Röyal Nəsirov

Röyal İmran oğlu Nəsirov (d. 16 mart 1997; Cəlilabad, Azərbaycan — ö. 2 aprel 2016; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Röyal Nəsirov
Röyal İmran oğlu Nəsirov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Cəlilabad, Azərbaycan
Vəfat tarixi (19 yaşında)
Vəfat yeri Tərtər, Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbə Əsgər
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Röyal Nəsirov 1997-ci ilin 16 mart günündə Cəlilabad rayonunun Məlikqasımlı kəndində anadan olub.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Əsgər Röyal Nəsirov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 9-u isə Röyal Nəsirov doğulduğu Cəlilabad rayonunun Məlikqasımlı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Nəsirov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Röyal Nəsirov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

İstinadlar[redaktə | mənbəni redaktə et]