşma mövcud olmuş, hətta Şimali Qafqazlılar Rusiyada çar rejimi devrildikdən sonra, qurduqları müstəqil Cümhuriyyətin dövlət dili kimi Azərbaycan türkcəsini qəbul etmiş, orta və ali məktəblərdə təhsilin türkcə tədrisinə qərar vermişdilər. "Mücahid" türkdilli xalqların tarixi, ədəbiyyatı, adət-ənənəsi, tanınmış liderləri haqqında materiallar dərc etmiş, türkçülük, türk birliyi ideyasına öz töhfəsini vermişdir.
Mücahid Partiyası
İctimaiyyun-Amiyyun, Mücahid və ya İran Sosial Demokrat Partiyası — İranlı (əsasən, Cənubi Azərbaycandan olan) fəhlələrin Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Bakı təşkilatı və onun Hümmət Partiyasının fəal köməyi ilə 1905-ci ilin sonlarında yaradılmış ilk sosial-demokrat təşkilatı. == Tarixi == === Yaradılması === 1904-cü ildə yaradılmış Ədalət Qrupu əsasında yaradılmış, sonralar Ədalət Partiyasının özəyini təşkil etmişdir. Yaradılmasında Nəriman Nərimanovun mühüm rolu olmuşdur. Partiya iranlı fəhlələrin inqilabi şüurunun oyanmasında və öz hüquqları uğrunda mübarizəyə cəlb edilməsində, habelə İranda 1905–1911 illər Məşrutə hərəkatında mühüm rol oynamışdır. Partiyanın Mərkəzi Komitəsi Bakıda yerləşirdi. Nəriman Nərimanov başda olmaqla, Hümmət Partiyasının bir çox üzvləri "İctimaiyyun-Amiyyun"un məramnaməsinin hazırlanmasında fəal iştirak etmişdilər. Məramnamənin layihəsi 1906-cı il dekabrın əvvəllərində Bakıda çap edilmişdir. Həmin sənəd partiya təşkilatlarının əsas fəaliyyət proqramı olaraq, Cənubi Qafqazda yayılmış, habelə İrana göndərilərək, partiyanın İran təşkilatlarının, xüsusilə Təbriz təşkilatının ölkədə ictimai-iqtisadi inkişafın səviyyəsi və inqilabın ilk mərhələsinin xüsusiyyətləri haqqında düzəliş və təklifləri əsasında aqrar məsələyə dair müəyyən dəyişiklikdən sonra təkmilləşdirilmiş və partiyanın proqramı kimi, onun 1907-ci ildə Məşhəddə keçirilən yığıncağında qəbul olunmuşdu. Mücahid Partiyasının proqramı Hümmətin proqramına nisbətən daha inqilabi xarakteri ilə fərqlənirdi. === Fəaliyyəti === Partiya fərdi terror taktikasınıı qəbul etmişdi.
Mücahid təşkilatı
İctimaiyyun-Amiyyun, Mücahid və ya İran Sosial Demokrat Partiyası — İranlı (əsasən, Cənubi Azərbaycandan olan) fəhlələrin Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Bakı təşkilatı və onun Hümmət Partiyasının fəal köməyi ilə 1905-ci ilin sonlarında yaradılmış ilk sosial-demokrat təşkilatı. == Tarixi == === Yaradılması === 1904-cü ildə yaradılmış Ədalət Qrupu əsasında yaradılmış, sonralar Ədalət Partiyasının özəyini təşkil etmişdir. Yaradılmasında Nəriman Nərimanovun mühüm rolu olmuşdur. Partiya iranlı fəhlələrin inqilabi şüurunun oyanmasında və öz hüquqları uğrunda mübarizəyə cəlb edilməsində, habelə İranda 1905–1911 illər Məşrutə hərəkatında mühüm rol oynamışdır. Partiyanın Mərkəzi Komitəsi Bakıda yerləşirdi. Nəriman Nərimanov başda olmaqla, Hümmət Partiyasının bir çox üzvləri "İctimaiyyun-Amiyyun"un məramnaməsinin hazırlanmasında fəal iştirak etmişdilər. Məramnamənin layihəsi 1906-cı il dekabrın əvvəllərində Bakıda çap edilmişdir. Həmin sənəd partiya təşkilatlarının əsas fəaliyyət proqramı olaraq, Cənubi Qafqazda yayılmış, habelə İrana göndərilərək, partiyanın İran təşkilatlarının, xüsusilə Təbriz təşkilatının ölkədə ictimai-iqtisadi inkişafın səviyyəsi və inqilabın ilk mərhələsinin xüsusiyyətləri haqqında düzəliş və təklifləri əsasında aqrar məsələyə dair müəyyən dəyişiklikdən sonra təkmilləşdirilmiş və partiyanın proqramı kimi, onun 1907-ci ildə Məşhəddə keçirilən yığıncağında qəbul olunmuşdu. Mücahid Partiyasının proqramı Hümmətin proqramına nisbətən daha inqilabi xarakteri ilə fərqlənirdi. === Fəaliyyəti === Partiya fərdi terror taktikasınıı qəbul etmişdi.
Mücahidin Milli Partiyası
Mücahidin Milli Partiyası — XX əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş partiya == Haqqında == 1915-ci ildə Naxçıvan və Culfada Mücahidin Milli adlı partiya da yaradılmışdı. Onun liderləri Mirheydərzadə, İsmayıl bəy Camalbəyov, K. və R.Səfərbəyovlar idi. Partiyanın 60 nəfər üzvü var idi. == Mənbə == Багирова И.С. Политические партии и организации Азербайджана в начале ХХ века. 1900–1917. Баку, 1997, с.30, 31–32.
Mücahit Yağcı
Mücahit Yağcı (2 may 1973) — Türkiyəli kişi ağır atlet. 62 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Türkiyəni təmsil edir. Mücahit Yağcı dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2001 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Mücin
Mojen — İranın Semnan əyalətinin Təbəri (Mazandarani) şəhərlərindən biri, Şahrud şəhərinin şimal-qərbində yerləşir. Mojen xalqının (Təbəri etnik qrupu) mənşəyi Mazandaranidir və onlar Təbəri, Qorqani, Həzərcəribi, Kiasri və Elikai adlı dörd mühacir tayfasındandırlar və Mazandarani ləhcəsinin ləhcəsi olan Mojen ləhcəsində danışırlar. Dəyişməkdədir, çünki bu şəhərin Təbəri ləhcəsi Şahrudi fars dilinin güclü təsiri altında olmuşdur, lakin Mojenin Təbəri ləhcəsi hələ də öz Mazandarani kimliyini və mədəniyyətini, adət-ənənələrini və əcdadını, hələ də Təbəri adət və ənənələrini qoruyub saxlayır.
Mücirabad (Çaroymaq)
Mücirabad (fars. مجيراباد‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə kənddə 112 nəfər yaşayır (17 ailə).
Mücirəddin Beyləqani
Mücirəddin Beyləqani (1130, Beyləqan – 1194, Təbriz) — Azərbaycan şairi. == Həyatı == XII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri də Mücir təxəllüsü ilə şeirlər yazan Əbülməkarim Mücirəddin Beyləqanidir. Mənbələrin verdiyi məlumatdan belə anlaşılır ki, anası həbəş mənşəli olmuşdur. Şairin həyatı haqqinda məlumat azdır. Məlumdur ki, Xaqaninin şagirdi olmuş, sənətdə ustadının izi ilə getməyə çalışmışdır. Mücirəddin şair kimi Eldəkizlər sarayında parlamış, Məhəmməd Cahan Pəhləvana, onun qardaşı Qızıl Arslana və başqalarına mədhiyyələr həsr etmişdir. Şair təxminən 1194-cü ildə Təbrizdə vəfat etmişdir. Qəbri indi də Məqbərətyşşüəra qəbiristanlığındadır. == Yaradıcılığı == Mücirin əsərlərin lirik şerlər divanında toplanmış qəsidə, qəzəl və rübailərdən ibarətdir. Şerləri indiyə qədər çap olunmamışdır.
Mücrim Kərim Vardani
Mücrim Kərim Vardani (XIX əsr, Kərimli) — XIX əsrdə Oğuz rayonunun Vardanlı (Kərimli) kəndində yaşamış şair. == Həyatı == Mücrim Kərim Vardanı XIX əsrin birinci yarısında Vardanlı (indiki Kərimli) kəndində doğulmuş, yazıb yaratmışdır. Azərbaycan yazılı ədəbiyyatında aşıq şerinin görkəmli nümayəndələrindən biridir. Türkiyəyə, Ərəbistana, Dağıstana və Rusiyaya səyahət etmiş, ərəb və fars dillərinə dərindən yiyələnmişdir. Rayonun Kərimli kəndi Mücrim Kərimin adını daşıyır. == Yaradıcılığı == Şair həm klassik qəzəl formasını, həm də Azərbaycan xalq şerini yaxşı bilmiş, hər iki formada ustalıqla öz qələmini sınamışdır. Yazdığı qəzəllər, qoşmalar, təcnislər, bağlamalar, mürebbelər, müstəzadlar, müxəmməslər, gəraylılar Azərbaycan sərhədlərindən kənarlarda da tanınmışdır. Bakıda əlyazmalar fondunda saxlanılan əlyazmada bildirilir ki, o, öz divanını 1840-1841-ci illərdə tərtib edib bitirmiş və ona “Sünbülüstan” adı vermişdir. Professor, xalq yazıçısı Əzizə Cəfərzadə 1978-ci ildə Mücrim Kərim Vardaninin şerlərini ayrıca kitab şəklində “Sünbülüstan” adı ilə Bakıda çap etdrmişdir. Şeirlərini "Mücrim", "Kərim" və "Mücrim Kərim" təxəllüsləri ilə imzalayan Mücrim Kərimin şəxsiyyətinə dair bizdə heç bir məlumat yoxdur.
Mücrü (film, 1973)
== Məzmun == Ana (Məhluqə Sadıqova) qızını gəlin köçürəndə ona cehiz olaraq mücrü verir və "mücrüsüz gəlin olmaz" deyir. Gəlin (Ofeliya Sənani) isə vaxt keçdikcə mücrüyə əri tərəfindən hədiyyə edilən zinət əşyalarını qoyur. Mücrü dolur. Lakin amansız müharibə onun ərini (Hafiz Fətullayev) əlindən alır, aclıq başlayır. Gəlin məcbur olaraq mücrüdəki zinət əşyalarını bir-bir satır və uşaqlarını böyüdür. Mücrü boşalır. İllər keçir müharibə bitir və həmin mücrü uşaqların diplomları ilə yenidən dolmuş olur. == Film haqqında == Film eyniadlı mənsur şeirin əsasında çəkilmişdir.
Mücrü nəşriyyatı
Mücrüm Kərim
Mücrüm Kərim (XIX əsrin 1-ci yarısı) — XIX əsr Azərbaycan şairi. == Həyatı == XIX əsrin birinci yarısında Cəbrayılda yaşamış sənətkarlardan biri də Mücrüm Kərim idi. Ehtimala görə o, XVIII əsrin axırlarında ailəsi ilə Kirmanşah mahalından Qarabağa köçmüş, bir müddət Horovlu kəndində yaşamışdır. Sonralar o, bu torpaqların sahibi Cəfərqulu xan Cavanşirə müraciət edib torpaq istəyir. Cəfərqulu xan da indiki Cəfərabad kəndi olan ərazini ona bağışlayır. Bu kəndin Mücrüm Kərimə bağışlamasındsa Aşıq Pərinin (qonşu Maralyan kəndində yaşayırdı – red.) də müəyyən rolu olmuş, həmin torpaqların ona verilməsini Pəri də Cəfərqulu ağadan xahiş etmişdir. Mücrüm Kərim ömrünün sonuna qədər həmin kənddə yaşamışdır. Məzarı Horovlu kəındi yaxınlığında, Şıx kəhrizi deyilən qədim qəbristanlıqdadır. == Yaradıcılığı == Mücrüm Kərimin yaradıcılığında aşıq şeiri üslubunda yazılmış əsərlər – qoşma, gəraylı, təcnis və divanilər əsas yer tutur. Bu şeirlər daha çox məhəbbət mövzusunda yazılmış və burada ictimai motivlərə də geniş yer verilmişdir: - deyərək sevgilisinin vəfasızlığından, ürəksizliyindən gileylənən şair başqa bir şeirində: - deyə zəmanənin, dövranın vəfasızlığını, zülm və sitəmin ərşə qalxmasını, talesiz adamların acı həyatını qanlı göz yaşları ilə qələmə alırdı.
Müctəba Cəbbari
Müctəba Cəbbari (fars. مجتبی جباری‎, 16 iyun 1983) — 1983-cü ildə İranın Tehran ostanının Rübat Kərim şəhərində anadan olub. Jəbbari əslən Ərdəbildəndir. Müctəba Cəbbari İstiqlal klubunun yarımmüdafiəçisidir. == Klub karyerası == === Erkən illər === Atasının İran İslam Respublikası Dəmir Yolları işçisi olduğu üçün Cabbari klub futboluna Rah Ahan üçün oynamağa başladı. Klubdakı məşqçisi Əhədi tezliklə “İstiqlal” gənclər komandasına keçdi və Cabbarı da özü ilə apardı. Təcrübə qazanmaq üçün onu Aboomoslem-ə icarəyə verdilər. O, Aboomoslem ilə Hazfi Kubokunun finalına çıxan komandanın bir hissəsi idi. === Esteğlal === Daha sonra 2005-06 mövsümündə möhkəm Esteğlala qoşuldu. [sitat lazımdır] O, həmin mövsüm komandaya çempionluq qazandırmağa kömək etdi.
Müctəba Minovi
Müctəba Minovi (fars. مجتبی مینوی‎) — İran tarixçisi, ədəbiyyatşünas. O, Tehran Universitetinin professoru olmuşdur. Minovi 1934-cü ildə Tehranda keçirilən Firdovsi minillik mərasimlərinin iştirakçısı olmuşdur. Müctəba Minovi 26 yanvar 1977-ci ildə, 73 yaşında Tehranda vəfat etmiş və Behişti-Zəhrada dəfn edilmişdir. O, bu qəbiristanlıqda dəfn edilən ilk şəxsdir.
Müctəhidlərin siyahısı
Bu siyahı hazırda 12 imam şiəsi/üsuli əqidəsində olan insanlar tərəfindən qəbul edilən müctəhidlərin (مرجع Mərcei-təqlid) siyahısıdır.
Mücühəftəran
Mücühəftəran — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 347 nəfərdir ki onunda 184 nəfəri kişi, 163 nəfəri qadındır.
Mücümbar (Şəbüstər)
Mücümbar (fars. موجومبار‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 391 nəfər yaşayır (92 ailə).
Mücəssimilər
Müşəbbihilər — Tanrını insan keyfiyyətləri ilə təsəvvür edənlər Orta əsr müsəlman məzhəbi. Onlar mücəssimilər kimi də tanınırlar. Dinşünaslıq terminologiyasında isə bu cür inanış şəklinə "antropomorfizm" deyilir. Müşəbbihilər müsəlmanların ənənəvi dünyagörüşündən fərqli olaraq, Allahı onun yaratdıqlarına aid sifətlərlə təsəvvür edirdilər. == Etimologiya == Müşəbbih sözü təşbih (تشبيه) sözüylə eyni kökə sahibdir və mənası bənzəmə, bənzətmə və ya analogiya deməkdir. == Yaranması == İslam dünyasında bu fikrin banisi Cəhm ibn Səfvan (vəfatı: 746-ci il) sayılır. O, İlahi sifətləri inkar edib, Allahı insana bənzətmişdir. Əbdülqahir Bağdadi (vəfatı: 1037-ci il), "Təriqətlər arasında fərqlər" əsərində müxtəlif müsəlman təriqətləri haqqında məlumat verərkən, müşəbbihiləri iki qrupa bölmüşdür: Allahın mahiyyətini yaradılmışların mahiyyətinə bənzədənlər; Yalnız İlahi sifətləri yaradılmışların sifətlərinə bənzədənlər. == Qolları == Orta əsrlərdə bir neçə müşəbbihi təriqəti mövcud olmuşdur. Bunlardan ən tanınmışı Haşim ibn Həkəmin başçılıq etdiyi haşimilər idi.
Qaladan tapılan mücrü (film, 1982)
Qaladan tapılan mücrü — rejissor Gülbəniz Əzimzadənin filmi. == Məzmun == Filmdəki hadisələr Bakıda cərəyan edir. İki məktəbli dost — Mənsur (Kamran Şahmərdanov) və Ənvər (Ülvi Səfərov) xəzinə tapmaq arzusu ilə yaşayırdılar. Bir gün uşaqlar İçərişəhərin sökülüləri arasından içərisində qiymətli daş-qaş olan mücrü tapırlar. Lakin uşaqları güdən cinayətkarlar xəzinəni ələ keçirirlər. Uşaqlar bu barədə milisə məlumat verir və quldurların tutulmasında milis əməkdaşlarına köməklik göstərirlər. Filmin yaradıcılarının ümdə məqsədi gənc tamaşaçılara vicdan, yoldaşlıq, fədakarlıq kimi məfhumlar barədə söhbət açmaq, xeyirlə şəri bir-birindən ayırmaqda onlara kömək etməkdən ibarətdir. == Festivallar və mükafatlar == 1) 1983-cü ildə Gənc nəslin təlim-tərbiyəsində bu vacib problemin yaradıcılıqla işlənməsinə görə rejissor Gülbəniz Əzimzadəyə Özbəkistan Gənclər İttifaqı MK-nın Fəxri Fərmanı verilmişdir. == Film haqqında == Film operator Ələkbər Muradovun quruluşçu operator kimi kinoda ilk işidir. 1983-1984-cü illərdə bu film digər Azərbaycan kinolentləri arasında Sovet İttifaqında tamaşaçı sayına görə (4 milyon 80 min nəfər) I yeri tutmuşdur.
Qazax mücahidləri (1921)
Sibgətulla Mücədidi
Sibgətulla Mücədidi (fars. صبغت الله مجددی‎; 21 aprel 1925, Kabil, Əfqanıstan əmirliyi – 11 fevral 2019, Kabil, Əfqanıstan İslam Respublikası[d]) — Əfqanıstan İslam Dövlətinin 2 aylıq prezidenti (28 aprel, 1992-28 iyun, 1992), məşhur əfqan siyasətçi.