Röyal Məmmədov (leytenant)
Röyal Asif oğlu Məmmədov (12 fevral 1997, Ağcabədi rayonu, Hindarx qəsəbəsi — 19 sentyabr 2023, Xocavənd rayonu Qarakənd ərazisi)- Azərbaycan Respublikasının Leytenantı, bölük komandiri əvəzedicisi, İkinci Qarabağ müharibəsinin, Tərtər rayonunda,Suqovuşan, Talış kəndlərində gedən döyüşlərin iştirakçısı.
Röyal Məmmədov, 2023-cü ilin 19 Sentyabrında başlanan Anti-terror əməliyyatı zamanı Xocavənd rayonu, Qarakənd ərazisində gözündən aldığı güllə yarası ilə şəhaddətə ucalmışdır.
Röyal Asif oğlu xidməti boyu tabeliçiliyində olan əsgər və digər hərbçilərlə yaxından maraqlanmış və onlara köməklik göstərmişdir.
== Həyatı ==
Röyal Asif oğlu Məmmədov 12 fevral 1997-ci ildə Ağcabədi rayonunun Hindarx qəsəbəsində doğulmuşdur. Atası Mamedov Asif — KT üzrə Gəncə İnstitutunu bitirmiş, bir müddət bu sahə üzrə işlədikdən sonra şəxsi işində işini davam elətdirmişdir. Anası Əsədova Məhsəti — Mədəni maarif işlərində işləmiş, Ağdam rayonu üzrə kitabxana Müdiri olmuşdur. Qardaşı Xəyal Mamedov — Antiterror əməliyyatlarında iştirak etmiş və bu döyüşdə komandir köməkçisi olaraq döyüşərkən olduğu maşını erməni PUA-ları vurmuş və son anda xilas ola bilmişdir. Digər qardaşı Vüsal Mamedov — Ali Təhsilini Bakı Dövlət Universiteti üzrə bitirmiş və daha sonra Azərbaycan Respublikasının qulluğunda xidmətini etmiş və hal-hazırda hərbi xidmətini Bakı şəhəri N saylı hərbi hissədə XTQ üzrə davam etdirir. Və bacısı Pərvanə Mamedova.
=== Ailəsi ===
2019-cu ilin noyabrın 24-ü sevdiyi xanım Qəmzə Məmmədova ilə ailə qurmuş, 2020-ci ildə ilk övladı Ramal Məmmədov dünyaya gəlmişdir.