Röyal Tağı oğlu Tağıyev (13 may 1995, Qubalıbalaoğlan, Hacıqabul rayonu – 6 oktyabr 2020, Hadrut, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Röyal Tağıyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 may 1995(1995-05-13) |
Doğum yeri | |
Vəfat tarixi | 6 oktyabr 2020(2020-10-06) (25 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2013-2015 / 2020 |
Rütbə | Əsgər |
Vəzifəsi | Rabitəçi |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Röyal Tağıyev 13 may 1995-ci ildə Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndində anadan olub.
Röyal Tağıyev 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Röyal Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəbrayılın azad edilməsi zamanı vuruşaraq həlak olmuşdur. Röyal Tağıyev Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Tağıyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Röyal Tağıyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]