Parazitologiya
Parazitologiya — yer üzərində yaşayan bütün parazit canlıları öyrənən tibbin bir bölməsidir. Parazitlər bildiyimiz kimi digər canlıların bədənində yaşayıb, onların orqanzimindəki bütün lazımi maddələri özlərinə çəkir. Qeyd edək ki,parazitlər iki cür ola bilər: ektoparazitlər (xarici), endoparazitlər (daxili). Ektoparazitlərin əksəriyyəti aerobdur. Onlara tibb zəlisini, buğumayaqlıların həşəratlar sinifinə daxil olan əksər cücü növlərini və s.-ni misal göstərmək olar. Endoparazitlərə askaridi, öküz soliterini, qaraciyər sorucusunu, exinokokku, uşaq bizquyruğunu,malyariya parazitini və s.-ni misal göstərmək olar. Parazit orqanzimlər müxtəlif aləmlərin nümayəndəsi ola bilər. Məsələn, yuxarıda sadaladığımız canlıların hamısı heyvanlar aləminə məxsus parazitlərdir. Bundan başqa bakteriyalar aləminin nümayəndələri tərəfindən törədilən angina, skarlatina, vərəm vəba, taun, brusselyoz, saqqo və s. kimi xəstəliklər parazit xəstəlikləridir.