İsa Səlimxanov (tam adı: İsa Rzabəy oğlu Səlimxanov; 31 oktyabr 1908[1], Bakı – 22 aprel 1998, Bakı) — Azərbaycan kimyaçısı, tarixçi, kimya elmləri doktoru (1960), professor (1963), tarix elmləri doktoru (1986), Azərbaycan SSR əməkdar elm xadimi (1974).[2]
İsa Səlimxanov | |
---|---|
İsa Rzabəy oğlu Səlimxanov | |
Doğum tarixi | 31 oktyabr 1908[1] |
Doğum yeri | |
Vəfat tarixi | 22 aprel 1998 (89 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | AMEA Tarix İnstitutu |
Təhsili | D.N.Mendeleyev adına Moskva Kimya Texnologiya İnstitutu |
İsa Rzabəy oğlu Səlimxanov 1908-ci ildə Bakı şəhərində anadan olmuşdur. İsa Səlimxanov Dünya maddi mədəniyyəti tarixi öyrənən Almaniya Arxeologiya İnstitutunun həqiqi üzvü (1977), Kaliforniya Universiteti Arxeologiya Cəmiyyətinin üzvü (1977) və İngiltərə Metallurgiya Cəmiyyətinin fəxri üzvü (1981). O, 1932-ci ildə D. N. Mendeleyev adına Mockva Kimya Texnologiyası İnstitutunu bitirmişdir. AMEA Kimya İnstitutunda (1947–1950), Azərbaycan Tarix İnstitutunda (1950–1952) işləmişdir və 1953-cü ildə AMEA-nın Tarix İnstitutunda şöbə müdiri olmuşdur.
Rza Səlimxanov ilk dəfə olaraq qədim metallurgiya tədqiqinə sentual analizi tətbiq etmişdir. O, 1952-ci ildə Azərbaycan EA-nın Arxeologiya Texnologiyası laboratoriyasını yaratmışdır. Metal məlumatlarının tərkibinin öyrənilməsinə dair bir neçə tədqiqat metodunun müəllifi olub. Onun tədqiqatları xarici ölkələrdədə tətbiq edilmişdir. İsa Səlimxanov 1978-ci ildən YUNESKO nəzdindəki beynəlxalq metal tarixi komitəsinin vitse prezidentidir.[3]