MÜLK-İMARƏT,

MÜLK-MAL сущ. мал-мулк, мал-жамал, мулкар, кӀвал-югъ, мал-девлет вири санал.
MÜLK
MÜLKƏDAR
OBASTAN VİKİ
İmarət
İmarət stadionu — Ağdam şəhərində yerləşən stadion. İmarət Qərvənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. İmarət qəbiristanlığı — Ağdamda Qarabağ xanı ailəsinin məzarları olan məqbərə-kompleks. İmarət Tayfa İmarət (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. İmarət (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Mülk
Mülk — (ərəb) Orta Əsrlərdə şərtsiz torpaq mülkiyəti. İqtadan fərqli olaraq mülk irsən keçən torpaq mülkiyəti idi. Xilafətin genişlənməsi zamanı ərəblər onlara müqavimət göstərən mülkədarların torpaqlarını müsadirə edib, öz əskərlərinə iqta kimi verirdilər, ərəblərlə anlaşan mülkədarların mülkləri isə öz sahiblərinin mülkiyətində saxlanırdı. Mülkədarlar, iqtadarlar kimi çox vaxt hərbi mükəlləfiyyət daşıyırdılar. Məsələn hüquqi baxımdan Teymurlənglə şirvanşah I İbrahimin münasibətləri vassal-süzeren münasibətləri idi, Şirvan İbrahimin mülkiyətində qalırdı, bununla belə o Teymurun siyasi hakimiyətini qəbul edirdi ona qoşunla və təchizatla yardım etməli idi. Mülkiyyət hüququ 1. Azərbaycan Respublikasında mülkiyyət. hüququ Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və şərtlərlə yaranır. 2. Mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir.
"İmarət" stadionu
İmarət stadionu — 1952-ci ildən 1993-cü ilə qədər Azərbaycanın Ağdam şəhərində yerləşən stadion. SSRİ-də sırf futbol üçün tikilmiş yeganə stadion. 1993-cü ilinin iyun ayında Ağdam uğrunda döyüş zamanı Ermənistan Silahlı Qüvvələrinin artilleriyası tərəfindən iki dəfə mərmi zərbərlərinə məruz qalaraq, yarasız vəziyyətə salınıb. == Tarixi == İmarətin əsas qapısı Kommunist küçəsi tərəfdən idi. Ora milli ornamentlərlə "İmarət" yazılmışdı. Köhnə ağacdan qapıda düzəldilmişdi. Stadionun əsas girişinə daxil olanda sol tərəfdə restoran və futbolçuların bazası idi. Stadionun arxa girişi isə Füzuli küçəsindən başlayırdı. Stadionun yaxınlığında Xurşidbanu Natəvanın heykəli var idi. Stadionun direktoru erkən illərdə şair Germanın Hüseynov atası Əli olmuşdu.
İmarət (Germi)
İmarət (fars. عمارت‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 223 nəfər yaşayır (49 ailə).
İmarət (Xudafərin)
İmarət (fars. عمارت‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 151 nəfər yaşayır (37 ailə).
İmarət Qərvənd
İmarət Qərvənd (bir müddət işlənilən adı: Kərəmli) — Azərbaycan Respublikasının Ağdərə rayonununda kənd, İmarət Qərvənd kənd inzibati ərazi dairəsinin mərkəzi. == Toponimikası == Kəndi Qarabağda yaşamış qərvənd tayfasına mənsub ailələr salmışlar. Oykonimin birinci komponenti imarət (vaxtilə burada mövcud olmuş mülkə işarədir) sözü yaşayış məntəqəsini eyniadlı digər kəndlərdən fərqləndirmək üçün artırılmışdır. 1933-ci il üçün tərtib olunan Azərbaycan Sosialist Şura Cümhuriyyətinin (Azərbaycan SSR) inzibati-ərazi bölgüsündə o vaxt mövcud olmuş Muxtar Dağlıq Qarabağ Oblastın (Dağlıq Qarabağ Muxtar Vilayətinin) tərkibində İmarət Qərvənd kənd şurasının tərkibində iki məskun yeri qeyd olunur: İmarət Qərvənd və Kərimli. Bundan sonra, Azərbaycan SSR-nin 1961-ci, 1963-cü, 1968-ci, 1977-ci il üçün tərtib olunan inzibati-ərazi bölgüsündə o vaxt mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olan Mardakert (1991-ci ildən sonra Ağdərə) rayonunun tərkibində İmarət Qərvənd kənd Sovetinin mərkəzi olaraq İmarət Qərvənd kəndi qeyd olunur, amma həmin rayonun tərkibində Kərəmli kəndi artıq qeyd olunmur. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli Qərarı ilə Ağdərə rayonunun bir sıra yaşayış məntəqələri Tərtər rayonunun tərkibinə verilmişdi, o yaşayış məntəqələrinin arasında İmarət Qərvəndin, Kərimlinin və ya Kərəmlinin adı qeyd olunmur. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli Qərarı ilə Ağdərə rayonu ləğv olunmuş, ərazisi isə Ağdam, Kəlbəcər və Tərtər rayonları arasında bölünmüş, yaşayış məntəqələri də qeyd olunan rayonların tərkibinə verilmişdi - bu yaşayış məntəqələri arasında Kərimli və ya Kərəmli adında yaşayış məntəqəsinin adı keçmir, amma İmarət Qərvənd kəndinin adı keçir, bu Qərara əsasən İmarət Qərvənd kəndi Kəlbəcər rayonunun tərkibində verilmişdi. Bundan sonra İmarət Qərvənd kəndi Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsü təsnifatında bir müddət Kərəmli adlanırdı. Azərbaycan Respublikasının 5 dekabr 2023-cü il tarixli Qanunu il Ağdərə rayonu yenidən yaradıldı. Bu Qanunla bir sıra yaşayış məntəqələri Ağdam, Kəlbəcər və Tərtər rayonlarının tərkibindən yeni yaradılan Ağdərə rayonunun tərkibinə verildi, və o yaşayış məntəqələrinin sırasında Kərəmli və ya Kərimli adında yaşayış məntəqəsinin adı qeyd olunmur, amma İmrarət Qərvənd kənd inzibati ərazi dairəsi tərkibindəki İmarət Qərvənd kəndi qeyd olunur - bu Qanunla İmarət Qərvənd kənd inzibati ərazi dairəsi İmarət Qərvənd kəndi ilə Kəlbəcər rayonunun tərkibindən yeni yaradılan Ağdərə rayonunun tərkibinə verildi.
İmarət Tayfa
İmarət Tayfa – Qarabağ futbol klubunun ən məşhur azarkeş qruplarından biridir. Onlar öz meydanları olan Azərsun Arenada və Tofiq Bəhramov adına Respublika Stadionunda (beynəlxalq oyunlar) klublarına müxtəlif bəstələr, xareoqrafiya və şüarlarla dəstək olurlar. == Tarixi == ''İmarət Tayfa'' azarkeş qrupunun adı Qarabağ futbol klubunun Ağdam yerləşən ilk stadionu olan İmarət stadionundan gəlir. İmarət stadionunun inşasına 1950-ci ildə başlanılıb, 1951-ci ildə isifadəyə verilib. Həmin stadion tikiləndən sonra Qarabağ futbol klubu yaranıb. O vaxt Ağdam şəhərini təmsil edən klubun adı "Məhsul" olub. "İmarət" tikildikdən sonra isə komanda professional klub kimi fəaliyyətə başlayıb. "İmarət" təkcə Ağdamın deyil, bütün Qarabağın futbol məbədi olub. "İmarət tayfa" azad azarkeş qrupu 2009-cu ildə yarandı. "Qarabağ"ın tribunasında onsuz da, azarkeşlər vardı.
İmarət qəbiristanlığı
İmarət Qərvənd qəbristanlığı və ya sadəcə İmarət qəbristanlığı — Ağdamda Qarabağ xanı ailəsinin məzarları olan məqbərə-kompleks. Qəbristanlıqda Qarabağ xanlığının və ondan sonrakı dövrün bir çox tanınmış şəxsi dəfn edilmişdir. == Haqqında == XVIII–XIX əsrlərə aid Pənahəli xanın məqbərəsi Ağdam rayonunda İmarət qəbiristanlığında yerləşir. Türbənin yanında ona oxşar başqa bir türbə də var. Bu türbə isə Pənahəli xanın oğlu, Qarabağ xanı İbrahimxəlil xana məxsusdur. Pənahəli xanın türbəsinin bir giriş qapısı var. Giriş qapısı tağvari quruluşa malikdir. Türbə çoxbucaqlı konusvari plan quruluşuna malikdir. Türbənin içərisində mərhumun qəbri yerləşir. Pənahəli xanın türbəsinin yanında oğlu və varisi İbrahimxəlil xanın türbəsi yerləşməkdədir.
İmarət stadionu
İmarət stadionu — 1952-ci ildən 1993-cü ilə qədər Azərbaycanın Ağdam şəhərində yerləşən stadion. SSRİ-də sırf futbol üçün tikilmiş yeganə stadion. 1993-cü ilinin iyun ayında Ağdam uğrunda döyüş zamanı Ermənistan Silahlı Qüvvələrinin artilleriyası tərəfindən iki dəfə mərmi zərbərlərinə məruz qalaraq, yarasız vəziyyətə salınıb. == Tarixi == İmarətin əsas qapısı Kommunist küçəsi tərəfdən idi. Ora milli ornamentlərlə "İmarət" yazılmışdı. Köhnə ağacdan qapıda düzəldilmişdi. Stadionun əsas girişinə daxil olanda sol tərəfdə restoran və futbolçuların bazası idi. Stadionun arxa girişi isə Füzuli küçəsindən başlayırdı. Stadionun yaxınlığında Xurşidbanu Natəvanın heykəli var idi. Stadionun direktoru erkən illərdə şair Germanın Hüseynov atası Əli olmuşdu.
Mülk (Miyanə)
Mülk (fars. ملك‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 414 nəfər yaşayır (93 ailə).
Nizamül Mülk
Nizamül Mülk, tam adı Əbu Əli Əl-Həsən et-Tusi Nizamülmülk (Ərəbcə: نظام الملك، ابو علي الحسن الطوسي / Nizāmu'l-Mulk Abū ʿAli al-Hasan at-Tūsī; Farsca: خواجه نظام‌الملک طوسی / Hace Nizāmulmulk Tūsī; 1018[…], Tus, Qəznəvilər dövləti – 14 oktyabr 1092, Səhnə, Böyük Səlcuq İmperiyası və ya Bürucərd, Böyük Səlcuq İmperiyası) — Səlcuq Dövlətinin vəziri və "Siyasətnamə" adlı kitabın müəllifi, farssiyasətçisi, tarixi şəxsiyyət. == Həyatı == Şərq tarixində müdrik, uzaqgörən vəzir deyəndə iki şəxs ağıla gəlirsə, biri Nizamülmülkdür. Məşhur Səlcuqi sultanları Alparslan va Məlikşahın vəziri olmuş bu şəxs dövlətin iqtisadi qüdrətinin artmasında, qoşunun möhkəmlənməsində, ölkənin mədəni həyatında çox mühüm rol oynayıb. Eyni zamanda o, diribaş korrupsioner, rəqiblərini məhv etmək üçün istənilən üsula əl atan sərvaxt məmur, proteksionist olub. Nizamülmülkün bu xüsusda "ilk kövrək addımları" barədə "Vəzirin tərcümeyi-halı" adlı bir kitabda yazılır: "Bir ara Xacə (Nizamülmülk) Bəlx əmiri ibn Şadanın yanında katiblik edirdi. Vaxtaşırı ibn Şadan Xacəyə deyirdi: "Ey Həsən, yaman kökəlibsən". Sonra nəyi varsa əlindən alıb deyərdi: "Sən katibsən, qələmin sənə bəsdir". Bir qədər işləyəndən sonra əmlakı müsadirə edildi, özü isə tutulmamaq üçün qaçıb aradan çıxdı". Amma bütün bunlar onun üçün bir məktəb olur. O, saray sirlərini, yaltaqlıq, nifaq salmaq, ürəyə girmək, kiçik və böyük məmurlarla necə davranmaq və s.
Nəsirul Mülk
Nəsirul Mülk(17 avqust 1950)—Pakistan İslam Respublikasının 21-ci baş naziri.Həmçinin Pakistanın 7-ci vasitəçi baş naziri.Vəzifə 18 avqust,2018-ci ildə İmran Xana təhvil edilib. == Bioqrafiya == Nasirul Mulk, 17 avqust 1950-ci ildə Khat Pakhtunkhwa Swat turistik bölgəsində anadan olmuşdur. atası Kamran Xan 1973-1977-ci illər arasında Senatda senator vəzifəsini icra edən bir siyasətçi idi. Kiçik qardaşı Şüja-ul-Mulk 2003-2009-cu illər arasında senator olaraq da vəzifə yerinə yetirmişdi. İctimai işçi, başqa bir qardaşı Rafil-ul-Mulk isə Svatın keçmiş bələdiyyə başçısı idi. Abbottabad Xalq Məktəbində orta məktəbi bitirdikdən sonra, Mulk 1970-ci ildə Gözəl İncəsənət sahəsində BA dərəcəsini aldığı Cahanzeb Kollecinə daxil oldu. Eyni il Pişəvər Universitetində hüquq təhsili almaq üçün qeydiyyatdan keçdi. Eyni zamanda hüquq təhsillərini də yaxşı başa vurdu. , universitet müəllimləri onu "istedadlı və parlaq bir tələbə" kimi qeyd etdilər. 1972-ci ildə Peşəvar Universitetindən hüquq bakalavr dərəcəsi almışdır.
Mülk (Zəngəzur)
Mülk — keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Mehri (Meğri) rayonunun, hazırkı Sünik mərzinin ərazisində mövcud olmuş kənd. Mehri (Meğri) qəsəbəsindən 16–18 km şimal-qərbdə yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kəndin adı Stepan Zelinskinin siyahısında "Mülkəçap" kimi qeydə edilmişdir. == Etimologiyası == Toponim ərəb dilində "mülkiyyət, mal-mülk, malikanə", "torpaq sahəsi, malikanə, daşınmaz əmlak" mənasında işlənən "mülk" sözü əsasında əmələ gəlmişdir. == Əhalisi == Kənddə 1914-cü ildə 90 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılardan sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 56 nəfər, 1926-cı ildə 48 nəfər, 1931-ci ildə 78 nəfər yalnız azərbaycanlı yaşamışdır. Kollektivləşmə ilə bağlı XX əsrin 30-cu illərin axırlarında kənd ləğv edilmişdir.
Mülk (dəqiqləşdirmə)
Mülk
Özəl mülk
Xüsusi mülkiyyət, həmçinin şəxsi mülkiyyət və ya özəl mülkiyyət — hüquqi və fiziki şəxsin malik olduğu, nəzarət etdiyi, istifadə etdiyi, gəlir götürdüyü və sərəncan verdiyi torpaq, kapital və digər mülkiyyət. Həm daşınan, həm daşınmaz, həm də əqli mülkiyyət özəl mülkiyyət ola bilər. Onun dövlət mülkiyyətindən fərqi dövlətə, icmaya deyil, məhz konkret sahibə malik olmasıdır.
İmarət Araşdırma Mərkəzi
İmarət Araşdırma Mərkəzi (ing. Research Centre Imarat; RCI) — Hindistan Müdafiə Tədqiqat və İnkişaf Təşkilatına bağlı laboratoriya. Telanqana ştatının Heydərabad şəhərində yerləşir. Laboratoriya Hindistan Silahlı Qüvvələri üçün raket sistemlərinin, idarə olunan silahların və qabaqcıl avionikaların tədqiqi və inkişafı üzrə məsuliyyət daşıyır. 1988-ci ildə Abdul Kalam tərəfindən təsis edilmişdir. Şri U Raca Babu hazırda "RCI" laboratoriyasının direktorudur. İmarət Araşdırma Mərkəzi raketlər üçün avionika və naviqasiya sistemlərinin hazırlanmasında dünya lideri hesab edilir.
İmarət Qərvənd qəbristanlığı
İmarət Qərvənd qəbristanlığı və ya sadəcə İmarət qəbristanlığı — Ağdamda Qarabağ xanı ailəsinin məzarları olan məqbərə-kompleks. Qəbristanlıqda Qarabağ xanlığının və ondan sonrakı dövrün bir çox tanınmış şəxsi dəfn edilmişdir. == Haqqında == XVIII–XIX əsrlərə aid Pənahəli xanın məqbərəsi Ağdam rayonunda İmarət qəbiristanlığında yerləşir. Türbənin yanında ona oxşar başqa bir türbə də var. Bu türbə isə Pənahəli xanın oğlu, Qarabağ xanı İbrahimxəlil xana məxsusdur. Pənahəli xanın türbəsinin bir giriş qapısı var. Giriş qapısı tağvari quruluşa malikdir. Türbə çoxbucaqlı konusvari plan quruluşuna malikdir. Türbənin içərisində mərhumun qəbri yerləşir. Pənahəli xanın türbəsinin yanında oğlu və varisi İbrahimxəlil xanın türbəsi yerləşməkdədir.
İmarət (saray kompleksi)
Pənahəli xan sarayı və ya Pənah xanın imarəti — Ağdam şəhərində yerləşən və birinci Qarabağ xanı Pənahəli xanın yay sarayı olmuş XVIII əsrə aid tarix-memarlıq abidəsidir. Pənahəli xanın Ağdamdakı sarayı, xan nəslinin ən birinci mülklərindən olmaqla iki binadan ibarətdir. Çox güman ki, ilkin çağında bu kompleksə daha çox bina daxil olmuşdur. Bu kompleks Pənahəli xanın 1738-ci ildə Xorasandan qayıdıb, Qarabağda xanlıq quruculuğuna başladığı ilk illərdə inşa edilmişdir. Ağdam sarayı, bir-birinə perpendikulyar yerləşdirilmiş iki korpusdan ibarətdir. Əsas korpus, mərkəzi günbəzli zalın ətrafında qruplaşdırılmış tağtavanlı otaqlardan ibarətdir. Mərkəzi zalın qabağında cənuba istiqamətlənmiş geniş və dəbdəbəli eyvan yerləşir. Günbəzli zal divanxana xüsusiyyəti daşımış və Pənahəli xan burda qonaqlarını qəbul etmişdir. Saray yaxınlığında yerləşən İmarət qəbiristanlığında Qarabağ xan nəslinin bir çox nümayəndələri dəfn edilmişdir. Pənahəli xanın türbəsi və Xurşidbanu Natavanın qəbirüstü abidəsi də bu qəbiristanlıqda yerləşir.
Mülk Rac Anand
Mülk Rac Anand – hind yazıçısı, alim, ictimai xadim. == Yaradıcılığı == Mülk Rac Anand Pəncab (1925) və London (1929) universitetlərini bitirmişdir. Beynəlxalq Sülh mükafatı laureatı (1953), Pəncab Universitetinin professorudur (1962). M.R. Anand ingilis dilində yazmışdır. Mütərəqqi hind yazıçıları cəmiyyətinin təşkilatçılarından olmuşdur (1936). Bəzi hekayələri Azərbaycan dilinə tərcümə olunmuşdur. O, Asiya və Afrika ölkələri yazıçıları ilə sovet əlaqə komitəsinin Bakıda keçirilmiş iclasında iştirak etmişdir (1966). == Romanları == “Toxunulmaz” (1935) “Kuli” (1936) “Yol” (1961) “Qəhrəmanın ölümü” (1963) “Sübhün çöhrəsi” (1964) “Toxunulmaz” (1935) “Kuli” (1936) romanları insanların zülmə, istibdada qarşı azadlıq mübarizəsinə həsr olunmuşdur.
Saray Mülk Xanım
Saray Mülk Xanım (özb. Saroymulkxonim, 1341 və ya 1343, Teymurilər dövləti – 1405 və ya 1406, Səmərqənd) — Teymurilər imperiyasının qurucusu Teymurun ikinci həyat yoldaşı. == Həyatı == Atası Çağatay xanlığının xanı Qazan xan Çingiz xanın soyundan gəlir. Saray Mülk Xanım ilk evliliyini Əmir Hüseynlə etməsinə rəğmən, Əmir Hüseynin Teymurun əsgərləri tərəfindən öldürülməsi nəticəsində Çingiz xan ailəsi ilə qohumluğa xüsusi əhəmiyyət verən Teymur Saray Mülk Xanım ilə evlənmişdir. Teymur bu evlilikdən sonra Çingiz xan soyuna kürəkən olduğu üçün gürgan olaraq anılmışdır. Bu evlilikdən uşaqları olmamışdır. Bundan başqa, imperiyanın sonrakı iki hökmdarı olan Şahrux və Uluq bəyə də təhsil və tərbiyə vermişdir. == Xeyirxah əməlləri == Səmərqənddəki XIV əsrin ən önəmli binalarından biri Teymurun möhtəşəm məscidinin qarşısındakı Xanım mədrəsəsi idi. Mədrəsə Saray Mülk Xanım tərəfindən 1397-ci ildə tikdirilmişdir. Saray Mülk Xanım bir çox əsər də tikdirmişdir, lakin bu günə təkcə Xanım mədrəsəsi çatmışdır.
Seyfəl-mülk (opera)
Seyfəl-mülk ― 1915-ci ildə Məşədi Cəmil Əmirov tərəfindən yazılmış opera. Librettosu Mirzə Əbdülqədir Vüsaqi tərəfindən yazılıb. Opera ilk dəfə 1915-ci ildə Gəncədə nümayiş etdirilib. Bir il sonra isə Tiflisdə Tiflis Opera Teatrında Sidqi Ruhullanın rejissorluğu ilə səhnəyə qoyulub. Burada rolları, Məcid Behbudov, Bülbül və Malıbəyli Həmid və digərləri ifa ediblər. Həmin dövrün afişalarına əsasən operanın dirijoru Məşədi Cəmil Əmirov olub. 1916-cı il ərzində opera təkcə Tiflisdə yox eləcə də Qafqazın digər şəhərlərində də səhnəyə qoyulub.
Kafi-ül Mülk (Şəbüstər)
Kafi-ül Mülk (fars. کافی‌الملک‎, Kâfi ol Molk) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,340 nəfər yaşayır (415 ailə).
Ziya-ül Mülk körpüsü
Ziya-ül Mülk körpüsü — Naxçıvan Muxtar Respublikasının Araz çayı üzərində tarixi-memarlıq abidəsi. Culfa yaxınlığında, Araz çayının dağın ətəyinə toxunaraq, burulğan halda döndüyü yerdə yonulmuş daşdan inşa olunmuşdur. Körpünün salınması ilə hazırda xarabaları qalmış qədim şəhərin böyük İpək yolu üzərində mühüm mərkəz kimi əhəmiyyəti artmışdır. Olduqca möhkəm, son dərəcə hamar və gözəl görünüşə malik körpünün iki yüksək və geniş tağı olmuşdur. Onlardan birinin eni 60 arşın (gəz), digərinin eni isə 55 arşın idi. Xeyli hündür olan körpünün hər iki tərəfində daşdan darvaza var idi. Tağlardan birinin altından karvansaray kimi istifadə edilirdi. Körpünün salınma texnikası mahir mühəndisləri də heyran qoyurdu. Hazırda Ziya-ül Mülk körpüsünün yalnız 5 dayağı qalmışdır. Birinci istisna olmaqla, bütün dayaqlar pis vəziyyətdədir.

Digər lüğətlərdə