Mülk Rac Anand

Mülk Rac Anandhind yazıçısı, alim, ictimai xadim.

Mülk Rac Anand
ing. Mulk Raj Anand
Doğum tarixi
Doğum yeri Peşa
Vəfat tarixi (98 yaşında)
Vəfat yeri Hindistan, Puna
Vəfat səbəbi ağciyər iltihabı
Vətəndaşlığı Hindistan Hindistan
Milliyyəti hindli
Təhsili Pəncab (1925) və London Uni. (1929)
Fəaliyyəti yazıçı, jurnalist, romançı, yazıçı-dokumentalist[d]
Əsərlərinin dili ingilis
Mükafatları Beynəlxalq Sülh mükafatı laureatı (1953)
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Mülk Rac Anand Pəncab (1925) və London (1929) universitetlərini bitirmişdir. Beynəlxalq Sülh mükafatı laureatı (1953), Pəncab Universitetinin professorudur (1962). M.R. Anand ingilis dilində yazmışdır. Mütərəqqi hind yazıçıları cəmiyyətinin təşkilatçılarından olmuşdur (1936). Bəzi hekayələri Azərbaycan dilinə tərcümə olunmuşdur. O, AsiyaAfrika ölkələri yazıçıları ilə sovet əlaqə komitəsinin Bakıda keçirilmiş iclasında iştirak etmişdir (1966).

  • “Toxunulmaz” (1935)
  • “Kuli” (1936)
  • “Yol” (1961)
  • “Qəhrəmanın ölümü” (1963)
  • “Sübhün çöhrəsi” (1964)

“Toxunulmaz” (1935) “Kuli” (1936) romanları insanların zülmə, istibdada qarşı azadlıq mübarizəsinə həsr olunmuşdur. [1]

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 476. ISBN 978-9952-441-02-4.