Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nizamsız ordu
Nizamsız ordu — bir ölkənin milli silahlı qüvvələrindən fərqli olan hər hansı qeyri-standart hərbi komponent. Terminə aid edilənlər olduqca müxtəlifdir. Bu, hərbi təşkilat növünə və ya istifadə edilən taktika növünə aid edilə bilər. Nizamsız hərbi təşkilat nizamlı hərbi təşkilatın bir parçası olmayan bir hərbi təşkilatdır. Standart hərbi birləşmə təşkilatı olmayan hərbi təşkilatları izah etmək üçün "trup", "qoşun", "dəstə", "qrup", "birləşmə", "banda" və ya "qüvvə" kimi daha ümumişlək sözlərdən də istifadə edilir. Nizamsızlar bu cür hərbi təşkilatların üzvü olan əsgər və ya döyüşçülərdir. Nizamsız müharibə adətən nizamsız hərbi təşkilatlar tərəfindən istifadə edilən taktikalardan ibarət müharibəyə deyilir. Buna böyükmiqyaslı döyüşdən yayınmaq və kiçik, gizli, vur-qaç münaqişələrə fokuslanmaq daxildir.
Nizamsızlar
Nizamsız ordu — bir ölkənin milli silahlı qüvvələrindən fərqli olan hər hansı qeyri-standart hərbi komponent. Terminə aid edilənlər olduqca müxtəlifdir. Bu, hərbi təşkilat növünə və ya istifadə edilən taktika növünə aid edilə bilər. Nizamsız hərbi təşkilat nizamlı hərbi təşkilatın bir parçası olmayan bir hərbi təşkilatdır. Standart hərbi birləşmə təşkilatı olmayan hərbi təşkilatları izah etmək üçün "trup", "qoşun", "dəstə", "qrup", "birləşmə", "banda" və ya "qüvvə" kimi daha ümumişlək sözlərdən də istifadə edilir. Nizamsızlar bu cür hərbi təşkilatların üzvü olan əsgər və ya döyüşçülərdir. Nizamsız müharibə adətən nizamsız hərbi təşkilatlar tərəfindən istifadə edilən taktikalardan ibarət müharibəyə deyilir. Buna böyükmiqyaslı döyüşdən yayınmaq və kiçik, gizli, vur-qaç münaqişələrə fokuslanmaq daxildir.
Qidalanma nizamsızlığı
Qidalanma pozuntusu — insanın fiziki və ya zehni sağlamlığına mənfi təsir göstərən anormal yemək vərdişləri ilə təyin olunan zehni bir xəstəlikdir. Bunlara qısa müddət ərzində çox miqdarda yemək yemə; çəki artması qorxusu səbəbiylə çox az yemə və beləliklə bədən çəkisinin aşağı düşdüyü nevrotik anoreksiya; bulimia nervoza — çox yemək yemə və sonra yediklərini qaytarmağa çalışmaq; pika — qeyri-ərzaq məhsulları yemə; qidaya marağının olmaması halında ehtiyatlı / məhdudlaşdırıcı qida qəbulu pozğunluğu (ARFID — avoidant/restrcitive food intake disorder); və digər bir qrup qidalanma / yemək pozuqluqları nümunələri çəkmək olar. Qidalanma nizamsızlığı olan insanlar arasında anksiyete pozuqluğu, depressiya və narkotik vasitələrdən asılılıq yayğındır. Obezlik qidalanma nizamsızlığı deyildir. Qidalanma nizamsızlığının səbəbləri tam bəlli olmur. Həm bioloji, həm də ətraf mühit amilləri yemə pozuqluğunda iştirak edə bilər. İncəliyin/arıq olmağın bir çox cəmiyyətdə idealizasiyasının bəzi yemək pozğunluqlarına töhfə verdiyinə inanılır. Qidalanma nizamsızlığı rəqslə məşğul olan insanların təxminən 12 faizinə təsir göstərir. Cinsi istismara məruz qalan insanlarda da çox meydana çıxır. Pika və ruminasiya pozuqluğu kimi bəzi problemlər əqli qüsurlu insanlarda daha tez-tez baş verir.
Nikahsız arvad
Konkubina (lat. concubina con — birgə, və cubare — uzanmaq) — Qədim Romada kəniz ya odaliska, maddi və şəxsi cəhətdən asılı, və ya kölə olan daimi məşuqə, aşna, "nikahdan kənar arvad", "yataq yığışdıran qadın", aşağı təbəqədən olan birgə yaşayışa cəlb olunmuş subay qadınlara deyilirdi. Bu münasibətdən dünyaya gələn uşaqlara qanundan və ya nikahdan kənar uşaqlar deyilirdi.. Çoxarvadlılıqda olduğundan fərqli olaraq konkubinaların uşaqları ata mülkünə vərəsəlik hüququna malik deyildilər. Konkubina ilə münasibət toy mərasimi olmadan qurulurdu. Konkubinalar digər bir kişi ilə münasibət qura bilərdi ki, bu zaman onun əvvəlki partnyoru bu halla razılaşmalı olurdu. Konkubinalar fahişə sayılmadıqlarına görə onlar kurtizanka ola bilməzdilər. Roma hüququna görə kişi və qadın münasibətləri evlilik olmadan da mümkün idi. Bu münasibət konkubinat (lat. concubitus cinsi əlaqə, intim münasibət mənasını verir) adlanırdı.
Nizamlı ordu
Nizamli ordu — bir dövlətin və ya ölkənin rəsmi ordusu, silahlı qüvvələri. Könüllü nizamsız milislər, özəl ordulər, muzdur əsgərlərdən təşkil olunan nizamsız ordunun əksinə, nizamlı ordunun daimi ordusu və hərbi ehtiyatları var. Birləşmiş Krallıq və Birləşmiş Ştatlarda nizamli ordu termini peşəkar daimi fəal orduya aid edilir. == Ədəbiyyat == Vudvard, Deyvid. Armies of the world, 1854–1914 (ingilis). London: Sidgwick & Jackson, cop. 1978. ISBN 0-283-98243-8.
Heydərabad nizamı
Heydərabadın Nizamülmülkü (tel. నిజాం-ఉల్-ముల్క్ అఫ్ హైదరాబాద్; urdu نظام-ال-ملک وف حیدرآباد; marathi निझाम-उल-मुल्क ए हैदराबाद; kann. ನಿಜ್ಯಮ್-ಉಲ್-ಮುಲ್ಕ್ ಆಫ್ ಹೈದರಾಬಾದ್; fars. نظام-ال-ملک اف حیدرآباد‎), və yaxud qısaca Heydərabad nizamı — 1720–1948-ci illər arasında Heydərabad, başçılarının titulu. == Titulun yaranması == == Soyun və sülalənin yaranması == Heydərabad XVII–XIX əsrlərdə Hindistanının ən nüfuzlu müsəlman mərkəzi olub. Bu şəhər 1724-cü ildən 1947-ci ildə müstəqilliyin əldə olunmasınadək oldugca zəngin Nizamülmülklər tərəfindən idarə olunub. Şəhərdə onların irsini daşıyan əlamətlərə hələ də rast gəlmək olar. 1724-cü ildə Böyük Moğol İmperiyasının X padşahı Fərruxsiyar Mir Qəmərüddin xan Siddiqini Dekenin valisi təyin etdi və ona Nizamülmülk ləqəbini verdi. Elə həmin ildən Mir Qəmərüddin xan Asəfcah ləqəbi ilə Heydərabadı müstəqil idarə etməyə başladı.
Nizami
Nizami Gəncəvi (fars. نظامی گنجوی‎, tam adı: Əbu Məhəmməd İlyas ibn Yusif; təq. 1141[…], Gəncə – 1209[…], Gəncə) — Azərbaycan fars dilli poeziyasının klassiki, orta əsrlər Şərqinin ən böyük şairlərindən biri, fars dilli epik ədəbiyyatın ən böyük romantik şairi, farsdilli epik poeziyaya danışıq dili və realistik stili gətirmiş sənətkardır. Şifahi xalq ədəbiyyatı və yazılı tarixi salnamələrin ənənəvi mövzularından istifadə edən Nizami, islamdan əvvəlki və islam dövrü İranını birləşdirmişdir. Nizaminin qəhrəmanlıq-romantik poeziyası sonrakı əsrlər boyunca, fars dilinin istifadə olunduğu bütün ərazilərdə özünü ona oxşatmağa çalışan gənc sənətkarların yaradıcılığına təsir etmiş, nəinki Persiyada, həm də Azərbaycan, Əfqanıstan, Gürcüstan, Hindistan, İran, Pakistan, Tacikistan, Türkiyə və Özbəkistan kimi müasir ölkələrin mədəniyyətinin formalaşmasında rol oynamışdır. Nizaminin yaradıcılığı, Hafiz Şirazi, Mövlana Cəlaləddin Rumi və Sədi Şirazi kimi böyük sənətkarların yaradıcılığına təsir etmişdir. Onun, müxtəlif ictimai, mədəni və elmi mövzuları işıqlandıran beş məsnəvisi bütün Şərq ölkələrində böyük məşhurluğa malik olmuşdur ki, bunu da, şairin əsərlərinin çoxlu sayda və müxtəlif dövrlərə aid əlyazmalarının dövrümüzə çatması sübut edir. Nizaminin "Xosrov və Şirin", "Leyli və Məcun" və "İsgəndərnamə" kimi əsərlərinin qəhrəmanları, indi də, bütün islam ölkələrində, eləcə də dünyada tanınmaqdadır. Şairin 850 illik yubileyi şərəfinə 1991-ci il UNESCO tərəfindən "Nizami ili" elan edilmişdir. == Tarixi-mədəni mühit == 1135/1136-cı ildən 1225-ci ilə kimi Azərbaycan (əsasən indiki Cənubi Azərbaycan ərazisini əhatə edirdi) və Arran əyalətləri səlcuq sultanlarının İraqi-Əcəmdəki Böyük atabəyləri kimi Eldənizlər sülaləsi tərəfindən idarə olunmuşdur.
Dünya nizamı (kitab)
Dünya nizamı — Henri Kissincer tərəfindən yazılmış kitab. == Haqqında == 1973-cü il Nobel Sülh Mükafatı laureatı, ABŞ-də Milli Təhlükəsizlik müşaviri və Dövlət Departamenti və bir çox prezidentlərin xarici siyasət məsələləri üzrə müşaviri vəzifələrində çalışmış Henri Kissincer həm təcrübələrini, həm də dünyadakı keçmiş və gələcəyə dair təhlillərini çatdırır. Kissincerə görə, Dünya israrla nizam-intizam axtarsa da, demək olar ki, dörd əsr əvvəl Almaniyanın Vestfaliya bölgəsində keçirilən sülh konfransında bir çox digər sivilizasiyaların iştirak etmədən və hətta bilmədən düşünülmüş əsərdən bəri əsl dünya nizamı heç vaxt mövcud olmayıb. Tarixin çox hissəsi boyu sivilizasiyalar öz nizam anlayışlarını müəyyən etmişlər. Hamısı özlərini dünyanın mərkəzi hesab edirdilər və öz prinsiplərinə universal etibarlılıq aid edirdilər. Bu gün beynəlxalq problemlər qlobal miqyasda yaşanır və ölkələr demək olar ki, dünyanın müxtəlif yerlərində baş verən siyasi hadisələrə dərhal cəlb olunurlar. Buna baxmayaraq, bir çox məsələlərdə əsas oyunçular arasında konsensus yoxdur. Və nəticədə gərginlik artır. Kissincerin dərin tarixi araşdırmalarına və şəxsi təcrübələrinə əsaslanan Dünya Nizamı oxucuları dünya tarixindəki əsas hadisələrə səyahətə çıxarır. Soyuq müharibənin sonunda Reyqannın Sovet prezidenti Qorbaçovla keçirdiyi gərgin danışıqların təfərrüatlarından tutmuş ABŞ-Çin münasibətlərinin gələcəyinə qədər.
Yeni Dünya Nizamı
Yeni dünya nizamı (konspirasiya nəzəriyyəsi)
Nizamdin Ependi
Nizamdin Ependi (23 aprel 1991) Çin Birinci Liqasında "Heylonqcan Buz Şəhəri FK" komandasında oynayan Uyğur — Çinli futbolçudur. == Klub karyerası == Nizamdin Sincan Universitetinin hüquq fakültəsinin məzunudur. Çin Birinci Liqasında "Ney Monqol Conqyu FK" ilə bi rsınaqda müsbət təsir bağışladıqdan sonra 2016-cı ildə 25 yaşında ilk peşəkar müqaviləsini imzaladı. 12 mart 2017-ci ildə "Qingdao Conon FK"-ya qarşı səfərdə 1–0 məğlubiyyət zamanı böyük debüt etdi. İlk böyük qolunu 12 mart 2016-cı ildə 2016 Çin FA Kubokunun ikinci turunda üçüncü dərəcəli klub olan "Meiksian Teçand" üzərində səfərdə 1–0 qalibiyyətdə vurdu. Nizamdin ilk liqa qolunu 25 iyun 2016-cı ildə "Şenjen FK"-ya qarşı 3: 0 hesablı qalibiyyətdə vurdu. Nizamdin "Ney Monqol Conqyu FK"-da iki mövsüm oynadı və 59 oyunda dörd qol vurdu. Nizamdin 28 fevral 2018-ci il tarixində Çin Super Liqasına yeni gələn "Pekin Renhe FK"-ya transfer olundu. 10 mart 2018-ci ildə klubun ilk oyununu "Tiancin Kuancian FK"-ya qarşı 2–1 hesablı qələbə ilə etdi və 84-cü dəqiqədə Cao Yonqcinqin əvəzinə oyuna daxil oldu. == Karyera statistikası == 31 December 2020 tarixində yenilənib.
"Nizami" kinoteatrı
"Nizami" kinoteatrı və ya Nizami Kino Mərkəzi — Bakı şəhərində fəaliyyət göstərən mədəniyyət obyekti. == Tarixi == 1934-cü ildə istifadəyə verilib. == Yeni fəaliyyət dövrü == Kinoteatrın binası "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" Azərbaycan Prezidentinin Sərəncamına əsasən yenidən qurulmuşdur. Əsaslı təmirdən sonra 24 noyabr 2011-ci il tarixdə yenidən fəaliyyətə başlamışdır. Açılış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən edilmişdir. Yenidənqurmadan sonra kinoteatrın birinci mərtəbəsində 50 və 80 yerlik iki, ikinci mərtəbədə 500 nəfərlik böyük, beşinci mərtəbədə isə 24 nəfərlik VİP kinozalları yaradılmışdır. Binada Almaniyada, Yaponiyada və Böyük Britaniyada istehsal olunmuş ən müasir kinoqurğular, səs, işıq, havalandırma, yanğından mühafizə sistemləri quraşdırılmışdır. Binanın birinci mərtəbədə ticarət köşkləri, ikinci mərtəbədə kafe, dördüncü mərtəbədə kafe-klub, mətbuat mərkəzi, beşinci və altıncı mərtəbələrdə isə müştərilərə milli və Avropa mətbəxinin nümunələrini təqdim edən 250 yerlik restoran, həmçinin inzibati otaqlar yaradılmışdır. Bu restoranın tavanı mövsümə uyğun olaraq mexaniki üsulla açılıb örtüləcəkdir. Direktoru Leyli Mirzəyevadır.
Nizami Aydın
== Siyahı ==
Nizami Aydəmirov
Nizami Elçin oğlu Aydəmirov (11 mart 1993; Bağbanlı, Quba, Azərbaycan — 5 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE hərbi qulluqçu'su, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nizami Aydəmirov 11 mart 1993-cü ildə Quba rayonunun Bağbanlı kəndində anadan olub. Uşaq yaşlarından hər iki valideynini itirmişdir. Subay idi. 2 bacısı, 1 qardaşı var idi. == Hərbi xidmətləri == 2011-ci ildə hərbi xidmətə çağırılıb və N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin təlim tədris mərkəzin MAHHXQ kursuna qəbul olunub. Kursu bitirdikdən kəşfiyyatçı və baş kəşfıyyatçı vəzifəsində xidmət edib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Nizami Aydəmirov Fizuli döyüşlərində savaşıb. 5 oktyabr 2020-ci il tarixində Fizuli istiqamətində şəhid olub.
Nizami Ağayev
Ağayev Nizami Adil oğlu (12 iyun 1936, Kirovabad – 21 yanvar 2022, Bakı) — torpaqşünas-aqrokimyaçı alim, kənd təsərrüfatı elmləri doktoru, professor. == Həyatı == 12 iyun 1936-cı ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. 1959-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Üzümçülük və meyvəçilik fakültəsini bitirmişdir. 1959-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirdikdən sonra Bakıda Torpaq Eroziyası stansiyasında qısa müddət işlədikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda laborant, kiçik elmi işçi, aspirant, böyük elmi işçi və laboratoriya müdiri vəzifələrində işləmişdir. == Mükafatları == Bir neçə müsabiqələrin qalibi kimi pul və fəxri fərmanlarla mükafatlandırılmışdır. == Elmi fəaliyyəti == 1965-ci ildə Bakıda namizədlik dissertasiyasını müdafiəyə etmişdir. 1974-cü ildə Aqrokimya ixtisası üzrə baş elmi işçi diplomunu almışdır. 1977–1979-cu illərdə keçmiş SSRİ-nin Torpaq-Ekologiya Ekspedisiyasında Liviya Ərəb Cəmahiriyyəsində böyük mühəndis vəzifəsində çalışmışdır. 1991-ci ildə Moskvada doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1992-ci ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının müxbir üzvü seçilmişdir, daha sonra isə fəxri professor adına layıq görülmüşdür. 1992–1995-ci illərdə Azərbaycan Kənd Təsərrüfat Nazirliyinin "Şəfa" Elmi İstehsalat Birliyinin baş direktoru işləmişdir.
Nizami Bəhmənov
Nizami Bəhmənov (4 aprel 1948, Şuşa, Dağlıq Qarabağ – 13 sentyabr 2008, Bakı) — Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin keçmiş rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin keçmiş başçısı. == Həyatı == Nizami Bəhmənov 4 aprel 1948-ci ildə anadan olub. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 92 saylı Şuşa Tikinti İdarəsində fəhlə kimi başlamışdır. 1970-ci ildən fəhlə, usta, iş icraçısı, baş mühəndis, 1979-cu ildən Şuşa Təmir-Tikinti İdarəsinin rəisi, 1981-ci ildən 92 saylı Şuşa Tikinti İdarəsinin rəisi, 1989-cu ildən Dağlıq Qarabağ Layihə Sənaye-Tikinti Birliyinin müdiri, 1992-ci ildən isə Şuşa rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. O, həmçinin Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri olub. Nizami Bəhmənov 2008-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub. Nizami Bəhmənov 13 sentyabr 2008-ci ildə vəfat edib. == Mənbə == "Azərbaycanda Kim Kimdir" ensiklopedik məlumat kitabı.
Nizami Cəfərov
Nizami Qulu oğlu Cəfərov (21 sentyabr 1959, Zəlimxan, Ağstafa rayonu) — Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru (1991), professor (1993), əməkdar elm xadimi (2000), AMEA-nın həqiqi üzvü (2017), Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Alpaqut Federasiyasının Prezidenti (2015–2022) 2019-cu ildən BDU-nun Ümumi dilçilik kafedrasının müdiridir. 2022-ci ildən "ADA" Universitetində "Azərbaycançılıq" kursunu tədris edir. == Həyatı == Nizami Cəfərov 1959-cu 21 sentyabrda Ağstafa rayonunun Zəlimxan kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1985-ci ildən Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi olmuşdur. 1987-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetinin şöbə müdiri, 1991-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müəllimi, professoru, Filologiya fakültəsinin dekanı(1994–2001) vəzifələrində çalışmışdır. Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiri (2001–2015)olub. 2019-cu ildən yenidən Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiridir. 2022-ci ildən ADA Universitetində "Azərbaycançılıq" kursunu tədris edir. Nizami Cəfərov Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası "Azərbaycan dili və ədəbiyyatı" bölməsinin üzvü kimi orta ümumtəhsil məktəbləri üçün Azərbaycan dili proqramlarının, dərsliklərinin hazırlanmasında iştirak etmişdir.
Nizami Gəncəvi
Nizami Gəncəvi (fars. نظامی گنجوی‎, tam adı: Əbu Məhəmməd İlyas ibn Yusif; təq. 1141[…], Gəncə – 1209[…], Gəncə) — Azərbaycan fars dilli poeziyasının klassiki, orta əsrlər Şərqinin ən böyük şairlərindən biri, fars dilli epik ədəbiyyatın ən böyük romantik şairi, farsdilli epik poeziyaya danışıq dili və realistik stili gətirmiş sənətkardır. Şifahi xalq ədəbiyyatı və yazılı tarixi salnamələrin ənənəvi mövzularından istifadə edən Nizami, islamdan əvvəlki və islam dövrü İranını birləşdirmişdir. Nizaminin qəhrəmanlıq-romantik poeziyası sonrakı əsrlər boyunca, fars dilinin istifadə olunduğu bütün ərazilərdə özünü ona oxşatmağa çalışan gənc sənətkarların yaradıcılığına təsir etmiş, nəinki Persiyada, həm də Azərbaycan, Əfqanıstan, Gürcüstan, Hindistan, İran, Pakistan, Tacikistan, Türkiyə və Özbəkistan kimi müasir ölkələrin mədəniyyətinin formalaşmasında rol oynamışdır. Nizaminin yaradıcılığı, Hafiz Şirazi, Mövlana Cəlaləddin Rumi və Sədi Şirazi kimi böyük sənətkarların yaradıcılığına təsir etmişdir. Onun, müxtəlif ictimai, mədəni və elmi mövzuları işıqlandıran beş məsnəvisi bütün Şərq ölkələrində böyük məşhurluğa malik olmuşdur ki, bunu da, şairin əsərlərinin çoxlu sayda və müxtəlif dövrlərə aid əlyazmalarının dövrümüzə çatması sübut edir. Nizaminin "Xosrov və Şirin", "Leyli və Məcun" və "İsgəndərnamə" kimi əsərlərinin qəhrəmanları, indi də, bütün islam ölkələrində, eləcə də dünyada tanınmaqdadır. Şairin 850 illik yubileyi şərəfinə 1991-ci il UNESCO tərəfindən "Nizami ili" elan edilmişdir. == Tarixi-mədəni mühit == 1135/1136-cı ildən 1225-ci ilə kimi Azərbaycan (əsasən indiki Cənubi Azərbaycan ərazisini əhatə edirdi) və Arran əyalətləri səlcuq sultanlarının İraqi-Əcəmdəki Böyük atabəyləri kimi Eldənizlər sülaləsi tərəfindən idarə olunmuşdur.
Nizami Hacıyev
Nizami Hacıyev (icra başçısı) — Gəncə şəhəri Nizami rayonunun icra başçısı. Nizami Hacıyev (futbolçu) — Azərbaycanlı futbolçu.
Nizami Hüseynov
Nizami Hüseynov (tam adı: Nizami Polad oğlu Hüseynov; 1 aprel 1957, Minkənd, Laçın rayonu, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1 aprel 1957-ci ildə Laçın rayonunun Minkənd kəndində anadan olmuşdur. 1975–1977-ci illərdə Rusiyada hərbi xidmətdə olmuş, xidmətdən sonra Bakı şəhərində yaşamışdır. 1977-ci ildə bibisi qızı ilə ailə həyatı qurmuş, Zaur, Aynurə, Mahir adlı övladları yadigar qalmışdır. == Qanlı Yanvar faciəsi == 1990-cı ilin yanvar ayının 19-dan 20-sinə keçən gecə sovet ordusunun atəş açması nəticəsinədə yaralanmış insanlara öz maşını ilə fəal yardım edib. Ertəsi gün maşınla işdən evə qayıdarkən tankla qarşısı kəsilmiş və vəhşicəsinə qətlə yetirilmişdir. Şəhidlər Xiyabanında dəfn olunub.
Nizami küçəsi
Nizami küçəsi və ya Tarqovı — Bakı şəhərinin Sabail rayonu ərazisində yerləşən bir zolaqlı və bir istiqamətli sonu piyadalar zonasına keçən dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan küçə. Öz başlanğıcını Abdulla Şaiq küçəsindən götürür və indiki Sabit Orucov küçəsində isə tamamlanır. Küçənin uzunluğu 3,538 km-dir. Küçə paytaxt Bakının mərkəzini kəsərək qərbdən şərqə doğru uzanır. Küçə demək olar ki, mərkəzi hissəsində piyadalar zonasına keçir. Küçənin bu kəsiyi sakinlər tərəfindən "Tarqovı" da adlandırılır. Fəvvarələr meydanından Rəşid Behbudov küçəsnə qədər olan hissəsi tam piyadaların ixtiyarında olub, bütün növ nəqliyyat vasitələri üçün bağlıdır. Küçədə hərəkət bir tərəflidir.
Nizami metrostansiyası
Nizami metrostansiyası — Bakı metrosunun yaşıl xəttinin stansiyasıdır. Buradan qatarlar Elmlər Akademiyası stansiyası və 28 May stansiyası istiqamətində hərəkət edir. Stansiyaya daxil olan qatarlarda Üzeyir Hacıbəyovun "Sənsiz" romansı səslənir. Metro stansiyası daxilindəki mozaikaların yaradılması və işlənməsi rəssam Mikayıl Abdullayevə məxsusdur. == Haqqında == Dərinlikdə yerləşən "Nizami" stansiyası eskalatorla təchiz olunub. Stansiya "Azad qadın" heykəlinin yaxınlığındadır. Stansiyanın daxili hissəsinin tərtibatında milli memarlığın ən yaxşı nümunələrindən istifadə olunub. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə adlandırılan bu stansiya SSRİ Xalq Memarı, akademik Mikayıl Hüseynovun layihəsi əsasında tikilib. "Nizami" metro stansiyası dünyanın ən gözəl metrostansiyalarının siyahısına daxil edilib.
Nizami parkı
Nizami adına Mədəniyyət və İstirahət parkı — Bakı şəhəri Xətai rayonunda yerləşən mədəniyyət və istirahət parkı. Bakı şəhərinin ən qədim parklarından biri. Nobel qardaşları tərəfindən XIX əsrin sonlarında Bakıətrafı qəsəbə olan Qara Şəhərin sərhəddində öz şirkətinin işçiləri üçün salınmış yaşayış kəndi Villa Petrolea ərazisində yerləşir. Parkın ümumi sahəsi 13,6 hektardır. Geniş ərazidə yerləşən sənaye landşaftında olan bu park Abşeronun bağ-park memarlığına müsbət təsir göstərmişdir. 1920-ci ildən sonra Villa Petroleanın keçmiş bağı Lunaçarskinin, sonralar Almaniyanın eyniadlı rus qəzetinin şərəfinə "Rote-Fan" adlandırılıb. 1991-ci ildə Azərbaycan respublikası müstəqillik qazandıqdan sonra isə Nizami Gəncəvinin adını daşımağa başlamışdır. Parkda uzun illər "Luna Park" adı ilə əyləncə mərkəzi fəaliyyət göstərib. Bu səbəbdən ərazi qeyri-rəsmi "Luna Park" adlanırdı. Prezident İlham Əliyevin 2021-ci il 19 aprel tarixli Sərəncamı ilə parkda yenidənqurma işləri aparılıb.
Nizami rayonu
Nizami rayonu — Bakıda rayon. == Tarixi == Bütün Azərbaycanda "Vosmoy" qəsəbəsi kimi məşhur olan, müstəqillikdən sonra Azərbaycanca tərcümə olunaraq "8-ci kilometr" adlanan qəsəbə rayonun əsas qəsəbəsidir.
Nizami simfoniyası
Nizami simfoniyası — azərbaycanlı bəstəkar Fikrət Əmirovun 1947-ci ildə Nizami Gəncəviyə həsr etdiyi simli orkestr üçün simfoniya. Dahi şair Nizami Gəncəvinin xatirəsinə həsr edilmiş simfoniya şairin anadan olmasının 800 illiyi münasibətlə yazılmışdır. Bəstəkar simfoniya üzərində dəfələrlə işləmiş, onun ikinci və üçüncü redaksiyalarını yaratmışdır. Simfoniyada Nizaminin ümumiləşmiş obrazı yaradılmışdır. Bəstəkar şairin obrazına ehtiramla yanaşır və ona xüsusi münasibət bəsləyir ki, bu da əsərə səmimilik, incəlik, gənclik təravəti, lirik hərarət və romantik ruh verir. Eyni zamanda simfoniya özunün fəlsəfi mənası və lakonik ifadə tərzi ilə diqqəti cəlb edir. Bu cəhət son illərdə yazılmış bir çox əsərlərin musiqisinə xas kameralıq tendensiyasını qabaqlamışdır. Buna görə də musiqidə ifadə olunan gizli hisslər, düşüncələr, əhvalatlar da təbii qavranılır. Simfoniya dörd hissədən ibarətdir. Ayrı-ayrı hissələrin formaları, bir çox inkişaf üsulları, şübhəsiz, klassik simfoniya ilə əlaqənin olduğunu göstərir.
Nizami İsgəndərov
Nizami İsgəndərov — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı. == Həyatı == Nizami İsgəndərov 6 noyabr 1965-ci il tarixində Sumqayıtda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin fizika və hüquq fakültələrini bitirmişdir. Nizami İsgəndərov 1986-cı ildən "Azərcihazelektrik" İdarəsində mühəndis işləmişdir. 1989-cu ildən Binəqədi Rayon İcraiyyə Komitəsində İnzibati komissiyanın katibi, şöbə müfəttişi olmuşdur. 1992-ci ildən Binəqədi Rayon İcra Hakimiyyətində şöbə müdiri, Bakı kimya əczaçılıq zavodunda şöbə rəisi, Sumqayıt şəhərində univermağın baş administratoru, 1998–2005-ci illərdə "Sumqayıt Ticarət Mərkəzi" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışmışdır. == Siyasi fəaliyyəti == Nizami İsgəndərov Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Çernoqoriya, Azərbaycan-Küveyt, Azərbaycan-Özbəkistan, Azərbaycan-Rumıniya, Azərbaycan- Sloveniya, Azərbaycan-Türkiyə, Azərbaycan-Ukrayna, Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Nizami Əkbərov
Əkbərov Nizami Əlisahib oğlu (15 avqust 1960, Kürəkçi, Yardımlı rayonu, Azərbaycan SSR) — kimya üzrə fəlsəfə doktoru, Dosent, ADPU-nun Kimya fakültəsinin, "Analitik və üzvi kimya" kafedrasının müəllimi. == Həyatı == Əkbərov Nizami Əlisahib oğlu 15 avqust 1960 -cı ildə Yardımlı rayonunun Kürəkçi kəndində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə Kürəkçi kəndindəki orta məktəbin birinci sinfinə daxil olub, 1977-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirib. Məktəbdə oxuyanda riyaziyyat fənninə böyük maraq gəstərib. O dövrdəki “Pioner” qəzetində çıxan “Gənc riyaziyyatçılar klubu”nun dəfələrlə qalibi olub. Orta məktəbin son siniflərində oxuyanda kimya fənninə marağı daha çox artıb, 1975-ci ildə VIII sinifdə oxuyarkən “Azərbaycan gəncləri” qəzetinin keçirdiyi üç turdan ibarət qiyabi kimya olimpiadasının hər üç turunda qalib olmuş, fəxri fərman, diplom və mükafatla təltif olunmuşdur. IX sinifdə o, Qazax şəhərində keçirilən XV Respublika kimya olimpiadasında II, X sinifdə isə Bakı şəhərində keçirilən XVI Respublika kimya olimpiadasında I yeri tutmuşdur. Nizami Əkbərov 1977-ci ildə iki imtahandan 10 ball toplamaqla eksperiment yolu ilə Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olub. 1982-ci ildə universiteti əla qiymətlərlə bitirib. Hələ universitetdə oxuyarkən elmi işlərlə məşğul olmağa başlayıb.
Nizami Ələkbərov
Nizami Ələkbərov (icra başçısı) — İsmayıllı rayonunun icra başçısı, sabiq millət vəkili. Nizami Ələkbərov (hərbçi) — azərbaycanlı hərbçi, "Azərbaycan bayrağı" ordeni laureatı.
Nizami Əruzi
Nizami Əruzi Səmərqəndi (1110, Səmərqənd – 1161, Xarəzm) — XII yüzilliyin məşhur Orta Asiya şairi və ədəbiyyat tənqidçisi. == Əsərləri == Onun "Cahar məqalə" (Məcməün-nəvadir) əsərini Əli Abbasov fars dilindən azərbaycan dilinə tərcümə etmişdir. Həmin əsər Azərbaycan dilində 1994-cü ildə çapdan çıxmışdır.
Nizami Əyyubov
Nizami Hacı oğlu Əyyubov — alim, coğrafiya elmləri namizədi, Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunda Əhali coğrafiyası şöbəsinin müdiri (1986-cı ildən). == Həyatı və elmi fəaliyyəti == Nizami Əyyubov 1950-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. İkinci Şıxlı Kənd orta məktəbini bitirib, 1974-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) coğrafiya fakültəsini bitirmişdir. 1975-ci ildən Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunda elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır. 1977-1981-ci illərdə həmin institutun qiyabi aspiranturasında təhsil almış və 1983-cü ildə Tbilisi Dövlət Universitetində "Azərbaycanın Kiçik Qafqaz hissəsində əhalinin məskunlaşmasının təkmilləşdirilməsinin sosial-coğrafi problemləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək coğrafiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1986-cı ildən Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunda Əhali coğrafiyası şöbəsinin rəhbəridir. 80-dən çox elmi məqalənin, bir monoqrafiyanın, bir dərsliyin, bir coğrafi kitabın, coğrafiya proqramının müəllifi və bir sıra əsərlərin elmi redaktorudur. Nizami Əyyubovun rəhbərliyi ilə iki nəfər namizədlik dissertasiyasını müdafiə etmişdir. == İstinadlar == == Mənbə == Salatın Əhmədli, Rövşən Babanlı. "Qazax mahalının alimləri" (ensiklopedik məlumat).
Yeni dünya nizamı (konspirasiya nəzəriyyəsi)
Yeni Dünya Nizamı ( ing. New World Order ) sui-qəsd nəzəriyyələrində elitaların və gizli cəmiyyətlərin avtoritar dünya hökuməti qurmaq məqsədi kimi qeyd olunur. Belə nəzəriyyələr ilk əvvəl 1990-cı illərin əvvəllərində ABŞ- da populyarlaşdı. Bunlar əsasən xristian fundamentalist, sağçı və ezoterik müəlliflər tərəfindən yayılırdı. Antiqlobalist solda isə bu terminin istifadəsinin sui-qəsd nəzəriyyəsi kimi təsnif edilib-edilməməsi mübahisəlidir. == Nəzəriyyənin mənşəyi == === Soyuq Müharibənin sonu === Sosial elitaların gizli şəkildə Yeni Dünya Nizamı üzərində işləməsi barədə geniş yayılmış fikir 1990-cı illərin əvvəllərində ABŞ-da siyasi müstəvidə geniş müzakirələrə səbəb oldu. Soyuq Müharibə başa çatdıqdan və Sovet İttifaqının dağılmasından sonra yeni bir dövrün başlanğıcı olduğu fikri geniş yayılmışdı. 1989-cu ildə amerikalı politoloq Frensis Fukuyama tarixin sonu gəldiyi tezisini irəli sürdü: demokratiya, bazar iqtisadiyyati, liberalizm nəhayət qələbə çaldı; tarixi daha da inkişaf etdirə biləcək qlobal ziddiyyətlər artıq yox idi. ABŞ prezidenti Corc Buş Körfəz Müharibəsi zamanı da oxşar fikirləri dilə gətirib. 1991-ci il yanvarın 29-da o, Konqresin hər iki palatasına Birləşmək haqqında ikinci müraciətində bu barədə demişdi.