Azərbaycanda şəhidlik

Şəmkir rayonunun Dəllər Cırdaxan kəndində şəhidlər bulağı.

Azərbaycanda şəhidlikAzərbaycan Respublikasında dini və hüquqi baxımdan "şəhid" anlayışının mənası.

Etimologiyası[redaktə | mənbəni redaktə et]

"Şəhid" sözü Azərbaycan dilində ərəb dilində[1] "شهيد" ([ʃahiːd], qad. شهيدة [ʃahiːdah], cəm. شُهَدَاء [ʃuhadaː]) sözündən keçmişdir. Sözün əsl mənası "şahid" və ya "tanıq" deməkdir. Bu, yunan dilində "martis" (μάρτυς, hərf. şahid) sözünün tərcüməsidir.[2] Azərbaycan dilinin izahlı lüğətində "şəhid" sözünün mənası "yüksək amal, məslək, əqidə yolunda ölən, həlak olan, canını fəda edən adam" kimi verilmişdir. Həm isim, həm də "olmaq" sözünün əlavə edilməsilə fel kimi istifadə oluna bilir.[1] Qadınlar üçün "şəhidə" işlənir.[3]

Hüquqi baxımdan[redaktə | mənbəni redaktə et]

Tərif[redaktə | mənbəni redaktə et]

Azərbaycan qanunvericiylində "şəhid" anlayışı ilk dəfə Birinci Qarabağ müharibəsi zamanı, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin imzaladığı 3 sentyabr 1993-cü il tarixli "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanun ilə tənzimlənmişdir. Qanuna 2022-ci ilə qədər müəyyən dəyişiklər edilmişdir. Hər halda, burada "şəhid" sözünə veriəln izah kimi qeyd edilmişdir ki, o, "Azərbaycan Respublikasının azadlığı, suverenliyiərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir".[4] Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin və qeydiyyatda olduqları hərbi komissarlıqların verdiyi arayışlarla təsdiq olunur.[5]

Eyni qanunda "şəhid ailəsi" anlayışı da müəyyən edilmiş, bura "ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalarnənələr" aid edilmişdir.[6] Qanuna əsasən, müəyyən şəxsə "şəhid" statusu verilməsi prosesinə müvafiq dövlət orqanları nəzarət edir. "Şəhid" və "şəhid ailəsi" statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilir.[7]

Güzəştlər[redaktə | mənbəni redaktə et]

Şəhid ailəsi statusunu almış ailənin üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müəyyən təminatlar verilir. Bunlara "işçilərin sayı və ya ştatı ixtisar edilərkən işdə saxlanmaqda onlara üstünlük" verilməsi, "həkim reseptləri üzrə dərman almaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olmuş qaydada və məbləğdə müavinət" verilməsi,[4] "dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alanlar təhsil haqqını ödəməkdən" azad olunmaları,[8] "tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada" təmin edilmələri,[9][10] "sosial iş yerlərinin və işsiz şəxslərin özünüməşğulluğunun, habelə peşə hazırlığının təşkili zamanı onlara üstünlük" verilmələri[11] aid idi.

2012-ci ildə mövcud olan qanunvericiliyə uyğun olaraq, "şəhidin dul arvadına və ya əmək pensiyaçısı olmayan ata-anasına kommunal güzəştlərə görə 12 manat aylıq müavinət verilir. Bununla yanaşı, 18 yaşı tamam olmamış şəhid uşaqlarının hər birinə 15 manat aylıq müavinət verilir. Eyni zamanda əmək pensiyaçısı olmayan şəhidin dövlət ali təhsil müəssisəsində oxuyan uşaqlarına 23 yaşı tamam olan qədər dövlət tərəfindən 49 manat 50 qəpik aylıq müavinətlər verilir. Eyni zamanda 13 560 şəhid ailəsinin hər biri aylıq olaraq 165 manat həçmində prezident təqaüdü alır"dı.[12]

Təmin olunan müavinət kontekstdən asılı olaraq fərqlidir, yəni Birinci Qarabağ müharibəsi şəhidləri ilə 20 Yanvar şəhidləri üçün fərqli güzəştlər verilir.[12] Odur ki, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 31 mart tarixli 695 nömrəli Fərmanı ilə təsis edilmiş "20 Yanvar şəhidi" fəxri adı da vardır. Bu ad ilə sözügedən hadisələr zamanı həlak olmuş və həmin hadisələr nəticəsində aldığı xəsarətdən vəfat etmiş şəxslər təltif olunmuşdular.[13] Bu ad 149 nəfərə verilmişdir.

Qanuna görə, yerli icra hakimiyyəti orqanları tərəfindən şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi prosesi həyata keçirilir. "Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri" yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Bundan başqa, "şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı" üstünlük verilir. "Şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır".[4]

Əlavə olaraq, 2021-ci ilə qədər verilən təminatlar arasında "valideynlərdən biri həlak olduqda onların hər uşağına 16 yaşı (şagirdlər üçün 18 yaş) tamam olanadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan məbləğdə aylıq müavinət" təyin edilməsi,[14] işlədikləri "müəssisənin, idarənin, təşkilatın fəaliyyəti dayandırıldıqda" iş ilə təmin olunmaları,[15] "mənzil, kommunal xidmətlərindən, telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) və şəhər sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət" verilməsi[16] də var idi.

Azərbaycanda "şəhidlərə və şəhid ailələrinə xərclənən vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən, ayrı-ayrı şəxslərin və müxtəlif təşkilatların, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından, habelə dövlət icbari şəxsi sığorta vəsaiti" hesabına ödənilir.[17] Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 aprel 2012-ci il tarixinə olan rəsmi məlumata görə, Azərbaycanda 13,560 şəhid ailəsi var idi. Bunların ailə üzvlərinin sayı 18,779 nəfər təşkil etmişdir.[12]

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun" yəni "YAŞAT" Fondunun "vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydası təsdiq edilmişdir". Fondun məqsədi "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə; işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə" sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün təsis edilmişdir.[18]

Dini baxımdan[redaktə | mənbəni redaktə et]

Tənqidi[redaktə | mənbəni redaktə et]

Şəhid statusu[redaktə | mənbəni redaktə et]

Azərbaycanda bu mövzu ilə bağlı müxtəlif tənqidi fikirlər səsləndirilmişdir. Bunlar müvafiq qanunun aydın olmaması və burada ayrı-seçkiliyə yol verilməsi haqqındadır.

2012-ci ildə hüquqşünas Aslan İsmayılov qeyd etmişdir ki, şəhidlərin "Qarabağın birinci müharibə şəhidi, ikinci müharibə şəhidi, 20 yanvar şəhidi, 1918-ci il şəhidləri statuslarına ayrılmasına ehtiyac yoxdur". O, xüsusilə də atəşkəs dövründə həlak olan Azərbaycan əsgərlərinə və Azərbaycanda asayişi qoruyarkən həlak olan polis əməkdaşlarına istinad edərək "şəhid statusu" bağlı vahid sənədin qəbul olunmalı olduğunu vurğulamışdır.[12]

Azərbaycanda hərbi xidmətini yerinə yetirərkən qeyri-döyüş şəraitində həlak olan hərbi qulluqçuların "şəhid statusu" ilə təmin edilməməsi mübahisə mövzusu olmuşdur. Bu məsələdə ərəncamda konkret olaraq əsgərin minaya düşərkən və ya komandirin səhlənkarlığı nəticəsində həlak olduğu zaman onun şəhid statusu alıb-almayacağı göstərilməməsi adətən qeyd olunur.[5] Yerli mətbuata görə, Azərbaycanda ictimaiyyətin "böyük bir kəsimi isə hesab edir ki, belə hallarda həyatını itirən hüquq-mühafizə orqanları, təhlükəsizlik xidmətinin əməkdaşlarına istisnasız olaraq şəhid statusu verilməlidir".[19]

2014-cü ilin avqustunda Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissənin əsgəri Seyran Eynulla oğlu Hənifəyev kəskin ürək və tənəffüs çatışmazlığı səbəbindən vəfat etmiş və Azərbaycan Müdafiə Nazirliyi "əsgərin ürək tutmasından vəfat etdiyi üçün şəhid statusu almadığını" bildirmişdilər. Yalnız Ağsu Rayon İcra Hakimiyyətinin müraciətindən sonra Hənifəyev "şəhid statusu" ilə təmin edilmiş və onun Ağsu rayonunda Şəhidlər xiyabanında dəfn edilməsinə icazə verilmişdir.[5]

2021-ci ildə axtarışda olan şəxsin özünü qumbara ilə partlatması nəticəsində Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Elçin Səfərovun həlak olmasından sonra polis əməkdaşlarına da "şəhid statusu" verilməsi məsələsi gündəm olmuşdur. 2021-ci ilin məlumatına görə, Azərbaycanda "cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən" 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olmuş, 2,640 nəfər xəsarət almışdır.[19]

2021-ci ilin yanvarında hərbi hissəyə məxsus "Ural" markalı avtomobildə təlimdən qayıdan 17 hərbçi qəzaya düşmüş, Onlardan 14-ü yüngül, 3-ü isə ağır xəsarət almışdır. Yaralananlardan biri, 1998-ci il təvəllüdlü Kamil Məmmədov Mərkəzi Hərbi Hospitalda koma vəziyyətində qalandan sonra vəfat etmişdir. Məmmədovun "şəhid statusu" alması ilə bağlı müraciət edilsə də, Müdafiə Nazirliyi imtina etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) məlumat verilmişdi ki, "Məmmədov hərbi xidməti vəzifələrinin icrası zamanı" vəfat etmişdi, lakin "şəhidlik statusu yalnız döyüş tapşırığını yerinə yetirərkən vəfat etmiş şəxslərə verilə bilər". Bundan sonra həmin mövzu yenidən gündəmə düşmüşdür. Hər halda, məhkəmə Məmmədovun lehinə qərar vermiş, SHXÇDX bundan narazı qalsa da, apellyasiya şikayəti verməmişdir.[20]

2023-cü ildə "Minatəmizləmə sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev təklif etmişdir ki, ANAMA-nın mina təmizləmə zamanı həlak olan əməkdaşlarına da "şəhid statusu"nun verilməsi məsələsi müzakirə olunmalıdır.[21]

Həmçinin, Türkiyə qanunvericiliyində "hərbi xidmətə çağırıldığı ilk gündən düşmən gülləsindən və ya ehtiyatsızlıqdan, hətta arı sancmasından, xəstəlikdən və ya hansısa bədbəxt hadisə nəticəsində vəfat edən əsgər"in "şəhid statusu" alması müqayisə edilmişdir.[5] 15 aprel 2016-cı ildə vətəndaş cəmiyyətinin üzvləri Sivil Toplum Platformasının iclasında Azərbaycan Milli Məclisinə Türkiyədə olduğu kimi "Şəhidlik haqqında" qanunun qəbul edilməsi, "şəhid ailələrinə yüksək imtiyazlar və hər kəs üçün bərabər sosial güzəştlər"in tanınmasını təklif etmişdir.[22][23]

Şəhid ailəsi statusu[redaktə | mənbəni redaktə et]

2022-ci ildə Sentyabr döyüşləri zamanı həlak olan Azərbaycan əsgəri Səbuhi Əhmədov SOS uşaq evinin yetirməsi idi. Vəkil Qanqa İbrahimov məlumat vermişdir ki, Əhmədovun qardaşı Sənan Əhmədov bildirmişdir ki, ona "uşaq evlərində tərbiyə olunanlar" ifadəsi əsas tutularaq şəhid ailəsi statusu verilməmişdi. O, bunu "əsassız" adlandırmışdı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Haşımov mətbuata açıqlamasında bildirmişdi ki, Sənan Əhmədovun təlim və tərbiyə aldığı "SOS Uşaq Kəndləri – Azərbaycan" Assosiasiyası Nizamnaməsinə görə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisə statusunda deyil, bu isə onun şəhid ailəsi statusu almasına mane olur. "Sputnik Azərbaycan"a görə, bu mövzu Azərbaycanda müvafiq qanuna dəyişiklərin edilməsi məsələsini yenidən aktuallaşdırmışdı. Azərbaycan Milli Məclisinin deputatı Aqil Abbas həmin məsələyə etiraz edərək Sənan Əhmədova istisna edilməsini təklif etmişdi.[24] Əhmədova sonradan "şəhid ailəsi" statusu verilmişdi.[25]

Rəsmi nikahda olmayan qadınların övladlarına "şəhid ailəsi" statusu verilsə də, özlərinə verilmirdi. Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva çıxışında "şəhidlərin rəsmi nikahda olmayan həyat yoldaşlarına şəhid ailəsi statusu verilməsini" təklif etmişdi.[24]

Deputat Arzu Nağıyev qanunda "şəhid adının əbədiləşdirilməsi" ilə bağlı bəzi məqamlara aydınlıq gətirilməsinin vacib olduğunu bildirmişdir. O, qeyd etmişdir ki, "bəzən bir kənddən üç-dörd şəhid olur. Onlardan hansının adının məktəbə verilməsi mübahisəyə səbəb olur".[24]

Dini[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "şəhid, Azərbaycan dilinin izahlı lüğəti. Obastan - onlayn lüğətlər və ensiklopediyalar". Obastan - onlayn lüğətlər və ensiklopediyalar. 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.
  2. "şehit". Nişanyan Sözlük. 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.
  3. "şəhidə, Azərbaycan qadın adlarının izahlı lüğəti.. Obastan - onlayn lüğətlər və ensiklopediyalar". Obastan - onlayn lüğətlər və ensiklopediyalar.
  4. 1 2 3 "697 - Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında". e-qanun.az. 2023-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.
  5. 1 2 3 4 "Azərbaycanda kimlər Şəhid statusu ala bilər? - Ekspert". Axar.Az. 12 avq 2014. 2018-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.
  6. "648-IIIQD - Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə". e-qanun.az. 2023-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.
  7. "295-VIQD - "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə". e-qanun.az. 2023-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.
  8. "499-IIQD - "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə". e-qanun.az. 2023-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.
  9. "627-IQD - «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə". e-qanun.az. 2023-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.
  10. "214-IIQD - Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında". e-qanun.az. 2023-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.
  11. "381-VIQD - "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə". e-qanun.az. 2023-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.
  12. 1 2 3 4 "Şəhid şəhiddir, bəs bölücülük nədir?". modern.az. 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.
  13. "51 - "20 Yanvar şəhidi" fəxri adı haqqında Əsasnamənin təsdiq edilməsi barədə". e-qanun.az. 2022-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.
  14. "345-VIQD - "Hərbi qulluqçuların statusu haqqında", "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" və "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə". e-qanun.az. 2023-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.
  15. "652-IIQD - "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə". e-qanun.az. 2023-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.
  16. "382-VIQD - "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə". e-qanun.az. 2023-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.
  17. "630-VIQD - "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə". e-qanun.az. 2023-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.
  18. ""YAŞAT" Fondunun Himayəçilik Şurasının tərkibi təsdiqləndi" (az.). musavat.com. 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.
  19. 1 2 "Vəzifə borcunu yerinə yetirərkən həlak olan polislərə şəhid statusu verilməlidirmi - MÜZAKİRƏ | Hafta.az".
  20. "Qəzada ölən hərbçilərə hansı halda şəhid statusu verilə bilər". 26 okt 2022. 2022-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.
  21. "525-ci qəzet - Həlak olan ANAMA əməkdaşlarına şəhid statusu verilsin - TƏKLİF". 2023-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.
  22. TV, Meydan. "Vətəndaş cəmiyyəti şəhidlərin statusu haqqında qanun təklifi". 15 apr 2016. 28 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2023.
  23. "Vətəndaş cəmiyyəti şəhidlərin statusu haqqında qanunun qəbulunu təklif edir". © TURAN İNFORMASİYA AGENTLİYİ. 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.
  24. 1 2 3 "Arxivlənmiş surət". 2022-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.
  25. "Səbuhinin qardaşına şəhid ailəsi statusu verildi - Foto". Avrasiya.Net. 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.