XVIII–XIX əsrlərə aid Pənahəli xanın məqbərəsi Ağdam rayonunda İmarət qəbiristanlığında yerləşir. Türbənin yanında ona oxşar başqa bir türbə də var. Bu türbə isə Pənahəli xanın oğlu, Qarabağ xanı İbrahimxəlil xana məxsusdur. Pənahəli xanın türbəsinin bir giriş qapısı var. Giriş qapısı tağvari quruluşa malikdir. Türbə çoxbucaqlı konusvari plan quruluşuna malikdir. Türbənin içərisində mərhumun qəbri yerləşir. Pənahəli xanın türbəsinin yanında oğlu və varisi İbrahimxəlil xanın türbəsi yerləşməkdədir. Türbələrin önündə həmçinin, Xurşidbanu Natəvanın büstü qoyulmuşdur.[5][6]
1993-cü ilin erməni silahlı qüvvələri tərəfindən Ağdam işğal edildi.[7] İşğaldanəvvəli şəhərin ağır bombardman edilməsi əhalinin şəhəri və kəndləri şərqə doğru boşaltmağa məcbur etdi, şəhər kabus şəhərə çevrildi.[8] İşğal 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi ilə sonlandı və müharibə nəticəsində qəbristanlığında daxil olduğu ərazi Azərbaycan hakimiyyətinə geri qayıtdı. Ağdam rayonu və həmçinin Ağdam şəhəri işğaldan azad olunandan sonra, məlum olmuşdur ki, ermənilər tərəfindən Natəvanın məqbərəsi dağıdılmışdır, qəbiri isə təhqir olunmuşdur, qazılıb və sümükləri də qəbrindən çıxarılıb aparılmışdı. Bu haqda məşhur fransız fotojurnalisti Rza Diqqəti məlumat da dərc etmişdir[9][10][11][12][13].[14][15]
ABŞ Dövlət Departamentinin hesabatına görə, XVIII əsrə aid olan müqəddəs və tarixi İmarət qəbristanlığı, şəhərin Şəhidlər Xiyabanı da daxil olmaqla ermənilər tərəfindən təhqir edilmiş, yağmalanmış və dağıdılmışdır. Şəhidlər Xiyabanını ziyarət edən qərb diplomatları əvvəllər cəsədlərin basdırıldığı yerlərdə yalnız deşiklərin olduğunu və qəbiristanlıqda yalnız bir zədələnmiş məzar daşının qaldığını bildiriblər.[16]
↑Hewsen, Robert H.Review of George A. Bournoutian, A History of Qarabagh: An Annotated Translation of Mirza Jamal Javanshir Qarabaghi's Tarikh-e Qarabagh, in Journal of the Society for Armenian Studies (ingilis). 1995. səh. 270. Although written in Persian, the work of Mirza Jamal Javanshir (1773/4–1853) is actually a product of Azeri historiography: its author being an Azeri noble of the Javanshir tribe, who began his lengthy career as a scribe in the service of Ebrahim, the Azeri khan of Karabakh
↑Gvosdev, Nikolas K.Imperial policies and perspectives towards Georgia, 1760–1819 (ingilis). Oxford: St. Martin's Press in association with St. Antony's College. 2000. ISBN978-0-312-22990-0. Writing to his adviser Archimandrite Gaioz, Erekle informed him that he had received a communication from the new Shah ordering him to take part in a campaign against Ibrahim, the Azeri khan of Karabagh, who was also asserting his right to independence from Persia
↑Bayne Fisher, William; Avery, Peter; Hambly, Gavin. The Cambridge History of Iran (ingilis). Cambridge University Press. 1991. səh. 512. ISBN0-521-20095-4. There were Bayat Turks at Maku, and a further branch of the Qajar in Erivan and Qarabagh, were the Javanshir Turks and the Karachrlu Kurd also lived
↑Tofigli, Vugar. "Ağdamın "İmarət"li günləri..." ["Imarat" days of Aghdam...]. 525-ji gazet (az.). 17 April 2012. səh. 2. 27 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 January 2021.
↑Gafarova, Sakina. "Cəfərqulu xan Nəva" [Jafargulu Khan Nava]. ENS.az (az.). 25 December 2018. 27 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 January 2021.
↑Khalilzadeh, Flora. "Tək inci kimi parlayan Xan qızı" [Khan's daughter shining like a single pearl]. Kaspiy (az.). 13 April 2015. 27 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 January 2021.