Sergey Urusevski

Sergey Pavloviç Urusevski (rus. Сергей Павлович Урусевский; 23 dekabr 1908, Sankt-Peterburq, Rusiya imperiyası - 12 noyabr 1974, Moskva, SSRİ) — Sovet kinooperatoru və kinorejissoru, iki dəfə birinci dərəcəli Stalin mükafatı laureatı (1948, 1952), RSFSR əməkdar incəsənət xadimi (1951), 1942-ci ildən Sov.İKP-nin üzvü idi.

Sergey Urusevski
rus. Сергей Павлович Урусевский
Doğum tarixi
Doğum yeri Sankt-Peterburq, Rusiya imperiyası
Vəfat tarixi (65 yaşında)
Vəfat yeri Moskva, SSRİ SSRİ
Dəfn yeri
  • Vvenedenskoye qəbiristanlığı[d]
Vətəndaşlığı SSRİ SSRİ
Fəaliyyəti kinooperator
kinorejissor
Fəaliyyət illəri 1937-1974
İstiqamət sosialist realizmi
Üzvlüyü
Mükafatları RSFSR əməkdar incəsənət xadimi "Stalin" mükafatı "Stalin" mükafatı
"Şərəf nişanı" ordeni
IMDb ID0882201

Sergey Urusevski 23 dekabr 1908-ci ildə Sankt-Peterburqda anadan olmuşdur. 1935-ci ildə Leninqrad təsviri incəsənət institutunda Vladimir Favorskinin kursunu bitirərək kinoda işləməyə başlamışdır. 1937-ci ildən "Soyuzdetfilm" kinostudiyasında operator kimi çalışmışdır.

Böyük Vətən müharibəsində cəbhə kinooperatoru olmuşdur.

1957-ci ildə "Durnalar uçur" filminin çəkilişi zamanı dairəvi operator relsini kəşf etmiş və ilk dəfə olaraq tətbiq etmişdir[1]. Urusevskinin "Mən Kubayam" filmindəki operator işi kino incəsənətinin inkişafında xüsusi rol oynayır. Çoxsaylı beynəlxalq mükafatların laureatı olmuş operatorlar Şon Bobbitt və Ben Seresin onu nəhəng sənətkar hesab edirlər[2][3].

Sergey Urusevski 12 noyabr 1974-cü ildə vəfat etmişdir.

İl Azərbaycanca adı Orijinal adı Filmdə iştirakı Filmin növü
1941 İvan İvanoviç İvan Nikiforoviçlə necə dalaşdı? Как поссорился Иван Иванович с Иваном Никифоровичем operator Tammetrajlı bədii film
1944 Döyüş Поединок operator Tammetrajlı bədii film
1946 Sineqoriya Синегория operator Tammetrajlı bədii film
1947 Kənd müəlliməsi Сельская учительница operator Tammetrajlı bədii film
1949 Alitet dağlara gedir Алитет уходит в горы operator Tammetrajlı bədii film
1950 Qızıl Ulduz kavaleri Кавалер Золотой Звезды operator Tammetrajlı bədii film
1953 Vasili Bortnikovun qayıdışı Возвращение Василия Бортникова operator Tammetrajlı bədii film
1955 Birinci eşelon Первый эшелон operator (Yuri Yekelçiklə birgə) Tammetrajlı bədii film
1955 Həyat dərsi Урок жизни operator
1956 Qırx birinci Сорок первый operator Tammetrajlı bədii film
1957 Durnalar uçur Летят журавли operator Tammetrajlı bədii film
1959 Göndərilməmiş məktub Неотправленное письмо operator Tammetrajlı bədii film
1964 Mən Kubayam Я — Куба operator Tammetrajlı bədii film
1968 Yorğa atın qaçışı Бег иноходца rejissor, operator
1973 Mahnı oxu, şair... Пой песню, поэт... rejissor, operator, ssenarist (Gennadi Şpalikov birgə)
Birinci dərəcəli Stalin mükafatı ("Kənd müəlliməsi" filminə görə, 1948)
RSFSR-in əməkdar incəsənət xadimi (1951)
Birinci dərəcəli Stalin mükafatı ("Qızıl Ulduz kavaleri" filminə görə, 1952)
"Mosfilm" kinostudiyasının gənc kinematoqrafçılarının kinofestivalında Ən yaxşı operator işi ("Qırx birinci" filminə görə, 1956)
Kann kinofestivalında Fransa ali texniki komissiyasının Mükafatı ("Durnalar uçur" filminə görə, 1958)
Mexiko kinofestivalında Beynəlxalq baxış Diplomu ("Durnalar uçur" filminə görə, 1958)
"Şərəf nişanı" ordeni (1965)
  1. "Урусевский Сергей Павлович - БИОГРАФИЯ". 2020-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-13.
  2. "TOP CINEMATOGRAPHERS REVEAL THEIR FAVOURITE MOVIE MOMENTS — Sean Bobbitt" (ingilis). Empire. 2015-09-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-16. (#apostrophe_markup)
  3. "TOP CINEMATOGRAPHERS REVEAL THEIR FAVOURITE MOVIE MOMENTS — Ben Seresin" (ingilis). Empire. 2015-09-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-16. (#apostrophe_markup)