Səlimxan Bayramov
Səlimxan Bayramov (Bayramov Səlimxan Vüqar oğlu; 13 iyul 1998, Sumqayıt – 19 oktyabr 2020, Xocavənd) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra, "Vətən uğrunda" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı və "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
== Həyatı ==
Bayramov Səlimxan Vüqar oğlu 13 iyul 1998-ci il tarixində Sumqayıt şəhərində dünyaya göz açıb. 2005–2015-ci illərdə həmin şəhərin 3 nömrəli orta məktəbində təhsil alib. Məktəbi bitirdikdən sonra təhsilini xaricdə davam etdirmək qərarına gələn Səlimxan, 2015–2019-cu illərdə Gürcüstan Dövlət Texniki Universitetinin tələbəsi olub.
== Hərbi xidməti ==
Təhsilini bitirib doğma Azərbaycana qayıtdıqdan sonra, vətənpərvərlik və milli dəyərlərimizə olan sevgisi ilə hərbi xidmətə yollanır.
2019-cu ilin oktyabrın 28-i Sumqayıt şəhərindən hərbi xidmətə yollanan Səlimxan, Qusarda xidmətin davam elətdirir. Əsgər yoldaşlarının tez bir zamanda sevimlisinə çevrilən Səlimxan, zabitlərin yanında da özünə məxsus hərəkətləri ilə, hamının sevgisini qazanır.
27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gədən döyüşlərə yollanmış və Füzüli, Cəbrayıl, Xocavənd rayonlarında gədən döyüşlərdə çox yüksək şücaətlə iştirak etmiş, 3 nəfər döyüş yoldaşları ilə erməni təcavüzkarlarından post almış və o posta oz doğma şəhəri Sumqayıtın adın vermişdir.
19 oktyabr 2020-ci il tarixində Xocavənd rayonu uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalıb.