Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bozbığlı uzunbığ
Büzucıq (Təbriz)
Büzucıq — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Səriskənd bölgəsinin Atəşbəy kəndistanındadır.
Döşüdişli uzunbığ
== Təsviri == Erkək fərdlərin bədəninin uzunluğu 30 – 40 mm, dişilərinki isə 60 mm - ə qədərdir. Bədəni iridir, qanadüstlükləri adətən bir qədər açıq rəngdədir. Ön döş önə doğru daralmışdır, ön ucları itidir. Ön döşün yan tərəfləri uzun dişiciklərlə əhatə olunmuşdur. Sonuncu dişicik qalanlarından uzun olub, arxaya doğru əyilmişdir. Erkək fərdlərin çənələri dişilərinkinə nisbətən iri olub, içəri kənarında iri dişi vardır. Dişi fərdlərdə bu diş zəif inkişaf etmişdir. Bığcıqlar erkək fərdlərdə qanadüstlüklərin yarısından uzundur, dişi fərdlərdə isə yarısına çatmır. == Yayılması == Albaniya, keçmiş Yuqoslaviya, Yunanıstan, Bolqarıstan, Türkiyə, İran, Suriya, Rusiya, Gürcüstan, Ermənistan, Azərbaycanda Şəki – Zaqatala, Quba – Xaçmaz, Gəncə, Yevlax, Mingəçevir, Samux, Neftçala və Lənkəran rayonlarında rast gəlinir. == Sayı == 1904-cü və 1906-cı ildə M.Vinovski tərəfindən Yevlaxda 1 fərd, 1909-cu ildə M.Vinovski tərəfindən Gəncədə 1 fərd, 1929-cu ildə K.Predum tərəfindən Lənkəranda 2 fərd, 1931-ci ildə V.Kavdişev tərəfindən Zaqatalada 1 fərd, 1941-ci ildə A.V.Boqaçev tərəfindən Lənkəranda 3 ədəd, 1946-cı ildə A.V.Boqaçev tərəfindən Mingəçevirdə 1 fərd, 1947-ci ildə A.V.Boqaçev tərəfindən Samuxda 1 fərd, 1949-cu ildə A.V.Boqaçev tərəfindən Xaldanda 5 fərd, 2008-ci ildə X.Z.Əsgərzadə tərəfindən Nabranda 5 fərd, 2011-ci ildə Z.B.Şahverdiyeva tərəfindən Neftçalada 1 fərd, 2010-cu ildə İ.Q.Kərimova tərəfindən Lənkəranda 2 fərd, 2011-ci ildə İ.Q.Kərimova tərəfindən Şabranda 2 fərd, 2012-ci ildə İ.Q.Kərimova tərəfindən Zaqatalada 2 fərd qeydə alınmışdır.
Dənəvərbığlı uzunbığ
Qara uzunbığ
Qara uzunbığ (lat. Morimus asper) — sərtqanadlılar dəstəsinin uzunbığlar fəsiləsinə aid böcək növü. Təhlükə həddinə (VU) yaxınlaşır, yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər. == Təsviri == Bədəni qara rəngdə olub, 16–38 mm uzunluqdadır. Qanad üstlükləri və ön döşün üzəri dənəvərdir. Qanadüstlüklərin üzərində qara ləkələr vardır. == Yayılması == Krım, Qafqaz, Cənubi Qafqaz; Türkiyə, Şimali İranda rast gəlinir. Azərbaycanda Bakı, Abşeron, Zaqatala, Lənkəran, Astara və Yardımlı rayonlarında rast gəlinir. Ölkəmizdə bu böcəyin Morimus vercundus yarımnövü yayılmışdır. == Həyat tərzi == Sürfələr müxtəlif enliyarpaqlı və iynəyarpaqlı ağacların oduncağı və qabığı altında yaşayırlar.
Uzunbığ rezuslar
Uzunbığ rezuslar (lat. Rhaesus) — Uzunbığlar fəsiləsinə aid böcək cinsi. == Xüsusiyyətləri == İri ölçülərə malik olan böcəklərdir. Onların uzunluğu 60 mm təşkil edir. Gövdə hissəsinin kənarları dişlikli olur. == Növləri == Bu cinsə aşağıdakı növlər daxildir: növ: Rhaesus persicus Motschulsky, 1875 növ: Rhaesus serricollis (Motschulsky, 1838) == Ədəbiyyat == Бей-Биенко Г. Я. Часть 1. Жесткокрылые и веерокрылые // Определитель насекомых европейской части СССР в пяти томах. — Москва—Ленинград: "Наука", 1965. — Т. II. — С. 389–419. — 668 с.
Böyük qısaqanad uzunbığ
Böyük qısaqanad uzunbığ (lat. Necydalis major) — Sərtqanadlılar dəstəsinin uzunbığlar fəsiləsinə aid böcək növü. Nadir növdür. Mənfi təsirlərə həssasdır. == Təsviri == Bədəni yığcam formaya malik olub, 21 –32 mm uzunluqdadır. Rəngi qaradır, qanadüstlükləri qırmızımtıl – boz rəngdə olub zirvədə qaradır. Qanadüstlükləri qısadır və qarıncığı örtmür, qanadlar qarıncıq boyu açıqda yerləşmişdir. Bığcıqları erkək fərdlərdə birinci yarısına qədər, dişilərdə isə tamamilə qırmızımtıl – sarı rəngdədir. Ətrafları qırmızımtıl – sarı rəngdə, arxa budların zirvələri isə qaradır. Qarıncığın birinci buğumu qırmızımtıldır.