Böyük qısaqanad uzunbığ (lat. Necydalis major) — Sərtqanadlılar dəstəsinin uzunbığlar fəsiləsinə aid böcək növü. Nadir növdür. Mənfi təsirlərə həssasdır.
Böyük qısaqanad uzunbığ | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstə: ???: Böyük qısaqanad uzunbığ |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Bədəni yığcam formaya malik olub, 21 –32 mm uzunluqdadır. Rəngi qaradır, qanadüstlükləri qırmızımtıl – boz rəngdə olub zirvədə qaradır. Qanadüstlükləri qısadır və qarıncığı örtmür, qanadlar qarıncıq boyu açıqda yerləşmişdir. Bığcıqları erkək fərdlərdə birinci yarısına qədər, dişilərdə isə tamamilə qırmızımtıl – sarı rəngdədir. Ətrafları qırmızımtıl – sarı rəngdə, arxa budların zirvələri isə qaradır. Qarıncığın birinci buğumu qırmızımtıldır.[1]
Ön Qafqaz, Qafqazın Qara dəniz sahilləri, Cənubi Qafqaz, Bütün Sibir, Saxalin, Qərbi Avropa, Yaponiya, Azərbaycanda Quba – Xaçmaz bölgəsinin rayonlarında yayılmışdır.
Qarışıq və enliyarpaqlı meşələrdə yayılmışdır. Böcəklər iyun – iyulda fəal olurlar. Enliyarpaqlı ağaclarn gövdələrində, qabıq altında, xüsusilə də söyüd ağacında rast gəlinir. Böcəklər gizli həyat tərzi keçirirlər. Çiçəklər üzərində az rast gəlinirlər. Təhlükə anında böcəklər iri zarqanadlı cücülərin davranışını təqlid edirlər.[2] Böcəyin bədən forması mimikriyaya nümunə olaraq bu oxşarlığı tamamlayır. Yumurtalarını qurumuş ağacların qabıq və oduncaqlarında olan yarıqlara qoyurlar. Yumurtanın inkişafı 3 həftəyə başa çatır. Sürfəsi söyüd, titrək qovaq, qovaq ağaclarının oduncaqlarnda inkişaf edir. Puplaşma yazda, yayın əvvəllərində baş verir. Generasiyası 2 ildən çox davam edir.
2003-cü ildə İ.Q.Kərimova tərəfindən Şabran rayonunun Qalaalty kəndində, əsasən enliyarpaqlı ağaclardan ibarət qarışıq tipli meşədə cəmi 1 fərd qeydə alınmışdır. Son illərdə rast gəlinməmişdir.[3]
Böcəyin qeydə alındığı yerlərdə qanunsuz turizm obyektlərinin tikilməsi ilə əlaqədar olaraq ağaclar amansızcasına qırılır, meşə məişət tullantıları ilə çirkləndirilir. Böcəyin yumurtalarını qoyduğu qurumuş ağaclar ərazidən çıxarılır.
Latviya, Litva və Rusiya Federasiyasının Qırmızı kitabına daxil edilmişdir.
Meşələrdə ağacların qırılması, qoca, qurumaqda olan ağacların kəsilərək ərazidən çıxarılması qadağan edilməlidir. Böcəyin yasayis ərazilərinə hər il monitorinqlər təşkil edilməlidir.