Erkək fərdlərin bədəninin uzunluğu 30 – 40 mm, dişilərinki isə 60 mm - ə qədərdir. Bədəni iridir, qanadüstlükləri adətən bir qədər açıq rəngdədir. Ön döş önə doğru daralmışdır, ön ucları itidir. Ön döşün yan tərəfləri uzun dişiciklərlə əhatə olunmuşdur. Sonuncu dişicik qalanlarından uzun olub, arxaya doğru əyilmişdir. Erkək fərdlərin çənələri dişilərinkinə nisbətən iri olub, içəri kənarında iri dişi vardır. Dişi fərdlərdə bu diş zəif inkişaf etmişdir. Bığcıqlar erkək fərdlərdə qanadüstlüklərin yarısından uzundur, dişi fərdlərdə isə yarısına çatmır.[1]
Döşüdişli uzunbığ | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstə: ???: Döşüdişli uzunbığ |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Albaniya, keçmiş Yuqoslaviya, Yunanıstan, Bolqarıstan, Türkiyə, İran, Suriya, Rusiya, Gürcüstan, Ermənistan, Azərbaycanda Şəki – Zaqatala, Quba – Xaçmaz, Gəncə, Yevlax, Mingəçevir, Samux, Neftçala və Lənkəran rayonlarında rast gəlinir.
1904-cü və 1906-cı ildə M.Vinovski tərəfindən Yevlaxda 1 fərd, 1909-cu ildə M.Vinovski tərəfindən Gəncədə 1 fərd, 1929-cu ildə K.Predum tərəfindən Lənkəranda 2 fərd, 1931-ci ildə V.Kavdişev tərəfindən Zaqatalada 1 fərd, 1941-ci ildə A.V.Boqaçev tərəfindən Lənkəranda 3 ədəd, 1946-cı ildə A.V.Boqaçev tərəfindən Mingəçevirdə 1 fərd, 1947-ci ildə A.V.Boqaçev tərəfindən Samuxda 1 fərd, 1949-cu ildə A.V.Boqaçev tərəfindən Xaldanda 5 fərd, 2008-ci ildə X.Z.Əsgərzadə tərəfindən Nabranda 5 fərd, 2011-ci ildə Z.B.Şahverdiyeva tərəfindən Neftçalada 1 fərd, 2010-cu ildə İ.Q.Kərimova tərəfindən Lənkəranda 2 fərd, 2011-ci ildə İ.Q.Kərimova tərəfindən Şabranda 2 fərd, 2012-ci ildə İ.Q.Kərimova tərəfindən Zaqatalada 2 fərd qeydə alınmışdır.[2]
Orta və alçaq dağ qurşağının enliyarpaqlı ağaclardan ibarət meşələrində yaşayırlar. Dəniz səviyyəsindən 1500 – 2000 m-dək hündürlüyə qalxa bilirlər. Böcəklər iyundan sentyabradək uçurlar. Gecə həyat tərzi keçirirlər. Sürfələr başlıca olaraq fıstıq və qovaq ağaclarının oduncaqlarında, bəzən çinar, qoz söyüd, cökə, şabalıd qlediçiya və bəzi başqa enliyarpaqlı ağaclarda yaşayır. Kəsilmiş iri, ölməkdə olan ağaclara daha çox üstünlük verirlər. Generasiyası 3 ildən az deyildir. Sürfələr birinci il qabıq altında yaşayır, sonrakı illərdə isə oduncaqda yollar qazıyaraq dərinə gedirlər.
Yaşayış ərazilərində meşələrin qırılması.
Krasnodar vilayətinin və Rusiya Federasiyasının Qırmızı Kitabına daxil edilmişdir.
Yaşlı enliyarpaq ağacların qırılması məhdudlaşdırılmalı və çürüməkdə olan kötüklər böcəyin yaşadığı ərazilərdə saxlanmalıdır. Onun sayi və yayılma arealı barədə yeni məlumatların əldə edilməsi üçün hər il yasayis ərazilərinə monitorinqlər təşkil edilməlidir.