Nizami parkı

Nizami adına Mədəniyyət və İstirahət parkıBakı şəhəri Xətai rayonunda yerləşən mədəniyyət və istirahət parkı.[1] Bakı şəhərinin ən qədim parklarından biri. Nobel qardaşları tərəfindən XIX əsrin sonlarında Bakıətrafı qəsəbə olan Qara Şəhərin sərhəddində öz şirkətinin işçiləri üçün salınmış yaşayış kəndi Villa Petrolea ərazisində yerləşir. Parkın ümumi sahəsi 13,6 hektardır.[1] Geniş ərazidə yerləşən sənaye landşaftında olan bu park Abşeronun bağ-park memarlığına müsbət təsir göstərmişdir. 1920-ci ildən sonra Villa Petroleanın keçmiş bağı Lunaçarskinin, sonralar Almaniyanın eyniadlı qəzetinin şərəfinə "Rote-Fan" adlandırılıb. 1991-ci ildə Azərbaycan respublikası müstəqillik qazandıqdan sonra isə Nizami Gəncəvinin adını daşımağa başlamışdır.[2]

Nizami parkı
Nizami Gəncəvi adına park
Məlumatlar
Parkın tipi mədəni-istirahət
Ölkə
Yerləşməsi Xətai rayonu, Bakı
Sahəsi 13,6 h
Yaradılıb 1882-1883
Tabeçiliyi Təmiz şəhər ASC
Statusu yerli əhəmiyyətli
Xəritədə yeri
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Parkda uzun illər "Luna Park" adı ilə əyləncə mərkəzi fəaliyyət göstərib. Bu səbəbdən ərazi qeyri-rəsmi "Luna Park" adlanırdı. Prezident İlham Əliyevin 2021-ci il 19 aprel tarixli Sərəncamı ilə parkda yenidənqurma işləri aparılıb. Parkın ərazisində yerləşən bir və ikimərtəbəli inzibati binalar əsaslı təmir və yenidən qurulub, süni göl yaradılıb. 1938-ci ildən mövcud olan amfiteatr və yay kinoteatrı bərpa edildi. Parkda iki fəvvarə kompleksləri və müasir işıqlandırma sistemi də qurulub. Parkın ərazisində abadlıq işləri aparılmış, minlərlə ağac, kol, bəzək bitkiləri əkilib. Park hazırda 11,2 hektar əraziyə malikdir.[3]

1882–1883-cü illərdə Abşeron yarımadasında neft yataqlarının işlənilməsi ilə məşğul olan Nobel qardaşlarının səyi ilə şirkətin işçiləri üçün Bakıda Ağ-Qara şəhərlərin sərhəddində "Neft Villası" (Villa Petrolea) qəsəbəsi salınmışdır. Şirkət bir-iki il ərzində bağda 10,26 hektar yaşıllıq sahəsi yaratmağa nail olub. Demək olar ki, eyni əraziyə (10,03 hektar) 1920-ci ilə qədər Bakı şəhərinin ictimai əkinləri sahələri, şəhər divarlarından kənarda tikililərin mövcud olduğu 80 il ərzində əldə edilməyə müvəffəq olunub.[4]

Mərkəzdən təxminən 8 km aralıda yerləşən Bakının zavod rayonu həm təbii şərait, həm də abadlıq baxımından əlverişsiz idi. Buna baxmayaraq, Bakı proletariatının iqamətgahı üçün məqbul hesab olunurdu. Lakin inzibati-texniki işçilər belə bir şəraitdə, hətta böyük mükafata belə işləməyə, daha çox yaşamağa razı olmurdular. Bu baxımdan Nobellər dəvət olunmuş mütəxəssisləri itirməmək üçün onlara əlverişli yaşayış şəraiti yaradıblar. Keşlə kəndi yaxınlığında neft çənləri, anbarlar, neft emalı zavodları kütləsi arasında təxminən 10 hektara yaxın böyük yaşıllıq sahəsi yaratmaq üçün tanınmış mütəxəssis E.Bekle dəvət edilmiş, onun rəhbərliyi altında Varşava şəhərinin timsalında bir çox bağlar və parklar yaradılmışdır.[4]

Bekle neft tullantıları ilə çırklənmiş ərazi ilə tanış olduqdan sonra park üçün münbit torpağın çatdırılmasını tələb etdi. Tezliklə Lənkəran qəzasından təzə torpaqla dolu barjalar şirkətin Qara şəhərdəki estakadasına yanaşmağa başladı. Lakin suvarma üçün şirin suyun verilməsi məsələsi daha çətin məsələ oldu. Nobel qardaşlarının şirkəti Həştərxan səfərindən qayıdan tankerləri ballast kimi Volqa suyu ilə dolduraraq Qara şəhərin estakadalarına göndərməyi əmr etdi.[4]

Villa Petrolea 1897-ci ildə

Beləliklə, Ağ və Qara şəhərlərin qovşağında Villa Petrolea adlı bir bağ meydana gəldi. Bağban E.Bekle Abşeronun təbii xüsusiyyətlərini öyrənmiş, Villanın planlaşdırılması və həcm-məkan strukturunun həlli üçün ağac növlərinin seçilməsinə xüsusi diqqət yetirmişdir. Bekle Lənkəran, Tiflis, Batum və digər şəhərlərdə əkin materialı seçmiş, həmçinin RusiyaAvropadakı tingliklərdən sifariş etmişdir.[4]

Villanın parkında 80 minə yaxın kol və ağac böyüyürdü. Onların arasında çoxlu sayda meyvə ağacları var idi. Relyef (dənizə doğru yamac ilə), yaşayış və digər binaların yerləşdirilməsi və əsas xiyabanların istiqamətlərinin seçilməsi Villa Petroleanın planlaşdırılması strukturunu müəyyən etdi. Bir çox cığır və xiyabanlar çiçək bağları və ya ağaclar qruplaşdırılan binalara aparırdı. Əsas yollar müşahidə platformalarına doğru gedirdi. Oradan sıx yaşıllıqların arasından Qara şəhərin zavod bacalarını, sonra isə Xəzər dənizini görmək mümkün idi. Roma motivlərindən istifadə edilməklə eklektik ruhda işlənmiş cənuba xas terraslar, eyvanlar və eyvanları olan binaların və baş planın memarının adı müəyyən edilməmişdir. Bununla belə, Villanın baş planı, terraslarla bağlı məharətlə işlənmiş şaquli düzülüş və parkın kompozisiya ideyası bu işin memarı olduğunu sübut edir.[4]

Memarlıq elmləri doktoru Şamil Fətullayev hesab edir ki, bütün bunları adı açıqlanmayan bir memar Beklenin birbaşa iştirakı ilə hazırlayıb. Sahil bulvarının əsas hissəsinin layihələndirilməsi prosesində memar Kazimir Skureviç və şəhər bağbanı Vasilyevin işində də eyni birlik müşahidə edilib. Fətullayevin sözlərinə görə, "geniş ərazidə yerləşən sənaye landşaftında olan bu möhtəşəm park Abşeronun bağ və park memarlığına müsbət təsir göstərib, burada kapitalist Bakı memarlığında yeni mövzu açan bağ villaları yaradılıb".[4]

Parkın adının dəyişdirilməsi

[redaktə | mənbəni redaktə et]

1931-ci il iyulun 9-da Bakı Neftçilərinin Mədəniyyət və İstirahət Parkında "Rote-Fan" Qırmızı Bayrağının gəlişinə həsr olunmuş neftçilərin ümumBakı toplantısı keçirildi.[5] Mitinqdə alman kommunistlərinin lideri Ernest Telmana teleqram göndərilməsi qərara alındı.[5] Sonradan bu hadisənin şərəfinə mitinqin keçirildiyi parka "Rote-Fan" Mədəniyyət və İstirahət Parkı adı verildi.

Bakının fəhlə rayonundakı "Rote-Fan" mədəniyyət və istirahət parkı 1932-ci il mövsümündə radio verilişləri simfonik orkestrinin xalq çalğı alətləri orkestri ilə birlikdə böyük silsiləli konsertləri ilə açıldı.[6]

Parkın yenidən qurulması

[redaktə | mənbəni redaktə et]

1939-cu ildə "Bakinski raboçi" qəzeti yazırdı ki, parkın yenidən qurulmasına bu yay başlanılacaq. Beləliklə, Bakı Soveti Bağçılıq və Park İdarəsinin layihə bürosu "Rote-Fan" Mədəniyyət və İstirahət Parkının yenidən qurulması layihəsini hazırlamağa başladı. Layihənin müəllifləri memarlar — M.Koxman, V.İvanov, A.Alekseyev idi. Məlumat verildi ki, park genişlənir, ərazisi 6 hektar artacaq, subtropik və həmişəyaşıl ağacları bəzəyən xiyabanlar və cığırlar yenidən qurulacaq.[7].

Rəqs meydançasının arxasında "sərbəst istirahət xiyabanı" üçün böyük bir sahə ayrılmışdı. Burada park-meşə ab-havasının yaradılması nəzərdə tutulmuşdu, ağaclar əkilmiş, qazonlar yaradılmışdır. Parkın hovuzunun mərkəzində fontan və səhnə ilə su ilə əhatə olunmuş yaşıl bir ada təşkil etmək planlaşdırılırdı. Parkın heykəllərlə bəzədilməsi də layihədə nəzətdə tutulurdu. Pavilyonlar və köşklər dəyişdirilirdi. Parkda idman stadionunun tikintisi də nəzərdə tutulmuşdu. Yenidənqurma işlərinin 1941-ci ildə başa çatdırılması planlaşdırılırdı.[7]

1991-ci ildə Azərbaycan respublikası müstəqillik qazandıqdan sonra isə Nizami Gəncəvinin adını daşımağa başlamışdır. Uzun illər parkda "Luna Park" adı ilə əyləncə mərkəzi fəaliyyət göstərib. Prezident İlham Əliyevin 2021-ci il 19 aprel tarixli Sərəncamı ilə parkda yenidənqurma işlərinə başlanıb.[8]

2021-ci ildə abadlıq işləri çərçivəsində parkın ərazisində yerləşən bir və ikimərtəbəli inzibati binalar əsaslı təmir və yenidən quruldu, süni göl yaradıldı.[9] Yenidənqurma işləri çərçivəsində 1938-ci ildən mövcud olan amfiteatr və yay kinoteatrı bərpa edildi. Parkda iki fəvvarə kompleksləri və müasir işıqlandırma sistemi də qurulub. Burda istirahət köşkləri, müxtəlif ölçülü skamyalar, idman qurğuları quraşdırılıb, uşaq əyləncə kompleksi yaradılıb. Yay kinoteatrının qarşısında çay daşlarından köhnə üslubda qala divarı tikilib. Parkın ərazisində abadlıq işləri aparılmış, minlərlə ağac, kol, bəzək bitkiləri əkilib. Park hazırda 11,2 hektar əraziyə malikdir.[10]

  1. 1 2 А. А. Гасанова. Сады и парки Азербайджана. Баку: Ишыг. Под ред. проф. Ф. М. Гусейнова. 1996.
  2. Мир-Бабаев М. Краткая история азербайджанской нефти ((3-е издание, переработанное и дополненное)). Б. Научный редактор проф. Р. И. Шукюров. 2010. 26.
  3. "İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Nizami Gəncəvi parkında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar". 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-14.
  4. 1 2 3 4 5 6 Фатуллаев Ш. С.. Градостроительство Баку XIX—начала XX веков. Ленинград: ru:Стройиздат. Под ред. проф. В. И. Пилявского. 1978.
  5. 1 2 Мосесов П. Б. Интернациональное содружество азербайджанского народа с немецким пролетариатом. Б.: Азербайджанское государственное издательство. 1965. 68.
  6. Искусство Азербайджана. XII. Б.: Издательство Академии наук Азербайджанской ССР. 1968. 126.
  7. 1 2 Реконструкция парка имени Роте-Фане // Бакинский рабочий (газета). 1939.
  8. "Prezident İlham Əliyev və Mehriban Əliyeva Nizami Gəncəvi parkında yaradılan şəraitlə tanış olublar — VİDEO". 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-14.
  9. "Мэрии Баку выделено 5 млн манатов для работ по благоустройству в парке Низами в Хатаинском районе". interfax.az. 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-21.
  10. "Президент Ильхам Алиев и Первая леди Мехрибан Алиева ознакомились с условиями, созданными в парке Низами Гянджеви после реконструкции". Тренд. 2021-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-30.