Səlimxan Bayramov

Səlimxan Bayramov (Bayramov Səlimxan Vüqar oğlu; 13 iyul 1998, Sumqayıt19 oktyabr 2020, Xocavənd) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi[1][2]. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra, "Vətən uğrunda" medalı[3], "Füzulinin azad olunmasına görə" medalı[4], "Xocavəndin azad olunmasına görə" medalı[5]"Cəsur döyüşçü" medalı[6] ilə təltif edilib.

Səlimxan Bayramov
Bayramov Səlimxan Vüqar oğlu
Şəxsi məlumatlar
Doğum tarixi 13 iyul 1998(1998-07-13)
Doğum yeri
Vəfat tarixi 19 oktyabr 2020(2020-10-19) (22 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Atası Bayramov Vüqar Səlimxan oğlu
Anası Rüstəmova Rahilə Fariz qızı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2019–2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi  • Cəbrayılın azad edilməsi  • Hadrutun azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı "Cəsur döyüşçü" medalı "Xocavəndin azad olunmasına görə" medalı "Füzulinin azad olunmasına görə" medalı

Bayramov Səlimxan Vüqar oğlu 13 iyul 1998-ci il tarixində Sumqayıt şəhərində dünyaya göz açıb. 2005–2015-ci illərdə həmin şəhərin 3 nömrəli orta məktəbində təhsil alib. Məktəbi bitirdikdən sonra təhsilini xaricdə davam etdirmək qərarına gələn Səlimxan, 2015–2019-cu illərdə Gürcüstan Dövlət Texniki Universitetinin tələbəsi olub.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Təhsilini bitirib doğma Azərbaycana qayıtdıqdan sonra, vətənpərvərlik və milli dəyərlərimizə olan sevgisi ilə hərbi xidmətə yollanır. 2019-cu ilin oktyabrın 28-i Sumqayıt şəhərindən hərbi xidmətə yollanan Səlimxan, Qusarda xidmətin davam elətdirir. Əsgər yoldaşlarının tez bir zamanda sevimlisinə çevrilən Səlimxan, zabitlərin yanında da özünə məxsus hərəkətləri ilə, hamının sevgisini qazanır.

27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gədən döyüşlərə yollanmış və Füzüli, Cəbrayıl, Xocavənd rayonlarında gədən döyüşlərdə çox yüksək şücaətlə iştirak etmiş, 3 nəfər döyüş yoldaşları ilə erməni təcavüzkarlarından post almış və o posta oz doğma şəhəri Sumqayıtın adın vermişdir.[7][8]

19 oktyabr 2020-ci il tarixində Xocavənd rayonu uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Azərbaycan Respublikası prezidenti İlham Əliyev tərəfindən "Füzuli uğrunda", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub. Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub.

  • Atası — Bayramov Vüqar Səlimxan oğlu
  • Anası — Bayramova Rahilə Fariz qızı
  1. "Azərbaycan İkinci Qarabağ Müharibəsində şəhid olmuş hərbi qulluqçularının adlarını açıqlayıb". 2020-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-14.
  2. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) (az.). mod.gov.az. 2020-12-08. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-10.
  3. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-14.
  4. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 25.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  5. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  6. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-14.
  7. İki nəfərlə düşmən postunu ələ keçirən Səlimxan Bayramov — VİDEO
  8. İki əsgərlə erməni postunu alıb adını Sumqayıt postu qoyan şəhid Səlimxan Bayramov -VİDEO