Röyal İbrahimov (tam adı: Röyal Qulam oğlu İbrahimov; 19 fevral 2002; Lənkəran, Azərbaycan — 2 noyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri , İkinci Qarabağ müharibəsi şəhidi.
Röyal İbrahimov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Vel, Lənkəran, Azərbaycan |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat yeri | Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbə | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri | 2020 |
Röyal İbrahimov 19 fevral 2002-ci il Lənkəran şəhəri,Vel kəndində anadan olmuşdur.
Röyal İbrahimov 14.07.2020-ci ildə həqiqi xidmətə yollanmışdır. Azərbaycan Ordusunun əsgəri olan Röyal İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Röyal İbrahimov noyabrın 2-də şəhidlik zirvəsinə yüksəlmişdir. Röyal İbrahimov noyabrın 6-ı Lənkəran şəhəri,Vel kəndində dəfn olnmuşdur.[1]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi [2].