Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qovğalı kəndinin gecələri
== Məzmun == Ömründə rus dilində bir kəlmə də danışmayan Xasməmməd kişi birdən gecələr rusca sayıqlamağa başlayır. Bu məsələ bütün kəndə yayılır. Ailəsi onu həkimin yanına aparır. Bunun bir köməyi olmadığını görəndən sonra onlar mollanın yanına getməli olurlar.
Qovğalı kəndinin gecələri (film, 2008)
== Məzmun == Ömründə rus dilində bir kəlmə də danışmayan Xasməmməd kişi birdən gecələr rusca sayıqlamağa başlayır. Bu məsələ bütün kəndə yayılır. Ailəsi onu həkimin yanına aparır. Bunun bir köməyi olmadığını görəndən sonra onlar mollanın yanına getməli olurlar.
Su qovşağı
Çayın və ya kanalın üstündə qurulmuş bir sıra hidrotexniki qurğulardır. Su qovşağında SES-in binaları, bənd, suyığan və suburaxan qurğular, kanallar, şlüzlər və su anbarı daxildir.
Nəqliyyat qovşağı
Nəqliyyat qovşağı — nəqliyyat vasitələri və növləri arasında sərnişinlərin və yüklərin dəyişdirildiyi yer. İctimai nəqliyyat qovşaqlarına dəmir yolu, metro stansiyaları, avtobus, tramvay dayanacaqları, hava limanları və bərə limanları daxildir. Yük qovşaqlarına ayırma meydançaları, hava və dəniz limanları və yük maşını terminalları və ya bunların birləşmələri daxildir. Avtomobillə şəxsi nəqliyyat üçün parkinq unimodal mərkəz kimi fəaliyyət göstərir. == Tarixi == Tarixən, planlı sərnişin hava nəqliyyatı sənayesində mübadilə xidməti iki və ya daha çox aviaşirkət tərəfindən həyata keçirilən "təyyarə vasitəsilə" uçuşu əhatə edirdi, burada tək bir hava gəmisi onu idarə edən ayrı-ayrı hava yolları ilə öz uçuş heyətləri ilə birbaşa, təyyarə dəyişdirilməyən çox dayanacaqlı uçuşun müvafiq hissələrində istifadə edilmişdir. ABŞ-də Alaska Airlines, American Airlines, Braniff International Airways, Continental Airlines, Delta Air Lines, Eastern Airlines, Frontier Airlines (1950–1986), Hughes Airwest, National Airlines (1934–1980), Pan Am, Trans World Airlines (TWA), United Airlines və Western Airlines əvvəllər həm daxili, həm də beynəlxalq reyslər üzrə bu cür kooperativ "təyyarə vasitəsilə" mübadilə uçuşları həyata keçirirdilər və bu cədvəllər onların müvafiq sistem cədvəllərində görünürdü. Delta Air Lines, Eastern Air Lines ilə rəqabət aparmaq üçün 1955-ci ildə Atlantadakı mərkəzində aviasiya üçün qovşaq sistemini yaratdı. FedEx 1970-ci illərdə paketlərin bir gecədə çatdırılması üçün bu sistemi istifadə etməyə başladı. 1978-ci ildə ABŞ hava yolu sənayesi tənzimləmədən çıxarıldıqda, Deltanınsistemi bir neçə aviaşirkət tərəfindən istifadə edilməyə başlandı. Dünyanın bir çox aviaşirkətləri öz uçuşları arasında sərnişin əlaqələrini asanlaşdıran bu sistemdən istifadə edirlər.
Balzam qovağı
Balzam qovağı (lat. Populus balsamifera) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Aigiros balsamifera (L.) Lunell Populus balsamifera f. typica C.K.Schneid.
David qovağı
Əsməqovaq (lat. Populus tremula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hamar boz qabıqlı hündür ağacdır. Yarpağının saplağı uzundur, yuxarı hissədə çox yastılaşmış, bəzən uzunluğuna görə yarpaq ayasının uzunluğuna bərabərdir. Yarpaqların eni çox vaxt uzunluğundan böyük olub, çılpaqdır, üst tərəfdən yaşıl rəngdə və parlaqdır, alt tərəfdən solğun və göyümtüldür, kənarları adətən dəyirmi küt dişcikləri olan oyuq-dişlidir, yuxarı hissədə qısa sivriləşmişdir; uzanmış budaqlarının yarpaqları enli-yumurtaşəkillidir, qaidəsi demək olar ki, bir qədər düz və ya ürəkşəkillidir, uzunluğu 3–7 sm, eni 4–8 sm-dir; qısalmış budaqların yarpaqları isə enli-əksinəyumurtaşəkilli, dəyirmi və ya enliyumurtaşəkillidir, qaidə hissəsi enli-pazşəkilli və ya biraz ürəkşəkilli olur. Yarımkölgədə, gilli torpaqlarda yaxşı bitir. Rütubət sevəndir. Yaşılaşdırmada geniş istifadə olunur. == Çiçək: == Sırğaları 4–11 (15) sm uzunluqda, eni isə 2 sm-ə qədər olub, tüklüdür; çiçəkaltlığının pulcuqları barmaqvari-bölünmüş, kənarlardan kirpikvari-tüklüdür, qaramtıl-qəhvəyi rəngdədir. Mart ayında çiçəkləyir.
Hirkan qovağı
Hirkan qovağı - (lat. Populus hyrcana Grossh.) Söyüdkimlər— (Salicaceae Lindl.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Orta və ya ucaboylu ağacdır. Qabığı ağ bozumtuldur, şahmatşəkilli düzülmüş rombvari çatları vardır. Uzanmış zoğlarının yarpaqları uzunsov –yumurtavari, aşağıdan enli, yuxarıya doğru daralmış ucadan sivri, kənarları bütöv, az-az hallarda azca dilimlidir. Nadir hallarda dilimləri aydın nəzərə çarpır. Yarpaqları 8-10 sm uzunluğunda, 4-7 sm enində olub, üst hissədən tünd-yaşıl, alt hissədən ağ rəngli sıx tükcüklüdür. Qısalmış zoğlarının yarpaqları yumurtavari və ya deltavaridir.
Kanada qovağı
Qələmə qovağı
Səmərqənd qovağı
Ağcaqovaq (lat. Populus alba) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda geniş yayılıb, ilk dəfə Qızılyardan təsvir edilib. == Botaniki təsviri == Əlverişli bitmə şəraitində boyu 35 m-ə, gövdəsinin diametri 3 m-ə çatan böyük ağacdır. Ağyarpaq qovaq ağ qovaqla titrəkyarpaq qovaqın hibrididir. Ağyarpaq qovaq enli çətirli, qollu-budaqlı ağac olmaqla Kürqırağı meşələrdə edifikator mövqe tutur. Budaqlarının qabığı ağ və ya bozumtul ağ rəngli, hamardır. Yaşlı gövdəsinin qabığı qeyri-bərabər çatlıdır. Təzə zoğları ağ keçə tükcüklüdür və sonralar tükcükləri tökülür. Qısalmış zoğlarının yarpaqları enli yumurtavari, dəyirmi və üçbucağa oxşar yumurtavaridir.
İtaliya qovağı
== Ümumi yayılması == Vətəni Əfqanıstandan bütün Aralıq dənizyanı ölkələrə; İtaliyaya və başqa ölkələrə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 30–40 m-ə çatan, budaqları düz və ya yuхarıya doğru çəpəki yönəlmişdir. Çətiri ensiz sütunvari və ya piramidaldır. Cavan budaqlarının və gövdəsinin qabığı bozumtul-sarı, köhnə gövdələrinin qabığı tünd-boz rəngdə və ya qaramtıldır, üzərində dərin çatları vardır. Qısalmış zoğlarının yarpaqları parlaq, rombşəkilli-yumurtavari və ya enli-üçbucaq şəklindədir. Qaidə hissələri enli pazşəkilli və ya azca ürəkvaridir, təpə hissələri sivriləşmişdir. Mart-aprel aylarında çiçək açır. Digər хüsusiyyətlərinə görə qara qovağa oхşayır. == Ekologiyası == Yaşayış məntəqələrində, çayların kənarlarında və dərələrdə təbii halda bitir. == Azərbaycanda yayılması == Böyük Qafqaz və Naxçıvan MR təbii halda rast gəlinir.
Şişkin qovağı
Populus × canescens (lat. Populus × canescens) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. == Təbii yayılması == Zaqafqaziyada rütubətli yerlərdə təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 20-30 m-ə çatan, boz qabıqlı, piramidal çətirli ağacdır. Yarpaqları 5-8 sm uzunluqda, 3-4 sm enində, yumurtavari-üçbucaqşəkillidir. Dilimləri aydın nəzərə çarpmır, kənarları dişlidir, alt tərəfi sıх, nazik, ağ tüklü, üst tərəfi isə çılpaqdır. Mart-aprel aylarında çiçəkləyir. == Ekologiyası == İşıqsevən və istiyə davamlıdır. Çay vadilərində yüngül torpaqlarda yaхşı bitir. == Azərbaycanda yayılması == Qubada, Kür-Araz ovalığında, Naхçıvan MR-da yayılmışdır.
Şor qoğalı
Şor qoğalı — Azərbaycanda milli şirniyyat növü. == Lazım olan məmulatlar == Xəmir: Maya 30 qr Yumurta 1 əd. Qızdırılmış süd 0,5 l Un təxminən 1 kq Yağ 250 qr İç: Buğda unu, duz, sarıkök, istiot, razyana, cirə, ərinmiş yağ. == Hazırlanma qaydası == Şorqoğalı Azərbaycanın bir sıra rayonlarında Novruz, Ramazan bayramlarında və ehsanda mütləq süfrəyə qoyulur. İç bir az undan, sarıkök, razyana, cirə, duz və istiot əlavə edilərək hazırlanır. Bunların üstünə istilənmiş ərinmiş yağı çiləyin və kütləni yığın. Ələ alanda böyük bir "küftə" olur. Şorqoğalıda kündələrin sayı mütləq deyil, amma 8-dən az olmamalıdır. Kündələr nazik yayılır, taxtanın üstünə qoyulub hər laya yağ sürtülür. Laylar üst-üstə yığılır.
Sosnovski qovağı
Populus sosnowskyi A.Gross = P. nigra L. (P. nigra var. sosnowskyi (Grossh.) Makaschvili) Hündürlüyü 35–40 m, enli, nadir hallarda azacıq piramidavari çətiri olan ağacdır. == Yarpaq == Yarpaqları qısalmış budaqlarda çılpaq olub, uzun saplaq üzərindədir, rombvariellipsşəkillidir, onların uzunluğu enindən 2-2,5 dəfə çoxdur; yarpağın qaidə hissəsi pazvari, yuxarı hissəsi uzun nazikləşən dartılmış sivri ucluğa malikdir. == Meyvə == Qutucuq yumurtavaridir; saplaq adətən qutucuğun uzunluğunun yarısından qısadır. == Çiçəkləməsi: == Mart == Meyvə verməsi: == Mart-Aprel. == Azərbaycanda yayılması: == BQ (Quba), BQ şərq, BQ qərb, KQ mərkəzi, Lənk. dağ. (nadir hallarda). == Yaşayış mühiti: == Ovalıqda və aşağı, bəzən orta dağ qurşaqlarında çayların sahilində rast gəlinir.
Hava yolu qovşağı
Hava yolları qovşaqları və ya qovşaq airoportları – bir və ya daha çox aviaşirkət tərəfindən sərnişin axını və uçuş əməliyyatlarını müəyyən bir hava limanında cəmləşdirmək üçün istifadə olunur. Sərnişinləri son təyinat məntəqələrinə çatdırmaq üçün transfer (və ya dayanma) nöqtələri kimi xidmət edirlər. Bu hava qovşaqları sisteminin bir hissəsidir. Bir hava yolu şirkəti bir neçə qovşağı olmayan şəhərlərdən hava limanına uçuşlar həyata keçirir və danışılan şəhərlər arasında səyahət edən sərnişinlərin qovşaqdan keçməsi lazımdır. Bu paradiqma, hava yolları şirkətinin (aralıq əlaqə vasitəsi ilə) şəhər cütlərinə xidmət göstərməsinə imkan verən miqyaslı iqtisadiyyatlar yaradır, əks halda iqtisadi cəhətdən fasiləsiz olaraq xidmət göstərilə bilməz. Bu sistem, heç bir qovşağın olmadığı və sözü gedən şəhərlər arasında fasiləsiz uçuşların təklif edildiyi nöqtədən-nöqtəyə modelindən ziddiyyət təşkil edir. qovşaq hava limanları da mənşə və təyinat (O&D) trafikinə xidmət göstərir. == Əməliyyatlar == Qovşaqlar sistemi bir hava yolunun daha az marşrutlara xidmət etməsinə imkan verir, buna görə də daha az təyyarəyə ehtiyac duyulur. Sistem həm də sərnişin yükünü artırır; bir mərkəzdən bir uçuş yalnız mərkəzdən gələn sərnişinləri deyil, həm də çox şəhərlərdən olan sərnişinləri daşıyır. Bununla birlikdə sistem baha başa gəlir.
Naxçıvan su qovşağı
Naxçıvan su qovşağı — Azərbaycanın Babək rayonunda (Naxçıvan), Naxçıvançay üstündə bənd tipli hidrotexniki qurğu. Vayxır kəndi yaxınlığındadır. 1973-cü ildə istifadəyə verilmişdir. Sukeçirmə qabiliyyəti 274 m3/san-dir. Naxçıvan su qovşağından magistral kanallar çəkilmişdir. Kanallardan Uzunoba və Sirab su anbarlarına da su verilir. Naxçıvan su qovşağından 30 min hektardan çox sahənin suvarılmasında istifadə olunur.
Sərsəng su qovşağı
Sərsəng su anbarı — Azərbaycana məxsus 1976-cı ildə Tərtərçayın üzərində, keçmiş Ağdərə, indiki Tərtər rayonu ərazisində , inşa edilmiş su anbarı. Onun ümumi su tutumu 560 mln m³, bəndinin hündürlüyü isə 125 m-dir. Sərsəng su anbarı respublikada bəndinin hündürlüyünə görə ən hündür bəndli su anbarlarından biridir. Sərsəng su anbarı hazırda Tərtər (keçmiş Ağdərə) rayonu ərazisində yerləşir. Sərsəng su anbarı respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Yalnız Sərsəng su anbarının işğalı nəticəsində 100 min hektar sahədə kənd təsərrüfatı bitkilərinə suvarma suyunun verilməməsi respublikanın bu regionuna əvəzolunmaz zərər vurmuşdur. Hazırda su anbarına və onun qurğularına işğal altında 10 ildən artıq müddətdir ki, texniki xidmət göstərilmədiyi üçün o qəza vəziyyətindədir. Bu səbəbdən Sərsəng su anbarı onun aşağı byefində yerləşən əhali üçün ciddi təhlükə yaradır. Lakin anbarın işğaldan azad olunması onun yenidən işlək vəziyyətə gətirilməsi üçün şərait yaradır. 26 fevral 1993-cü ildə ermənilər Sərsəng su anbarının ətrafını tutmaqla, Tərtər–Kəlbəcər yolunu kəsib.
Qozağacı
Qozağacı — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Yenikənd kənd Sovetinin Qozağacı kəndi Məşrif kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Kəndin adı onun ərazisində qoz ağaclarının çoxluğu ilə əlaqədar meydana gəlmişdir. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi düzən­likdə yerləşir. == Əhalisi == Əhalisinin sayı 400 nəfərdir. == Təhsil == Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Siyəzən rayonu Qozağacı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 262 000 manat vəsait ayrılmışdır.
Qovacıq
Qovacıq (rus dilində Кеваджик, Куваджук şəkillərində yazılır), indiki rusca rəsmi adı Sovetskoye (rus. Советское) — Rusiya Federasiyasının Dağıstan Respublikasının Məhərrəmkənd rayonunda yerləşən bir kənd. == Tarixi == Tarixi olaraq bu kənddə dağ yahudiləri qalırdı. Kəndin ikinci adı Məmrac idi. Deyilənə görə Məmrac bəy bir sufi başçısı idi. 1952-ci ildə SSRİ yahudiləri bu kənddən qovandan sonra Sovetski adı verir.
Biləv çovqanı
Biləv çovqanı- Culfa r-nunda təbii mərz adı. == Toponimik izah == Culfa r-nunda təbii mərz adı. Naxçıvan əyalətinin Azadçiran nahiyəsində Bilav kimi qeyd olunmuşdur. Mənbədə kənd həm də Ağacanlı adlandırılmışdır. Bu məlumatdan aydın olur ki, kənd «Biləv» adlı yerdə Ağacanlı adlı nəslin məskuílaşması nəticəsində yaranmışdır. Biləv kəsici alətləri itiləmək üçün istifadə edilən daş. Kəndin yaxınlığında «Bilav» mineral bulaqlar vardır.
Qalqaçı (Urmiya)
Qalqaçı (fars. قالقاچي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 269 nəfər (73 ailə) yaşayır. Kəndin əhalisi şiədir və azərbaycanca danışır.
Qolqatı (İcrud)
Qolqatı (fars. قلقاتي‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 549 nəfər yaşayır (137 ailə).
Hirkan qоvаğı
Ağcaqovaq (lat. Populus alba) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda geniş yayılıb, ilk dəfə Qızılyardan təsvir edilib. == Botaniki təsviri == Əlverişli bitmə şəraitində boyu 35 m-ə, gövdəsinin diametri 3 m-ə çatan böyük ağacdır. Ağyarpaq qovaq ağ qovaqla titrəkyarpaq qovaqın hibrididir. Ağyarpaq qovaq enli çətirli, qollu-budaqlı ağac olmaqla Kürqırağı meşələrdə edifikator mövqe tutur. Budaqlarının qabığı ağ və ya bozumtul ağ rəngli, hamardır. Yaşlı gövdəsinin qabığı qeyri-bərabər çatlıdır. Təzə zoğları ağ keçə tükcüklüdür və sonralar tükcükləri tökülür. Qısalmış zoğlarının yarpaqları enli yumurtavari, dəyirmi və üçbucağa oxşar yumurtavaridir.
İtаliyа qоvаğı
Axşam ovqatı (Buqro)
Axşam Ovqatı (ing. Evening Mood, fr. Humeur Nocturne) — Vilyam Buqro tərəfindən 1882-ci ildə çəkilmiş alleqorik rəsm əsəri. Əsər hazırda Kubada, Havanna İncəsənət Muzeyində sərgilənir.