Nizami İsgəndərov — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı.[1]
Nizami İsgəndərov | |
---|---|
2005 – 2010 | |
Seçki dairəsi | 2005 — 43 saylı Sumqayıt üçüncü |
Əvvəlki | vəzifə təsis edildi |
Sonrakı | Muxtar Babayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 noyabr 1965 (59 yaş) |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Nizami İsgəndərov 6 noyabr 1965-ci ildə Sumqayıtda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin fizika və hüquq fakültələrini bitirmişdir.
Nizami İsgəndərov 1986-cı ildən "Azərcihazelektrik" İdarəsində mühəndis işləmişdir. 1989-cu ildən Binəqədi Rayon İcraiyyə Komitəsində İnzibati komissiyanın katibi, şöbə müfəttişi olmuşdur. 1992-ci ildən Binəqədi Rayon İcra Hakimiyyətində şöbə müdiri, Bakı kimya əczaçılıq zavodunda şöbə rəisi, Sumqayıt şəhərində univermağın baş administratoru, 1998–2005-ci illərdə "Sumqayıt Ticarət Mərkəzi" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışmışdır.
Nizami İsgəndərov Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Çernoqoriya, Azərbaycan-Küveyt, Azərbaycan-Özbəkistan, Azərbaycan-Rumıniya, Azərbaycan- Sloveniya, Azərbaycan-Türkiyə, Azərbaycan-Ukrayna, Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 3 övladı var