Vahidli — Azərbaycan Respublikasının Tovuz rayonunun Vahidli kənd inzibati ərazi dairəsində kənd.[ 2]
Kəndin keçmiş adı Yekəalılar olmuşdur. Oykonim Vahid (şəxs adı) və -lı (mənsubiyyət bildirir) komponentlərindən düzəlib, "Vahidin nəslindən olanlar" mənasındadır.[ 3]
Vahidli kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:
İnventar №
Abidənin adı
Tarixi
Yerləşdiyi ünvan
Növü
Əhəmiyyət dərəcəsi
5200
Sultan körpüsü[ 4]
XIX əsr
Vahidli kəndi, Axıncaçayın üzərində
Memarlıq
Yerli
5201
Məscid və türbə (kompleks)[ 5]
Qeyd olunmayıb
Vahidli kənd qəbiristanlığı
Memarlıq
Yerli
6050
Şəhərgah[ 6]
Orta əsrlər
Vahidli kəndi
Arxeoloji
Yerli
Kənd Axıncaçayın sahilində, Kiçik Qafqazın ətəyində yerləşir.
İl
Daimi əhali
Kişilər
Qadınlar
1999 [ 7]
989
510
479
2009 [ 8]
↗1119
↗581
↗538
Kənd əhalisi kənd təsərrüfatı — bitkiçilik (taxıl, kartof , lobya, pomidor , xiyar və s.) və heyvandarlıqla, arıçılıqla məşğuldur.
Kənddə Vahidli kənd kitabxana filialı fəaliyyət göstərir.[ 9]
Kənddə Asif Sadıqov adına Vahidli kənd tam orta məktəbi fəaliyyət göstərir.[ 10] [ 11]
Bundan başqa kənddə Vahidli kənd uşaq bağçası fəaliyyətdədir.[ 12]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə Vahidli kənd həkim məntəqəsi yerləşir.[ 13]
↑ http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=108 .
↑ "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 98" (PDF) . 2022-01-28 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2022-04-30 .
↑ Vahidli // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti . II cild. Bakı: Şərq-Qərb. 2007. səh. 261. ISBN 978-9952-34-156-0 .
↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 131" (PDF) . 2021-07-07 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2022-05-06 .
↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 131" (PDF) . 2021-07-07 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2022-05-06 .
↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 155" (PDF) . 2021-07-07 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2022-05-06 .
↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 156.
↑ "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 213" . 2022-04-11 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-04-23 .
↑ "" Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 58" (PDF) . 2021-11-10 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2022-04-22 .
↑ "Azərbaycan Respublikası Təhsil Nazirliyi. Tovuz Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri. (tovuz.edu.gov.az)" . 2022-06-27 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-04-22 .
↑ "Tovuz rayonundakı orta məktəblər, internat məktəbi, peşə liseyi və dövlət sosial iqtisad kolleci haqqında məlumat (tovuz-ih.gov.az)" . 2015-12-19 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-04-23 .
↑ "Tovuz rayon məktəbəqədər uşaq müəssisələri haqqında məlumat (tovuz-ih.gov.az)" . 2015-12-19 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-04-23 .
↑ "Tovuz rayon səhiyyə müəssisələri haqqında məlumat (tovuz-ih.gov.az)" . 2022-06-18 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-04-23 .
Şəhərlər Kəndlər Ləğv olunmuş kəndlər