URMAQ
URUF
OBASTAN VİKİ
Haşimoto uru
Haşimoto tiroiditi və ya autoimmun tiroidit qalxanabənzər vəzə orqanizmin daxili qoruma sistemi tərəfindən "hücum" nəticəsində yaranan xəstəlikdir. Qandakı anti-TSH reseptor antitellərinin səbəb olduğu autoimmun bir xəstəlikdir. Qadınlarda görülmə tezliyi kişilərdən dəfələrlə çoxdur(~20:1) və adətən 45-65 yaş arasında daha çox rast gəlinir. Endemik zonalardan kənar ərazilərdə xroniki hipotireozun ilk səbəbidir. Əlamətlər Haşimoto tidoiditinin əlamətləri Hipotireoz əmalətlərinə bənzərdir. Başlanğıcda heç bir əlamət olmaya bilər. Daha sonralar TSH artdıqca, yəni hipotireoz yarandıqca çəki artımı, quru dəri, saç tökülməsi, yorğunluq, halsızlıq, qəbizlik, əldə və üzdə şişkinlik kimi əlamətlər yaranır. Müalicə başlandıqdan sonra bu əlamətlər də geriləməyə başlayır. Müalicə Müalicə diaqnoz qoyulduqdan sonra eutiroid fazadan hipotiroid fazaya keçid zamanı günlük olaraq tiroksin qəbulu ilə başlanılır. Bu xəstəlik zamanı tiroksin qəbulunun dozası qanda TSH səviyyəsinə baxaraq nizamlanır.
2009-cu il Urumçi iğtişaşları
2009-cu il iyul Urumçi iğtişaşları və ya Urumçi qarşıdurması — Çinin şimal-qərbində yerləşən Sintszyan-Uyğur Muxtar Rayonunda başlayan və qarşıdurmalarla, iğtişaşlarla müşayiət olunaraq bir müddət davam edən hadisələr zənciri. İğtişaşlara səbəb Quanqdonqda yayılmış əsassız şayiələrdən sonra etnik hanlar tərəfindən iki uyğurun öldürülməsi və qatillərin həbs edilməməsi oldu. İğtişaşlar təxminən 1000 nəfər uyğurun etirazları ilə başladı. Lakin hadisələr tədricən başqa məcraya doğru inkişaf etdi və hanları hədəfləyən hücumlar həyata keçirildi. Çin Xalqının Silahlı Polisi hazır vəziyyətə gətirildi və 2 gün sonra yüzlərlə han həm polislərlə, həm də uyğurlarla döyüşməyə başladı. Çin Xalq Respublikası rəsmilərinin açıqladığı rəqəmə görə əksəriyyəti hanlardan olmaqla, ümumilik 197 nəfər həyatını itirmiş, 1721 nəfər yaralanmış, xeyli sayda maşın və bina dağıdılmışdı. İğtişaş günlərindəki polis axtarışları zamanı yoxlanılan bir çox uyğur yoxa çıxdı. Human Rights Watch-un bildirdiyi məlumata görə, belə halların sayı 43 nəfərdir. Real rəqəmlərin isə daha yüksək olması ehtimal edilir. Etirazlar Çinin cənubunda yerləşən Şaoquanda baş vermiş hadisəyə etiraz üçün başlanmışdı.
2009-cu il Urumçi qarşıdurması
2009-cu il iyul Urumçi iğtişaşları və ya Urumçi qarşıdurması — Çinin şimal-qərbində yerləşən Sintszyan-Uyğur Muxtar Rayonunda başlayan və qarşıdurmalarla, iğtişaşlarla müşayiət olunaraq bir müddət davam edən hadisələr zənciri. İğtişaşlara səbəb Quanqdonqda yayılmış əsassız şayiələrdən sonra etnik hanlar tərəfindən iki uyğurun öldürülməsi və qatillərin həbs edilməməsi oldu. İğtişaşlar təxminən 1000 nəfər uyğurun etirazları ilə başladı. Lakin hadisələr tədricən başqa məcraya doğru inkişaf etdi və hanları hədəfləyən hücumlar həyata keçirildi. Çin Xalqının Silahlı Polisi hazır vəziyyətə gətirildi və 2 gün sonra yüzlərlə han həm polislərlə, həm də uyğurlarla döyüşməyə başladı. Çin Xalq Respublikası rəsmilərinin açıqladığı rəqəmə görə əksəriyyəti hanlardan olmaqla, ümumilik 197 nəfər həyatını itirmiş, 1721 nəfər yaralanmış, xeyli sayda maşın və bina dağıdılmışdı. İğtişaş günlərindəki polis axtarışları zamanı yoxlanılan bir çox uyğur yoxa çıxdı. Human Rights Watch-un bildirdiyi məlumata görə, belə halların sayı 43 nəfərdir. Real rəqəmlərin isə daha yüksək olması ehtimal edilir. Etirazlar Çinin cənubunda yerləşən Şaoquanda baş vermiş hadisəyə etiraz üçün başlanmışdı.
Azərbaycan-Uruqvay futbol matçlarının siyahısı
Azərbaycan–Uruqvay futbol matçları
Azərbaycan–Uruqvay münasibətləri
Azərbaycan–Uruqvay münasibətləri — Azərbaycan Respublikası ilə Uruqvay Şərq Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin yanvar ayının 11-də qurulmuşdur == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Uruqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. 4 mart 2016-cı il tarixindən Mixail Zabelin işçi qrupunun rəhbəridir.
Basketbol üzrə Uruqvay çempionatı
Basketbol üzrə Uruqvay çempionatı — (İspan dilində: Liga Uruguaya de Basketball) — Uruqvayda kişilərdən ibarət basketbol komandaları arasında turnir.
Denis Urubko
Denis Urubko (29 iyul 1973, Nevinnomıssk, RSFSR, SSRİ) — Rus əsilli Qazaxıstanlı alpinist. 2009-cu ildə o, 14 səkkizminliyin hamısını fəth etmiş on beşinci, oksigen balonu istifadə etmədən fəth edən səkkizinci şəxs kimi tarixə düşüb. 2006-cı ildə Urubko yeni sürət rekordunu müəyyənləşdirməklə yanaşı Elbrus dağına sürətli dırmanma yarışında qalib gəlib. O Azau məntəqəsindən zirvəyə 3 saat, 55 dəqiqə, 58 saniyəyə çatıb. Bu fəthdə o təxminən saatda 800 metr şaquli qalxma sürəti ilə 3250 metr məsafəyə şaquli istiqamətdə dırmanıb. Denis Urubko bu zirvəni növbəti tamamlayan iştirakçıdan təxminən 40 dəqiqə tez bitirib. O həmçinin Xan-Tenqri dağ festivalında da qalib gəlib. Urubko qışda iki 8000 metrdən yüksək zirvəni fəth edib. 2009-cu ildə Simone Moro ilə birlikdə Makalunu və 2011-ci ildə Kori Riçards və Simone Moro ilə birlikdə Gaşerbrum II zirvəsini fəth edib. Urubko həmçinin Ço-Oyu, Manaslu və Broud zirvələrini fəth etmək üçün yeni marşrutlar açıb.
Echinodorus uruguayensis
Echinodorus uruguayensis (lat. Echinodorus uruguayensis) — baqəvərkimilər fəsiləsinin exinodorus cinsinə aid bitki növü.
Ermənistan–Uruqvay münasibətləri
Uruqvay—Ermənistan münasibətləri — Uruqvay və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Cənubi Amerikanın bu kiçik dövləti böyük bir erməni icmasına ev sahibliyi edir. Uruqvayda təxminən 16.000 nəfər erməni icması yaşayır. == Tarix == Uruqvaya ilk ermənilər 1800-cü illərin sonlarında gəlirlər. 1920-1930-cu illər arasında çox sayda erməni bu ölkəyə üz tutur. 20 aprel 1965-ci ildə Uruqvay dünyada erməni soyqırımını rəsmən tanıyan ilk dövlət olur. 1939-cu ildə Ümumerməni Xeyriyyə Birliyi Uruqvayın Montevideo şəhərində ofislərini açır. 26 dekabr 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra Ermənistan müstəqilliyini bərpa edir. 27 may 1992-ci ildə Ermənistan və Uruqvay arasında diplomatik əlaqələr qurulur. 1992-ci ilin iyununda Ermənistan Prezidenti Levon Ter-Petrosyan Uruqvaya rəsmi səfər edir.
Inula urumoffii
Inula urumoffii (lat. Inula urumoffii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Manuel Urube
Manuel Urube (isp. Manuel Uribe Garza) — Meksikanın Montorey şəhərində anadan olmuş Manuel Urube öz çəkisi ilə dünyanın ən ağır ikinci adamı seçilmişdir. Təxminən 597 kiloqram çəkiyə sahib olan Urube Dünyanın ən kök insanlarının siyahısında Con Brouer Minokun ardından ikinci yeri tutmuşdur. Minokun ölümündən sonra Urube bir müddətlik birinci yerə yüksəlmişdir. Manuel Urube Meksika dövlət televiziyasına müsahibə verərək, xalqdan və həkimlərdən kömək istəmişdir. Bu müsahibədən sonra məşhurluq qazanan Urubeni bir çox həkimlər müaiyyənə etmişdilər. Artıq çəkisi səbəbindən hərəkət edə bilməyən və yatağa bağlı şəkildə yaşayan Urube ciddi pəhriz nəticəsində 369 kiloqrama qədər arıqlamışdır.
Musa Urud
Musa İsa oğlu Quliyev (25 noyabr 1961, Urud, Sisian rayonu) – Milli Məclisin deputatı, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Tibb üzrə fəlsəfə doktoru, şair-publisist. == Həyatı == Musa Quliyev 1961-ci il noyabrın 25-də Qərbi Azərbaycanın Zəngəzur bölgəsinin Sisyan rayonunun Urud kəndində anadan olmuşdur. Burada orta məktəbi qızıl medalla bitirmişdir. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu (1984) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını (2003) qırmızı diplomla bitirmişdir. Əmək fəaliyyətinə 1984-cü ildə təyinatla göndərildiyi Gəncə şəhərində həkim kimi başlamışdır. Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxanasında həkim-intern (1984–1985), Gəncə şəhər 1 saylı poliklinikasında sahə həkimi (1985–1986), Gəncə rayonlararası narkoloji dispanserində həkim-narkoloq vəzifəsində (1986–1990) çalışmışdır. Musa Quliyev 1990–1994-cü illərdə Bakı şəhərində 7№-li poliklinikada həkim nevropatoloq, Yasamal rayon həkim əmək ekspertiza komissiyasının ekspert nevropatoloq işləmişdir. 1994–1997-ci illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdiri, Respublikanın Baş həkim-əmək eksperti, 1997–2000-ci illərdə isə həmin nazirlikdə idarə rəisi vəzifələrində çalışmışdır. Musa Quliyev bu dövr ərzində Qarabağ müharibəsi əlillərinin ekspertizası, reabilitasiyası, o cümlədən protezləşməsi və ölkə xaricində müalicə-bərpa kursları keçməsinin təşkil olunmasında yaxından iştirak etmişdir. Musa Quliyev 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1998-ci ildən isə Yazıçılar Birliyinin İdarə Heyətinin üzvüdür.
Nasyonal (Uruqvay)
Nasyonal (isp. Club Nacional de Football) — Uruqvayın ən məşhur və ən uğurlu peşəkər futbol klublarından biri. Klub komandası öz ev oyunlarını Böyük Mərkəzi Parkda (isp. Gran Parque Central) keçirir. == Tarixi == 14 may 1899-cu ildə yaranmışdır. Nasyonal 1901-ci ildən Uruqvay Primera División mübarizə aparır. == Uğurları == 46 dəfə "Primera División Uruguaya"da birinci olmuşdur. Libertadores Kuboku və Qitələrarası kuboku (1971, 1980, 1988), İnteramerikan Kuboku (1972, 1989) və Recopa Cənubi Amerika (1989).
Paraphytoseius urumanus
Paraphytoseius urumanus (lat. Paraphytoseius urumanus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin paraphytoseius cinsinə aid heyvan növü.
Pentacalia urubambensis
Pentacalia urubambensis (lat. Pentacalia urubambensis) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid bitki növü.
Polygonum uruguense
Quş qırxbuğumu (lat. Polygonum aviculare) – qırxbuğum cinsinə aid bitki növü. Polygonum aviculare L. (P. Heterophyllum Lindm.) – Quş qırxbuğumu (Quş qarabaşağı, quş qızılcığı, quşdili, yaşıl-ot, qazotu, bağayarpağı, quğuotu, ququ quşu, şəfəq, sporış, qaz (quş) qarabaşağı, cənazə arabası, məndəcər otu) == Botaniki xarakteristikası: == Birillik ot bitkisidir. Gövdəsi budaqlanan, düyünlü, adətən sərilən bitkidir. Yarpaqları çoxsaylı, növbəli, ellipsşəkilli və ya neştərşəkilli, bütövkənarlı, uzunluğu 1-3 sm olub, daralmış qısa saplaqla birləşmişdir. Çiçəkləri kiçik olmaqla, 2-5 ədəd qoltuq tumurcuqları ilə əhatə olunmuşdur. Çiçək yatağı 5 bölümlü, yaşılımtıl olub, kənarları çəhrayı və ya ağ rənglidir. Erkəkciyi 8, dişiciyi qısa sütuncuqlu, az görünən dişicik ağzından ibarətdir. Meyvəsi üçtilli fındıqcıqdır. İyuldan payızın sonuna qədər çiçəkləyir.
Senecio urundensis
Senecio urundensis (lat. Senecio urundensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Sergey Urusevski
Sergey Pavloviç Urusevski (rus. Сергей Павлович Урусевский; 23 dekabr 1908, Sankt-Peterburq, Rusiya imperiyası - 12 noyabr 1974, Moskva, SSRİ) — Sovet kinooperatoru və kinorejissoru, iki dəfə birinci dərəcəli Stalin mükafatı laureatı (1948, 1952), RSFSR əməkdar incəsənət xadimi (1951), 1942-ci ildən Sov.İKP-nin üzvü idi. == Həyatı == Sergey Urusevski 23 dekabr 1908-ci ildə Sankt-Peterburqda anadan olmuşdur. 1935-ci ildə Leninqrad təsviri incəsənət institutunda Vladimir Favorskinin kursunu bitirərək kinoda işləməyə başlamışdır. 1937-ci ildən "Soyuzdetfilm" kinostudiyasında operator kimi çalışmışdır. Böyük Vətən müharibəsində cəbhə kinooperatoru olmuşdur. 1957-ci ildə "Durnalar uçur" filminin çəkilişi zamanı dairəvi operator relsini kəşf etmiş və ilk dəfə olaraq tətbiq etmişdir. Urusevskinin "Mən Kubayam" filmindəki operator işi kino incəsənətinin inkişafında xüsusi rol oynayır. Çoxsaylı beynəlxalq mükafatların laureatı olmuş operatorlar Şon Bobbitt və Ben Seresin onu nəhəng sənətkar hesab edirlər. Sergey Urusevski 12 noyabr 1974-cü ildə vəfat etmişdir.
Silahlı Polis Mühəndislik Universitetinin Urumçi filialı
Sincan Uyğur Muxtar Vilayətinin Urumçi şəhərində yerləşən Çin Xalq Silahlı Polis Qüvvələrinin Mühəndislik Universitetinin Urumçi filialıdır. == Xronologiya və məlumat == Noyabr 1983-cü ildə, Dövlət Şurası Sincan Silahlı Polis Korpusu Təlim Taburunu rəsmi olaraq Urumçidəki Çin Xalq Silahlı Polis Komandanlığı Məktəbinə (Urumçi Xalq Silahlı Polis Komandanlığı Məktəbi) çevirmişdir. 1997-ci ildə texniki orta məktəbdən kiçik bir kollecə yüksəldildi. 2004-cü ildə Çin Xalq Silahlı Polis Qüvvələri Akademiyasının Urumçi şöbəsi quruldu və ortaq bir ofisin əsası qoyuldu. 2004-cü ildə bakalavr dərəcəsinə yüksəldi. 2006-cı ilin sentyabr ayında Silahlı Polis Qüvvələrinin Urumçi Komandanlıq Məktəbi və Silahlı Polis Komandanlığı Akademiyasının Urumçi şöbəsi birləşərək Çin Xalq Silahlı Polis Qüvvələrinin Urumçi Komandanlıq Akademiyasına yüksəldildi və müavin bölmə səviyyəsindən ümumi bölüyə yüksəldildi. Silahlı Polis Qüvvələrinin Urumçi Komandanlıq Akademiyası adlandırılan Çin Xalq Silahlı Polis Qüvvələrinin Urumçi Komandanlıq Akademiyası Silahlı Polis Qüvvələrinin kiçik komandirləri üçün hərbi bir kollecdir və Sincan Silahlı Polis Korpusuna bağlıdır. Kollec Siçuan, Çuntsin, Çinqhay, Ninqsia, Şaansi, Qansu, Sincan və digər yerlərdən yeni lisey məzunlarını qəbul edir, etnik azlıqlar üçün lisenziya təhsili və kiçik kollec təhsili verir və Silahlı Polis Zirehli Qüvvələri Silahlı Polis Sincan Korpusu üçün iş təhsili verir. 2017-ci ildə milli müdafiə və hərbi islahatların dərinləşdirilməsində Çin Xalq Silahlı Polis Qüvvələri Mühəndislik Universiteti və Çin Xalq Silahlı Polis Qüvvələrinin Urumçi Komandanlıq Kolleci birləşdirildi və yeni Çin Xalq Silahlı Polis Qüvvələri Mühəndislik Universitetinin əsası qoyuldu. Akademiyaların qurulmasına dair Dövlət Şurası və Mərkəzi Hərbi Komissiyanın əmrinə əsasən Silahlı Polisin orijinal Urumçi Komandanlıq Məktəbi Silahlı Polisin Urumçi Komandanlıq Məktəbi adlandırıldı.
Tulipa urumiensis
Gecaçan dağlaləsi (lat. Tulipa tarda) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. Kiçik dağlalələrin nümunə və nümayəndəsi hesab olunur. Ləçəyin sarı rəngi ətrafında, ağ rəng haşiyədə görülür. İki və ya üç gül bir budaqdan çiçəklənə bilər. Gülaçma vaxtı aprelin sonlarıdır.
Urud
Urud (Zəngəzur) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Urud (Loru) — Tiflis quberniyasının Borçalı qəzasında, indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd.
Urud (Loru)
Urud, Urut (erm. Ուռուտ) — Ermənistan Respublikasının Loru mərzində kənd. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Urud bələdiyyəsi"ni (erm. Ուռուտ համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 1.020 nəfərdir.
Uruzgan vilayəti
Üruzgan vilayəti (dəri اروزگان, puşt. اوروزګان ,روزګان) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 22.696 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 317.2 min nəfər, inzibati mərkəzi Tarin Xovt şəhəridir. Əhalisinin etnik tərkibi puştunlardan (dürrani tayfa ittifaqı) və həzaralardan ibarətdir. Vilayətin hazırkı rəsmi başçısı Əsədulla Həmdəmdir (əslən puştunların Qılzay tayfa ittifaqına aiddir). Vilayət inzibati cəhətdən Şahidi Həssas, Diravud, Tarin Xovt, Çora və Xas Üruzgan rayonlarına ayrılır. Üruzgan vilayəti Taliban hərəkatının banisi Molla Ömərin vətənidir.
Uruzqan
Üruzgan vilayəti (dəri اروزگان, puşt. اوروزګان ,روزګان) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 22.696 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 317.2 min nəfər, inzibati mərkəzi Tarin Xovt şəhəridir. Əhalisinin etnik tərkibi puştunlardan (dürrani tayfa ittifaqı) və həzaralardan ibarətdir. Vilayətin hazırkı rəsmi başçısı Əsədulla Həmdəmdir (əslən puştunların Qılzay tayfa ittifaqına aiddir). Vilayət inzibati cəhətdən Şahidi Həssas, Diravud, Tarin Xovt, Çora və Xas Üruzgan rayonlarına ayrılır. Üruzgan vilayəti Taliban hərəkatının banisi Molla Ömərin vətənidir.

Значение слова в других словарях