Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zahidilik
Şeyx Zahid Gilani (fars. تاج الدين ابراهيم زاهد گيلاني‎; Tacəddin İbrahim Zahid Gilani, 1216, Lahican, Gilan ostanı – 1301, Lənkəran) – Ələvi Türkmən alimi, mürşid. Tam adı Tâcəddîn İbrahim Zahid Gilanî olan Şeyx Zahid Gilani 1218-ci ildə Lənkəranın Siyavurd (indiki Siyavar) kəndində doğulmuşdu. Dövrünün görkəmli alimi olmuş, bir neçə dil bilirdi. Öz müridləri ilə sufizmi yayan Şeyx Zahidin Siyavurd, Güstaşfi və Hiləkaranda zaviyələri olmuşdu. Şeyxin Həlyəkəran və Siyavrudda iki xatunu var idi. Şeyx Səfi təzkirəsində bu barədə belə bir qeyd varː Əvvəl Şeyx Zahidə çox hörmət edən Şirvanşah III Axsitan sonralar onun nüfuzunun artması və müridlərinin sayının çoxalmasından çəkinərək, onun imkanlarını məhdudlaşdırmağa başlamışdı. Bu barədə də "Şeyx Səfi təzkirəsi"ndən ətraflı məlumat alırıqː Mənbədə verilən məlumatdan məlum olur ki, şirvanşahlar hətta Şeyxə qarşı sui-qəsd təşəbbüsü göstərmiş, lakin istəklərinə nail ola bilməmişdilər. Şeyx Zahid Gilani 1301-ci ildə vəfat etmiş və Siyavurdda dəfn olunmuşdur. Siyavurdu su basdığına görə Şah İsmayıl Xətainin babası və Şeyx Zahidin yeznəsi (qızının əri) Şah Səfiəddin onun qəbrini oradan Hiləkərana köçürülmüşdü.
Zahirilik
Zahirilik — məzhəbin banisi Davud ibn Əli əl-İsfahani sayılır (h.202/m817). Müasir dövrdə Zahiri məktəbinin ardıcıllarına Mərakeşdə, Səudiyyədə, Yəməndə, İordaniyada, Misirdə, Suriyada, Avropada, Amerikada rast gəlmək olar. İslamın içində fərqli mövqeyi ilə seçilən bu məzhəb iki nüfuzlu alim tərəfindən meydana çıxarılmışdır. Məzhəbin banisi Davud ibn Əli əl-İsfahani sayılır (h.202/m817). Digəri alim isə İbn Həzm əl-Əndəlüsidir (h.384/m994) Davud əz-Zahiri kimi tanınan bu şəxs islam hüququnda ilk təhsilini imam Şafeidən almışdır. Davud əz-Zahiri çox zəngin hədis bilgisinə malik idi. Ancaq zahiri olduğuna və "əlinizdəki Kİtab məxluqdur" dediyinə görə, ondan kimsə hədis nəql etməmişdir. Hətta, Əhməd ibn Hənbəldən hədis dərsləri almaq istərkən, imam Əhməd onunla görüşməkdən yayınmışdır. İbn Həzmə gəldikdə isə o, əvvəllər Maliki fiqhinə bağlanmış, sonralar Şafeinin "İxtilafu Malik" adlı əsərin oxuduqdan sonra maliki məzhəbindən şafei məzhəbinə keçmişdir. Ancaq İbn Həzm şafei məktəbində çox uzun müddət qalmır.
Şəhidlik
Şəhid — yüksək amal, məslək, əqidə, yurd, vətən, din və ya inanc uğrunda ölən, canını fəda edən şəxs. Şəhid olma hadisəsinə "şəhadət" deyilir. İslamda şəhidlərlə bağlı aşağıdakı müddəalar yer alır: "Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz." (Bəqərə surəsi, 154-cü ayə). "Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur." (Ali-İmran surəsi, 169-cu ayə). Məhəmməd peyğəmbər şəhidlər haqda: "Şəhid cənnətdədir, Allah qatında xeyirli bir mərtəbədə ikən, heç bir qul bir daha dünyaya qayıtmaq istəməz. Ancaq şəhidlər bundan müstəsnadır. Çünki şəhidlər şəhid olmanın necə üstün mərtəbə olduğunu bildikləri üçün yenidən şəhid olmaq üçün can atarlar".
Aridlik
Aridlik — sahənin quraq iqlimli olması. R. Ə. Əliyeva, Q. T. Mustafayev. "Ekologiya" dərs vəsaiti. Bakı, "Bakı Dövlət Universiteti" nəşriyyatı, 2004, s. 379 – 384.
Vahidli
Vahidli — Azərbaycan Respublikasının Tovuz rayonunun Vahidli kənd inzibati ərazi dairəsində kənd. Kəndin keçmiş adı Yekəalılar olmuşdur. Oykonim Vahid (şəxs adı) və -lı (mənsubiyyət bildirir) komponentlərindən düzəlib, "Vahidin nəslindən olanlar" məna­sındadır. Vahidli kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənd Axıncaçayın sahilində, Kiçik Qafqazın ətəyində yerləşir. Kənd əhalisi kənd təsərrüfatı — bitkiçilik (taxıl, kartof, lobya, pomidor, xiyar və s.) və heyvandarlıqla, arıçılıqla məşğuldur. Kənddə Vahidli kənd kitabxana filialı fəaliyyət göstərir. Kənddə Asif Sadıqov adına Vahidli kənd tam orta məktəbi fəaliyyət göstərir. Bundan başqa kənddə Vahidli kənd uşaq bağçası fəaliyyətdədir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə Vahidli kənd həkim məntəqəsi yerləşir.
Şəhidlik Fatima
Fatimiyə günləri — şiələr tərəfindən Cəmadiyələvvəl və Cəmadiyəlaxır aylarında 20 gün ərzində Məhəmmədin qızı Fatimənin şəhid olmasının ildönümü münasibətilə mərasimlərin keçirilməsi.
Azərbaycanda şəhidlik
Azərbaycanda şəhidlik — Azərbaycan Respublikasında dini və hüquqi baxımdan "şəhid" anlayışının mənası. "Şəhid" sözü Azərbaycan dilində ərəb dilində "شهيد" ([ʃahiːd], qad. شهيدة [ʃahiːdah], cəm. شُهَدَاء [ʃuhadaː]) sözündən keçmişdir. Sözün əsl mənası "şahid" və ya "tanıq" deməkdir. Bu, yunan dilində "martis" (μάρτυς, hərf. şahid) sözünün tərcüməsidir. Azərbaycan dilinin izahlı lüğətində "şəhid" sözünün mənası "yüksək amal, məslək, əqidə yolunda ölən, həlak olan, canını fəda edən adam" kimi verilmişdir. Həm isim, həm də "olmaq" sözünün əlavə edilməsilə fel kimi istifadə oluna bilir. Qadınlar üçün "şəhidə" işlənir. Azərbaycan qanunvericiylində "şəhid" anlayışı ilk dəfə Birinci Qarabağ müharibəsi zamanı, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin imzaladığı 3 sentyabr 1993-cü il tarixli "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanun ilə tənzimlənmişdir.
Şəhidlik Məscidi
Şəhidlik Məscidi — Almaniyanın Berlin şəhərində yerləşən məscid. Dörd mərtəbəli binada 1500 nəfər ibadət edə bilər. Kompleksə mədəniyyət mərkəzi, məlumat və görüş mərkəzi də daxildir. Məscid Türk-İslam Dəyanət İşləri Birliyi tərəfindən idarə olunur. Məscid adını 1866-cı ildə diplomatik qəbiristanlıq kimi təşkil edilən türk qəbiristanlığından almışdır. Məsciddə Camal Əzmi bəy və Bahatdin Şakirin də məzarları var. 1999-cu ildə təməli qoyulan məscidin tikintisi 2005-ci ildə başa çatdırılıb. Məscid Hilmi Şenalp tərəfindən Osmanlı memarlıq üslubunda tikilmişdir. Məscid 2010-cu ildə dörd yanğına məruz qalmışdı. 2011-ci ildə cinayəti törədən şəxs tutuldu və ona iki il doqquz ay həbs cəzası verildi.
Vahidli bələdiyyəsi
Tovuz bələdiyyələri — Tovuz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şahidli (Miyanə)
Şahidli (fars. شهيدلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 9 nəfər yaşayır (5 ailə).
Fəzlulla Zahidi
Fəzlulla Zahidi (1897, Həmədan-2 sentyabr 1863, Cenevrə) — İran Kazak diviziyasının generalı, İranın baş naziri. Hərbi məktəbi bitərəndən sonra İran Kazak diviziyasında xidmət etməyə başladı. Naib (leytenant) rütbəsindən sərtibi-əvvəl (general-mayor) rütbəsinədək yüksəldi. 1925-1926-cı illərdə Gilan əyalətinin Rəşt şəhərində diviziyanın briqadasına rəhbərlik etdi. 1927-1935-ci illərdə İran jandarmeriyasının rəisi oldu. 1941-ci ildə İsfahan diviziyasına başçılıq etdi. Fəzlulla Zahidi II Dünya müharibəsində alman faşistləri ilə əməkdaşlıq etdiyi üçün 1943-cü ildə ingilislər tərəfindən tutulub Fələstinə sürgün edildi. Burada 3 il sürgün çəkdi. 1947-1949-cu illərdə Fransada yaşadı. Fəzlulla Zahidi 1949-cu illərdə İranın polis rəisi təyin olundu.
Ərdəşir Zahidi
Ərdəşir Zahidi (fars. اردشیر زاهدی‎; 16 oktyabr 1928, Tehran – 18 noyabr 2021, Montrö[d], Vo kantonu) – İranın keçmiş xarici işlər naziri (1966–1971) və 1960 və 1970-ci illərdə İranın Birləşmiş Ştatlar və Böyük Britaniyadakı səfiri vəzifəsində işləyən keçmiş diplomatı.
Məhəmmədrza Zahidi
Məhəmmədrza Zahidi (fars. محمدرضا زاهدی‎, 2 noyabr 1960, İsfahan, Pəhləvilər – 1 aprel 2024, Mezzeh[d]) — İranlı hərbi xadim, Briqada generalı. İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli mənsubu. Müxtəlif zamanlarda İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri və İran İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarına rəhbərlik etmiş, ölümünə qədər Qüds qüvvələrinin əsas səhra komandirlərindən biri kimi çıxış etmişdir. 1979-cu ildən etibarən İran Silahlı Qüvvələrində xidmət edən Zahidi ordunun əsas hərbi fiqurlarından biri hesab olunurdu və İranın Yaxın Şərq regionundakı xarici maraqlarının təmin edilməsində vasitəçi şəxs kimi önə çıxmışdır. Zahidi 2024-cü ilin 1 aprel tarixində Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən İran səfirliyinə qarşı törədilmiş bombardıman hücumu nəticəsində həlak olub. İran və müxtəlif mənbələr hücumun İsrail tərəfindən həyata keçirildiyini bəyan ediblər. Məhəmmədrza Zahidi 1960-cı ilin 2 noyabr tarixində İranın İsfahan ostanlığının mərkəzi şəhəri olan İsfahan şəhərində anadan olub. 1979-cu ildə İslam İnqilabı Keşikçiləri Korpusunun sıralarına qoşulan Zahidi 1980-ci ildə İraqın hücumu ilə başlamış və səkkiz il davam etmiş İran-İraq müharibəsində leytenant rütbəsi ilə xidmət etmişdir. O, 1983–1986-cı illərdə 44-cü Qəmər Bəni Haşim diviziyasına rəhbərlik edib.
Fəzlullah xan Zahidi
Fəzlulla Zahidi (1897, Həmədan-2 sentyabr 1863, Cenevrə) — İran Kazak diviziyasının generalı, İranın baş naziri. Hərbi məktəbi bitərəndən sonra İran Kazak diviziyasında xidmət etməyə başladı. Naib (leytenant) rütbəsindən sərtibi-əvvəl (general-mayor) rütbəsinədək yüksəldi. 1925-1926-cı illərdə Gilan əyalətinin Rəşt şəhərində diviziyanın briqadasına rəhbərlik etdi. 1927-1935-ci illərdə İran jandarmeriyasının rəisi oldu. 1941-ci ildə İsfahan diviziyasına başçılıq etdi. Fəzlulla Zahidi II Dünya müharibəsində alman faşistləri ilə əməkdaşlıq etdiyi üçün 1943-cü ildə ingilislər tərəfindən tutulub Fələstinə sürgün edildi. Burada 3 il sürgün çəkdi. 1947-1949-cu illərdə Fransada yaşadı. Fəzlulla Zahidi 1949-cu illərdə İranın polis rəisi təyin olundu.
Şəhidlik zirvəsi (film, 2001)
Film Azərbaycanın 1990-cı il 20 Yanvar şəhidlərinə həsr olumuşdur. Burada müxtəlif dövrlərdə ölkəmizin azadlığı uğrunda mübarizə aparıb şəhid olan xalqımızın oğul və qızlarından söhbət açılır. Filmdə 1828-ci ildən bizim günlərə qədər Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələr öz geniş əksini tapmışdır. Rejissor: Xamiz Muradov, Tofiq Məmmədov Ssenari müəllifi: Xamiz Muradov, Eldar Quliyev, Oqtay Mirqasımov Operator: Sərdar Vəliyev, Nizami Abbas, Rəfael Salamzadə Musiqi tərtibatı : Rauf Əliyev Səs operatoru: Kamal Seyidov Məsləhətçi: Fatma Abdullazadə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.